Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-342/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün rəyin verilməsi; əsl tərəfin əvəz edilməsi; prosessual hüquq varisliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakları ilə, İd diaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “artıq ödənilmiş verginin geri qaytarılması üçün rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-1(103)-1259/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ərizə ilə müraciət edərək, vergilər, faizlər, və maliyyə sanksiyaları üzrə 2019-cu il 24 yanvar tarixinə yaranmış artıq ödəmələrin qaytarılmasını xahiş etmişdir.
2. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti müraciətə cavab məktubunda qeyd etmişdir ki, “...Vergi Məcəl ləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖENni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Bildiririk ki, 2019-cu il 04 aprel tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 475086,08 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdiniz. Müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyi, ödənilmə tarixinin qeyd edilmədiyi aşkar edilmişdir. Eyni zamanda, müvafiq ərizədə bank məlumatlarının tam göstərilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə və vergi ödəyicilərinə xidmət mə rkəzlərinə müraciət edə bilərsiniz.”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. iddianın əsaslandırılması:
4. İddianın əsaslarına görə, MMC-nin şəxsi hesab vərəqəsinə əsasən onun 475 086,08 manat artıq ödəməsi mövcuddur.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 nömrəli, 2001-ci il tarixli qərarına əsasən, vergi ödəyicisi artıq ödəmənin qaytarılması üçün vergi orqanına ərizə ilə müraciət etməlidir. Ərizə vergi orqanına daxil olduqdan sonra v ergi orqanı Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər. Bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Bundan sonra vergi orqanı tərəfindən rəy tərtib edilir və maliyyə orqanına göndərilir.
6. Bununla əlaqədar olaraq vergi orqanına artıq ödəmənin qaytarılması ilə əlaqədar müraciət edildi. Müra ciət zamanı təsdiq edilmiş forma ilə müraciət edilmişdi. Lakin vergi orqanı həmişəki kimi əsassız cavablarla artıq ödənilmiş vergini qaytarmaqdan imtina etdi. Halbuki, müraciət Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən edilmişdir. Lakin vergi orqanı heç bir əsas olmadan formal sözlərlə bu artıq ödəmənin qaytarılmasından imtina etdi. Nəticədə Vergi Məcəlləsinin 85-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, qaydalarda məktubda göstərilən əsaslarla ərizədən imtina edilməsi nəzərdə tutulmamışdır. cavabdehin iddiaya qarşı etirazları:
7. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bundan başqa, etirazda göstərilir ki, artıq ödəmə məbləğləri vergi ödəyicisinin ərizəsində qeyd etdiyi tarixlərdə deyil, müxtəlif vaxtlarda yaranmışdır. Vergi ödəyicisi tərəfindən 2015 -ci il 08 dekabr tarixdə 2014-cü ilin oktyabr ayı üzrə 302094,72 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 19 aprel tarixdə 2015-ci il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsində şəxsi hesab vərəqəsində 12803,18 manat (2014-cu il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqq-hesab edilməsinə görə) azalma getmişdir. 2016-cı il 18 avqust tarixdə təqdim edilmiş 2014-cü ilin noyabr ayı üzrə 247258,44 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 20 dekabr tarixdə təqdim edilmiş 2015-ci ilin noyabr ayı üzrə 162299.88 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2017-ci il 30 may tarixdə 2016cı il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsinə şəxsi hesab vərəqəsində 35438,6 manat (2015-ci il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqq-hesab edilməsinə görə) azalma getmişdir. 2018-ci il 13 noyabr tarixdə 2015-ci ilin noyabr ayı üzrə 234000,00 manat azalma verilməklə yenidən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı, 2017-ci illər üzrə təqdim edilmiş müvafiq olaraq dəqiqləşdirilmiş və cari mənfəət vergisi bəyannamələri təqdim edilməklə şəxsi hesab vərəqəsində 6699,0 manat azalma verilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı ilin mart və sentyabr ayları üzrə ümumilikdə 15334,74 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilmişdir.
9. Görü ndüyü kimi, artıq ödəmə məbləğləri sadəcə ƏDV mükəlləfiyyəti üzrə yaranmamışdır. Ödəyici tərəfindən qeyd olunan məlumat ərizədə göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrasından imtina olunmuş və bu barədə vergi ödəyicisinə məktub göndərilmişdir. 10. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı, 2019-cu il 30 avqust tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. 11. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, 2019-cu il 25 sentyabr tarixli qərarı ilə iddiaçı tərəfindən 475.086,08 manat məbləğində artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh orqan isə müraciətə baxılarkən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyini, ödənilmə tarixinin qeyd edilmədiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 13. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, 2019-cu il 30 avqust tarixli qərardadından Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayətləri verərək qərardadın ləğv edilməsini və Vergilər Nazirliyinin əsl cavabdeh olan Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2570/2019 saylı, 2019-cu il 24 oktyabr tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qərardadın müstəqil qay dada mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
16. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)295/2020 saylı, 2020-ci il 29 yanvar tarixli qərardadı ilə şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətinin qəbulundan imtina edilmişdir.
18. Kassasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə işə aşağı instansiya məhkəmələrində baxılarkən ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. Hazırda qərardaddan şikayət verən Azərbaycan Respublikası Ver gilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə icraatına cəlb olunmamış, inzibati məhkəmə icraatının iştirakçısı olmamışdır. Kassasiya şikayətini isə yalnız inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) verə bilər. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı, 2019-cu il 25 sentyabr tarixli qərarından və onunla birgə 2-1(82)-2448/19 saylı, 2019-cu il 30 avqust tarixli qərardadından apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın və qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir.
20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-1(103)1259/2020 saylı, 2020-cu il 20 oktyabr tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 21 Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti və şikayətə əlavə verərək qərarın ləğv edilməsini, iddianın mümkün sayılmamasını və Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərinə görə, inzibati orqan hesab edilən Vergilər Nazirliyinin yeni qurumları yara dılmamış, əksinə nazirliyin mövcud olduğu departamentlər yeni struktura əsasən baş idarələr adlandırılmışdır ki, bu da yeni inzibati orqanın yaradılması kimi şərh oluna bilməz. Belə ki, Vergilər Nazirliyinin yeni strukturuna əsasən departamentlərin inzibati binası, yerləşdiyi yer və uçotda olan vergi ödəyicilərinin dairəsi dəyişdirilməmiş, yalnız adında “departament” sözləri “baş idarə” sözləri ilə əvəz edilmişdir, bu isə departamentlərin ləğv edilərək onların madditexniki bazasında yeni qurum olan baş idarələrin yaradılmasına dəlalət etmir. Məhz bu səbəbdən də Vergilər Nazirliyinin mövcud olduğu departamentlərin yalnız adları dəyişdirildiyi üçün Sərəncamda departamentlərin hüquqi varisliyi məsələləri öz əksini tapmamışdır. İddiaçının hazırda vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olduğunu, iddiaçıya münasibətdə artıq ödənilmiş vergilərin qaytarılması üçün rəyin verilməsi səlahiyyətinin həmin Baş İdarəyə məxsus olduğunu və sonuncunun məhkəmələrdə cavabdeh qismində iştirak etmək vəzifə səlahiyyətlərinə malik olduğunu nəzərə alaraq hesab edirik ki, məhkəmə mübahisəsi üzrə əsl cavabdeh kimi Dövlət Vergi Xidməti deyil, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi çıxış etməli və Dövlət Vergi Xidmətinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilməlidir.
24. İşin mahiyyətinə gəldikdə, ərizənin forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılma sı Qaydalarına”na 1 nömrəli Əlavə ilə təsdiq edilmişdir. 1 nömrəli Əlavə ilə təsdiq edilmiş ərizədə müraciət edən tərəfindən göstərilməli olan məlumatlar qeyd edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ərizədə təqdim edilən vergi orqanının adı, vergi ödəyicisinin tam adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla), ərizəni tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, imza, tarix və möhür öz əksini tapmalıdır. Qeyd olunan məlumatlar məhkəmənin qeyd etdiyi kimi heç də formal tələblər deyil. Əksinə qanunla ciddi şəkildə müəyyən edilmiş tələblər olmaqla, vergi ödəyicisinin təqdim etdiyi ərizəyə düzgün baxılması və vaxtında rəyin verilməsi üçün mühüm əhəmiyyət daşıyır.
25. Məhkəmə prosesi d avam etdiyi müddətdə isə iddiaçı vergi orqanına artıq ödənilmiş verginin qaytarılması ilə bağlı dürüstləşmiş ərizəni təqdim etmək qərarına gəlmiş və 2019-cu il 26 sentyabr tarixli ərizə İlə bu dəfə iddia ərizəsində göstərdiyindən daha az 445.000,0 manat verginin qaytarılmasını istəmişdir. Həmin ərizəyə nəzər saldıqda isə iddiaçının artıq ərizəyə saxta məlumatları daxil etməklə özünü ifşa etdiyi məlum olmuşdur. Belə ki, ərizədə iddiaçı guya 2014-cü il 22 dekabr tarixdə 60.000,0, 2015-ci il 21 dekabr tarixdə 375.000,0 manat və 2016-cı il 20 aprel tarixdə 10.000,0 manat ödənilmiş ƏDV-nin əvəzləşdirməsindən yaranan, cəmi 445.000,0 manat artıq ödənilmiş verginin qaytarılmasını istəmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçının büdcəyə ödədiyi ƏDV-nin sonuncu dəfə əvəzləşdirilməsi ha lı 2012-ci ilin yanvar ayında baş vermişdir. Başqa sözlə, iddiaçının 2019-cu il 26 sentyabr tarixli ərizəsində qeyd etdiyi məlumatların hamısının saxta olduğu aydın olmuşdur. Əgər vergi ödəyicisi bu məlumatların saxta olmadığını iddia edirsə o zaman qeyd olunan məbləğdə ƏDV-nin büdcəyə ödənildiyini təsdiq edən sənədləri məhkəməyə və vergi orqanına təqdim etməlidir. Sözsüz ki, belə bir sənədlər yoxdur, ona görə ki, iddiaçının apardığı sonuncu əvəzləşmə şikayətə əlavə olunan cədvəldən də göründüyü kimi, 2012-ci ilin yanvar ayına təsadüf edir. Məhkəmənin nəzərində iddiaçının şəxsi vərəqəsində xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasında əks olunan azalma əməliyyatlarının əvəzləşmə olub-olmaması şübhəsinin yaranmaması məqsədilə bildirmişdir ki, həmin əməliyyatların iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşmələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin dövr çərçivəsində olan 2014-cü ilin oktyabr ayında şəxsi hesab vərəqəsində azalma əməliyyatının əks olunmasının səbəbi iddiaçı tərəfindən əvvəlcə ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyəni 1.822.170,0 manat göstərməklə büdcəyə 327.990,6 manat ƏDV hesablaması, daha sonra isə 2015-ci il 08 dekabr tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməklə vergiyə cəlb olunan dövriyyənin 143.866.0 müəyyən olunaraq 25.895,88 manat ƏDV-nin hesablanması ilə bağlı olmuşdur. Göründüyü kimi şəxsi hesab vərəqəsində “azalma” əməliyyatı (2015-ci il 08 dekabr) adı altında 302.094.2 manat (327.990,60 - 25.895,88) əks olunmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin m əzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
27. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Vergi Məcəlləsi: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçıların ın izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə y ol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏ TİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı mübahisə üzrə işə aşağı instansiya məhkəmələrində baxılarkən 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 21(82)-2448/19 saylı, 2019-cu il 30 avqust tarixli qərar dadı ilə ilk cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmiş, həmin qərardaddan verilmiş şikayətlər - barəsində şikayət verilən qərardadın müstəqil qaydada mübahisələndirilməsinə yol verilməməsi səbəbi ilə mümkün sayılmamışdır. Lakin qeyd olunan nəticə həmin qərardadın iş üzrə yekun qərarla birgə mübahisələndirməsi imkanını aradan qaldırmır (İPM-in 83.4-cü maddəsi).
34. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadındakı əsaslara istinad etsə də, cavabdehin həmin əsaslarla bağlı dəlillərinə münasibət bildirməmiş, iddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olduğu və məhkəməyədək icraat zamanı ərizə ilə müraciə t etdiyi “Bakı şəhəri Lokal Gəlirlər Departamenti”nin və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna aid edilmiş “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi”nin fəaliyyətlərini tənzimləyən normativ sənədləri onlara həvalə edilmiş funksiya və səlahiyyətlər baxımından təhlil etməmiş, iddiaçının vergi ödəyicisi kimi həmin statusdan irəli gələn hüquqi əlaqəsinin bilavasitə “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi” ilə bağlılığını, buradan, yenidən təşkil olunmuş məhz həmin orqanın əsl cavabdeh kimi yaxud hüquq varisliyi qaydasında (hazırkı mübahisə üzrə icraatın varisliyin baş verməsindən əvvəl və ya sonra başlanmasından asılı olaraq) cəlb edilməsinin hüquqi əsaslarını yoxlamamışdır.
35. Halb uki, apellyasiya instansiyası məhkəməsi məhz Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəmə icraatında iştirakını təmin etmiş, həmin İdarə məhkəmə iclasında nümayəndəsi vasitəsi ilə təmsil olunmuş, nümayəndə izahat vermiş, məhkəmə çıxışlarında iştirak etmişdir. Lakin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl tərəf kimi və ya hüquq varisliyi qaydasında icraata cəlb edilməsi imkanına dair məsələ (apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq) müzakirə olunmamışdır.
36. Eyni ilə, hüquq varisliyi ilə bağlı məsələ, artıq birinci instansiya məhkəməsində icraat zamanı əsl cavabdeh kimi icraata cəlb edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinə münasibətdə də həll edilməmişdir.
37. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddia olunan öhdəliyin icrasını cavabdeh q ismində cəlb etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoymuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etməzdən əvvəl, ilk növbədə nəzərə almalı idi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu təsdiq edilmiş, həmin struktura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti daxil edilmişdir.
39. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respubl ikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilmiş, Fərmanın 4-cü hissəsinin 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası Vergilə r Nazirliyinin hüquqi varisi müəyyən edilmiş, onun bütün hüquq və öhdəliklərinin, habelə əmlakının həmin dövlət xidmətinə keçdiyi təsbit olunmuşdur (Fərman 2020-ci il 14 may tarixdə qüvvəyə minmişdir).
40. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövl ət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
41. Göründüyü kimi, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən birinci instansiya məhkəməsinin cavabdeh kimi tanıdığı inzibati orqan yenidən təşkil olunmuş, yenidən təşkil olunan qurum əvvəlkinin hüquqi varisi müəyyən edilmiş, onun hüquq və öhdəlikləri yeni quruma keçmişdir. Məhz qeyd olunanları nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi prosessual hüquq varisliyinə dair məsələni ilk növbədə həll etməli idi.
42. Bilavasitə iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi, burada da iddianın mümkünlük şərtləri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsi).
43. Bundan başqa, Ve rgi Məcəlləsinin yuxarıda qeyd edilən 85.5-ci maddəsinin tələbindən göründüyü kimi, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
44. Cavabdehin iddiaçı tərəfindən artıq ödəməsinin olduğunu aşkar təkzib edən etirazlarının olmadığı, lakin istinad edilən həmin norma ilə tələb etmək hüququna dair dəqiq müddətlərin müəyyən edildiyi, cavabdehin isə, digər əsaslarla yanaşı, həm də qanunun müddətlə bağlı şərtinə istinad etdiyi nəzərə alındıqda, məhkəmə həmin müddətlərin axımının başl anğıcını iddia olunan ümumi məbləğin tərkib hissələrinin hər birinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müəyyən etməli, qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın mümkün sayılmaması və Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi tələblərinə dair hissədə təmin oluna bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-1(103)-1259/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov