Məhkəmə qərarları › İş №2-1(102)-344/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-344/2019

31.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-344/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhəri Hüquqi Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-344/19 Bakı şəhəri 31 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)2626/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhəri X1 İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 2007-2013-cü illər üzrə dövlət sosial sığorta haqqının tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının “xxxx” ASC-də olan hesabına qoyulmuş sərəncamların icrasının dayandırılması və yeni sərəncamların qo yulmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən 2007-2013-cü illər üzrə dövlət sosial sığorta haqqının tələb edilməsinin qanunsuz hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, bu səbəbdən, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Cavabdeh ərizəyə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2018-ci il tarixli, MXMT(81)72/2018 saylı qərardadı (hakim Elçin Məmədov) ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh tərəfindən iddiaçının “xxxx” ASC-də olan AZ83ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli 18 8/********** nömrəli sərəncamının, AZ84ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli, 188/********** nömrəli sərəncamının və AZ89ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli 188/********** nömrəli sərəncamının icrası dayandırılmış, ərizə qalan hissədə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh vəsatət verərək, qərardadın ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin rədd olunmasını xahiş etmişdir. Vəsatətdə göstərilmişdir kİ, iddiaçının 01 aprel 2018-ci il tarixə 111248,43 manat məğbləğində məcburi dövlət sosial sığorta haqqları üzrə borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə xəbərdar edilsə də, həmin borcu ödəməkdən imtina etmişdir. Buna görə də 14 may 2018-ci il tarixli sərəncamlar ilə iddiaçının kredit təşkilatlarındakı bank hesabları üzrə köçürmə əməliyyatları dayandırılmışdır. Borcun olmasını təsdiq edən sənəd B-1 formalı hesabatdır ki, həmin hesabatda sığortaedənin 01 aprel 2018-ci il tarixə 111248,43 manat borcunun olması təsdiq edilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, MXMT(81)72/2018 saylı qərardadı (hakim Elçin Məmədov) ilə vəsatət təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının hesablaşma hesablarına sərəncamların qoyulmasına əsas olmuş 107813,40 manat borc məbləğinin qanuniliyinə qiymət verilənədək, həmin sərəncamların icrasının dayandırılmasının ləğv edilməsi düzgün deyildir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv,iddiaçının müvəqqəti xarakterli müdafiə barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2626/18 saylı qərardadı ilə (sədrlik edən hakim Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 30 avqust 2018-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin vəsatəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 21 may 2018-ci il tarixli müvəqqəti xarakterli müdəfiə tədbiri barədə qərardadı dəyişdirilmiş, iddiaçının ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh tərəfindən iddiaçının “xxxx” ASC-də olan - AZ83ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli 188/***** ***** nömrəli sərəncamının, AZ84ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli 188/********** nömrəli sərəncamının və AZ89ATAZ******************** saylı hesablaşma hesabına qoyulmuş 14 may 2018-ci il tarixli 188/********** nömrəli sərəncamının icrası, iddia tələbi həddində (74.680,10 manat məbləğində hissəsində), dayandırılmış, “xxxx” ASC-yə həmin hesablaşma hesablarında olan pul vəsaitindən iddia tələbi həddində (74.680,10 manat məbləğində hissəsində) istifadə olunması qadağan edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı onun 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74.680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcunu mübahisələndirmiş və iddianın mahiyyəti üzrə araşdırılması da məhz həm in tələb həddində məhkəmə tərəfindən sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və gələcəkdə mahiyyəti üzrə qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunun müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi isə hələ qanuni qüvvəsini almamış, ona görə də işin hazırkı mərhələdə iddianın gələcək aqibətini və mahiyyəti üzrə hansı yekun məhkəmə qərarının qəbul olunacağını, o cümlədən, bu və ya digər tərəfin xeyrinə məsələnin həll olunacağının müəyyən edilməsi ağlabatan deyildir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 40.1, 40.3, 41.2, 44.1, 44.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qəradaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsinə dair yeni qərar q əbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası İPM-nin 41.2-ci maddəsinə istinadən hesab etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müəyyən şərtlərlə görülməsi mümkündür. Lakin Azərbaycan Respublikası İPMnin 41.2-ci maddəsinin tələbləri inzibati aktın mübahisələndirilməsinə dair məhkəmə mübahisəsi olduğda tətbiq edilir. Hazırki tələb inzibati aktın mübahisələndirilməsi haqqında iddia deyildir və icrasının dayandırılması xahiş edilən sərəncamlar da mübahisə predmeti deyildirlər. Həmin sərəncamların icrasının “İddiaçıya hesablaşma hesablarında olan pul vəsaitinin iddia tələbi həddind ə istifadə olunmasının qadağan edilməsi” şərti ilə dayandırılması, sərəncamların icrasının qismən dayandırılması deməkdir. Sərəncam isə inzibati akt olmadığından apellyasiya instansiyasının Azərbaycan Respublikası İPM-in 41.2-ci maddəsinə istinad etməsi qanunsuz və əsassızdır. Dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası İPM-in 41.2-ci maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cava bdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki halla rvə sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin qeyd olunan sərəncamlarından göründüyü kimi, iddiaçının məcburi dövlət sığorta haqları üzrə yaranmış borcunun DSMF-yə ödənişinin təmin edilməsi üçün onun “xxxx” ASC-də olan üç hesalaşma hesablarına 14 may 2018-ci il tarixdə üç sərəncamla, hər birində 107.813,40 manat (cəmi:107813,40x3) manat həddində sərəncamlar qoyulmuşdur. İddiaçının iş materiallarına əlavə edilmiş iddia ərizəsindən və onun vəkilinin hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 08 oktyabr 2018-ci il tarixli, 2-1(81)-2844 saylı qərarının surətindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74.680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcunun silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələ təşkil edir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs izibati aktın (…) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonar – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bi lər; - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Bu müddəaların tələblərindən göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqularının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qiymətləndirilmişdir. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları müəyyən etmiş, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin, hə r iki maddələrdə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) müəyyən edilmişdir. Apellyaiya məhkəməsi hesab etmişdir ki, qəbul edilmiş sərəncamların icrası mübahisəli məbləğ çərçivəsində dayandırılması inzibati prosessual qanunvericiliyin tələblərinə uyğundur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, tərəflərindən mübahisələndirmə haqqında iddia qaldırılmadığından apellyasiya məhkəməsi tərəfindən istinad etdiyi müddəanın tətbiqi, yəni mübahisələndirilən məbləğ həddində vəsaitdən iddiaçının istifadə edilməsinin qadağan olunması prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 41.1-ci maddəsinə əsasən, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır; - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddələrin tələblərindən göründüyü kimi, tənzimləmə qaydası inzi bati aktın mübahisələndirilməsinə dair iddia qaldırıldıqda müvəqqəti xarakterli müdafiə tədbirləri ilə bağlıdır. Bu mənada məhkəmə kollegiyası razılaşır ki, apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə tam uyğun deyildir, çünki iddiaçı tərəfindən hər hansı bir inzibati akt mübahisələndirilməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellaysiya məhkəməsinin qərarı mübahiələndirilən hissədə digər hüquqi əsaslar üzrə düzgün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddələrin tələblərindən göründüyü kimi isə, müv əqqəti xarakterli müdafiə tədbirinin əsası kimi ərizəçinin maddi tələbinin mövcud olması müəyyən edilmişdir. Bu zaman ilkin məhkəmə araşdırılmasının aparılması zəruriliyi müddəada əks olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, müəyyən məbləğ həddində borcun silinməsi barədə iddia tələbi məhkəmə qərarı ilə təmin edilsə də, lakin həmin məhkəmə qərarı qüvvəyə minmədiyindən hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin mənasına görə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda, borclu şəxsin hesablaşma və digə r hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırmaq hüququ verilmişdir. Bununla yanaşı, həmin Qanunun 10-cu maddəsi sığortaedənlərin vəzifəsi kimi nəzərdə tutmuşdur ki, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəməlidir. Hər iki müddəaların əlaqəli tətbiqi onu ehtiva edir ki, sığortaedənin hesabında pul vəsaiti olduqda, onların köçürmə əməliyyatlarının dayandırılması cavabdehin hüququ olsa da, lakin iddiaçının vəzifəsi sosial sığorta haqqını sığortaçıya ödəməsidir. Əgər cavabdehin bu hüququ məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri kimi məhdudlaşdırılırsa, bu halda iddiaçı tərəfindən öz vəzifələrinin icrasına da zəmanət verilməlidir. Bu halda məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi həddində iddiaçnını həmin vəsaitdən istifadə edilməsi qadağan olunmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2626/2019 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar