Məhkəmə qərarları › İş №2-1(102)-342/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-342/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-342/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yataqxanada yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1755/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü ildə Ağsu rayonu, Nurani kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Bakı "xxxx" İB tərəfindən 25 may 2005-ci il tarixdə verilmiş 0209 saylı order əsasında Bakı şəhəri, Xətai rayonu, Cavanşir 4 ünvanında yerləşən yataqxanada sahəsi 18 kv. metrlik, 68 nömrəli mənzil iddiaçıya verilmişdir. Orderdə mənzilin verilməsinin əsası kimi "xxxx" İB-nin müdiriyyəti ilə HİK-nin 48 saylı protokolu ilə rəsmiləşdirilmiş 23 may 2005-ci il tarixli birgə qərarının olması göstərilmişdir.

3. Bakı şəhəri, ünvan 5 yataqxana binasının 68 saylı mənzildə 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün - X5 4 nəfər ailə üzvü ilə birlikdə məskunlaşmış və 2018-ci il iyul ayında onlar məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür.

4. Bakı "xxxx" İB-nin HİK-nin X2 şurasının və MMK-nın birgə növbəti iclasının 23 may 2005-ci il tarixli, 48 saylı protokolu əsasında Birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsində, 18 kv. metr sahəsi olan 1 otaqlı, 68 nömrəli mənzilin iddiaçının adına sənədləşdirilməsi və pasport qeydiyyatına alınması, göstərilən ünvanda 68 nömrəli otaqda yaşayan məcburi köçkün ailəsinə ölkə Prezidentinin göstərişi ilə mənzil verilərsə və ya torpaqlar alınarsa boşalacaq mənzilin qeyd-şərtsiz iddiaçının ailəsinə verilməsi qərara alınmışdır.

5. Bakı "xxxx" İB-nin HİK-n in X2 şurasının və MM-nin birgə növbəti iclasının 9 noyabr 2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə, qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə, şikayətləri nəzərə alınmaqla mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə, qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 4A, Məhsəti küçəsi 4A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə, qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınmaları qərara alınmışdır. Eyni zamanda, həmin şəxslərə məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi, razılıq əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uz un illər mənzil və yataqxana növbəsində olan, yataqxanada yaşayan fəhlə, qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi və Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın, məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeyd-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə, qulluqçulara verilməsi qərara alınmışdır.

6. X3 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 19 yanvar 2007-ci il tarixli Akt əsasında "xxxx" İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmişdir.

7. Azərbaycan Respublikası Nazirlər Kabin etinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir.

8. Həmin sərəncamla ünvan 5 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. 07 yanvar 2013-cü il tarixli təhvil-qəbul aktı əsasında ünvan 5 ünvanda yerləşən yataqxana binası ünvan 7 Təsərrüfatı Birliyinin balansına verilmişdir.

9. İT seriyalı ******* №li əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı 29 iyun 1992ci il tarixdən 8 yanvar 2007-ci il tarixinədək Bakı "xxxx" zavodunda işləmişdir.

10. Departament tərəfindən “Üfüq” İB "xxxx" zavodu MMC-yə ünvanlanmış məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması barədə 11 fevral 2019-cu il tarixli, 48 saylı müraciətinə cavab olaraq, “Üfüq” İB "xxxx" zavodu MMC tərəfindən verilmiş 04 mart 2019-cu il tarixli, 02/47 məktubda Bakı şəhəri, ünvan 5 yataqxana binası 1 yanvar 2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilmədiyi, əvvəlki dövrlərdə yataqxanada məskunlaş maq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 68 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 4A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara zəbt olunmuş mənzillər boşaldıqdan sonra verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 68-in ona, yəni İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 4A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Mənzilində uzun illər məskunlaşmış məcburi köçkünlərə görə, istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqlarını vaxtıvaxtında o, ödəmişdir. Daha sonra 07 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrü fat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 4A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Orada məskunlaşmış məcburi köçkünlər köçürüldükdən sonra, o, mənzilinə köçmüş, bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları:

13. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 5 yata qxana binasının 68 saylı otağında 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X5 ailə üzvləri ilə birlikdə məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018- ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan sonra iddiaçı Bakı "xxxx" zavodunun xx.xx.2005-ci il tarixli 0209 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 68 saylı otaq onun istifadəsinə verilmiş və iddiaçı həmin otaqda yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 11 fevral 2019-cu il tarixli, 48 saylı məktubla “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək, məcburi köçkünl ərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən 04 mart 2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, ünvan 5 yataqxana binası 01 yanvar 2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 68 saylı otağa dair İddiaçı verilmiş xx.xx.2005-ci il t arixli 0209 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-797/2019 saylı 01 iyul 2019cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiasına dair iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cav abdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi haqqında iddiasına dair mülki iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5928/2019 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 68 saylı mənzilinə dair cavabdeh İddiaçı qanunsuz olaraq əldə etdiyi 25 may 2005-ci il tarixli 0209 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(103)- 14040/2019 nömrəli qətn aməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5928/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2247/2020 nömrəli qərarı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-14040/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1192/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələn miş və iş üzə icraat sonuncu dəfə 02 mart 2021ci il tarixə təxirə salınmışdır.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-81/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə 2-1(112)-81/2021 saylı iş üzrə icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-437/2021 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh “Üfüq” İstehsalat Birliyi "xxxx" zavoduna qarşı “orderin veri lməsi barədə qərarın ləğv edilməsi və s.” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)4991/2021 №li 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(011)-437/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-43/2022 saylı 10 yanvar 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-43/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, order verilmiş mübahisəli mənzilə dair iddiaçı ilə Bakı "xxxx" zavodu arasında bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə 08 yanvar 2007-ci il tarixdən xitam verildiyini, “Üfüq” İB tərəfindən həmin yaşayış sahəsi ilə bağlı heç bir orderin verilmədiyi, Mənzil Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslərin iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı olduqlarını nəzərə alaraq, iddiaçının mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə hazırki iddiası təmin oluna bilməz. Cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təm in edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1755/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(112)-43/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ON A QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayətində iddia tələbinin dəlillərini təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə yanlış olaraq hesab etmişdir ki, iddiaçı köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aiddir. Həmin maddənin tələblərinə görə mövsümi və müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, təhsil dövründə yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Məhkəmə əsassız olaraq iddiaçını müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər kateqoriyasına aid etmişdir. Qanunvericilikdə müddətli əmək müqaviləsi ilə bağlı müddəalar Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində təsbit olunmuşdur. İddiaçının əmək müqavilə si müddətli olmamışdır və onun müddətli əmək müqaviləsi əsasında işləməsinə dair məhkəmə heç bir sübuta istinad etməmişdir. İddiaçının müddətli əmək müqaviləsi əsasında işləməsinə dair məhkəmənin gəldiyi nəticə əsassız və yanlışdır.

27. İddiaçıya məxsus mübahisəli mənzilə dair Order 25 may 2005-cı ildə yəni nazirliyin balansına qəbul etdiyi vaxtdan təxminən iki il əvvəl verilmişdir. Bundan başqa, həmin məktubda qeyd olunmuşdur ki, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatı yoxdur.

28. Bundan başqa, iddiaçının həmin mənzilə dair hüquqlarının yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsini tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətinə uyğun gəlməyən məlumat təqdim etdikləri orde rdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsinin orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən üç il ərzində verilə bilər.

29. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Hazırkı işdə iddianın təmin olunmamasına dair məhkəmənin dəlillərinə mülki icraat qaydasında, “ orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə baxılaraq hüquqi qiymət verilmişdir.

30. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 43-cü, 70-ci maddəsinin 1-ci hissəsinə, “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanun"un 1-ci, 2-ci, 6-cı maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən, mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarla r ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir; - 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətə ndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə... işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxsl ər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

33. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 37. 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.

38. Normanın tələbindən göründüyü kimi, fəhlələr, qulluqçular və digər vətəndaşlar yataqxanalardan yalnız iş və təhsil dövründə istifadə edə bilərlər.

39. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, İddiaçı ilə mübahisəli yaşayış sahəsinə dair order vermiş Bakı "xxxx" zavodu arasında əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xx.xx.2007 -ci il tarixdən xitam verilmişdir.

40. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir.

41. Həmin sərəncama əsasən, ünvan 5 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. 07 yanvar 2013-cü il tarixli təhvil-qəbul aktı əsasında ünvan 5 ünvanda yerləşən yataqxana binası ünvan 7 Təsərrüfatı Birliyinin balansına verilmişdir.

42. İşin materiallarında iddiaçının adına şəxsi hesab vərəqəsinin surəti olsa da, nə həmin vərəqdə, nə də digər hər hansı sənəddə iddiaçı ilə əvvəlki balanssaxlayan arasında kirayə müqaviləsinin bağlandığına dair məlumat yoxdur.

43. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbi nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda (o cümlədən, əvvəlki balanssaxlayandan hüquq varisliyi qaydasında keçən) öhdəliyi yoxdur və o, iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi barədə müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

44. Yuxarıda göstərilənlər ə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1755/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar