Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3423/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: işlədiyi illərin sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı 03.12.1991-ci ildən - 03.05.1995-c i il tarixədək “xxxx” MMC-də direktor müavini vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1771/2019 saylı iş üzrə 05.09.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 20 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun B akı şəhəri Yasamal rayon şöbəsinə qarşı 03.12.1991-cü il tarixdən - 03.05.1995-ci il tarixədək olan iş stajının sosial sığorta stajı kimi nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ilin mart ayından əmək pensiyasına çıxmışdır. Lakin pensiyaya çıxarkən onun 03.12.1991-ci ildən 03.05.1995-ci ilədək olan iş stajı nəzərə alınmamışdır. Bununla bağlı ona cavabdeh tərəfindən 12.06.2018-ci il tarixdə imtina məktubu verilmişdir. Hal-hazırda işlədiyi müəssisə mövcud deyildir. Bir çox işçilər başqa dövlətə köçmüşdür. Birinci instansiya məhkəməsinin 30.08.2018-ci il tarixli iş № 2-1(81) -3398/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 30.08.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29.11.2018-ci il tarixli iş № 2-1(103)-2699/2018 (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Səriyyə Seyidova və İlham Əhmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin 2-1(81)-3398/2018 nömrəli iş üzrə 30 avqust 2018-ci il tarixli qərarın ləğv edilməsi, inzibati iş məhkəmə icraatınınd avam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi, cavabdehin apeyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı 20.02.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 03.12.1991-ci ildən 03.05.1995-ci il tarixədək “xxxx” MMC-də direktor müavini vəzifəsində işlədiyi dövr sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 13.05.2019-cu il tarixli iş № 2-1(81)-1297/2019, (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayə ti verərək birinci instansiya məhkəməsinin 13.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05.09.2019-cu il tarixli iş № 2-1(103)-1771/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Valeh Ağayev) qərarı ilə birinci instansiya məhkəməsinin 13.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bununla bağlı olaraq iddiaçı, DSMF-nin Yasamal rayon Şöbəsinə yazılı olaraq müraciət etmiş və DSMF-nin Yasamal rayon Şöbəsi iddiaçıya müraciətinin təmin olunmaması barədə 12.06.2018-ci il tarixli 12/4375 JN2-İİ imtina cavabı vermişdir. Həmin imtinaya əsas kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığı qeyd olunmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdehin kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1771/2019 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkil i Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.09.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məru zəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bununla bağlı olaraq iddiaçı, DSMF-nin Yasamal rayon Şöbəsinə yazılı olaraq müraciət etmiş və DSMF-nin Yasamal rayon Şöbəsi iddiaçıya müraciətinin təmin olunmaması barədə 12.06. 2018-ci il tarixli 12/4375 JN2-İİ imtina cavabı vermişdir. Həmin imtinaya əsas kimi sözügedən dövrün düzgünlüyünü qarşılıqlı yoxlamaq mümkün olmadığı qeyd olunmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respubikasının “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 10.03.2017-ci il tarixli 543-VQD Ns-li Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. Tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yaranmışdır və Ali Məhkəmənin İnzibati-İ qtisadi Kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə 01.07.2017-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun normalarının tətbiq olunmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Azərbaycan Res publikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı sığorta stajı əhatə etdiyi dövrə uyğun o laraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi h azırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 05.09.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.09.2019-cu il tarixli 21(103)-1771/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3423/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3423/2019
20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver