Məhkəmə qərarları › İş №2-1(102)-343/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-343/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-343/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (açar sözlər: hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizad ə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2089/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsu si Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 19792000-ci illərdə Sumqayıt şəhər məhkəməsinin hakimi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifələrində işlədiyinə görə həyat yoldaşı X3 sabiq hakim kimi pensiyanın təyin edildiyini, lakin pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsində hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və həmin Qanunun 109-cu maddəsində hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi nəzərə alınmalı olduğu halda, nəzərə alınmadığını, xx xxxxxxxx 2017-ci ildə həyat yoldaşı L.V.Tixonovanın Bakı şəhərində vəfat etdiyini və bundan sonra on un pensiyasını aldığını, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrinə əsasən iki aylıq məzuniyyət haqqı və iki aylıq müalicə xərcinə dair əlavələr nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyini, sonuncu, xx xxxxxx 2019-cu il tarixli məktubla hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün onlara 2 aylıq əmək haqqı məbləğində pul təminatının orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınması üçün həmin müavinət və pul təminatlarını almağı barədə arayışı təqdim etdiyi təqdirdə nəzərə alına bildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, cavabdehin üzərinə iki aylıq məzuniyyət haqqına görə müavinət və iki aylıq müalicə üçün pul təmin atı pensiya hüququ yarandığı gündən nəzərə alınmaqla, mərhum həyat yoldaşı X1 pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)1420/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı mərhum həyat yoldaşı X1 iki aylıq məzuniyyət haqqına görə müavinət və iki aylıq müalicə üçün pul təminatı pensiya hüququ yarandığı gündən nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia rədd edilmişdir (hakim – E.Ə.Əliyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2089/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən - “Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir, iddiaçı ona pensiya təyin edilərkən iddia etdiyi müavinət və pul təminatı nı aldığını sübut etməmiş, bu pul təminatının əmək haqqının sonrakı artımı ilə heç bir əlaqəsi yoxdur, iddiaçı mərhum həyat yoldaşına bu məbləğin ödənildiyini təsdiqləyən hə hansı sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarı nın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlid ir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2089/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X4 arasında xx.xx.1983-cü ildə nikah bağlanmış, sonuncu, xx.xx.2017-ci il tarixdə vəfat etmiş, xx.xx.1967-ci il tarixli əmək kitabçasına əsasən L.V.Tixonova xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hakim vəzifəsində işləmiş, iddiaçı, iki aylıq məzuniyyət haqqı və iki aylıq müalicə xərcinə dair əlavələr nəzərə alınm aqla, pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu, xx xxxxxx 2019-cu il tarixli məktubla “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən hakimlərin pensiyasının hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqı əsasında hesablandığına, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il xxxi, xxx nömrəli qərarı ilə təsdiq olunmuş “Orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən vergilərdən azad olunan, yəni sosial sığorta ayırmaları tutulmayan gəlirlərin orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclər hesab edildiyinə, bundan əlavə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 107-ci maddəsin ə müvafiq olaraq hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq əmək haqqı məbləğində müavinət və 109-cu maddəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onlara 2 aylıq əmək haqqı məbləğində pul təminatının orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınması üçün həmin müavinət və pul təminatlarını almağı barədə arayışı təqdim etdiyi təqdirdə nəzərə alına bildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı tələbində pensiya fərqinin birdəfəlik ödənilməsini tələb etsə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamış, həmçinin iddiaçıya ailə başçısını itirməyə görə, eləcə də onun mərhum arvadına keçmiş hakim kimi yaşa görə əmək pensiyasının vaxtilə təyin edilməsi işin mübahisəli hallarına aid deyildir, mübahisənin predmeti iddiaçının mərhum arvadının əmək pensiyası hesablanarkən götürülmüş əmək haqqının məbləği ilə bağlıdır, beləliklə, cavabdehin imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlər inin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 14.1.2-ci maddəsi nə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) atanın, ananın, ərin, arvadın bu Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 20.1.4-cü və 20.1.4-1-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə, hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə qulluq stajına görə əlavələr təyin edilir. Qanunun 20.7.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bil ərlər. Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qanunun 109-cu maddəsinin dördüncü hissəsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin maddənin beşinci hissəsinə görə azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Həmin maddənin altıncı hissəsinə görə bu maddənin beşinci hissəsinin müddəaları bu Qanununa uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçıya ailə başçısını itirməyə görə, eləcə də onun mərhum arvadına keçmiş hakim kimi yaşa görə əmək pensiyasının vaxtilə təyin edilməsinin işin mübahisəsiz hallarına aid olduğunu, mübahisənin predmetinin iddiaçının mərhum arvadının əmək pensiyası hesablanarkən götürülmüş əmək haqqının məbləği ilə bağlı olduğunu, beləliklə, c avabdehin imtinasının qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu və istinad edilən qanunvericiliyə əsasən hakimlərə hər il məzuniyyətə çıxarkən onların 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaları üçün pul təminatı verildiyini, qanunun bu müddəalarının əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)2089/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2089/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar