Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-343/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-343/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1794/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşıiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1975-ci il tarixdən xxxx 2003-cü il tarixədək “xxxx” ASC-də çapçı vəzifəsində çalışdığını, qeyd olunan əmək stajının bütün müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sa ylı, xxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” (XX bölmə, poliqrafiya istehsalı, “a” bəndinə aid çapçı) üzrə işlədiyini, 27 ildən artıq ümumi və xüsusi əmək satjının olduğunu, cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla xxxx 1975-ci il tarixdən xxxx 2003-cü il tarixədək işləmiş olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xxxx 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (XX bölmə, poliqrafiya istehsalı, “a” bəndinə aid çapçı) göstərilmədiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, bununla da konstitusion hüquqlarının pozulduğunu bildirərək, xxxx 2010-cu il tarixdən - 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)1888/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşdan - xxxx 2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehəhəvalə edilmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1794/2018 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A. Mayılov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İddiaçı xxxx 1975-ci il tarixdən xxxx 2003-cü il tarixədə k işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş Siyahısı”nda göstərilməmiş, ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunazidd olmuşdur. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsibarədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasını n iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1794/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxx 1958-ci ildə Qazax rayonunda anadan olmuş X1, hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır, İT-İ № ******* saylı əmək kitabçasına əsasən X2 xxx 1975-ci il tarixdən xxx 2003-cü il tarixədək “xxxx” ASC-də çapçı vəzifəsində işləmiş, “xxxx” ASC tərəfindən verilmiş 30 nömrəli, xxxx 2017-ci il tarixli arxiv arayışına görə X1 xxxx 1975-ci ildən çapçı, xxxx 1987-ci ildən xxxx 1987-ci ilədək ofiset sexin də 2-ci dərəcəli çapçı, xxxx 1989-cu ildən yenidən çapçı sexinə 2 dərəcəli çapçı, xxxx 1993cü ildən çap sexində hesablayıcı, xxxx 1995-ci ildən 2-ci dərəcəli çapçı vəzifəsinə keçirilmiş, xxxx 1996-cı ildən 6-cı dərəcəli çapçı işləmiş, xxxx 2002-ci il tarixdən əmək şəraitinin dəyişməsinə görə tutduğu vəzifədən azad edilmiş, xxxx 2003-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş Siyahısı”nda XX bölmə poliqrafiya istehsalı “a” bəndinə aid çapçı işləmiş, iddiaçı, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonu ncu, xxxx 2018-ci il tarixli məktubla onun xxxx 1975-ci il tarixdən xxxx 2003-cü il tarixədək işləmiş olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş Siyahısı”nda göstərilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının çapçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı»na əsasən iddiaçının çalı şdığı vəzifə həmin Siyahısın»ın XX bölmə poliqrafiya istehsalı “a” bəndində (dərin çap üsulunun çapçıları) öz əksini tapmış, iddiaçının həmin vəzifə üzrə güzəştli iş stajı 27 ildən artıqdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən həmin peşədə 10 ildən artıq güzəştli iş stajının olması və ümumilikdə 20 ildən artıq ümumi əmək stajının olması ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir,iddiaçı da xxxx 1975-ci il tarixdən xxxx 2003-cü il tarixədək “xxxx” ASC-də çapçı vəzifəsində işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmiş, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (52 yaş) çatdığı vaxt güzəşt li şərtlərlə pensiya hüququ verən tam əmək stajı toplamış, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xxxx 2010-cu ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda hal-hazıradək bunu etməmiş, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xxxx 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il xxxx tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədə k sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xxxx 2017-ci ilədək olan redaksiyası) 31-ci maddəsinin 1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ö dənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifə si iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmələr iş materiallarına istinad etməklə iddiaçıya xxxx 2010-cu il tarixdən - 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qanuni nəticəyə gəlmişlər. Qeyd olunanlara əsasən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 20 ildən artıq ümumi əmək stajına malik olduğunu və 10 ildən yuxarı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı üçün, xxxx 2010-cu ildə 52 yaşı tamam olduqdan sonra, əmək şəraitinə görə, güzəştli şərtl ərlə yaşa görə pensiya təyin edilməsi hüququ olduğunu, onun zərərli əmək şəraitində işlədiyi çapçıpeşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xxxx 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısın»ın XX bölmə poliqrafiya istehsalı “a” bəndində (dərin çap üsulunun çapçıları) qeyd edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu, İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 200 7-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş Siyahısı”nda göstərilməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1794/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1794/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-343/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-343/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver