Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3422/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina edərək ##.##.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlara əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 5 ay 7 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1985- ##.##.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 3 ay)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21062,49 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir.
2. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı məktubda ümumi iş stajı hesablanarkən hansı illərin götürülmədiyi və səbəbləri haqqında yazılı məlumat verilməsini tələb etsə də, ##.##.2024-cü il tarixdə ərizəsinə izah verilmədən, ##.##.2024-cü il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir. Imtina tamamilə əsassızdır. Belə ki, H3 ******* nömrəli hərbi biletinə əsasən, ##.##.1983-cü ildən ##.##.1985-ci il tarixədək orduda xidmət etmişdir və xxxxlik fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür (##.##.1985-##.##.2000-ci il) və bu barədə müvafiq arayış verilmişdir. Bundan sonra, “xxxx” Firmasında xəzinədar vəzifəsində 05 il 05 ay 26 gün (##.##.2000-##.##.2005-ci il) gün, “xxxx” MMC-də müxtəlif vəzifələrdə 02 il 03 ay (##.##.2009-##.##.2012-ci il) və ##.##.2024-cü il tarixdən “xxxx” MMC-də logistika üzrə mütəxəssis vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı günədək, yəni ##.##.2024-cü il tarixə ümumi iş stajı 25 il 16 gün təşkil edir.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) ## ###### 2025-ci il tarixli, **- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Işdən görünür ki, cavabdeh iddiaçının ümumi stajının 25 ildən az olduğunu iddia etmiş (19 il 5 ay 7 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.2000-ci il tarixləri arasındakı dövrlər və 2009-2011-ci illər üzrə 2 il 3 ay), bu zaman onun ##.##.2000- ##.##.2005-ci il tarixlərdə “xxxx” firmasında xəzinədar işlədiyi dövrü stajına daxil etməmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə tərəfindən həmin dövrün araşdırılması ilə bağlı müvafiq sorğu verilmiş, “xxxx” MMC ##.##.2024-cü il tarixli məktubunda göstərmişdir ki, iddiaçı İddiaçı ##.##.2000-ci il (Əmr № ** - ##.##.2000 il) tarixindən ##.##.2005-ci il (Əmr № ** - ##.##.2005 il) tarixədək, həqiqətən, “xxxx” firmasında xəzinədar vəzifəsində işləmişdir. Göründüyü kimi, əmək kitabçasından əlavə, işəgötürənin arayışı da iddiaçının 2000-2005-ci il tarixlərindəki əmək fəaliyyətini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəzinədar vəzifəsində işlədiyi dövrdəki arxiv sənədlərinin olmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal öz-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Bundan başqa, cavabdeh əmək kitabçasında qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 2000-2005-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla onun hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, onun işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, əksinə iddiaçının 2000-2005-ci illərdə işləməsi həmin müəssisə tərəfindən təsdiq edildiyindən onun ümumi stajı ##.##.2024-cü il tarixə 25 ildən artıq olmuş və o, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan ümumi iş stajı şərtini ödəmişdir. 5.2. Işdə olan “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışından görünür ki, iddiaçının əmək kitabçasına əsasən, o, ##.##.1985-ci il tarixdən **/k nömrəli ##.##.1985-ci il tarixli əmrlə “Dəqiq Mexanizmlər Təmiri” zavoduna xxxx peşəsinə işə qəbul edilmişdir. ##.##.1989-cu il tarixdən zavodun yenidən qurulması ilə əlaqədar ##.##.1989-cu il tarixli **/k nömrəli əmrlə 4-cü dərəcəli quraşdırıcı xxxx ixtisası ilə “xxxx” müəssisəsinə köçürülmüşdür. 1997-ci ildən “xxxx” müəssisəsi “xxxx” ASC-yə çevrilmişdir. ##.##.2000-ci il tarixdən “xxxx” ASC-nin ləğvi ilə əlaqədar **/k nömrəli ##.##.2000-ci il tarixli əmrlə işdən azad edilmişdir. Iddiaçının bu müəssisələr üzrə xxxx fəaliyyəti ilə bağlı zərərli əmək stajı 15 il 02 ay 09 gündür. “xxxx” ASC, “Dəqiq Mexanizmlər Təmiri” zavodunun və “xxxx” müəssisəsinin hüquqi varisidir. ##.##.2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. xxxx peşəsində işləmiş iddiaçı quraşdırma işlərini yerinə yetirərkən “xxxx və bədii məmulatları qaralamaqla” məşğul olmuşdur. Orqanizmə zərərli təsir edən kristal və maye halda olan kimyəvi turşulardan uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il ## #### *** nömrəli Qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısında “Metal emalı” adlanan 14-cü bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə xxxx və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. * nömrəli Siyahı Nazirlər Kabinetinin ##.##.2007-ci il ** nömrəli Qərarı ilə yenidən təsdiqlənmişdir. Iddiaçı metal emalı sahəsində xxxx işləmişdir və işlədiyi xxxx peşəsi * nömrəli Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. 5.3. Işdə olan “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli ** nömrəli məktubundan görünür ki, ƏMXN-in “xxxx” müəssisəsində xxxx peşəsində işləmiş iddiaçının təqdim etdiyi əmək kitabçası əsasında əmək şəraiti zərərli olan xxxx peşəsindəki stajına görə güzəştli şərtlə pensiya təyinatı üçün ona arayış verilmişdir. “xxxx” ASC “xxxx” müəssisəsinin hüquqi varisi olduğuna görə həmin işçiyə arayış təqdim edilmişdir. ƏMXN-in tabeliyində olmuş “xxxx” müəssisəsi ##.##.2000-ci il tarixdən özəlləşdirilməsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırmış və ləğv olunmuşdur. Bu səbəbdən, həmin müəssisənin həm kadr, həm də mühasibatlıqla bağlı arxiv sənədləri saxlanılmamışdır. Iddiaçının işlədiyi xxxx peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il ## #### *** nömrəli Qərarı ilə təsdiq olunmuş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısında “Metal emalı” adlanan 14-cü bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbənddə 2150700a-19553 kodu ilə xxxx və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir. Qeyd edilən * nömrəli Siyahı Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə yenidən təsdiqlənmişdir. Iddiaçı metal emalı sahəsində xxxx işləmişdir və işlədiyi xxxx peşəsi * nömrəli Siyahıda nəzərdə tutulmuş həmin sahənin peşə və vəzifələrinə uyğundur. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun ##.##.2024-cü il tarixə 15 il 02 ay 09 gün güzəştli iş stajının olmasını bildirmiş, cavabdeh isə bu halı mübahisələndirməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan güzəştli iş stajı şərtini də ödəmişdir. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və E.Ə.Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.