Məhkəmə qərarları › İş №2-1(102)-3421/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3421/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3421/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinəqarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-3421/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavab deh Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsinə qarşı əmək pensiyasına əlavələrin hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-885/2019 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi və vəkili Vəkil vəsatətinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, həyat yoldaşı Əzizov X1 uzun müddət rəhbər vəzifələrdə çalışdığını, 1933-cü ildə anadan olmuş həyat yoldaşı, 1973-cü ildən Azərbaycan SSR Nazirlər Kabinetində şöbə m üdirinin müavini, aparat rəhbəri, təsərrüfat hissəsi üzrə müavini, müdiri, qonaq evinin müdiri, müstəqillik illərində Azərbaycan Respublikası Nazirlər Kabinetində xxxx 1993-cü il tarixli 62 saylı sərəncamla Nazirlər Kabineti yanında Müdafiə sənayesi şöbəsində referent, xxxx 1993-dcü il 305 saylı sərəncamla Azərbaycan Respublikası Prezidenti “Qonaq Evi”nin direktoru, xxxx 995-ci il tarixli 191 saylı sərəncamla Nazirlər Kabineti İşlər İdarəsi Müdafiə Sənayesi Şöbəsinin böyük referenti vəzifələrində çalışaraq, 1997-ci ildən pensiyaya çıxdığını, xxxx 2002-ci ildə rəhmətə getdiyini, X3 ilə xxxx 1966-cı ildə nikaha daxil olaraq birgə nikahdan bir övladları olduğunu, mərhum həyat yoldaşının pensiyası 01 sentyabr 2001-ci il tarixli “Dövlət qulluquğu haqqında” Azərbaycan Respublikası Qanununun, “Dö vlət qulluqçularının pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dul qalmış həyat yoldaşına çatdığını, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun mərhum əri rəhmətə getdiyi tarixdən sonra qüvvəyə mindiyini əsas gətirərək, müraciətdən imtina etdiyini bildirərək, həyat yoldaşı Əzizov X1 rəhmətə getdiyi 03 may 2002-ci il tarixdən qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmaqla, ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)- 3984/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, X1 rəhmətə getdiyi xxxx 2002-ci il tarixdən qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmaqla, iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim - A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-885/2019 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı “rəhmətə getdiyi xxxx 2002-ci il tarixdən” sözləri “xxxx 2006-cı il tarixdən” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti verməklə bərabər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə vermişlər. Ərizənin dəlilləri Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi ərizəni onunla əsaslandırılmışdır ki, Dövlət Sosial X2 rayon şöbəsinin rəhbərliyində baş verən vəzifə dəyişikliklərinə görə, eyni zamanda şöbənin kargüzarlığında baş vermiş texniki səbəblərdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən buraxılmış, beləliklə, məhkəmə qərarından şikayət vermə müddəti üzrlü səbəbdən buraxılmışdır. Tərəflərin izahatları Cavab dehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında ərizənin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili Nümayəndə ərizənin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymət ləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-885/2019 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin vəsatəti təmin edilməməli, müddətin bərpasından imtina edilməli, kassasiya şikayəti mümkün hesab edilməməlidir. İ ş materiallarındakı poçt bildirişinə əsasən apellyasiya məhkəməsinin qərarı iş üzrə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinə xxxx 2019-cu il tarixdə imza etdirilməklə təqdim olunmuş, sonuncu tərəfindən kassasiya şikayəti məhkəməyə xxxx 2019-cu il tarixədək bir ay müddətində verilməli olduğu halda, xxxx 2019-cu il tarixdə daxil olmuş, iddiaçı tərəfindən prosessual müddətin bərpası barədə verilmiş ərizədə müddətin buraxılmasına səbəb olmuş hallar əsaslandırılmamış, müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı bir sübut təqdim edilməmiş, beləliklə, prosessual müddət hər hansı bir üzürlü səbəb olmadan ötürülmüşdür. Cavabdehin müddətin bərpası barədə göstərdiyi hallar isə məhkəmə kollegiyası tərəfindən üzrlü səbəb kimi qəbul edilmir. Digər tərəfdən istinad edilən halları təsdiq edən möt əbər sübutlar da məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məcəllənin 24.1, 24.2 və 24.3-cü maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəs inə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə İnsan Hüquqlarına Dair Avropa Məhkəməsinin xxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Sosial X2 rayon şöbəsi tərəfində n kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir aylıq prosessual müddət hər hansı üzrlü səbəb olmadan ötürüldüyündən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-885/2019 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin vəsatəti təmin edilməməli, müddətin bərpasından imtina edilməli, kassasiya şikayəti mümkün hesab edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin vəsatəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(103)-885/2019 saylı qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina edilsin. Kassasiya şikayəti mümkün hesab edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar