Məhkəmə qərarları › İş №2-1(102)-3437/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3437/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3437/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Bədirli Rüfət Mirrafiq oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi ” tələbinə dair inzib ati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 21(107)-430/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1959-cu il xx.xx. tarixdə doğulmuş, 1977-ci il 10 noyabr tarixdən əmək fəaliyyətinə başlamış, ona 2018-ci il 4 aprel tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 10 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2017-ci il 1 iyul tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə istinadən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, tələb olunan sığorta stajı olduqda təyin edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletin surətinə, əmək haqqı arayışına və 4 №-li əlavəyə əsasən onun 23 il 6 ay 10 gün sığorta stajının və 14.409,64 manat pensiya kapitalının olması müəyyənləşdirilmişdir. Əlillik təyin olunarkən iddiaçının 58 yaşı tamam olduğu üçün ona əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sosial sığorta stajı və 14.998,83 manat pensiya kapitalı tələb olunur. Yuxarıdakıları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə istinadən tələb olunan pensiya kapitalı olmadığı üçün iddi açının əliliyə görə əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı 2018-ci il 2 avqust tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək1997-ci il 31 may tarixdən 1999-cu il 1 fevral tarixədək olan dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2001-2004-cü illərdə Hacıqabul rayon Kommunal Kombinatları Müəssisəsində işləmişdir. Bunu Hacıqabul rayon Dövlət Arxivinin 2016-cı il 7 sentyabr tarixli ara yışı da təsdiq edir. Ona 2018-ci il 4 aprel tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İnzibati orqan tərəfindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuş, bununla da onun əmək pensiyası almaq hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 oktyabr tarixli 2-1(84)-1387/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1997-ci il 31 may tarixdən 1999-cu il 1 fevral tarixədək Şəki Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əlilliyinin müəyyən olunduğu 2018-ci il 4 aprel tarix ə ümumilikdə pensiya kapitalı 15.520,31 manat təşkil edir ki, bu da əlilliyin müəyyən olunduğu tarixə mövcud olmuş şərtlər daxilində ona əmək pensiyası almaq hüququ yaradır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 yanvar tarixli 2-1(107)-41/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ilkin olaraq inzibati orqana ona əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə müraciətini, məhkəməyə verd iyi iddia ərizəsindəki tələbini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbinin əsas mahiyyəti ona əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı olduğundan, sonradan ərizəsində dəqiqləşmə apararaq ona “yaşa görə əmək pensiyasının təyin edilməsi” qeyd etməsi əslində iddiaçının hüquqi marağı ilə ifadə tərzi baxımından qismən üst-üstə düşməsə də, iddiaçının əldə etmək istədiyi nəticə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 may tarixli 2-1(102)1137/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqt isadi Kollegiyasının 2019-cu il 8 yanvar tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki,apellyasiya instansiyası məhkəməsi dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 54-cü maddəsinin, həmçinin məhkəmənin yardım etmək vəzifəsini özündə əks etdirən 13-cü maddəsinin tələblərinə əməl edilməsinə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək1997-ci il 31 may tarixdən 1999-cu il 1 fevral tarixədək olan dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öh dəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(107)-430/2019 nömrəli qərarıilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 23 sentyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 22 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada icbari dövlət sosial sığorta haql arının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 2018-ci il 14 may tarixli arayışdan görünür ki, iddiaçı 1997-ci il 1 iyul tarixdən 1999-cu il 1 fevral tarixədək olan dövrdə əmək haqqı almamış, buna görə də məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Belə olan halda, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şik ayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət a şağıdakı səbəblərə görə təmin oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh imtinanın əsası kim qeyd edir ki, iddiaçının 23 il 6 ay 10 gün sığorta stajı və 14.409,64 manat pensiya kapitalı vardır, lakin iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sosial sığorta stajı və 14.998,83 m anat pensiya kapitalı tələb olunur. Cavabdeh iddiaçının 1997-ci il 1 iyul tarixdən 1999-cu il 1 fevral tarixədək Şəki Təsərrüfatlararası Sənaye Tikinti Birliyində işlədiyi müddəti sığorta stajına daxil etməmişdir. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 1997-ci il 1 iyul tarixdən 1999cu il 1 fevral tarixədək olan dövrdə Şəki Təsərrüfatlararası Sən aye Tikinti Birliyində sürücü vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Digər tərəfdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış ə mək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2019-cu il 13 sentyabr tarixli 2-1(107)-430/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar