Məhkəmə qərarları › İş №2-1(102)-343/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-343/2017

21.02.2017
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-343/2017 21.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-343/2017) Bakı şəhəri 21 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X6, X3 ibarət tərkibdə, İddiaçı nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə (bundan sonra cavabdeh) qarş ı“baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması üçün cavabdehin üzərinə komissiya yaradılması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1844/16 saylı, 30 sentyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının bildirməsinə görə 28 mart 2014-cü il tarixdə təqribən 00:30 radələrində iş yerində “Abşeron 19” gəmisində əmək funksiyasını yerinə yetirərkən onun səhhəti pozulmuşdur. Gəmi dayanacaqda olduğuna görə gəmi heyəti kapitanı Turan Valera və matros Məhərrəmov Eduard gəmidə olmamışdır. Təcili tibbi yardım briqadası gəmiyə gəlib ona sakit ləşdirici iynə vurub çıxıb getmişlər. Həmin günü 06:50 radələrində səhhəti təkrarən kəskin pozulmuş, yenidən təcili tibbi yardım briqadası çağırılmış, vəziyyəti ağır olduğuna görə həkim onu Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli xəstəxanaya yerləşdirmişdir. Altı aydan yuxarı xəstəxanada müalicə olunandan sonra, Xəzər rayonu 9 nömrəli Tibbi Sosial Ekspert Komissiyası 26.02.2015-ci il tarixində onun əmək qabiliyyətinin itirilməsini müəyyən edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının 083189 saylı arayışına əsasən iddiaçı birinci qrup əlildir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, iş yerində baş vermiş bədbəxt hadisə ilə əlaqədar komissiya yaradılması və hadisənin araşdırılmasını xahiş etmişdir. Cavabdeh iddi açıya ünvanlanmış 03.03.2015-ci il tarixli və 13.04.2015-ci il tarixli məktublarla bildirmişdir ki, iddiaçı “sol ətrafların hemiporezi-naməlum mənşəli etiologiya” diaqnozu ilə səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olmasının müəyyən edilməsi üçün Sumqayıt şəhərində yerləşən Səhiyyə Nazirliyinin R.Axundov adına X5 müraciət etməlidir. İddiaçı 08 iyun 32015-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 28 mart 2014-cü il tarixdə 00:30 və 06:50 radələrində istehsalatda, “Abşeron 19” kiçik həcmli gəmisində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması vəzifəsinin cavabdehin üzərinə komissiya yaradılması öhdəliyinin qoyulması və cavabdehin yaratdığı komissiya tərəfindən aparılan təhqiqatın iddiaçı və nümayəndəsinin işt irakı ilə aparılmasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 28 mart 2014-cü il tarixdə təqribən 00:30 radələrində iş yerində “Abşeron 19” gəmisində əmək funksiyasını yerinə yetirərkən onun səhhəti pozulmuşdur. Gəmi dayanacaqda olduğuna görə gəmi heyəti kapitanı Turan Valera və matros Məhərrəmov Eduard gəmidə olmamışdır. Təcili tibbi yardım briqadası gəmiyə gəlib ona sakitləşdirici iynə vurub çıxıb getmişlər. Həmin günü 06:50 radələrində səhhəti təkrarən kəskin pozulmuş, yenidən təcili tibbi yardım briqadası çağırılmış, vəziyyəti ağır olduğuna görə həkim onu Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli xəstəxanaya yerləşdirmişdir. Altı aydan yuxarı xəstəxanada müalicə olunandan sonra, Xəzər rayonu 9 nömrəli Tibbi Sosial Eksper t Komissiyası 26.02.2015-ci il tarixində onun əmək qabiliyyətinin itirilməsini müəyyən edir və 1-ci qrup əlillik təyin edir. İşəgötürən Azərbaycan Xəzər X17 Səhmdar Cəmiyyəti X1 baş vermiş “Abşeron 19” bədbəxt hadisədən xəbəri olsa da, qanunvericilikdə tələb olunan tədbir görməmiş və X11 baş vermiş hadisə barədə xəbər verməmişdir. Çünki 5 ildən yuxarı hər ay 15 gün gecə-gündüz, 24 saat iş yerində “Abşeron 19” kiçik həcmli gəmisində onunla baş verən bədbəxt hadisə barədə lazımi qurumlara o cümlədən X11 xəbər vermək əvəzinə və hadisənin təhqiqini və uçota alınmasını təşkil etmək əvəzinə işəgötürən baş vermiş hadisənin gizlədilməsinə üstünlük vermişdir. Bununla belə, onun iş yerində “Abşeron 19” kiçik həcmli gəmisində baş mexanik vəzifəsini yerinə yetirərkən səhhətinin pozulması işəgötürənin birbaşa əmək qanunvericiliyinə zidd hərəkətləri olub. Belə ki, işəgötürən əmək şəraitini təmin etməmiş, sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaratmamış, əməyin mühafizə, texniki təhlükəsizlik normaları gözlənilməmiş; əmək funksiyasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş vaxtı müddətini birtərəfli qaydada dəyişərək uzatmışdır və işçini 24 saat gecə-gündüz 360 saat işlətmişdir. İddianın maddi hüquqi əsası kimi Əmək Məcəlləsinin 54-cü maddəsinə, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2 və 1.4-cü bəndlərin istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2015-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(81)-3753/15 saylı iş) 14 sentyabr 2015-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının öz səhhətinin pozulması halını onun iş fəaliyyəti, peşəsi ilə əlaqəli olmasını sübuta yetirəcək dəlillər məhkəməyə təqdim etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçiAğayev Valeh Məmməd oğlu və X10, 2-1(103)-309/2016 saylı iş) 17 fevral 2016cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsasland ırmışdır ki, iddiaçının subyektiv hüquqlarının cavabdeh tərəfindən pozulması halı müəyyən olunmadığından iddia mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçiDadaşov İlqar Ağababaş oğlu və X13, 2-1(102)-948/2016 saylı iş) 09 iyun 2016cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 17 fevral 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçiAğayev Valeh Məmməd oğlu və X10, 2-1(103)-1844/16 saylı iş) 30 sentyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təm in edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 sentyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi - 28 mart 2014-cü il tarixdə 00:30 və 06:50 radələrində istehsalatda, “Abşeron 19” kiçik həcmli gəmisində baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmiş, iddia qalan hissədə mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ dövlət tərəfindən bu hüququn həyata keçirilməsini təmin edən müvafiq hüquqi tənzimlənməni tələb edir. Həmin vəzifəni yerinə yetirərkən dövlət təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun reallaşdırılmasını təmin edən vasitələr və onların həyata keçirilm əsinə nəzarət edən səmərəli mexanizmlər təsis etməlidir. Cavabdehin yaratdığı Komissiyanın tərkibinin formalaşması qanunvericiliklə tənzimlənir. Qaydalara əsasən yaradılan Təhqiqat Komissiyasının tərkibində iddiaçı və onun nümayəndəsinin məcburi iştirakı nəzərdə tutulmamışdır. Cavabdeh 11 noyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın qismən, iddianın təmin olunmuş hissəsində ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə-əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Məlumdur ki, iddiaçı iş vaxtı əmək funksiyalarını yerinə yetirən zaman heç bir zədə və ya xəsarət almamışdır. Onun səhhətinin pozulmasına səbəb istehsalatda bədbəxt hadisə olmamışdır. İddiada və şikayətlərdə bədbəxt hadisənin baş verməsi göstərilsə də, bu günə kimi bədbəxt hadisənin baş verməsi faktını təsdiq edən sübut ortaya qoyulmamışdır. Cavabdehin iddiaçıya ünvanlanmış 03.03.2015-ci il tarixli və 13.04.2015-cı il tarixli məktublarından görünür ki, iddiaçının ərizəsinə baxılmış və müəyyən edilmişdir ki, “sol ətrafların hemiporezi-naməlum mənşəli etiologiya” diaqnozu ilə səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olmasının müəyyən edilməsi üçün Sumqayıt şəhərində yerləşən AR Səhiyyə Nazirliyinin R.Axundov adına X5 müraciət etməlidir. Qərarda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna istinad edilir. Lakin qərarda bədbəxt hadisənin necə baş verdiyi, xəsarətin və ya zədənin hansı səbəbdən yarandığı göstərilməmişdir. Belə ki, sözügedən zaman iki dəfə təcili tibbi yardım çağırılmış və birinci dəfə tibbi yardımın xarakterindən müəyyən etmək olar ki, ilkin baxışdan ciddi səhhətin pozulması müşahidə olunmamışdır. Məhkəmə bədbəxt hadisənin ilk dəfə təcili tibbi yardım çağırılaraq yardım göstərilməsindən əvvəl, yoxsa sonra baş verməsini araşdırmamış və ümumiyyətlə bu kimi suallara cavab verməmişdir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetin in 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəliyi anlayışları biri digərindən fərqli müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 2.0.10-cu maddəsi ilə istehsalatda bədbəxt hadisə əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılma lı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı kimi, 2.0.11-ci maddəsində isə peşə xəstəliyi əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik kimi müəyyən edilmişdir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.6-cı maddəsində göstərilir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Zərərçəkən yalnız bir ilə yaxın vaxt keçəndən sonra bədbəxt hadisənin təhqiqini tələb etmişdir. Bədbəxt hadisə olmadığından, qanunda qeyd edilən digər şəxslər də bu kimi müraciət etməmişlər. Bir ildən sonra Xidmət nəyi təhqiq etməlidir? Qaydaların 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X14 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X14 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsinə işəgötürən cavabdehdir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsas landırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşdən görünür ki, iddiaçı 28 mart 2014-cü il tarixdə “Abşeron 19” kiçik həcmli gəmidə baş vermiş hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə hesab edərək hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılmasını, cavabdeh isə həmin tarixdə iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində heç bir zədə və xəsarət almadığını bəyan edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının iddia etdiyi tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində zədə və ya xəsarət alması cavabdeh tərəfindən araşdırılması üçün komissiya yaradılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu qaydalar-qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasınd an asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Qaydaların 1.9-cu bəndində qeyd edilir ki, bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müə ssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. İddiaçının zərərçəkən kimi cavabdehə yazılı müraciəti olmasını cavabdeh mübahisələndirməmişdir. Cavabdeh iddiaçının məlumatını araşdırmaq əvəzinə ona səhhətinin pozulması halının peşəsi ilə əlaqəli olmasının müəyyən edilməsi üçün aidiyyəti instituta müraciət etməsi barədə yanlış cavab vermişdir. Halbuki, adı çəkilən Qaydaların 1.3-cü bəndinin ikinci hissəsində bildirilir ki, istehsalda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəc ələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Cavabdeh məlumatı araşdırıb nəticəsindən asılı olaraq qərar qəbul etmək səlahiyyətinə malik olsa da, zərərçəkənin məlumatının araşdırılması barədə məhkəmələrə sübut təqdim etməmiş, iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət (zədə) alıb almamasını müəyyən etmək məqsədi ilə aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına müraciət etmək hüququna malik olmasına baxmayaq həmin hüquqdan istifadə etməməsini əsaslandırmamışdır. Qaydaların 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlə r, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X14 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X14 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X14 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə bədbəxt hadisənin ilk dəfə təcili tibbi yardım çağırılaraq yardım göstərilməsindən əvvəl, yoxsa sonra baş verməsini araşdırmamış və ümumiyyətlə bu kimi suallara cavab verməmişdir. Şikayətin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, apellyasiya instansiy ası məhkəməsi qərarında 28 mart 2014-cü il tarixli hadisənin istehsalatda bədbəxt hadisə olmasına qiymət verməmiş və bu hal məhkəmə mübahisəsinin predmeti olmamışdır. Mübahisə təhqiqat komissiyasının yaradılması ilə bağlı olmuşdur və cavabdeh tərəfindən yaradılan komissiya baş vermiş hadisənin istehsalatda bədbəxt hadisə olub olmamasını müəyyən etmək səlahiyyətinə malikdir. Qaydaların digər bəndlərinə əməl edilib edilməməsi (işəgötürənin dərhal məlumat verməli olması, zərərçəkənə ilk tibbi yardım göstərilməsi, zərərçəkənin dərhal cavabdehi məlumatlandırmaması və s.) yaradılacaq təhqiqat komisiyasının səlahiyyətində olmaqla araşdırmanın nəticəsindən asılı olaraq komissiya tərəfindən qərar qəbul edilməli olduğundan, hazırkı vəziyyətdə həmin hal kassasiya araşdırmasının predmeti ola bilməz. B əhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1844/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar