Məhkəmə qərarları › İş №2-1(102)-344/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-344/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-344/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarş ı “pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 2-1(103)1737/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1. xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 25.10.1979-cu ildən 09.10.1980-cı ilə qədər X1 sovxozunda 1 №-li briqadada fəhlə işləmiş, 24.10.1980-cı ildən 30.10.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuş, X2 Zavodunda 20.08.1984-cü ildən 1 nömrəli sexdə 3-cü dərəcəli elektroqaynaqçı, 01.01.1985-ci ildən 12.07.1990-cı ilə qədər 30 №-li sexdə elektroqaynaqçı, 12.07.1990-cı ildən 22.11.1990-cı ilə qədər briqadir, 22.11.1990-cı ildən 01.07.1999-cu ilə qədər elektroq aynaqçı, 03.02.1999-cu ildən 14.09.2009-cu ilə qədər Mexaniklər sahəsində isti və zərərli iş şəraitində qeyri-standartlar üzrə usta vəzifəsində, 14.09.2009-cu ildən 02.12.2009-cu ilə qədər Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qeyri-standart avadanlıqlar üzrə usta, 02.12.2009-cu ildən 01.02.2013-cü ilə qədər Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qeyri-standart avadanlıqlar üzrə sahə rəisi, 01.02.2013-cü ildən 09.09.2016-cı ilə qədər Mexaniklər Xidmətində isti və zərərli iş şəraitində mexaniki emal sexinin rəisi vəzifəsində işləyib. 16.12.2019-cu ildən hal-hazıra qədər Təmirtikinti və rekonstruksiya işləri şöbəsinin rəisinin mexaniklər sahəsi üzrə müavini vəzifəsində işləyir.

2. İddiaçı 06.02.2020-ci il tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək 57 yaşda n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh orqan 19.02.2020-ci il tarixli, *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu tarixdən sonrakı müddət üçün əmək pensiyası məbəğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, ona məxsus 30.08.1984-cü il tarixli *** nömrəli əmək kitabçasında qeyd olunmuş əmək stajına və 25.10.1979-cu il tarixindən 09.10.1980-ci il tarixinədək X1 sovxozunda fəhlə işləməsi faktını təsdiq edən Dövlət Arxiv İdarəsinin Quba filialı tərəfindən verilmiş 31.01.2020-ci il tarixli, 132 nömrəli və 133 nömrəli arxiv çıxarışlarına uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 01.01.2006-cı il tarixinədək ümumi stajı 25 il, 4 ay, 8 gün təşkil edir. Eyni zamanda, 20.08.1984-01.07.1999-cu illərdə (14 il, 10 ay, 11 gün) X2 zavodunda çalışdığı müxtəlif dərəcəli elektroqaynaqçı vəzifələri v ə 03.02.1999-cu il tarixindən 01.01.2006-cı il tarixinədək (6 il, 6 ay) “X3” MMC-də mexaniklər sahəsində isti və zərərli iş şəraitində qeyristandart avadanlıqlar üzrə usta işlədiyi müddət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrə və göstəricilərə uyğundur. Göstərilənlər ona 57 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsi üçün əsas olsa da, cavabdeh orqan qanunsuz olaraq bundan imtina etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-4067/2020 nömrəli qərarına görə (hakim – M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 ya şının tamam olduğu (27.09.2019-cu il) tarixindən sonrakı müddət üçün əmək pensiyası məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən çox olması həm əmək kitabçası, həm də hərbi bileti ilə təsdiqlənir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun 01.01.2006-cı ilə qədər 22 il 5 ay iş stajı vardır, iddiaçı həmçinin hərbi biletinə əsasən 24.10.1980-ci ildən 30.10.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bundan əlavə, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçı 1 il 1 ay sovxozda işləyərək əmək haqqı almışdır. Odur ki, cavabdehin iddiaçının 01.01.2006-cı ilə qədər 25 il ümumi əmək stajının olmaması barədə dəlilləri əsass ızdır.

8. Cavabdeh qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-4067/2020 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(103)-1737/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və M.Ə.Abbasov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(112)-4067/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 1

1. Məhkəmə qərarını cavabdeh 27.10.2020-ci il tarixində almışdır.

12. Cavabdeh həmin qərardan 12.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 2-1(103)1737/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01.01.2006-cı il tarixinədək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olm alıdır. Bu hüquq isə aşağıdakı üç şərtə riayət etməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarında göstərilməsi.

14. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin 01.01.2006-cı il tarixinədək iddiaçının topladığı ümumi iş stajı da 25 ildən azdır. Bundan başqa, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə göstərilənləri nəzərə almadan əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş ü zrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) ça lışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXIII. Ümumi peşələr b ölməsində 23200000-19756 kodla əl ilə qaynaq aparan elektrik qaynaqçısı, “VIII. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində - 2090100b-23187 kodla isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan usta peşəsi qeyd olunmuşdur.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. Həmin Məcəllənin 96.8- ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu müddət (3 il), əmək kitabçasına əsasən iş stajı (22 il 5 ay) və arxiv arayışında qeyd olunan sovxozda işləyərək əmək haqqı aldığı müddət (1 il i ay) toplandıqda id diaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir.

30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi peşələr müvafiq siyahı ilə uyğunluq təşkil etmir.

31. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXIII. Ümumi peşələr” bölməsində 23200000-19756 kodla əl ilə qaynaq aparan elektrik qaynaqçısı, “VIII. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində - 2090100b-23187 kodla isti iş sahələrində və zərərl i əmək şəraitli işlərdə məşğul olan usta peşəsi kimi qeyd olunmuşdur və işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur.

32. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinə 25 il 5 ay ümumi iş stajı, 21 ildən çox isə zərərli əmək şəraitində iş stajı olduğuna görə iddia tələbi əsaslıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəl iyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

34. Göründüyü kimi, iddiaçının tələb edən ümumi və güzəştli iş stajının mövcudluğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(103)-1737/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar