Məhkəmə qərarları › İş №2-1(102)-3420/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3420/2025

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3420/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Orqanizmin funksiyalarının 65-80% arasında pozulması müəyyən edilməklə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Mərkəzi Hərbi- Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş ## ###### 2017-ci il tarixli, *** nömrəli xəstəlik şəhadətnaməsinə əsasən, iddiaçı ##.##.2018-ci il tarixdə xidməti avtomobildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasına düşərək travma almış, nəticədə ona “keçirilmiş qapalı kəllə-beyin travmasından sonra vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, postravmatik ensefalopatiya, dayaq hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması, tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın osteoxondrozu, vertebrobazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C5-C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4, L4-L5, L5-S1 fəqərə disklərin protruziyası” diaqnozu qoyulmuş, həmin diaqnozu hərbi travma olmaqla, hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı müəyyən edilmişdir.

2. Iddiaçı ilk dəfə Tibbi-sosial ekspert komissiyasında ##.##.2017-ci il tarixdə müayinə edilmiş, müayinə nəticəsində ona “vertebrobazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ yaddaş pozğunluğu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərəarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin ostexondrozu, C5-C6 fəqərəarası diskin yırtığı, hipotenziya, vertebrobazilyar çatmamazlıq” diaqnozu qoyulmuş, ikinci dərəcə əlillik müəyyən edilmiş, əlilliyin müəyyən olunması meyarı– “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə” diaqnozu qoyularaq ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək 5 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Əlillik müddəti bitdikdən sonra TSEK-ə göndərilməsi üçün iddiaçı barəsində Bakı Baş Səhiyyə Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli, F********YYM nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 T90.5 “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə”, ağırlaşmaları - F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə”, G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə). Kəllədaxili hipertenziya”, yanaşı xəstəliklər olaraq isə M51.1 “Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopariya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə”, G45.0 “Vertebrobazilyar arterial sistem sindromu”, I25 “Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. II fəal sinif xəstəlikləri üçün xas olan əlamətlər” göstərilmişdir.

4. Həmin göndəriş əsasında iddiaçının əlilliyi cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş, “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

5. Sözügedən imtina qərarından iddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar ##.##.2023-cü il tarixdə cavabdeh orqanda onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2023-cü il tarixli, *-**-*/*-*- ****/**** nömrəli qərar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Soial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsini və müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ##.##.2006-cı il tarixdən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətində zabit vəzifələrində həqiqi hərbi xidmət keçmişdir. ##.##.2008-ci il tarixdə xidməti avtomobildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin başbeyin silkələnməsi travması almış və ##.##.2017-ci ildə Azərbaycan Respublikası DTX HT Mərkəzi hərbi-həkim komissiyası tərəfindən DTX Kadrlar idarəsinin tibbi şəhadətləndirilməsi nəticəsində ona “Qapalı kəllə-beyin travmasından sonraki ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, postravma ensefalopatiya. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə ifadə olunan onurğanın yayılmış osteoxondrozu. Vertebrobazilyar çatışmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4-C5- C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4,L4-15,L5-Sl fəqərələrarası disklərin protruziyaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Bundan sonra əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona “Vertebrobazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetatik yaddaş pozğunlugu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərələrarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin osteoxondrozu, C5-C- 6 fəqərələrarası diskin yırtığı. Hipotenziya, vertebobazilyar çatışmamazlıq” diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarları: II dərəcə əlillik epilepsiya tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə (G40- G41.9) hərbi xidmət vəzifəsini yerinə yetirəndə aldığı travma öz təsdiqini tapmışdır. ##.##.2017-ci il tarixindən etibarən ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti 5 il olmaqla ##.##.2022-ci il tarixinədək müəyyən olunmuşdur. ##.##.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı o, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma zamanı özündə olmadığını, heç nə hiss etmədiyini, tutmadan sonra bədəninin keyidiyini, ağrılar olduğunu bildirmiş, tutmalarının 1-2 dəqiqə davam etdiyini, bəzən sidik qaçırması olduğunu, medikamentoz preparatlardan “Depakin 500” (gündə 2 dəfə), “Fillepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşdan epitutmanı təsdiqləmək məqsədi ilə qıcolma anının video çəkilişi tələb olunsa da, “Hospitalda həkim də istəmişdi, çəkə bilmirəm” cavabı vermiş, video görüntünü təqdim etməkdən imtina etmişdir. Təqdim olunmuş baş-beyin KT, MRT müayinələrinin 0.5 Tesla aparatı ilə aparıldığı qeyd olunmuş, lakin qeyd olunan başbeyin zonasında (Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)) patologiyanı təsdiqləmək üçün, bu aparatın informativ olmadığı müəyyənləşdirilmiş, həmin zonanın patologiyasının lokal epitutmalar verə biləcəyini, vətəndaşın klinikası ilə uyğun olmadığı müəyyənləşdirilmişdir. Epitutmaları təsdiqləyən EEQ müayinəsinin nəticəsində epiaktiv ocaqlar aşkarlanmamış, həkim-ekspert tərəfindən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2024-cü il tarixli, ***/**** nömrəli ekspert rəyinə əsasən, “xxxx” müalicə müəssisəsi olmadığından İddiaçı hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. Iş materiallarında olan tibbi sənədlərə əsasən, onun adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi ##.##.2023-cü il tarixli, F00069982YYM Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5 Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə. Ağırlaşmalar: F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə. G40.3-M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopariya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu qoyulsa da, özünün əyani müayinəsi zamanı üzvi mənşəli emosional labil (astenik) pozuntu koqnitiv funksiyaların pozulması, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə). Kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: G45.0-Vertebrobazilyar arterial sistem sindromu. I45-Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. II fəal sinif xəstəlikləri üçün xas olan əlamətlər aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı, ona Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmamışdır.

10. Iddiaçının əlilik vəziyyətinin qiymətləndirilməsi üçün birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1ə həvalə edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, T***/**** nömrəli “Canlı şəxsin ekspertizası” haqqında ekspert rəyinə əsasən, iddiaçının iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas xəstəlik T90.5–Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə. Ağırlaşmalar: F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə. G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə).Kəllədaxili hipertenziya.Yanaşı xəstəliklər: G45.0- Vertebrobazilyar arterial sistem sindromu. I45-Ürəyin xroniki işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası II fs.M51.1 – Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaqhərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. ##.##.2023-cü il tarixdə əyani müayinədə əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Lakin vətəndaş İddiaçı 18-##.##.2024-cü ildə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində stasionar müalicə alarkən ona “T90.5 Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, G43.2 Kəllədaxili hipertenziya, G44.3 Postravmatik xroniki başağrıları, G40.3 Tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma). F 06.6 Üzvi mənşəli emosional labil pozuntu, F06.7 Koqnitiv funksiyaların enməsi ilə. M51.1 Diskogen bel-oma radikulopatiyası, M42 Bel-oma osteoxondrozu, H04.1 Quru göz, H52.1 Miopiya, G43.0 Aurasız miqren” diaqnozu qoyulmuşdur, iş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə almışdır”.

12. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli qərarının iddiaçı İddiaçı aid hissədə ləğv edilməsi, iddiаçı İddiaçı müvafiq əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçıya tibb müəssisələri tərəfindən “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə. Ağırlaşmalar: Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə). Kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: Vertebrobazilyar arterial sistem sindromu. Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası II fs. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə”, 18-##.##.2024-cü ildə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində stasionar müalicə alarkən ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, Kəllədaxili hipertenziya, Postravmatik xroniki başağrıları, Tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma). Üzvi mənşəli emosional labil pozuntu, Koqnitiv funksiyaların enməsi ilə. Diskogen bel-oma radikulopatiyası, Bel-oma osteoxondrozu, Quru göz, Miopiya, Aurasız miqren” diaqnozu qoyulmuşdur. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərinin olması kimi onun xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina etmiş və iddiaçıya əlillik təyin etməmişdir. Halbuki həmin xəstəliklər zamanı əlillik təyinatı yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan qanunvericilik müddəalarına əsasən, inzibati orqan olaraq cavabdeh inzibati icraat haqqında qanunun tələbləri baxımından öz xidməti mövqeyinə görə, yalnız iddiaçının əlillik əlaməti təyin edilən xəstəlikdən əziyyət çəkmədiyi halda mübahisələndirilən məzmunda qərar qəbul edə bilərdi. Belə olan halda, iddiaçının sağlam olmasına əsaslı sübutlar olmadığı halda, onun əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda, cavabdeh iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul etmiş, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ##### 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya müvafiq dərəcəli əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdurr. Iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ##### 2023-cü il tarixli qərarı iddiaçı İddiaçı münasibətdə ləğv edilmiş, iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci dərəcə (orqanizm funksiyalarının 65-80% olmaqla itirilməsi) əlilliyin ##.##.2023-cü il tarixdən 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 17.1. Cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyi, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyləri ilə bu hal tam təkzib olunmuşdur. Göründüyü kimi, Meyarlar şəxsdə T90 (Başın travmalarının nəticələri) və G40 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə 6.7.3-cü bəndə uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə isə təsdiq olunmuşdur. Işin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən müəyyən edilən diaqnozlar, əvvəllər əlillik dərəcəsi təyin edilərkən müəyyən edilən diaqnozla eynilik təşkil edir, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır.

18. Birinci instansiya məhkəməsinin iddiaçıya əlillik təyin edilməli olması barədə nəticəsi əsaslı olsa da, əlilliyin təyinat tarixi və dərəcəsi (orqanizm funksiyalarının pozulması faizi) müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən, əlilliyin təyinat tarixi mübahisənin predmetini təşkil edən sonuncu göndəriş və həmin göndəriş əsasında qəbul edilmiş imtina qərarı nəzərə alınmaqla müəyyən edilməlidir; əvvəlki imtina qərarları mübahisələndirilmədiyindən hüquqi qüvvəsini saxlayır. Iş üzrə ekspert rəyinə və tibbi sənədlərə əsasən, iddiaçıda orqanizm funksiyalarının 65–80 faiz itirilməsi müəyyən edildiyindən, əlillik təyin edilərkən həmin göstərici və 2 illik müddət nəzərə alınmalıdır. Əlilliyin səbəbli əlaqəsi isə mübahisəli olmayaraq, onun hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda.

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.- 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.9-cu bəndinə görə bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri çərçivəsində işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən edilmiş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixdə qiymətləndirilərək, ona “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə imtina cavabı verilmişdir. Iddiaçı həmin imtina ilə razılaşmayaraq ona əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina qərarında, habelə apellyasiya və kassasiya şikayətlərində diaqnozun öz təsdiqini tapmadığını qeyd etsə də, birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırma zamanı tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 088) göstərilən diaqnoz məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də ixtisaslaşdırılmış tibb müəssisəsinin rəyləri ilə təsdiq edilmiş və həmin diaqnozun əlilliyin təyin edilməsinə əsas verdiyi müəyyən olunmuşdur.

33. Hazırkı qərarın 3-cü bəndində qeyd edilən, Baş Səhiyyə Idarəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli, F********YYM nömrəli göndərişdən göründüyü kimi, iddiaçıda əsas diaqnoz kimi T90.5 “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə”, ağırlaşmaları olaraq F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə”, G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya teztez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə). Kəllədaxili hipertenziya” göstərilmişdir.

34. Məhkəmə qərardadının icrası nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə-tibbi ekpertizasının ##.##.2025-ci il tarixli, T***/**** nömrəli ekspert rəyindən görünür ki, göndərişdə qeyd olunan əsas diaqnoz T90.5 “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə”, ağırlaşmaları - F06.6 “Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə”, G40.3 “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə). Kəllədaxili hipertenziya” və G45.0, I45, M51.1 kodlu yanaşı xəstəliklər şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmçinin, iddiaçı ##.##.2024-##.##.2024-cü ildə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində stasionar müalicə alarkən ona T90.5 kodlu “keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya”, G43.2 kodlu “kəllədaxili hipertenziya”, G44.3 “postravmatik xroniki başağrıları”, G40.3 “tez-tez təkrarlanan tonikklonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma)”, F06.6 “üzvi mənşəli emosional labil pozuntu”, F06.7 “koqnitiv funksiyaların enməsi ilə”, M51.1, M42, H04.1, H52.1, G43.0 kodlu diaqnozlar qoyulmuşdur.

35. Eləcə də, qeyd olunan T90.5 kolu əsas xəstəliyin və onun ağırlaşmaları olan F06.6 və G40.3 kodlu xəstəliklərin iddiaçıda müşahidə edildiyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş Idarəsinin və özəl tibb müəssisələrinin rəyləri ilə də təsdiqlənmişdir.

36. Belə ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş Idarəsinin ##.##.2022-##.##.2022-ci il tarixli çıxarışında iddiaçıda keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri və posttravmatik ensefalopatiya ilə yanaşı, ayda 7-8 dəfə təkrarlanan epileptik tutmaların olduğu, habelə dayaq-hərəkət və hissi funksiyaların pozulması qeyd edilmişdir. Bu məlumatlar iddiaçıda G40 kodlu epilepsiya xəstəliyinin uzun müddət davam etdiyini və mütəmadi qıcolma tutmaları ilə müşayiət olunduğunu göstərir.

37. Həmin diaqnozun obyektiv tibbi müayinələrlə də dəstəkləndiyi müəyyən edilir. Belə ki, DTX Hərbi Hospitalında ##.##.2022-ci il tarixdə aparılmış beyin MRT müayinəsində hər iki gicgah payının medial seqmentində struktur dəyişiklikləri, ##.##.2023-cü il tarixli KT müayinəsində isə kortikal atrofiya əlamətləri aşkar edilmişdir.

38. Bundan əlavə, “STARLAB” Tibb Mərkəzinin ##.##.2022-ci il tarixli EEQ müayinəsində beyin qabığı neyronlarının epileptik xarakterli qıcıqlanması, aşağı amplitudlu spayk dalğalar və qıcolma həddinin aşağı düşməsi ilə uyğun dəyişikliklər müəyyən edilmiş, antikonvulsant müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur.

39. Nərimanov Tibb Mərkəzinin ##.##.2022-ci il tarixli EEQ müayinəsində də beyin qabığının paroksizmal aktivliyi, gicgah və təpə paylarında patoloji yavaş dalğalar, baş beynin bioelektrik aktivliyində diffuz dəyişikliklər və qıcolma həddinin daralması müəyyən edilmişdir. Beləliklə, müxtəlif vaxtlarda və müxtəlif tibb müəssisələrində aparılmış müayinələrin nəticələri iddiaçıda epileptik prosesin mövcudluğunu və davamlı xarakter daşıdığını bir-birini tamamlayan şəkildə təsdiq edir.

40. Göründüyü kimi, iddiaçının G40 kodlu epilepsiya xəstəliyi yalnız anamnestik məlumatlara əsaslanmamış, onun mövcudluğu və klinik gedişi hərbi-tibb müəssisəsinin çıxarışı, EEQ, MRT və KT müayinələrinin nəticələri ilə dəstəklənmişdir. Bu tibbi məlumatlar sonrakı ekspert rəyi və 2024-cü ilin noyabr ayında aparılmış stasionar müalicə zamanı qoyulmuş G40.3, F06.6 və F06.7 diaqnozları ilə də uyğunluq təşkil edir. Odur ki, cavabdehin iddiaçıda əlilliyin təyin edilməsinə əsas verən G40 kodlu xəstəliyin mövcudluğunun təsdiq edilməməsi barədə mövqeyi iş üzrə toplanmış tibbi sübutların məcmusu ilə uzlaşmır.

41. Beləliklə, tibb müəssisəsi tərəfindən tərtib edilmiş F********YYM nömrəli göndəriş, ekspert rəyləri, o cümlədən, ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən verilmiş rəylərin birgə təhlilindən müəyyən edilir ki, hazırda iddiaçıda göndərişdə göstərilən T90.5 kodlu əsas xəstəlik və onun ağırlaşmaları olan F06.6 və G40.3 kodlu xəstəliklər aşkar edilir.

42. Həmin xəstəliklər isə AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın müvafiq olaraq 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsi və 7-ci “Psixi və davranış pozuntuları” bölməsində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərə aid edilmişdir.

43. “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.1-6.7.4-cü bəndlərindən görünür ki, G40 kodlu xəstəlik: - epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) halında orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə; (6.7.1-ci bənd) - epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) hallarda orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə; (6.7.3-cü bənd) - ayda 4 və daha artıq ağır tutma, yaxud 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik) hallarında isə orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə müddətsiz olaraq əlilliyin təyin edilməsinə əsas verir. (6.7.4-cü bənd)

44. Yuxarıda sadalanan tibbi sənədlərdən iddiaçıda ayda orta hesabla 4 və daha artıq epilepsiya tutmalarının olduğu və tutmaların artıq psixi və davranış pozuntuları ilə müşahidə edildiyi müəyyən edilmişdir.

45. Belə ki, F********YYM nömrəli göndərişdən göründüyü kimi, bu xəstəliyin ağırlaşmaları olaraq iddiaçıda artıq XBT-nin “Psixi pozğunluqlar və davranış pozğunluqları” bölməsinin F06.6 kodlu “üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə” xəstəyi müşahidə edilir.

46. Həmçinin, ekspert rəyindən göründüyü kimi, iddiaçının 2024-cü ilin noyabr ayında Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində stasionar müalicəsi zamanı da ona F06.6 “üzvi mənşəli emosional labil pozuntu”, F06.7 “koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qoyulmuşdur.

47. Tibbi ədəbiyyat məumatlarına əsasən, epilepsiya xəstəliyi öz-özlüyündə psixi pozğunluq olmasa da, uzun müddətdir davam etməsi, qıcolma tutmalarının artması və ağırlaşması hallarında psixi dəyişikliklər yarada bilər.

48. Hazırda da iddiaçıda epilepsiya xəstəliyi təkcə nevroloji xəstəlik kimi deyil, artıq psixi pozğunluqlarla ağırlaşmış klinik vəziyyət yaratmışdır. Qeyd olunan diaqnozların birlikdə mövcudluğu onu göstərir ki, epilepsiya artıq təkcə tutmalarla məhdudlaşmır, psixopatoloji dəyişikliklərlə müşahidə olunur.

49. Göründüyü kimi, iddiaçıda aşkar edilən G40 kodlu epilepsiya xəstəliyi F06.6, F06.7 kodlu nevrotik psixi pozğunluqlarla ağırlaşmış, bu isə xəstəliyin klinik gedişində teztez baş verən qıcolma tutmaları və kənar nəzarətə ehtiyacla müşayiət olunan ağır epilepsiya formasının yaranmasına səbəb olmuşdur.

50. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıda aşkar edilən G40 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.3-cü bəndində qeyd olunan patofunksional əlamətlərə uyğundur. Həmin diaqnoz isə iddiaçının tələb etdiyi kimi əlilliyin orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə təyin edilməsinə əsasdır.

51. Apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq iddiaçıya əlilliyin orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə təyin edilməsi qənaətinə gəlmiş və bunun əsası olaraq “Əlilliyin müəyyən olunması meyarları” nın 6.7.3cü bəndinə istinad etmişdir.

52. Bundan əlavə, işdən görünür ki, iddiaçı 2017-2022-cü illərdə 5 illik müddət ərzində “keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ yaddaş pozğunluğu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərəarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin ostexondrozu, C5-C6 fəqərəarası diskin yırtığı, hipotenziya, vertebrobazilyar çatmamazlıq” diaqnozu ilə II dərəcəli əlil hesab edilmişdir.

53. Işin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan G40 kodlu epilepsiya xəstəliyi hazırda da iddiaçıda davam edir, yuxarıda qeyd edildiyi kimi, hətta daha da ağırlaşaraq, XBT-nin “Psixi pozğunluqlar və davranış pozğunluqları” bölməsinin xəstəlikləri ilə müşahidə edilir.

54. Belə olan halda, 2017-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.

55. “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

56. Lakin, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının etimadın qorunması hüququna malik olduğunu da nəzərə almamışdır.

57. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-4372024, 2-1(102)- 589/2024, 2-1(102)-671/2024, 2-1(102)-764/2024, *-*(***)-***/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır.

58. Bundan başqa, cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

59. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin edilməsi məsələsini həll edərkən cavabdeh həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlilliyin təyin edilməsi ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatın, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsinə dair normalarının tələblərini nəzərə almağa borcludur.

60. Bu mənada, əlilliyin təyin edilməsi üzrə səlahiyyətin məzmunu baxımından, şəxsin sağlamlıq vəziyyətinin əlillik meyarları üzrə qiymətləndirilməsi ilə qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin edilməsini fərqləndirmək lazımdır. Bu fərqləndirmə, bir tərəfdən, şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması, digər tərəfdən isə müəyyən edilmiş həmin hallara uyğun hüquqi nəticə barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi sahəsində cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, məhkəmə tərəfindən inkar edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən, tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən isə şəxsin tibbi və instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin edilməsi isə bu qiymətləndirmənin nəticələrindən asılıdır. Qiymətləndirmə nəticəsində müəyyən edilmiş xəstəliyin və diaqnozun qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən hal və meyarlara uyğun gəldiyi təqdirdə, cavabdeh şəxsə əlillik təyin etməyə borcludur. Yəni, əlilliyin təyin edilməsi üçün tələb olunan şərtlər mövcud olduqda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, bağlı səlahiyyətidir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə həm cavabdehin iddiaçının faktiki sağlamlıq vəziyyətini obyektiv göstəricilər əsasında qiymətləndirməsini, həm də qiymətləndirmə nəticəsində müəyyən edilmiş xəstəlik və diaqnozun qanunvericilikdə əlilliyin təyin edilməsinə əsas verən hallara uyğun gəldiyi təqdirdə şəxsə əlilliyin təyin edilməsindən imtina barədə qərarını tam həcmdə yoxlaya bilər.

62. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı, cavabdehin hazırkı mübahisənin predmeti olan qərarına həm də bu prizmadan qiymət verilməlidir.

63. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar