Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(102)-3428/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlәr Bәdәlov Kәmalәddin Nurәddin oğlu (mәruzәçi), Vәliyeva Elşanә Rafiq qızı vә Vәliyev Sәrvәr Yaqub oğlundan ibarәt tәrkibdә, IŞIN HALLARI
1. İddiaçı ##.##.2016-cı il tarixdәn etibarәn beş il müddәtinә ikinci dәrәcә әlillik tәyin edilmişdir.
2. İddiaçı әlillik vәziyyәti *******AAYQF nömrәli göndәrişә әsasәn “Hәrbi әmәliyyatlar nәticәsindә digәr növ partlayışlar vә ya qәlpәlәrlә törәnmiş zәdәlәnmәlәr, Mәrmi partlamasından sonra keçirilmiş kәllә beyin travmasından sonrakı ensefalopatiya” diaqnozu әsasında ##.##.2022-ci il tarixdә qiymәtlәndirilmiş vә “Diaqnoz әlillik әlamәti tәyin etmәmәsi barәdә” qәrar qәbul edilmişdir.
3. Azәrbaycan Respublikası Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Hәkim Komissiyasının xәstәlik haqqında ##.##.2015-ci il tarixli *** nömrәli qәrarı (xәstәlik haqqında şәhadәtnamә) ilә İddiaçı aldığı “Sağ tәrәfli döş qәfәsinin travması. Böyrәklәrin travmatik әzilmәsi”, ##.##.1993-cü ildә aldığı vә ##.##.1993-cü ildәn ##.##.1993-cü ilә kimi Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Klinik Hospitalında müayinә vә müalicә olunduğu travma vә xәstәlik- diaqnoz: “Qapalı kәllә beyin travması” vә ##.##.1993-cü ildәn ##.##.2023-cü ilә kimi Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Klinik Hospitalında müayinә vә müalicә olunduğu xәstәlik - diaqnoz: Keçirilmiş kәskin sistitin qalıq әlamәtlәri” (Azәrbaycan Respublikası SHXÇDX-nın Bәrdә Rayon Şöbәsinin ##.##.2015-ci il tarixli **** nömrәli göndәrişi, ##.##.2015-ci il tarixli *** nömrәli arayışı, Qәdirli adına Hövzә klinik xәstәxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, ##.##.2015-ci il tarixli **** nömrәli vә ##.##.2015-ci il tarixli **** nömrәli arayışdan, hәrbi biletdәn çıxarışlar, MN MHHK-nın hәkim mütәxәssisi-cәrrahın rәyi ilә tәsdiq edilir), “Hәrbi travmadır, Azәrbaycan Respublikasının müdafiәsi zamanı alınmışdır” kimi müәyyәnlәşdirilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia әrizәsi, daha sonra iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә ilә Gәncә Inzibati Mәhkәmәsinә müraciәt edәrәk, cavabdehin ##.##.2022-ci il tarixli qәrarının lәğv edilmәsi vә ona ##.##.2022-ci il tarixdәn Azәrbaycan Respublikasının әrazi bütövlüyünün müdafiәsi ilә әlaqәdar ikinci dәrәcә әlilliyin tәyin edilmәsi öhdәliyinin cavabdehin üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
5. Iddiaçı tәlәbini onunla әsaslandırmışdır ki, o, Azәrbaycan Respublikasının Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Bәrdә Rayon Şöbәsi (keçmiş Bәrdә Rayon Hәrbi Komissarlığı) tәrәfindәn 1992-ci ildә sәfәrbәrliklә әlaqәdar ehtiyatda olan zabit kimi hәrbi xidmәtә çağırılmış vә döyüş әmәliyyatlarında bilavasitә iştirak edәn hәrbi hissә olan Müdafiә Nazirliyinin N nömrәli hәrbi hissәsinә göndәrilmişdir. Hәmin hәrbi hissәnin hәrbi qulluqçusu kimi Azәrbaycan Respublikasının әrazi bütövlüyü uğrunda hәrbi әmәliyyatlarda iştirak edәrkәn ##.##.1992-ci il tarixdә düşmәn tәrәfindәn atılan mәrminin yaxınlığında partlaması sәbәbi ilә ağır travma almış, buna görә müxtәlif hospital vә tibb müәssisәlәrindә müalicәlәr alsa da, sağlamlıq vәziyyәti ağırlaşdığına görә Bakı şәhәrindәki Qәdirli adına X3 göndәrilmiş, orada ##.##.1992-ci ildәn ##.##.1992-ci il tarixәdәk “Sağtәrәfli döş qәfәsinin travması. Böyrәklәrin travmatik әzilmәsi” diaqnozu ilә stasionar müalicә almış, müalicәsi başa çatandan sonra hәrbi hissәyә qayıtmışdır. N nömrәli hәrbi hissәnin tәrkibindә yenidәn döyüşlәrdә iştirak edәrkәn bu dәfә ##.##.1993-cü ildә yenidәn mәrmi partlamasından aldığı travmalar sәbәbindәn әvvәlcә, ##.##.1993-cü ildәn ##.##.1993-cü il tarixәdәk (1 ay) Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Klinik Hospitalında “Qapalı kәllә beyin travması” diaqnozu ilә vә ##.##.1993-cü il tarixdәn ##.##.1993-cü ilә kimi Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Klinik Hospitalında “Keçirilmiş kәskin sistitin qalıq әlamәtlәri” diaqnozu ilә müayinә vә müalicә olunmuşdur. Müayinә vә müalicәlәrinә baxmayaraq sağlamlığı bәrpa olunmamış, Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Hәkim Komissiyası ##.##.2015-ci il tarixli qәrarı ilә yuxarıda göstәrilәn diaqnozları әsasında barәsindә “Hәrbi travmadır, Azәrbaycan Respublikasının müdafiәsi zamanı alınmışdır” nәticәsinә gәlmiş vә Bәrdә Rayon Xәstәxanasının göndәrişi әsasında Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli qәrarı ilә ona 2-ci dәrәcә әlillik tәyin edilmişdir. Komissiyanın hәmin qәrarı ilә әlilliyi 5 il müddәtinә, yәni ##.##.2021-ci il tarixәdәk tәyin edilmiş vә hәrbi әlil hesab edilmişdir. Diaqnoz: Hәrbi әmәliyyatlar nәticәsindә digәr növ partlayışlarla vә ya qәlpәlәrlә törәnmiş zәdәlәnmәlәr. Mәrmi partlayışından sonra keçirilmiş kәllә-beyin travmasından sonrakı ensefalapatiya. Qeyd edilәn әlillik müddәtinin bitmәsindәn sonra (##.##.2021-ci il tarixdәn sonra) Bәrdә Rayon Mәrkәzi Xәstәxanasının HMK-nın ##.##.2021-ci il tarixli, *******AAQVP nömrәli göndәrişi әsasında әlillik vәziyyәti Tibbi Sosial Ekspert Komissiyası tәrәfindәn sәnәdlәr әsasında qiymәtlәndirilmiş, guya, әlilliyin tәyininә әsas verәn ağırlaşmalar aşkar olunmadığından, TSEK-in ##.##.2021-ci il tarixli qәrarı ilә ona әlillik tәyinatından imtina edilmişdir. Imtinanın sәbәbi kimi formal olaraq “Diaqnozun әlillik әlamәti tәyin etmәmәsi” göstәrilmişdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla әsaslandırılmışdır ki, İddiaçı (FIN: 3YZROGV) әlillik vәziyyәti tibb müәssisәsinin *******AAQVP nömrәli göndәrişi әsasında ##.##.2021-ci il tarixdә qiymәtlәndirilmiş vә “Diaqnoz әlillik әlamәti tәyin etmir” barәdә qәrar verilmişdir. Növbәti dәfә әlillik vәziyyәti DTSERA-da әyani müayinә zamanı ##.##.2021-ci il tarixdә qiymәtlәndirilmiş vә “Diaqnoz әlillik әlamәti tәyin etmir barәdә” qәrarı verilmişdir (ESDAS 21420075834). Növbәti dәfә әlillik vәziyyәtinin qiymәtlәndirilmәsi üçün tibb müәssisәsinin yeni göndәrişi rәsmilәşdirilmiş, qәrar verilmәsi üçün Agentliyә göndәrilmişdir. Vәtәndaşın müraciәti әsasında ##.##.2023-cü il tarixindә әlavә әyani müayinәnin araşdırılması aparılaraq müәyyәn olunmuşdur ki, İddiaçı barәsindә Azәrbaycan Respublikası Müdafiә Nazirliyinin Mәrkәzi Hәrbi Hәkim Komissiyası tәrәfindәn ##.##.2015-ci il tarixli, *** nömrәli qәrar verilmişdir. Hәmin qәrarda “Sağ tәrәfli döş qәfәsinin travması. Böyrәklәrin travmatik әzilmәsi. Qapalı kәllә-beyin travması. Keçirilmiş kәskin sistitin qalıq әlamәtlәri” diaqnozlu travmanın sәbәb әlaqәsi “Hәrbi travmadır, Azәrbaycan Respublikası müdafiәsi zamanı alınmışdır” kimi müәyyәnlәşdirilmişdir. Vәtәndaş ##.##.2021-ci il tarixindә DTSERA-da әyani müayinәdә olmuş, “Xәstәnin müayinәsi zamanı göndәrişdә әsas xәstәlik vә ağırlaşması kimi qeyd edilmiş diaqnoz anamnestik mәlumatlar vә obyektiv müayinәlәrdә öz tәsdiqini tapmamışdır. Göndәrişdә qeyd olunan diaqnozlarla xәstәnin şikayәtlәri arasında uyğunsuzluq qeyd olunmuşdur. Elәcә dә, “müayinә vaxtı hәkim-ekspertә qarşı fiziki aqressiya göstәrәrәk xәsarәt yetirmişdir” qeydi edilmiş, “Diaqnoz әlillik әlamәti tәyin etmir” barәdә qәrar qәbul edilmişdir. Xәstәnin hazırkı obyektiv vәziyyәtinin müayinәsi zamanı hәrbi travmanın qalıq әlamәtlәri olaraq bir ayda 16-17 dәfә qıcolma tutmalarının olmasından, tutmalar zamanı huşun tamamilә itmәsindәn, baş verәnlәri xatırlamamasından, tutmaların 20 dәqiqә davam etmәsindәn, zәif görmәdәn şikayәtlәnmişdir. Daha öncәki әyani müayinәdә olarkәn nitq FU pozuntusu müşahidә edilmәmәsinә baxmayaraq, hazırda әlillik tәyinatı dayandırıldığından nitqinin pozulması, kәkәlәmәnin yarandığını bildirmişdir. Tutmalar arası dövrdә yuxusuzluq, iştahsızlıq olduğunu qeyd etmiş, bәdәnindә zәdә, travma izi göstәrә bilmәmişdir. Medikamentoz preparatlardan böyük dozalarda, gündә 2-3 dәfә depakin qәbul etdiyini, lakin tutmalarının sayının azalmadığını bildirmişdir. Anamnestik mәlumatlarında, şikayәtlәrindә vә tәqdim edilmiş 2021-ci ilә qәdәr olan tibbi sәnәdlәrdә “Epilepsiya xәstәliyi” qeyd edilmiş, psixiatrik sәnәdlәri vә müalicәlәri ##.##.2021-ci il tarixindә әyani müayinә zamanı hәkimekspertә fiziki aqressiya göstәrdikdәn sonrakı dövrә aid olmuşdur. AR SN Respublika Psixiatriya Xәstәxanasının ##.##.2021-##.##.2021-ci il tarixli ambulator epikrizindә diaqnoz “Üzvi (travma mәnşәli) şәxsiyyәt pozuntusu. Psixopatabәnzәr davranışla. Anamnezindә funksional tutmalarla” kimi müәyyәnlәşdirilmiş, bu isә xәstәnin tutmalar verdiyi mәlumatlarla uyğunsuzluq tәşkil etmiş, hәmçinin cinayәt mәsuliyyәtindәn yayınmaq mәqsәdi ilә mәhz psixiatrik müәssisәdә müalicә aldığı düşünülmüşdür. Hәmçinin tәqdim edilmiş, yeganә EEQ müayinәsi Respublika Diaqnostika Mәrkәzinin ##.##.2022-ci il tarixli EEQ müayinә nәticәsi “EEQ müayinәsi zamanı oyanıqlıq ritminin diffuz diritmiyası fonunda alfa ritmin indeksi normal yaşa uyğundur. Funksional sınıqlardan Fotostimulyasiya başlayan kimi xәstәnin halı pislәşir, çәnәdә trizm, titrәmә başlayır vә EEQ-dә çoxlu kәskin dalğalar qeyd edilәcәk-Fotoparoksizmal reaksiya qeyd edilir. Bununla әlaqәdar Fotostimulyasiyanı tam aparmaq mümkün olmadı. Yuxu ritminin tәşkili vә fizioloji yuхu patternlәrinin indeksi normal yaşa uyğundur. Yarımkürәlәrarası assimetriya qeyd edilmir. Nәzәrә almaq lazımdır ki, “xәstә antikonvuliv preparat qәbul edir” kimi müәyyәnlәşdirilmişdir. Tәqdim olunmuş EEQ dalğalarda qeyd olunmuş patoloji dalğalar xәstәnin ifadә etdiyi mәlumatlarla vә tәqdim olunmuş epikrizlәrdәki mәlumatlarla uyğunsuzluq tәşkil etdiyindәn, hәmin sәnәdin tәrtibatı şübhә yaratdığından nәticәlәrdә hiperdiaqnostikaya yol verildiyi düşünülmüşdür. Yanaşı olaraq, vәtәndaş zәif görmәdәn şikayәtlәnmiş, buna uyğun olaraq DTSERA-da ##.##.2023-cü il tarixli oftalmoloq müayinә aparılaraq nәticәsi “VIS OD=0.02k/e. VIS OS=1.0. OD-Epiretinal menbran traksiyalar qeyd olunur” kimi müәyyәnlәşdirilmiş, әlillik tәyinatına әsas vermiş, lakin ixtisaslaşmış tibb müәssisәsinin tibbi rәyi tәqdim edilmәmişdir. Tibb müәssisәsinin Ümumi xәstәlik sәbәbindәn yeni göndәrişinin rәsmilәşdirmәsi mәslәhәt görülmüşdür. Hәrbi travmanın qalıq әlamәtlәri әlillik tәyinatına әsas vermәmişdir. Nәticәdә, Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Əlilliyin vә sağlamlıq imkanları mәhdudluğunun müәyyәn olunması meyarlarına dair Əsasnamә”yә müvafiq olaraq “Diaqnoz әlillik әlamәti tәyin etmir” barәdә qәrar qәbul edilmişdir.
7. Gәncә Inzibati Mәhkәmәsinin (hakim: F.C.Hüseynov) ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrәli qәrardadı ilә iş üzrә mәhkәmә tibbi-ekspertizası tәyin edilmişdir. Ekspert rәyindә qeyd edilmişdir ki, İddiaçı tibbi sәnәdlәrinә әsasәn әlillik vәziyyәtinin Tibbi-Sosial Ekspert Komissiyası tәrәfindәn qiymәtlәndirilmәsi ilә bağlı adına Bәrdә Rayon Mәrkәzi Xәstәxanasında tәrtib edilmiş ##.##.2022-ci il tarixli *******AAYQF saylı Forma 088 göndәrişindә “Hәrbi әmәliyyatlar nәticәsindә digәr növ partlayışlarla vә ya qәlpәlәrlә törәnmiş zәdәlәnmәlәr. Mәrmi partlamasından sonra keçirilmiş kәllә-beyin travmasından sonrakı ensefalopatiya. Baş beyinin xәstәliyi, travması vә disfimksiyası nәticәsindә yaranan digәr üzvi mәnşәli şәxsiyyәt vә davranış pozğunluqları. Psixopatabәnzәr davranışlar; Xoşxassәli kәllәdaxili hipertenziya. Hipertenzion sindrom; Fokal başlanğıclı qıcolma tutmaları ilә müşahidә olunan lokalizә olunmuş (fokal) (parsial) idiopatik epilepsiya vә epileptik sindromlar. Üzvi mәnşәli şәxsiyyәt pozğunluğu. Üzvi (travma mәnşәli) şәxsiyyәt pozuntusu. Digәr neqativ pozğunluqlar. Qabarıq astenonevrotik sindrom” diaqnozunda olan xәstәliklәrdәn әziyyәt çәkdiyi qeyd olunsa da, diaqnoz nәzәrә alınmaqla şәxsin әyani müayinәsindә aşkar edilmiş patomorfoloji dәyişikliklәr әlillik tәyinatına әsas vermәdiyindәn ona Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Əlilliyin müәyyәn olunması meyarları”nın bәndlәrindәn birini aid etmәk mümkün olmamışdır.
8. Gәncә Inzibati Mәhkәmәsinin (hakim: L.K.Əliyeva) 28 fevral2025-ci il tarixli, *- *(***)-***/**** nömrәli qәrarı ilә iddianın tәmin edilmәsi, Cavabdehn İddiaçı barәsindә ##.##.2022-ci il tarixli diaqnoz әlillik әlamәti tәyin etmir barәdә qәrarının lәğv edilmәsi, İddiaçı ##.##.2022-ci il tarixdәn Azәrbaycan Respublikasının әrazi bütövlüyünün müdafiәsi ilә әlaqәdar ikinci dәrәcә әlillik tәyin edilmәsi öhdәliyinin cavabdeh Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin tabeliyindә Cavabdehn üzәrinә qoyulması qәrara alınmışdır.
9. Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, xәstәlik tarixçәsindәn çıxarışda da iddiaçının xәstәliyinin gedişatının xroniki olması göstәrilmişdir. Xroniki xәstәliklәr isә sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı әlillik vәziyyәti tibb müәssisәsinin göndәrişi әsasında ##.##.2022-ci il tarixdә qiymәtlәndirilmiş, qiymәtlәndirmә zamanı iddiaçı İddiaçı diaqnozu nәzәrә alınmadan “diaqnoz әlillik әlamәti tәyin edilmәmәsi barәdә” qәrar qәbul edilmişdir. Iş materialları ilә iddiaçının Nazirlәr Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Əlilliyin vә sağlamlıq imkanlarının mәhdudluğunun müәyyәn olunması meyarlarına dair Əsasnamә”nin 2.2.9-cu bәndindә qeyd edilәn diaqnozdan әziyyәt çәkdiyi tәsdiq olunur. Belә olan halda mәhkәmә hesab edir ki, cavabdeh orqan tәrәfindәn “Əlilliyin qiymәtlәndirilmәsi Qaydaları”nın tәlәblәri pozulmaqla, iddiaçının növbәti qiymәtlәndirilmәsi zamanı ona ikinci dәrәcә müddәtli әlillik tәyin edilmәli olduğu halda bunu etmәmişdir.
10. Cavabdeh apellyasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv olunmasını vә iddianın tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gәncә Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının (hakimlәr: R.Z.Mamedov /sәdrlik edәn vә mәruzәçi/, İ.T.Hәsәnov vә A.V.Isgәndәrova) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı ilә apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmışdır.
12. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hüquqi mövqeyi ilә razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayәti verәrәk, hәmin qәrarın lәğv edilmәsini vә iddianın tәmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayәti onun iddiaya qarşı etirazının vә apellyasiya şikayәtinin dәlillәrinә uyğun әsaslandırılmışdır. Cavabdehin kassasiya şikayәtinin әsas dәlili ondan ibarәtdir ki, diaqnoz әsasında şәxsin әlilliyinin müәyyәn edilib-edilmәmәsi cavabdehin diskresion sәlahiyyәtinә aiddir vә mәhkәmә tәrәfindәn hәmin sәlahiyyәtә müdaxilә edilә bilmәz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Iddiaçı kassasiya şikayәtinә qarşı etiraz tәqdim edәrәk, kassasiya şikayәtinin mümkün sayılmaması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şәxsin orqanizminin funksiyalarının pozulması faizi, sәbәbi vә müddәti müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn onun әlilliyinin qiymәtlәndirilmәsi keçirildikdәn sonra qәbul edilmiş qәrar әsasında müәyyәn edilir. Şәxsin әlilliyinin qiymәtlәndirilmәsi, o cümlәdәn әlilliyin tәkrar qiymәtlәndirilmәsi onun tibbi-sosial ekspertiza müayinәsinә göndәrişi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqanın (qurumun) mәrkәzlәşdirilmiş elektron informasiya sisteminә daxil olduğu tarixdәn 10 (on) iş günü müddәtindә, әlavә araşdırma tәlәb edildiyi halda isә 15 (on beş) iş günü müddәtinә uzadılmaqla keçirilir. Əlilliyinin qiymәtlәndirilmәsi qaydasını müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) müәyyәn edir. 3.2. Əlilliyin qiymәtlәndirilmәsi mәqsәdi ilә tibbi-sosial ekspertiza müayinәsinә göndәrişlәrin verilmәsi qaydasını müvafiq icra hakimiyyәti orqanı müәyyәn edir. 3.3. Şәxs müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn bu barәdә qәrarın qәbul edildiyi tarixdәn әlilliyi olan şәxs hesab edilir. 3.4. Əlilliyin müәyyәn olunması meyarlarını müvafiq icra hakimiyyәti orqanı tәsdiq edir. 4.3. Əlilliyi olan şәxs özü vә ya nümayәndә vasitәsi ilә hüquqlarını vә qanunla qorunan maraqlarını müdafiә etmәk mәqsәdi ilә inzibati aktdan, inzibati aktın qәbul edilmәsindәn imtinadan, inzibati orqanın hәrәkәt vә ya hәrәkәtsizliyindәn “Inzibati icraat haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq şikayәt edә bilәr. 6.4. Əlilliyi olan şәxslәrin hüquq vә qanuni mәnafelәrini inzibati qaydada vә mәhkәmә qaydasında müdafiә etmәk hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bәnd 1.2. Azәrbaycan Respublikasında әlilliyi qiymәtlәndirmәk mәqsәdilә tibbisosial ekspertiza Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindә Dövlәt Tibbi-Sosial Ekspertiza vә Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tәrәfindәn hәyata keçirilir. Bәnd 1.4. Əlilliyin qiymәtlәndirilmәsi “Əlilliyi olan şәxslәrin hüquqları haqqında” Azәrbaycan Respublikası Qanununun 3.4-cü maddәsinә uyğun olaraq “Əlilliyin müәyyәn olunması meyarları”na әsasәn hәyata keçirilir. Bәnd 1.5. Şәxsin әlilliyi aşağıdakı sәbәblәrdәn birinә әsasәn müәyyәn edilir: 1.5.2. xüsusi sәbәblәrdәn: 1.5.2.1. Azәrbaycan Respublikasının әrazi bütövlüyünün, müstәqilliyinin vә konstitusiya quruluşunun müdafiәsi ilә әlaqәdar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisәlәri ilә әlaqәdar; 1.5.2.3. hәrbi xidmәt vәzifәlәrini (xidmәti vәzifәlәri) yerinә yetirmәklә әlaqәdar; 1.5.2.4. Çernobıl AES-dә hәrbi xidmәt vәzifәlәrini (xidmәti vәzifәlәri) yerinә yetirmәklә әlaqәdar. Bәnd 1.6. Əlilliyin sәbәbinin, dәrәcәsinin vә müddәtinin müәyyәn edilmәsi mәqsәdilә әlilliyin qiymәtlәndirilmәsi TSEK tәrәfindәn Nazirliyin Mәrkәzlәşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitәsilә aparılır. Bәnd 1.8. Əlillik Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Əlilliyin müәyyәn olunması meyarları”nda nәzәrdә tutulan insanın hәyat fәaliyyәtinin әsas kateqoriyaları vә onların mәhdudlaşma dәrәcәlәri vә “Əlilliyin müәyyәn olunması meyarları”na Əlavә - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstәricisi vә müddәti”nә әsasәn müәyyәn olunur. Bәnd 1.9. Orqanizmin funksiyalarının 30 faizәdәk pozulması hallarında әlillik müәyyәn edilmir, 30 faizdәn artıq pozulması hallarında isә 31-60 faizәdәk, 61-80 faizәdәk vә 81-100 faizәdәk qiymәtlәndirilmәklә әlillik müәyyәn edilir. Bәnd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstәricilәri 31-35-dәk olduqda 35 faiz müәyyәn edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstәricilәri üzrә qiymәtlәndirilmәsi 5 faiz aralığı ilә aparılır. Bәnd 1.11. Anadangәlmә xәstәlikdәn vә ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xәstәlikdәn vә ya zәdәdәn, habelә sonradan qazanılmış xәstәlik vә ya zәdә ilә bağlı çatışmazlıqdan irәli gәlәn orqanizmin funksiyalarının pozulmasının әlilliyin müәyyәn edilmәsinә әsas verәn bir neçә halı olduqda, hәr bir hal ayrılıqda qiymәtlәndirilir vә orqanizmin funksiyalarının pozulması faizi müәyyәnlәşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstәricilәri eyni olduqda, yekun göstәrici 10 faiz artırılmaqla, fәrqli olduqda әn yüksәk olan göstәrici 10 faiz artırılmaqla, ümumilikdә isә 100 faizdәn çox olmamaqla müәyyәn edilir. Hәr hansı bir hal üzrә müddәtsiz әlillik müәyyәn edilmәsinә әsas olduqda, әlillik müddәtsiz müәyyәn edilir. Bәnd 2.1. Şәxsin әlilliyinin qiymәtlәndirilmәsi tibbi-sosial ekspertiza müayinәsinә göndәriş vermәk hüququ olan tibb müәssisәlәrinin hәkim-mәslәhәt komissiyaları vә ya Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Hәrbi-hәkim ekspertizası haqqında Əsasnamә” ilә müәyyәn edilmiş hәrbi-hәkim komissiyaları (bundan sonra– Komissiya) tәrәfindәn “Tibbi-sosial ekspert komissiyasına göndәrişlәrin reyestri”nә elektron sәnәd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinәsinә göndәriş (bundan sonra – göndәriş) әsasında aparılır. Bәnd 2.2. Göndәrişin rәsmilәşdirilmәsi barәdә mәlumat “Tibbi-sosial ekspertiza müayinәsinә göndәrişlәrin reyestri”nә daxil edildikdәn sonra altsistemә ötürülür. Bәnd 2.3. Göndәriş altsistem tәrәfindәn qәbul edildikdәn sonra göndәrişi verәn Komissiyanın, bu göndәrişi tәsdiq edәn vәzifәli şәxslәrin vә әlilliyi qiymәtlәndirilәcәk şәxsin kimliyini birbaşa vә ya dolayısilә müәyyәn etmәyә imkan verәn bütün mәlumatlar şifrlәnәrәk adsızlaşdırılır. Adsızlaşdırılmış göndәrişlәr әlilliyin qiymәtlәndirilmәsi mәqsәdilә altsistem üzәrindәn dәrhal TSEK-ә göndәrilir. Bәnd 2.4. TSEK 10 (on) iş günündәn çox olmamaqla göndәrişdә qeyd olunmuş mәlumatlar әsasında şәxsin әlilliyini qiymәtlәndirir, әlilliyin müәyyәn olunmasına vә ya sәbәblәrini göstәrmәklә, imtinaya dair qәrar qәbul edir. Əlavә araşdırma tәlәb olunduğu hallarda, TSEK-in müraciәti әsasında bu müddәt Xidmәt tәrәfindәn 15 (on beş) iş gününәdәk uzadıla bilәr. Bәnd 3.4. Əlilliyin qiymәtlәndirilmәsi barәdә qәrardan şikayәt “Inzibati icraat haqqında” Azәrbaycan Respublikasının Qanununa vә Azәrbaycan Respublikasının Inzibati Prosessual Mәcәllәsinә uyğun olaraq, inzibati qaydada vә (vә ya) mәhkәmәyә verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə: 1.2. Əlillik vә ya 18 yaşınadәk uşaqların sağlamlıq imkanlarının mәhdudluğu şәxsin tibbi-sosial ekspertiza müayinәsindәn keçirilәrәk, “Əlilliyin vә uşaqların sağlamlıq imkanları mәhdudluğunun qarşısının alınması, әlillәrin vә sağlamlıq imkanları mәhdud uşaqların reabilitasiyası vә sosial müdafiәsi haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq anadangәlmә, xәstәlikdәn vә ya xәsarәtdәn yaranan әqli vә ya fiziki qüsurlar nәticәsindә hәyat fәaliyyәtinin mәhdudlaşması haqqında müvafiq qәrar çıxarılması yolu ilә müәyyәn olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tәrәfindәn birinci, ikinci vә üçüncü dәrәcә әlillik vә 18 yaşınadәk uşaqlara münasibәtdә sağlamlıq imkanlarının mәhdudluğu müәyyәn olunur. 2.2. Ikinci dәrәcә әlillik- xәstәlik, travma vә ya anadangәlmә qüsurlar nәticәsindә orqanizmin hәyat fәaliyyәtinin (tәhsilalma, ünsiyyәt, uyğunlaşma, öz davranışına nәzarәtetmә, hәrәkәtetmә, özünә xidmәtetmә, әmәk fәaliyyәti) elә kәskin mәhdudlaşması vә ya әmәk fәaliyyәtinin mümkün olmaması hallarında tәyin edilir ki, hәmin xәstәnin kәnar şәxsin yardım vә ya qulluğuna ehtiyacı olmasın. Ikinci dәrәcә әlillik aşağıdakı hallarda tәyin edilir: 2.2.11. epilepsiya, tez- tez tәkrarlanan (ayda azı 4 dәfә) tutmalarla vә ya şәxsiyyәtin nәzәrәçarpan dәrәcәdә dәyişilmәsi ilә (G40-G41.9). 4.2. Ikinci vә üçüncü dәrәcә әlillik 5 (beş) il müddәtinә müәyyәn edilir.Ikinci dәrәcә әlillik fasilәsiz olaraq 10 (on) il, üçüncü dәrәcә әlillik fasilәsiz olaraq 15 (on beş) il tәyin olunduğu halda әlillik müddәtsiz müәyyәn edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bәnd 1.1. Əlilliyin müәyyәn olunması meyarları “Əlilliyi olan şәxslәrin hüquqları haqqında” Azәrbaycan Respublikası Qanununun 3.4-cü maddәsinә әsasәn hazırlanmışdır vә әlilliyin qiymәtlәndirilmәsi üçün әsas göstәricilәri müәyyәn edir. Bәnd 3.1. Anadangәlmә xәstәlikdәn vә ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xәstәlikdәn vә ya zәdәdәn, habelә sonradan qazanılmış xәstәlik vә ya zәdә ilә әlaqәdar çatışmazlıqdan (bundan sonra – xәstәlik, zәdә vә çatışmazlıqlar) irәli gәlәn orqanizmin funksiyalarının pozulması faizlәri bu Meyarlara Əlavә- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstәricisi vә müddәti”nә uyğun olaraq aşağıdakı qaydada müәyyәn edilir: 3.1.1. xәstәlik, zәdә vә çatışmazlıqlardan irәli gәlәn, insanın hәyat fәaliyyәti kateqoriyalarının hәr hansı birinin vә ya bir neçәsinin III dәrәcә mәhdudlaşması halında– 81-100 faiz; 3.1.2. xәstәlik, zәdә vә çatışmazlıqlardan irәli gәlәn, insanın hәyat fәaliyyәti kateqoriyalarının hәr hansı birinin vә ya bir neçәsinin II dәrәcә mәhdudlaşması halında 61-80 faiz; 3.1.3. xәstәlik, zәdә vә çatışmazlıqlardan irәli gәlәn, insanın hәyat fәaliyyәti kateqoriyalarının hәr hansı birinin vә ya bir neçәsinin İ dәrәcә mәhdudlaşması halında 31-60 faiz.
20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddә 91. Mübahisә ilә bağlı işә kassasiya qaydasında yenidәn baxılmasının hәdlәri Ali Mәhkәmә mübahisә ilә bağlı işә şikayәt hәddindә baxır vә yalnız apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 94. Kassasiya şikayәtinin verilmәsinә dair tәlәblәr 94.1. Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir. 94.2. Şikayәtdә mübahisә edilәn mәhkәmә qәrarı vә ya qәrardadı barәdә mәlumatlar göstәrilmәli vә şikayәt әsaslandırılmalıdır. ... 94.4. Şikayәtin әsaslandırma hissәsindә şikayәti verәn şәxsin tәlәbi göstәrilmәlidir. Maddә 96. Ali Mәhkәmәdә icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Mәhkәmәdә işә yazılı icraat qaydasında baxılır. Mәhkәmә hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi üçün әhәmiyyәtli hesab etdikdә, işә mәhkәmә iclasında baxılması barәdә qәrardad qәbul edir. Bu barәdә proses iştirakçılarına mәlumat verilir. ... 96.8. Şikayәt әsassızdırsa, Ali Mәhkәmә şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edir. 96.9. Ali Mәhkәmә apellyasiya instansiyası mәhkәmәsinin qәrarını (qәrardadını) dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı, hәmin qәrara qarşı verilmiş şikayәtlә tәlәb edilәn hәddә (hәcmdә) dәyişdirilә bilәr. ... Maddә 98. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı 98.1. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı qәtidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
21. Kassasiya şikayәti mümkündür. Şikayәt vaxtında verilmiş, formal baxımdan lazımi qaydada әsaslandırılmış vә şikayәtçinin tәlәblәri göstәrilmişdir.
22. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
23. Mәhkәmә kollegiyası iş üzrә materialları vә kassasiya şikayәtinin dәlillәrini araşdıraraq hesab edir ki, kassasiya şikayәti әsassızdır. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işә baxılan zaman prosessual hüquq normalarının tәlәblәrinә riayәt edilmiş, habelә mübahisәli hüquq münasibәtlәrinә maddi hüquq normaları düzgün tәtbiq olunmuşdur. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğv olunması vә ya dәyişdirilmәsi üçün әsas müәyyәn edilmәmişdir.
24. Şikayәtdә fundamental vacib hüquqi mәsәlәlәrin qaldırılmadığı tәqdirdә, yuxarı instansiya mәhkәmәlәrinin, xüsusәn mәhkәmә baxışının predmetini yalnız hüquqi mәsәlәlәrin tәşkil etdiyi kassasiya instansiyası mәhkәmәlәrinin şikayәti yalnız ona aid müvafiq qanunvericiliyә istinad etmәklә rәdd etmәlәri mәqbul hesab oluna bilәr (Insan Hüquqları üzrә Avropa Mәhkәmәsinin “Mәzahir Cәfәrov Azәrbaycana qarşı” işi üzrә qәrarı).
25. Mәhkәmә kollegiyası xüsusilә qeyd edir ki, kassasiya şikayәtinin dәlillәri mahiyyәtcә apellyasiya şikayәtinin dәlillәrini tәkrarlamaqla onunla eynilik tәşkil edir. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn hazırkı mübahisә üzrә apellyasiya şikayәtinin dәlillәrindәn irәli gәlәn işin hallarının tam vә hәrtәrәfli araşdırılması tәmin edilmişdir. Ona görә dә işin faktiki halları ilә bağlı apellyasiya instansiyası mәhkәmәsinin araşdırmaları yetәrli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2022-ci il tarixli qәrarının lәğv edilmәsi vә ona ##.##.2022-ci il tarixdәn Azәrbaycan Respublikasının әrazi bütövlüyünün müdafiәsi ilә әlaqәdar ikinci dәrәcә әlilliyin tәyin edilmәsi ilә bağlı mәsәlә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn lazımi qaydada araşdırılmışdır. Mәhkәmә bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyәt vә mötәbәrlik tәlәblәrini nәzәrә almaqla qiymәtlәndirmişdir. Odur ki, apellyasiya instansiyası mәhkәmәsinin qәrarında әtraflı şәrh olunmuş hәmin mәsәlәlәri tәkrarlamağa lüzum qalmır.
27. Apellyasiya instansiyası mәhkәmәsi mübahisәnin müәyyәn olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tәtbiq etmişdir, ona görә dә mәhkәmә kollegiyası, apellyasiya instansiyası mәhkәmәsinin hüquq normalarının tәtbiqi ilә bağlı qiymәtlәndirmәsi ilә dә razılaşır.
28. Bununla belә, mәhkәmә kollegiyası kassasiya şikayәtinin dәlillәrinә münasibәtdә әlavә olaraq aşağıdakıları qeyd etmәyi zәruri hesab edir.
29. Cavabdehin kassasiya şikayәtinin әsas dәlili ondan ibarәtdir ki, diaqnoz әsasında şәxsin әlilliyinin müәyyәn edilib-edilmәmәsi cavabdehin diskresion sәlahiyyәtinә aiddir vә mәhkәmә tәrәfindәn hәmin sәlahiyyәtә müdaxilә edilә bilmәz.
30. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya әlilliyin tәyin olunması ilә әlaqәdar mәsәlәni hәll edәrkәn, cavabdeh eyni zamanda hәm “Əlilliyi olan şәxslәrin hüquqları haqqında” Qanunun vә әlaqәli normaların әlilliyin qiymәtlәndirilmәsi vә әlillik dәrәcәsinin tәyin olunması ilә bağlı müddәalarını, hәm dә “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlәdәn diskresion sәlahiyyәtin hәyata keçirilmәsi ilә bağlı normalarının tәlәblәrini nәzәrә almağa borcludur.
31. Bu mәnada, әlilliyin tәyin olunması üzrә sәlahiyyәtin mәzmunu baxımından şәxsin әlillik vәziyyәtinin qiymәtlәndirilmәsini vә qiymәtlәndirmәnin nәticәsindәn asılı olaraq әlilliyin tәyin olunmasını fәrqlәndirmәk lazımdır. Fәrqlәndirmә şәxsin sağlamlıq vәziyyәtinә aid faktiki halların dairәsinin müәyyәn olunması vә müәyyәn olunmuş hәmin hallara uyğun nәticәyә dair qәrarın qәbul edilmәsi ilә bağlıdır. Şәxsin sağlamlıq vәziyyәtinin qiymәtlәndirilmәsi üzrә cavabdeh müәyyәn qiymәtlәndirmә azadlığına malikdir vә bu mәhkәmә tәrәfindәn tәkzib edilmir. Bununla belә, hәmin qiymәtlәndirmә azadlığı, bir tәrәfdәn tibb müәssisәsi tәrәfindәn verilmiş göndәrişdә tәsbit edilmiş xәstәlik vә diaqnoz göstәricilәri, digәr tәrәfdәn şәxsin tibbi-instrumental müayinәsinin nәticәlәri, elәcә dә müayinәnin keçirilmәsi metodikası vә meyarları ilә mәhdudlaşır. Başqa sözlә, iddiaçının faktiki sağlamlıq vәziyyәti cavabdeh tәrәfindәn qeyd olunan hәmin obyektiv göstәricilәr әsasında qiymәtlәndirilmәlidir. Əlilliyin tәyin olunması isә iddiaçının sağlamlıq vәziyyәtinin qiymәtlәndirilmәsinin nәticәlәrinә bağlıdır. Qiymәtlәndirilmә nәticәsindә müәyyәn olunmuş xәstәlik vә diaqnozun şәxsә әlillik dәrәcәsinin tәyin olunması üçün qanunvericiliklә nәzәrdә tutulmuş xәstәliklәrә uyğun gәldiyi tәqdirdә, cavabdeh ona әlillik dәrәcәsini tәyin etmәyә borcludur. Yәni, әlilliyin tәyin olunması üçün tәlәb olunan şәrtlәrin mövcud olduğu halda, әlilliyin tәyin edilmәsi cavabdehin diskresion deyil, mütlәq sәlahiyyәti kimi nәzәrdә tutulmuşdur.
32. Mәhkәmә kollegiyası qeyd edir ki, hәm iddiaçının faktiki sağlamlıq vәziyyәtinin obyektiv göstәricilәr әsasında cavabdeh tәrәfindәn qiymәtlәndirilmәsi, hәm dә qiymәtlәndirmә nәticәsindә müәyyәn olunmuş xәstәlik vә diaqnozun şәxsә әlillik dәrәcәsinin tәyin olunması üçün qanunvericiliklә tәlәb olunan xәstәliklәrә uyğun gәldiyi tәqdirdә, cavabdeh tәrәfindәn şәxsә әlillik dәrәcәsinin tәyin edilmәsindәn imtina olunması mәhkәmә tәrәfindәn tam şәkildә yoxlanıla bilәr.
33. Bu mәnada, kassasiya şikayәtinin diaqnoz әsasında şәxsin әlilliyinin müәyyәn edilib-edilmәmәsinin cavabdehin diskresion sәlahiyyәtinә aid olması vә mәhkәmә tәrәfindәn hәmin sәlahiyyәtә müdaxilәyә yol verilmәmәsi ilә bağlı dәlillәri әsassız sayılmalı vә onun hazırkı mübahisәyә münasibәtdә qәbul etdiyi qәrara hәm dә bu prizmadan qiymәt verilmәlidir.
34. Belәliklә, yuxarıda istinad olunan normalar baxımından vә qeyd edilәn sәbәblәrdәn apellyasiya instansiyası mәhkәmәsinin iş üzrә gәldiyi nәticә qanuni vә әsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayәti tәmin edilmәmәli, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır.
35. Yuxarıda göstәrilәnlәrә әsasәn, mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayәti tәmin edilmәsin. Gәncә Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәtidir.