Məhkəmə qərarları › İş №2-1(102)-3426/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3426/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3426/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı və vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 10 iyul 1978-ci il tarixdən 01 oktyabr 2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 07.07.1982-ci il tarixdə S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavoduna 4-cü dərəcəli termist peşəsinə işə qəbul edilmiş, 01.10.1985-ci il tari xdə Dəmirçi-termik sexinə 4-cü dərəcəli termist peşəsinə keçirilmiş, 29.08.1988-ci il tarixdə böyük qıfıllar sexinə avtomatik maşınların operator-termist, 03.03.1999-cu il tarixdə Marketinq qrupuna marketinq-qıfıl sexinə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 24.04.2000-ci il tarixdə Qıfıl sexinə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 01.03.2001-ci il tarixdə işəmüzd sistemlə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 25.05.2007-ci il tarixdə Qıfıl-neft mədən avadanlıqları sexinə işəmuzd sistemlə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 05.01.2010-cu il tarixdə ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 07.01.2013-01.10.2015-ci illərdə Xətai rayon 89 saylı MKİS-də çilingər-santexnik işində işl əmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 10 yanvar 2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işlədiyi vəzifələr bütövlükdə ağır şəraitdə olmuş və 10 ildən çox güzəştli iş stajı toplamışdır. Onun ümumilikdə 25 ildən çox, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərcilərin Siyahısı”nda göstərilən müvafiq vəzifədə isə 12 ildən çox stajı var. Bu səbəbdən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək stajına malik olduğundan, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 1 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrin də, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tələb olunan ümumi və güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə təmin edilməmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(82)-805/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabeh tərəfindən iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12№-li qərarı ilə təsdiq edilmiş güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında İsti işlərdə sobaların yanında daim məşğul olan termistlər Xİ-ci bölmə Metal emalı 3-cü bölmənin “a” bəndində nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının işlədiyi “İsti işlərdə sobaların yanında daim məşğul olan termistlər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda Xİ-Metal emalı adlı bölməsində 1110300a—19100 kodu altında zərəli iş kimi nəzərdə tutulmuşdur. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, iddiaçı müraciət etdiyi vaxt 57 yaşı olmuş və buna görə onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olmamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bu hüququ əldə etmək istəyən şəxsin 60 yaşı tamam olmalıdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 92.0.6, 96.9, 90-99cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı və vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kolleg iyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 10 iyul 1978-ci il tarixdən 01 oktyabr 2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 07.07.1982-ci il tarixdə S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavoduna 4-cü dərəcəli termist peşəsinə işə qəbul edilmiş, 01.10.1985-ci il tarixdə Dəmirçi-termik sexinə 4-cü dərəcəli termist peşəsinə keçirilmiş, 29.08.1988-ci il tarixdə böyük qıfıllar sexinə avtomatik maşınların operator-termist, 03.03.1999cu il tarixdə Marketinq qrupuna mark etinq-qıfıl sexinə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 24.04.2000-ci il tarixdə Qıfıl sexinə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 01.03.2001-ci il tarixdə işəmüzd sistemlə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 25.05.2007-ci il tarixdə Qıfıl-neft mədən avadanlıqları sexinə işəmuzd sistemlə 4-cü dərəcəli operator-termist peşəsinə keçirilmiş, 05.01.2010-cu il tarixdə ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 07.01.2013-01.10.2015-ci illərdə Xətai rayon 89 saylı MKİS-də çilingər-santexnik işində işləmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçının 57 yaşı 10.01.2017-ci il tarixdə tamam olduğundan həmin zaman qüvv ədə olan hüquq normalarının tələbləri nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin imtinasının əsasını iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajının olmaması təşkil edir. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək k itabçasına əsasən müəyyən edilir. İddiaçıya məxsus 08.01.1981-ci il tarixli əmək kitabçasından görünür ki, o, 10 iyul 1978-ci il tarixdən 01 oktyabr 2015-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda, cavabdehin iddiaçının qanunla tələb olunan ümumi stajının olmamasına dair dəlilləri əsassızdır. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının 07.07.1982-ci il tarixdən 05.01.2010-cu ilədək S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunda (hazırkı “xxxx” X2 Cəmiyyəti) işlədiyi termist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12№-li qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında Xİ-ci bölmə Metal ema lı 3-cü bölmənin “a” bəndində (isti işlərdə sobaların yanında daim məşğul olan termistlər) nəzərdə tutulmuşdur. Bundan əlavə, sözügedən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda Xİ-Metal emalı adlı bölməsində 1110300a—19100 kodu altında zərəli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqınd a) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əs aslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdiri lmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1595/2019 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar