Məhkəmə qərarları › İş №2-1(102)-3424/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3424/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3424/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Əliyar qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müraciətə baxılması və həll edilməsi ilə bağlı inzibati icraat qaydalarının inzibati orqan tərəfindən pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Əliyar qızının, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Əliyar qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 21(103)-2134/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 12 nömrəli evin 46 nömrəli mənzilinə dair hər hansı məhdudiyyətin olmaması barədə dövlət reyestrindən arayışın (Forma 1) verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 9 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsi ilə bağlı İdar ənin arxivində heç bir məlumat qeydə alınmamışdır və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2019-cu il 8 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 12 nömrəli evin 46 nömrəli mənzilinə dair hər hansı məhdudiyyətin olmaması barədə dövlət reyestrindən arayışın (Forma 1) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Özəlləşdirmə və Sahibkarlığa Kömək Baş İdarəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin 1993-cü il 7 dekabr tarixli qeydiyyat vəsiqəsinin surətindən göründüyü kimi, Bakı şəhəri, Naxçıva nski küçəsindəki 12 nömrəli evin 46 nömrəli mənzili iddiaçının atası X1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Ə.İ.Vəliyev 2017-ci il 23 mart tarixdə vəfat etmişdir. O, vəfat edənə qədər yoldaşı X3, İddiaçı Əliyar qızı və nəvəsi X2 ilə mübahisəli ünvanda yaşamışlar. E.Ə.Vəliyeva vərəsəlikdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı və yaxın qohumları vərəsəlik məqsədləri üçün Bakı şəhəri 15 saylı notariat kontoruna müraciət etmiş və buna görə də mirası qəbul edə bilmələri üçün Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 12 saylı evin 46 saylı mənzilə dairhər hansı məhdudiyyət (yüklülük) olmaması barədə dövlət reyestrindən arayışın əldə edilməsi zəruridir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1299/2019 nömrəli iş üzrə 21 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 12 nömrəli evin 46 nömrəli mənzilinə dair hər hansı məhdudiyyətin olmaması barədə dövlət reyestrindən arayışın (Forma 1) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası mülkiyyətçinin vərəsəsi kimi onun daşınmaz əmlakı üzərində hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-1(103)-2134/ 2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində hazırda heç bir məlumat olmadığı üçün mənzilin təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi hətta texniki olaraq da mümkün deyil, bu imkan yalnız mənzil dövlət reyestrində qeydə alındıqdan sonra reallaşa bilər. Məhkəmənin qərarı iddiaçı 2019-cu il 24 sentyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 21 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini n dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Yəni, bu mübahisə üzrə sübutetmə yükünün inzibati orqanın üzərinə düşməsi işin mübahisə olunmaz haldır. Bu barədə birinci instansiya məhkəməsi qərarında da qeyd etmişdir ki, mənzilin iddiaçının mərhum atasının mülkiyyətində olması barədə təqdim etdiyi 1993-cü il 7 dekabr tarixli “Qeydiyya t vəsiqəsi”ndə göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindın sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Həm də nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə qeydiyyat vəsiqəsindəki qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Nəzərə alınmalıdır ki, mənzilin mülkiyyət kimi onun əvvəlki qeydiyyatı barədə “Qeydiyyat vəsiqəsi” əsasında vaxtında qeydiyyata alınmadığından, hazırda ona məhdudiyyət (yüklülük) də qeydiyyata alınmamış sayılır. Lakin apellyasiya instansiyası məhkəməsinin qərarında 1993-cü il 7 dekabr tarixli “Qeydiyyat vəsiqəsi”ndə göstərilən məlumatların həqiqə tə uyğun olmadığının inzibati orqan tərəfindın sübuta yetirildiyini görmək mümkün deyil. Həm hüquq nəzəriyyəsinə və həm də məhkəmə təcrübəsinə əsasən, 1993-cü il 7 dekabr tarixli “Qeydiyyat vəsiqəsi”ndə göstərilən məlumatların həqiqətə uyğun olmadığının cavabdeh tərəfindən sübuta yetirilməsi üçün, saxta olması barədə müvafiq ekspert rəyi və məhkəmə qərarı lazım idi. İş materiallarında isə belə bir sübut mövcud deyil. Məhkəmə qərarında cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunun necə və nə ilə sübuta yetirilməsi göstərilməmişdir. Halbuki, İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasan, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd edilən normalardan da görünür ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin qeydiyyat əsası nda, mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, cavabdehin mövcud hüquqlara dair arayış verməkdən imtinası qanunsuzdur. Cavabdehin imtina məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın tələblərinə heç bir istinad yoxdur və ümumiyyətlə, bu imtina üçün heç bir hüquqi əsas yoxdur. Çünki, iddiaçının əlində sözügedən mənzilin iddiaçının atası X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınması barədə möhürlü və imzalı dövlət sənədi var. Həmin sənədin arxivdə olmaması, yaxud aşkarlanmaması iddiaçının təqsiri deyil və ola da bilməz. Apellyasiya instansiyası inst ansiya məhkəməsi qeyd edilən normaların tələblərinə riayət etməmiş və qərarı hansı normativ aktlara əsasən qəbul edilməsinə istinad etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsin in qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin əsası kimi qeyd etmişdir ki, mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində hazırda heç bir məlumat olmadığı üçün mənzilin təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi hətta texniki olaraq da mümkün deyil, bu imkan yalnız mənzil dövlət reyestrində qeydə alındıqdan sonra reallaşa bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini iddianın rəd d edilməsinin əsası kimi qəbul etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun preambulasına görə, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinin müddəalarına əsasən: 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərind ə mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Qanunun müddəalarından göründüyü kimi, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparıl ması qaydaları məhz həmin Qanunla müəyyən edilir və Qanunun 4-cü maddəsinin tələbinə görə: 1) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır; 2) bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır; 3) 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər; 4) göstərilən qaydada məlumatlar ve rilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxarkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qeyd edilən normalarının tələblərini nəzərə almalı, habelə “İnzibati icraat haqqında” Qanunun müraciətlərə baxılması və həll edilməsi ilə bağlı müddəalarının tələblərini rəhbər tutmalı idi. Nəzərə alınmalıdır ki, qanunla bilavasitə inzibati orqanlara aid edilmiş vəzifələrin (hazırkı halda, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış və öz hüquqi qüvvəsini saxlayan hüquqların dövlət qeydiyyatına dair sənədlərin/məlumatların qeydiyyat orqanına göndərilməsi və həmin məlumatların vahid dövlət reyestrinə daxil edilməsi və s.) icra olunmaması və ya vaxtında icra olunmaması hüquq sahibi və ya onun vərəsələri üçün məhdudiyyətlər yaratmalı deyil. “İnzibati icraat haqqında” Qanunun preambulasına görə, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 11.1-ci maddəsinin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanu nun 24-cü maddəsinin müddəalarına əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim ol unmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 32.2-1-ci maddəsinin tələbinə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Beləliklə, cavabdeh iddiaçının müraciəti ilə bağlı “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Qanunun 4-cü maddəsinin və “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən normalarının tələblərini rəhbər tutmaqla iddiaçının təqdim etdiyi qeydiyyat vəsiqəsində təsbit olunmuş daşınmaz əmlaka dair məlumatları/sənədləri digər inzibati orqandan bilavasitə özü tələb etməlidir. Başqa sözlə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun preambulasına görə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları məhz həmin Qanunla müəyyən edildiyindən, həmin Qanunda nəzərdə tutulmuş qeydiyyatla bağlı funksiyaların icrası hazırkı iş üzrə cavabdehə həvalə edildiyindən, cavabdeh əvvəllər digər icra hakimiyyəti orqanları tərəfindən qeydə alınmış daşınmaz əmlakla bağlı məlumatların onda olmaması səbəbi ilə iddiaçının hazırkı məzmunda müraciətinə baxmaqdan (yüklülüyün mövcud olub-olmadığına dair məlumat verməkdən) imtina edə bilməz. Məhkəmə kollegiyası, məhz yuxarıda qeyd edilən normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, cavabdehin üzərinə iddiaçının müraciətinə yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq yenidən baxmaq öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli 2-1(103)-2134/2019 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə iddiaçının müraciətinə bu Qərarın əsaslandırma hissəsində qeyd edilən normaların tələbləri nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulur. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: imza İ.K.Hüseynov Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar