Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3434/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Quliyev İlqar Mirbaba oğlu cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Quliyev İlqar Mirbaba oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı Quliyev İlqar Mirbaba oğlu cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1984-1988-ci illərdə Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, 1988-1989-cu illərdə 2-ci dərəcəli formalayıcı kimi çalışmışdır. 1991-1992-ci illərdə Vorovski adına Bakı Təcrübə Mexaniki X1 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, 1992-ci ildə Çuqun əritmə sexində maşınla tökmə istehsalı üzrə 3-cü dərəcəli maşınist, 1992-1993-cü illərdə Boru istehsal edən tökmə maşınlarda 3-cü dərəcəli maşınist və tökməçi, avadanlıqlar üzrə 4-cü dərəcəli çilingər, 1993-1994-cü illərdə Çuqun tökmə sexində 5-ci dərəcə təmirçi-çilingər, 1995-1996-cı illər ərzində Bakı Mexaniki Tökmə Zavodunda Köçürmə yolu ilə çuqun tökmə sexində 4-cü dərəcə ilə tökməçi vəzifələrində çalışmışdır. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Xətai Rayon Sosial Müdafiə Fonduna ünvanlanmış “izahlı arayış”da çalışdığı sahələr haqqında geniş məlumat verilmiş, eyni zamanda, peşəsinin-1110100a-11504 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * saylı Siyahının X1 Metal emalı bölməsinin İ.Tökmə istehsalı alt bölməsinə daxil edilməsi qeyd edilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tərəfindən müvafiq ərizə verilmiş və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətinə imtina cavabı verilmişdir. İmtinaya əsas kimi, yuxarıda qeyd olunan illər ərzində işlədiyi vəzifələrin qanunvericilikdə göstərilən peşələrə uyğun olmaması qeyd edilmişdir. Halbuki, çalışdığı peşələr ən ağır iş şəraitində olması ilə yanaşı qeyd olunan Qərarda da öz əksini tapmışdır. Bu peşələrin həmin Qərara uyğun olması təqdim edilmiş arayışda da ətraflı izah olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * saylı Siyahının X1 Metal emalı bölməsinin 1. Tökmə istehsalı bəndində qeyd etdiyi peşə növləri çalışdığı bəndlərə uyğun gəlməkdədir: 1110100a—11504 tökmə çıxardanlar, 1110100a—12176 metal tökücüləri, 1110100a—13392 ərinti və metal tökücüləri, 1110100a—13721 doldurucu maşın maşinistləri. Eyni zamanda, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 3. Metallurgiya istehsalatı-tökücü maşın maşinistləri, isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər, təmirçi çilingərlər və sair vardır. Eyni zamanda, cavabdeh imtina məktubu yazarkən nəyə əsasən yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * saylı Siyahını əsas götürməsini izah etməmişdir. Belə ki, imtina edilmiş əsas iş dövrü 1984-1993-cü illəri əhatə etmişdir. Bu dövrdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı mövcud olmamışdır. Bir vətəndaş olaraq imkanları çərçivəsində həmin dövr üçün qüvvədə olan qanunvericilik aktlarını incələmək mümkün deyildir. Lakin cavabdeh təşkilat dövlət qurumu olduğu üçün qeyd olunan məsələ tam olaraq araşdırılmalı idi.
3. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın Metal emalı bölməsinin (XI) fəhlələr yarımbölməsində 1110100a-11504 kodu üzrə tökmə çıxardanlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2017-ci il tarixli, **/** nömrəli arayışında Quliyev İlqar Mirbala oğlunun ##.##.1984-ci il tarixdən ##.##.1988-ci il tarixədək Vorovski adına Bakı mexaniki tökmə zavodunun əritmə sexində çuqun tökmə üzrə çilingər, ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək Vorovski adına Bakı təcrübə mexaniki X1 əritmə sexində maşınla tökmə istehsalı üzrə maşinist, ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında maşinist və tökməçi, ##.##.1993-ci il tarixdən ##.##.1993-cü il tarixədək çilingər, 01. 07.1993-ci il tarixdən ##.##.1994-cü il tarixədək çuqun tökmə sexində təmirçi çilingər, ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək Bakı mexaniki X1 tökmə sexində tökməçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan tökmə çıxardanlar vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də İ.Quliyevin güzəştli iş stajı 12 il 6 aydan az - 5 il 9 ay 7 gün (##.##.2015-ci il tarixdən ##.##.2016-cı il tarixədək, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək, ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək, ##.##.2019-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrlər) təşkil etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) ## #### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Quliyev İlqar Mirbaba oğluna 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının ##.##.2024-cü ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının ##.##.2024-cü ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (##.##.2024-cü il) ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının işlədiyi vəzifələrin arayışlarda istinad edilmiş vəzifələrə aid olmamasıdır. İş materiallarından görünür ki, “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, ***/** nömrəli arayışında qeyd edilmişdir ki, Quliyev İlqar Mirbala oğlu ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək Vorovski adına Bakı Mexaniki Tökmə Zavodunda Əritmə sexində çuqun tökmə üzrə 2-ci dərəcəli çilingər, ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək həmin sexdə 2-ci dərəcəli formalayıcı, ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək Bakı Təcrübə Mexaniki X1 tökmə sexində avadanlıqların təmiri üzrə 4-cü dərəcəli çilingər, ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək boru istehsal edən tökmə maşınlarında 3-cü dərəcəli maşinist və tökməçi, ##.##.1993-ci il tarixdən ##.##.1993-cü il tarixədək 4-cü dərəcəli çilingər, ##.##.1993-ci il tarixdən ##.##.1994-cü il tarixədək çuqun tökmə sexində 5-ci dərəcə təmirçi çilingər, ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək çuqun tökmə sexində 4-cü dərəcə ilə tökməçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” ## #### 1993 cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən ##.##.1984-ci il tarixdən ##.##.1988-ci il tarixədək olan dövr, 1030100A-1753A koduna, ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək olan dövr 1030100A-1943 koduna, ##.##.1991-ci il tarixdən ##.##.1992-ci il tarixədək olan dövr 1030100A-1753A koduna, ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixdək olan dövr 1030100A-1753A koduna, ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək olan dövr 1030100A-12176 koduna uyğun gəlir. Eyni zamanda, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, Quliyev İlqar Mirbaba oğlu güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) metalın tökücüsü vəzifəsində ##.##.1995-ci il tarixli, *** nömrəli əmr əsasında ##.##.1994cü ildən ##.##.1995-ci il tarixədək işləmişdir. Quliyev İlqar Mirbaba oğlunun işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı: 1 il 6 ay 1 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli iş şəraitindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və metalın tökücüsü vəzifə koduna uyğundur. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və N.X.Nəbizadə) ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ##.##.2024-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (60 yaşa) çatması, 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.