Məhkəmə qərarları › İş №2-1(102)-344/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-344/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-344/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dаir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-1804/2021 nömrəli iş üzrə 21.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 fevral 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin hal araşdırılan zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əlillik” altsistemində etibarsız hesab edilmişdir. Bu məsələ ilə bağlı cavabdeh orqana müraciət etmiş, həmin müraciətə əsasə n cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyinin 29.01.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə qiymətləndirməyə əsas verən göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlillik müayinəsi Nazirliyin “Əlillik” alt sistemində etibarsız hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə iddia ərizəsi i lə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra, müxtəlif vaxtlarda iddiaçı müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan əlillik diaqnozu öz əksini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiyanın ödənilməsi dayandırılmışdır. Məlumat əldə etmək və əlilliyin bərpası üçün cavabdehə müraciət etdikdə ona ünvanlanmış 26.11.2019-cu il tarixli məktubunda bildirmişdir ki, Səhiyyə Nazirliyinin 29.01.2009-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə qiymətləndirməyə əsas verən göndəriş etibarsız hesab edilmişdir. Halbuki, müvafiq müayinələrdən keçərək qoyulmuş diaqnozlar əsasında ona əlillik dərəcəsi verilmişdir. Lakin cavabdeh tərəfindən onun həmin əlilliyi ona məlumat verilmədən etibarsız hesab edilmişdir. Cavabdehin hərəkətləri əsassızdır. İnzibati icraat haqqında” Qanunun 2, 24, 52, 67, 61-ci maddələinin tələblərinə ziddir.

4. Birinci instansiya məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)774/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1, 1.2, 2.1, 2.2, 2.3, 3.7-ci bəndlərinə, “İnzibati icraat haqqında” Qanunun 19.1, 19.2, 24.1, 24.3, 24.4-cü maddələrinə istinad edərək hesab edir ki, iddia qanuni və əsaslıdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.03.2021-ci il tarixli, 2-1(112)-774/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 21.01.2021-ci il tarixli, 2-1(103)-1804/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 05.03.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 22.05.2019-cu il tarixli, 20/194330 nömrəli məktub ilə 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişin verilməsi qaydaları”nın 1.3.1-ci bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin İşçi qrupunun 13.05.2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edildiyi bildirilmişdir. Göndərişləri etibarsız edilmiş şəxslərin siyahısında 2-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Burada hər hansı öhdəlik icrasından söhbət gedə bilməz. İddiaçı Rahim Əlizadənin əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. İddia faktiki olaraq mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olsa da, məhkəmə tələbi səhv olaraq öhdəliyin icrası kimi qiymətləndirərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçıya aid qiymətləndirmə 2019-cu ilin may ayında etibarsız edildiyindən və iddiaçı 2020-ci ilin mart ayında, iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyindən iddianın mümkünlük şərtinə əməl edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. AR Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edi ldikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.

11. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər s əbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəb ini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir 12. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

13. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əlilliyinin etibarsız hesab edilməsi istiqamətində cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. M əhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir.

18. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının əlillik vəziyyəti TSEK tərəfindən - Sumqayıt şəhəri 4 saylı Şəhər Poliklinikasının 0532003AAB4B nömrəli göndərişi (forma 88) əsasında 01.06.2017-ci il tarixdə qiymətləndirilərək, “ÜİX stabil gərginlik stenokardiyası FÇ İİİ. Əvvəllər keçirilən miokard infarktı. Postinfarkt kardiosklerozu. Sol mədəçilik çatmamazlığı. ÜÇİİ dərəcə ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ, İİ risk faktoru, təkrarlanan krizlərlə.” xəstəlik diaqnozu ilə, beş il müddətinə ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir.

19. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 26.11.2019-cu il tarixli imtina məktubuna, məhkəməyə ünvanladığı 01.05.20 20-ci il tarixli iddia ərizəsinə etirazına, habelə, sonuncu müayinə və Altsistem məlumatlarına əsasən aydın olur ki, “...AR Səhiyyə Nazirliyinin 29.01.2009-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə bildirilmişdir ki, 105 nəfərə göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı həmin nazirliyin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən göndərişin əsassız rəsmiləşdirildiyi üçün “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmiş, bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarına müvafiq olaraq əlillik Altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir...”

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona 2-ci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi göndərən səhiyyə orqanının cavabdehə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə etibarsız hesab etmişdir.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyi barədə qərarın 10-cu bəndində adıçəkilən Əsasnamənin 4.9 və 4.16-cı bəndlərinin tələblərinə, 11-ci bəndində qeyd edilən qaydalara və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh, sonradan onun əlilliyini səhiyyə orqanının məktubu əsasında eti barsız hesab edərək, bu qaydalardan kənarlaşmışdır.

22. Halbuki, ən azından “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir.

23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir.

24. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 21.10.2021-ci il tarixli qə rarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.10.2021-ci il tarixli, 2-1(103)-1804/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar