Məhkəmə qərarları › İş №2-1(102)-3437/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3437/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3437/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI 1.

2. Iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2022-ci il tarixli iclasında baxılmış və “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə batalyonunun nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçı iddia ərizəsində işin hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, o, ## ##### 1986-cı ildən ## #### 1988-ci il tarixədək SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmiş, 1992-ci ilin mart ayından ##.##.1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ##.##.1992-ci il tarixdə Şuşanın işğalı ilə əlaqədar olaraq Şuşa şəhərindən çıxarılmışlar. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar olaraq müvafiq sənədləri Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya təqdim etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin edilməmişdir. Halbuki, müdafiə nazirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrində “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında onun adının yazılması və adının qarşısında ##.##.1992 - ##.##.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması təsdiq edilmişdir.

5. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında qeyd etmişdir ki, şəxsə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə, yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi (hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması); - bunun müvafiq sənədlərdə əks edilməsi (zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir). Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Odur ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciəti ilə bağlı haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

6. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatları aparan könüllü özünümüdafiə dəstəsinin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olunduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.Ismayılov) ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hər nə qədər iddiaçının döyüş bölgəsinə göndərilməsi və döyüş bölgəsindən qayıtması ilə əlaqədar əmrlər aşkar olunmasa da, cavabdeh tərəfindən təqdim edilmiş arxiv arayışında qeyd edilmiş məlumatlar məhkəmə tərəfindən mötəbər dəlillər kimi qiymətləndirilməlidir. Iddiaçının ##.##.1992-##.##.1992-ci il tarixlərdə “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşa şəhərinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakı müdafiə nazirinin ##.##.1992-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilir. Bundan əlavə, cavabdeh “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyini bildirsə də, göstərilən əmrlərin arxivləşdirilməsi iddiaçının səlahiyətlərinə aid olmadığından və buna nəzarət etmək vəzifəsi cavabdeh orqana aid olduğundan həmin dəlil iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Həmçinin, iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir.

11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad edərək bildirmişdir ki, Cavabdeh Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv Idarəsinin ##.##.2022-ci il tarixli */*-**** nömrəli “Arxiv arayışı”na əsasən, müdafiə nazirinin ##.##.1992-ci il tarixli, *** nömrəli əmrində “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı adı yazılmış və adının qarşısında ##.##.1992-##.##.1992-ci il tarixədək pul təminatı ilə təmin olunması qeyd edilmişdir. “Azərbaycan Qarabağı” və “Şuşa könüllüləri” könüllü özünümüdafiə dəstələri komandirlərinin nizami hissə üzrə əmrləri müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığından, İddiaçı barəsində əlavə araşdırma aparmaq mümkün olmamışdır. Iddiaçının sonrakı xidməti və ehtiyata buraxılmasına dair hər hansı məlumat mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının döyüş əməliyyatları aparan könüllü özünümüdafiə dəstəsinin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olunduğundan, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnaməyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Müdafiə Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

14. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövləttəhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnüçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam dirildiyi17. olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

19. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Iddiaçı iddia tələbinin əsası kimi 1992-ci ilin mart ayından ##.##.1992-ci il tarixədək “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin tərkibində Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad edir. Iddiaçının İ Qarabağ müharibəsində iştirakına dair işin halları isə cavabdeh tərəfindən təqdim edilmiş arayış və məktublarda istinad olunan “Azərbaycan Qarabağı” könüllü özünümüdafiə dəstəsinin şəxsi heyətinin siyahısında adının yazılmasından (##.##.1992ci il tarixli *** nömrəli əmri) və adının qarşısında ##.##.1992 - ##.##.1992-ci il tarixədək pul təminatı ilə təmin olunmasından ibarətdir.

20. Hazırkı iş üzrə iddiaçının iddia tələbinin qiymətləndirilməsi istiqamətində ilk növbədə, onun “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş” şəxs, yaxud “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş” şəxs və ya “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” şəxs olmasına aydınlıq gətirilməlidir. Belə ki, iddiaçının hansı kateqoriya şəxsə aid edilməsindən asılı olaraq onun iddiasının qiymətləndirilməsi ilə bağlı tələb olunan sübutlar, habelə iddiaya cavab verməli olan cavabdeh inzibati orqan dəyişir.

21. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş” şəxslərə müharibə veteranı adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əsasında və Müdafiə Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

22. Digər tərəfdən, “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş” və ya “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” şəxslərə müharibə veteranı adı Müdafiə Nazirliyi tərəfindən verilə bilsə də, bu adın verilməsi üçün şəxsin qanuni əsaslarla tərxis olunmasına dair müvafiq sübutlar olmalıdır.

23. Hazırkı iş üzrə isə təqdim edilən sənədlərdən və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallarından iddiaçının yuxarıda qeyd olunan hansı kateqoriya şəxsə aid edildiyi qeyri-müəyyəndir. Belə ki, bir tərəfdən, iddiaçının özünümüdafiə dəstəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi bildirilsə də, iş materiallarında yerli icra hakimiyyətinin müvafiq siyahısı yoxdur, əksinə, Müdafiə Nazirliyinin iddiaçının adı keçən əmrləri var. Cavabdeh özü də kassasiya şikayətində iddiaçının xidmətini özünümüdafiə dəstəsinin tərkibində olan xidmət kimi qiymətləndirsə də (hətta cavabdeh kimi digər orqanın olmalı olmasına istinad etmişdir), iddiaçı ilə eyni dəstədə xidmət keçmiş şəxslərə məhz elə cavabdeh tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

24. Digər tərəfdən, əgər iddiaçıya hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçən, yaxud ezam edilmiş şəxs kimi yanaşılırsa, bu halda iddiaçının qanuni əsaslarla tərxis olunması barədə müvafiq hərbi hissənin əmrləri olmalıdır ki, hazırkı halda iş materiallarında belə əmrlərə rast gəlinmir.

25. Odur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları cavabdehlə müzakirə etməklə, hazırkı iş üzrə iddiaçının hansı kateqoriyaya aid şəxs kimi qəbul edildiyi, Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində müvafiq əmrlərin verilməsinin səbəbləri, habelə əsl cavabdehin kim olmasını (iddiaçı ilə oxşar vəziyyətdə olan digər şəxslərin işinə Müdafiə Nazirliyi tərəfindən baxıldığı nəzərə alınmaqla) aydınlaşdırmalıdır.

26. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar