Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3433/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “qərarın ləğv edilməsi və vəkilliyə qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(103)-2341/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 2017-ci il 3 noyabr tarixli, 4 nömrəli qərarını ləğv edilməsini və növbəti şifahi müsahibəyə buraxılmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 2017-ci il 3 noyabr tarixli iclasında Komissiya üzvlərinin verdiyi suallara cavablar qəna ətbəxş hesab edilmədiyindən, Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmə ilə bağlı rəy verilməmişdir. İddiaçı 2018-ci il 4 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dayandırılmış vəkillik fəaliyyətinin və vəkillər kollegiyasının üzvlüyünə bərpa edilməsindən imtina barədə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 2017-ci il 3 noyabr tarixli, 4 nömrəli protokolunun (qərarın) qanunsuz və əsassız hesab edilməsi, vəkillik fəaliyyətinin və vəkillər kollegiyasının üzvlüyünə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkVəkillər Kollegiyasının İxtisas Komissiyasının 2017-ci il 3 noyabr tarixli, 4 nömrəli qərarının ləğv edilməsini və vəkilliyə qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının 2017-ci il 3 noyabr tarixli, 04 saylı iclas protokolundan çıxarışdan göründüyü kimi həmin protokolda komissiya üzvləri tərəfindən ona hansı sualların verilməsi və suallara cavabları qeyd edilməmişdir. Bundan başqa, protokolda göstərilmişdir ki, komissiya üzvlərindən R.İbrahimov və Ə.Əliyev tərəfindən iddiaçıya suallar verilmiş, həmin suallara cavabları komissiya üzvləri tərəfindən qənaətbəxş hesab edilməmişdir. Protokolda qeyd edilənlər həqiqəti əks etdirmir, süni mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, komissiya üzvlərindən R.İbrahimov və Ə.Əliyevdən savayı hakim İkram Şirinov tərəfindən də ona sual verilmiş, həmin suala da tam və dolğun cavab vermiş, bu hal protokolda öz əksini tapmamışdır. Vəkillər Kollegiyası İxtisas Komissiyasının 2017ci il 3 noyabr tarixli iclasında ona komissiya üzvləri tərəfindən cəmi 3 sual verilmişdir. R.İbrahimov tərəfindən verilən 1-ci sual: 1997-ci ildə Vəkillər Kollegiyasının üzvü olmadığı halda, hansı səbəbə görə əmək kitabçasında 1997-2002-ci illərdə “BM” hüquq firmasında və “Müstəqil Elmi-Praktik hüquq mərkəzi”ndə vəkil vəzifəsində işləməyi qeyd edilmişdir? Cavab: 1999-cu il 28 dekabr tarixdə qəbul edilmiş və 2000-ci il 31 yanvar tarixdə qüvvəyə minmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbuluna qədər “vəkillik” Azərbaycan Respublikası Prezidentinin “Xüsusi razılıq (lisenziya) tə ləb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli Fərmanı ilə tənzimlənirdi. Həmin Fərmana uyğun olaraq hüquq firmalarının və hüquq mərkəzlərinin hüquqşünaslarına müvafiq olaraq orderlər verilir, onlar təhqiqat, ibtidai istintaq, məhkəmə orqanlarında xüsusi statuslu vəkil kimi iştirak edir, fiziki və hüquqi şəxslərin hüquqlarını müdafiə edirdilər. Hüquq firma və mərkəzlərinin hüquqşünaslarının adları iştirak etdikləri proseslər üzrə qəbul edilmiş ittiham aktlarında, qərarlarda, qətnamələrdə və hökmlərdə vəkil kimi qeyd edilirdi. Ona görə də, işlədiyi hüquq firmasının və mərkəzlərin rəhbərləri tərəfindən əmək kitabçasında vəkil vəzifəsində işləməyi qeyd edilmişdir. Ə.Əliyev tərəfindən verilən 2-ci sual: - Azərbaycan Respublikasının hüdudlar ından kənarda hansı məhkəmə orqanını tanıyırsınız? Cavab: Avropa İnsan Hüquqları Məhkəməsini, X2 Məhkəməsini və Beynəlxalq Cinayət Məhkəməsini. Verilən cavabdan sonra Ə.Əliyev “Komitə” məhkəmə orqanı deyil? Cavab: X4 Assambleyasının Komitəsi insan hüquqları və azadlıqlarının qorunması, bəhrələnməsi və birlikdə əməkdaşlıq etməsinə əsaslanır. Avropa Dövləti Nazirlər Komitəsi hər hansı dövləti Avropa Şurasının üzvlüyünə qəbul, üzvlükdən çıxarmaq, status xarakterli qətnamələr qəbul etmək, Avropa İnsan Hüquqları Məhkəməsinin qətnamələrinin icrasına nəzarət funksiyasını və s. hüquqlarını həyata keçirir. İkram Şirinov tərəfindən verilən 3-cü sual: Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermisinizmi, onlardan təmin olunanı olubmu? Cavab: Avropa İnsan Hüquqları Məhkəməsinə cəmi 3 şikayət vermiş, onlardan yalnız biri təmin olunmuşdur. Təmin olunan şikayət kiminlə bağlıdır? “Atletlər kəndi”ndəki binaların inşası ilə əlaqədar sökülən binaların bazar dəyərinin ödənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı tələb yerli məhkəmələr tərəfindən təmin edilmədiyindən Avropa İnsan hüquqları məhkəməsinə müraciət etmiş, şikayəti təmin olunmuş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Binə Ticarət Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsini mülkiyyətinə verməklə və müvafiq kompensasiyanı ödəməklə mübahisə həll olunmuşdur. Komissiyanın 2017-ci il 3 noyabr tarixli iclasında isə cəmi 1 nəfər hakim-Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov, 1 nəfər hüquqşünasalim Ə.Əliyev və 5 nəfər vəkil, ümumilikdə 7 nəfər Komissiya üzvləri iştirak etdiyi halda, iclas protokolun dan çıxarışda 9 nəfər komissiya üzvünün iştirak etməsi göstərilmişdir. İddiaçı hesab edir ki, onun vəkillik peşəsinə yararlı olması əvvəllər 8 il Vəkillər Kollegiyasının üzvü kimi, sonradan fasiləsiz olaraq 25 il nümayəndəlik fəaliyyəti ilə məşğul olmaqla sübuta yetirilmişdir. Bundan başqa,“Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydalar”da (bundan sonra mətndə - Qaydalar) yazılı test imtahanından keçid balı toplamış şəxslərin peşə yararlığının müəyyən edilməsi üçün şifahi müsahibədən keçməsi nəzərdə tutulmuşdur. Test imtahanını verməkdən azad olunduğuna görə peşə yararlığının müəyyən edilməsi absurddur. Cavabdehin ona və məhkəməyə təqdim etdiyi 2017-ci il 3 noyabr tarixli protokolda isə namizəd kimi cavablarının “qənaətbəxş hesab edilməmişdir” qeyd edilməklə “Qaydalar”ın tələbləri pozulmuşdur. Komissiyanın protokolundan (qərarından) 3 gün ərzində şikayət verməsinə baxmayaraq hazıradək şikayətinə Rəyasət Heyətinin iclasında baxılmamış, təkrar şikayət verməsi tələb edilmiş, verdiyi təkrar şikayətə də Rəyasət Heyətinin iclasında baxılmamış, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Aydın Axundov tərəfindən 2017-ci il 19-20 dekabr tarixli 19 və 22 nömrəli məktubları ilə öz adından rədd cavabı verilmişdir. İşin həqiqi hallarından göründüyü kimi, İxtisas Komissiyasının sədri Ramiz İbrahimov onunla şəxsi ədavətinə görə son 10 ildir ki, Komissiyanın işinə təsir və müdaxilə edərək Komissiyanın hər növbəti iclasında istehza ilə ona “get, gələn il gələrsən” deməklə müsahibədən keçməyinə əngəl olur ki, bu səbəbdən dayandırılmış vək illik fəaliyyətini bərpa etdirə bilmir. Vəkillər Kollegiyasına təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçı 1972-ci ildən əmək fəaliyyətinə başlamış, Bakı İxtisaslaşdırılmış Avtomobillər zavodunda fəhlə, Azərbaycan Respublikasının Ali Məhkəməsində məsləhətçi. Bakı şəhər Prokurorluğunda şöbə prokuroru, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində işləmiş və xidmət etmişdir. 1985-ci il 5 iyul tarixdən 1992-ci il 21 avqust tarixədək Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmaqla Bakı şəhəri 4 nömrəli hüquq məsləhətxanasının vəkili işləmiş, 1992-ci il 21 avqust tarixdə Bakı şəhər prokurorluğuna şöbə prokuroru vəzifəsinə-dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar olaraq vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadə k dayandırılmışdır. 1995-ci ilin dekabr ayında prokurorluq orqanlarından xaric olunduqdan sonra 1997-ci il 14 mart tarixdən 1997-ci il 14 noyabr tarixədək “BM“ hüquq firmasında, 1997-ci il 19 noyabr tarixdən 2002-ci il 1 iyun tarixədək “X5 Hüquq mərkəzində” vəkil, 2002-ci il 1 iyun tarixdən 2006-cı il 1 dekabr tarixədək “İnterturan Service” hüquq müəssisəsinin prezidenti vəzifələrində, 2006-cı il 1 dekabr tarixdən 2018-ci il 1 dekabr tarixədək “xxxx” MMC-də hüquqşünas vəzifəsində işləməklə “Nümayəndəlik” fəaliyyəti ilə məşğul olmuş, hazırda “xxxx” STİK ASC-də hüquqşünas vəzifəsində işləyir. Prokurorluq orqanlarından xaric edildikdən sonra, 1996-cı ilin əvvəllərində və sonradan vəkillik fəaliyyətinin davam etdirilməsi üçün Vəkillər Kollegiyasına müraciət etmiş, İxtisas Komissiyasının sədri R.İbrahimov əvvəllər onunla məhkəmə proseslərində qarşı tərəfin vəkili qismində iştirak edərkən məhkəmə çəkişməsində müəyyən elmi, hüquqi mübahisələri olduğuna görə İxtisas Komissiyasının sədri vəzifəsini icra etməsindən suiistifadə edərək şifahi müsahibədən keçməyinə maneçilik törətmiş, hazırda da maneçilik törətməkdə davam edir. İddiaçı qeyd edir ki, 1992-ci ildə prokurorluq orqanına xidmətə götürülərkən əmək kitabçası vəkillər kollegiyasından tələb edilib götürülməmiş, barəsində işdən çıxma əmri verilməmiş, prokurorluq orqanlarından xaric olunduqdan sonra vəkillik fəaliyyətinin davam etdirilməsi üçün Vəkillər Kollegiyasına müraciət etdikdə Kollegiyanın sabiq sədri tərəfindən əmək kitabçasına “başqa işə keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarıl mağı” qeyd edilmişdir. Prokurorluq orqanında xidmət edərkən əmək kitabçası Vəkillər Kollegiyasında qaldığından və Kollegiyanın üzvlüyündən azad edilmədiyindən prokurorluq orqanlarında xidmət etməyi barədə əmək kitabçasında qeydiyyat yoxdur ki, bu fakt sübutunu və həqiqəti əks etdirir. Cavabdeh insan hüquq və azadlıqlarını yüksək formada müdafiə etməli olduğu halda, imperativ xarakter daşıyan Qanunları, yuxarıda adı çəkilən “Qaydalar”ın tələblərini və qanunla qorunan hüquqlarını kobud formada pozmuşdur. Qeyd olunan Qanunun tələblərinə uyğun olaraq dayandırılmış vəkillik fəaliyyətinin bərpa edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində Nəsimi RayonMəhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 6 mart tarixli, 2(006)1344/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh Azər baycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “dayandırılmış vəkillik fəaliyyətinin bərpa edilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 8 oktyabr tarixli, 2(103)-6979/2018 nömrəli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 6 mart tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, aidiyyətı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüquqları ona izah edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi v ə pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. İddiaçı da əvvəllər vəkil işlədiyinə görə yazılı testi vermədən şifahi müsahibəyə buraxılmış, lakin Vəkillərin İxtisas Komissiyasının 2017-ci il 3 oktyabr tarixli iclasında Komissiya üzvlərinin verdiyi suall ara cavabları qənaətbəxş hesab edilmədiyindən, Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmə ilə bağlı rəy verilməmişdir. Vəkillərin İxtisas Komissiyasının üzvlərinin iddiaçıya qarşı subyektiv qərəzli yanaşması barədə iddialar əsassızdır və Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaət formalaşdırmağa imkan verən faktiki sübutlar mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyun tarixli 2-1(82)719/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisələndirilən inzibati aktın etibarsız hesab edilməsi və ya ləğv edilməsinə əsas verən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci və 68.2-ci maddələrində göstərilən halla rın hər hansı biri müəyyən edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(103)-2341/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 7 oktyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 22 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiy a şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1, 8-ci maddəsinin 4-cü hissəsinin, “İnzibati icraat haqqında” Qanunun 19.1, 24.1, 24.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili Vəkil 2019-cu il 4 dekabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili X3 2019-cu il 4 dekabr tarixli məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan ca vabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 55.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: kollegial inzibati orqanın adı barədə (56.1.1-ci maddə); iclasın keçirildiyi vaxt və yer barədə (56.1.2-ci maddə); iclasın sədri və üzvləri haqqında (56.1.3-cü maddə); müzakirənin predmeti barədə ( 56.1.4cü maddə); qəbul edilmiş qərar barədə (56.1.5-ci maddə). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Həmin Qanunun 13-cü maddəsinin müddəalarına əsasən: İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (...) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. (...) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahan ı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (...) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X1 7 iyul 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın müddəalarına əsasən: 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir... 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə ç ıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə n amizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 2017ci il 3 oktyabr tarixli, 04 saylı iclas protokolundan çıxarışda aşağıdakılar qeyd edilmişdir: “İxtisas Komissiyasının sədri R.İbrahimov vəkilliyə namizəd İddiaçı şəxsi işində olan sənədlər əsasında onun barəsində komissiya üzvlərinə məlumat verir və qeyd edir ki, namizəd 1985-ci il 4 iyul tarixdən 1992-ci il 21 avqust tarixədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. Öz ərizəsinə əsasən başqa işə keçmə ilə əlaqədar Kollegiya üzvlüyündən xaric edilmişdir. Komissiya üzvləri R.İbrahimov, Ə.Əliyev tərəfindən namizədə suallar verilir və İddiaçı suallara verdiyi cavablar komissiya üzvləri tərəfindən qənaətbəxş hesab edilmir. İxtisas Komissiyasının sədri R.İbrahimov vəkilliyə namizəd İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsi üçün təklifi səsə qoyur və komissiya üzvlərindən səsvermə ilə təklifə münasibət bildirməsini xahiş edir. Təklif səsə qoyulur: 1) Lehinə-yoxdur 2) Əle yhinə - 9 nəfər 3) Bitərəf – yoxdur. Təklif qəbul edilmir. Qərara alındı: vəkilliyə namizəd İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsi üçün rəy verilməsin. Vəkilliyə namizəd İddiaçı komissiyanın rəyi elan edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 2017-ci il 3 oktyabr tarixli, 04 saylı iclasının “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvünün qərəzli münasibəti barədə iddiaçının dəlillərinin hər hansı təkzibolunmaz sübutlarla t əsdiq olunmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. İddiaçının ona verilən suallara cavablarının Komissiya tərəfindən qiymətləndirilməsi (cavabların qənaətbəxş hesab edilməməsi) ilə bağlı dəlillərinə və vəkilliyə qəbul edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbin ə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. “İnzibati icraat haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir (53.2). “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion s əlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inz ibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Digər tərəfdən, “Vəkillər və vəkillik fə aliyyəti haqqında” Qanunun 7-ci hissəsinin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Başqa sözlə, Məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Yuxarıda qeyd edildiyi kimi, Vəkillərin İxtisas Komissiyasının 2017-ci il 3 oktyabr tarixli, 04 saylı iclasının “İnzibati icraat haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarinin keçirilməsi Qaydalari”nın tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 sentyabr tarixli 2-1(103)-2341/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-3433/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3433/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver