Məhkəmə qərarları › İş №2-1(102)-344/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-344/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-344/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mühərriki dəyişdirilmiş nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2109/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı alqı-satqı müqaviləsi əsasında “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı gümüşü rəngli avtomobili almışdır.

2. Qeyd edilən avtomobilin mühərriki sıradan çıxdığından avtomobilin mühərriki dəyişdirilmişdir.

3. İddiaçı dəyişdirilmiş mühərrikin qeydiyyata alınması üçün cavabdeh Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə elektron qaydada müraciət etmişdir.

4. Cavabdeh 25 may 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat va sitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin mühərrikin nömrəsinin **********0800 göstərildiyi halda nəqliyyat vasitəsinin üzərində **********3641 nömrəli başqa mühərrik aşkar edildiyindən və ban nömrəsinin ətrafında qaynaq işləri aparıldığından avtomobilin qeydiyyatının aparılması yalnız məhkəmə tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasının təmin edildiyi halda mümkün ola bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatının aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı gümüşü rəngli avtomobili alaraq mülkiyyətinə keçirmişdir. 2022-ci ilin mart ayında həmin avtomobilin mühərriki sıradan çıxdığı üçün mühərriki dəyişdirilmiş, xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş mühərrikin qeydiyyata alınması üçün Baş Dövlət Yol Polis İdarəsinə elektron qaydada müraciət etmiş, lakin avtomobilə cavabdeh tərəfindən baxış keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması və mühərrikin dəyişdirilməsi səbəbdən avtomobil qeydiyyata alınmamışdır. Avtomobil satın alındıqdan sonra ban nömrəsi ətrafında heç bir qaynaq işləri aparılmamış, b an nömrəsi ətrafında olan qaynaq işləri avtomobil iddiaçının mülkiyyətinə keçmədən əvvəldən olmuşdur. Elektron talonlardan da görünür ki, ona məxsus həmin avtomobil xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində növbəti texniki baxışdan keçmiş, lakin bu zaman ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilməmişdir. Görünür ki, həmin qaynaq işlərinin aparılması ciddi nöqsan deyil. Cavabdeh İdarənin xx.xx.2023-cü il tarixli, 3- 1316/2-Q-64090 nömrəli məktubunda avtomobil üzərində başqa mühərrikin aşkar edilməsi və ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin avtomobilin qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müva fiq qərar qəbul edildiyi təqdirdə mümkün olacağı bildirilmişdir. Hal-hazırda avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı qeydiyyat aparılması mümkün olmadığından iddiaçı sözügedən avtomobilini idarə etmək üçün etibarnamə verə bilmir və həmçinin həmin avtomobili sata bilmir. Bu hal, onun avtomobilə dair sərəncam hüquqlarını məhdudlaşdırır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2024 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti avtomobilə quraşdırılmış mühərrik nömrəsi ilə avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş mühərrikin nömrəsi fərqlidir. İddiaçı avtomobilində olan mühərrikin tam yararsız hala düşməsi səbəbindən dəyişdirildiyini göstərsə də, hazırda mübahisə predmeti olan avtomobildə quraşdırılmış mühərrikə dair heç bir sənəd təqdim etməməmişdir. Belə olan halda cavabdehin imtinası əsaslı olmuşdur.

9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2109/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X1) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2024 saylı, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instans iyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olması qənaətinə gəlinmişdir.

14. Qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarının araşdırmaq məqsədi ilə gömrük orqanlarına, hüquq mühafizə orqanlarına və digər aidiyyəti orqanlara sorğular verməmiş, zəruri araşdırma aparılmamışdır. Eyni zamanda hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2

7. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdax ili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmam ış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bun lar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin Vİ-İİ hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə; 2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin Vİ hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə. Texni ki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin İ və İİ hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətin i təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.

17. Azərbaycan Respublikası Nazir lər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə... Bənd

10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar a parılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası... 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəq qəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam v ə hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalı dır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələ blərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

23. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.

24. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan mühərriklə bağlı dəyişikliyin qeydiyyata alınmasına yönəlmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, mübahisə obyekti olan avtomobildə onun ban n ömrəsinin ətrafında qaynaq izlərinin mövcudluğu ekspert rəyi baxımından, həmin nömrənin dəyişdirilməsinə dəlaləti etməsə belə, faktiki olaraq avtomobildə quraşdırılmış mühərrikin nömrəsi (**********3641) qeydiyyat şəhadətnaməsində qeyd olunan ilkin mühərrik nömrəsindən (**********0800) fərqlidir. Bunun səbəbi olaraq iddiaçı tərəfindən avtomobilin əvvəlki **********0800 nömrəli mühərrikin tam yararsız hala düşməsi göstərilsə də, onun tərəfindən avtomobilə yeni quraşdırılmış **********3641 nömrəli mühərrikə dair müvafiq sənədlər (o cümlədən, gömrük orqanlarının verdiyi icazə sənədi və s.) təqdim edilməmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə yanaşmasını ədalətli məhkəmə araşdırması hüququ baxımından düzgün qəbul etməyərək gəlinmiş nəticəni cavabdehin imti nası, iş materialları və qəbul edilmiş məhkəmə aktları ilə birlikdə təhlil etməyi məqsədə müvafiq hesab edir.

27. İş materiallarında olan cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubda iddiaçının müraciətinin müsbət həllinin iki əsasla mümkün olmadığı qeyd edilmişdir:

1. Avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması;

2. Şəhadətnamədə qeyd edilən mühərrik nömrəsinin avtomobilin üzərində olan mühərrik nömrəsinə ilə uyğun olmaması Avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması

28. Bu halın aydınlaşdırılması, ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılmasının ban nömrəsinin dəyişdirilməsinə əsas olub olmadığı, avtomobilin üzərində olan ban nömrəsinin həmin avtomobili istehsal etmiş ölkə koduna uyğun olub olmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi 02 noyabr 2023-cü il tarixli qərardadla məhkəmə ekspertizası təyin etmişdir.

29. Məhkəmə trasoloji ekspertizasının 7 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/1981 Nli rəyinin nəticə hissəsində verilmiş sualla əlaqədar olaraq qeyd edilmişdir ki, təqdim edilmiş “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “WDB2100611A701028” ban nömrəsini bildirən hərf və rəqəmlər, ***********3641* mühərrik nömrəsi zavod üsulu ilə həkk edilmişdir, birka isə zavod üsulu ilə yapışdırılmışdır. Lakin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində qaynaq izi müşahidə edilir. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir. Eyni zamanda təqdim edilmiş “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə a şkar edilmiş ban nömrəsi ona məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrəsinə uyğundur.

30. Beləliklə, ekspert rəyi ilə birmənalı şəkildə anlaşılır ki, avtomobilin ban nömrəsi ətrafında qaynaq izləri olsa da, bu ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir və həmin nömrə qeydiyyat şəhadətnaməsində olan ban nömrəsinə uyğundur.

31. Odur ki, avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması əsası ilə müraciətin təmin edilməsindən imtina cavabdeh inzibati orqanın səhv yanaşması kimi qəbul edilməlidir. Şəhadətnamədə qeyd edilən mühərrik nömrəsinin avtomobilin üzərində olan mühərrik nömrəsinə ilə uyğun olmaması

32. Müraciətin təmin edilməməsi əsaslarından biri olan mütəhərrik nömrələri arasında fərqin olması apellyasiya instansiya məhkəməsi tərəfindən də iddianın rəddi əsası kimi qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mühərrik nömrəsinin avtomobilin üzərində olan mühərrik nömrəsinə uyğun olmamasını əsas götürərək iddianı rədd edərkən inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş formada araşdırma aparmamışdır.

34. İş materialları, eləcə də iddiaçının izahatı ilə müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının istifadəsində olan “Mercedes Benz E 240” markalı, **-VA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin nömrəsi qeydiyyat şəhadətnaməsində qeyd olunan ilkin mühərrik nömrəsindən fərqlidir. Mühərrikin nömrəsinin fərqli olma səbəbi əvvəlki, yəni qeydiyyat şəhadətnaməsində qeyd edilən mühərrikin dəyişdirilməsi olmuşdur.

35. Mütəhərrikin dəyişdirilməsi işini icra edən şəxs tərəfindən iddiaçının iştirakı ilə tərtib edilmiş 02 fevral 2024-cü il tarixli aktda qeyd edilmişdir: “Biz aşağıda imza edənlər, İddiaçı (bundan sonra “Mülkiyyətçi”), digər tərəfdən X4 (bundan sonra “Usta”) bu aktı tərtib etdik ondan ötrü ki, həqiqətən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı Mercedes Benz E240 markalı avtomobildə mühərrikin tökülməsi problemi ilə bağlı özü tərəfindən Ustaya müraciət edilmişdir. Usta maşına baxış keçirmiş və mühərrikin istifadəyə yararsız olduğunu müşahidə etdiyindən, dəyişdirilməsinin vacib olduğunu mülkiyyətçiyə bildirmişdir. Mülkiyyətçinin razılığı ilə təmiri mümkün olmayan **********0800 nömrəli i stifadəyə yararsız mühərrik, saz vəziyyətdə olan **********3641 nömrəli mühərriklə əvəz edilərək, maşına yığılmışdır” (iş vər 60).

36. Məhkəmə kollegiyası qeyd edir ki, mühərrikdə baş verən nasazlıqdan asılı olaraq onun dəyişdirilməsi, yəni avtomobilin üzərində olan mühərrikin başqa mühərriklə əvəz edilməsi yol veriləndir və belə yolverilənlik qanunvericilikdə təsbit edilmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 10-cu bəndinə, eləcə də Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəq liyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na əsasən dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.

38. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliklə tənzimlənən belə yoxlamaların aparılma əsası qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsinə yönəlmişdir. Lakin hazı rkı iş materiallarında **********3641 nömrəli mühərriklə əlaqədar araşdırılmaların aparılması görünmür. Yəni apellyasiya instansiya məhkəməsi **********3641 nömrəli mühərriklə əlaqədar Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İNTERPOL-un Milli Mərkəzi Bürosuna sözügedən mühərrikin (həmin mühərriklə bağlı avtomaşının) axtarışda olub olmaması ilə bağlı müraciət etməmiş, lazımi araşdırma aparmamışdır.

39. Odur ki, növbəti apelyasiya baxışı zamanı **********3641 nömrəli mühərriklə əlaqədar hər hansı cinayət və ya inzibati işin olub olmamasının, həmin mühərrikin (həmin mühərriklə bağlı avtomaşının) axtarışa verilib verilməməsinin müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqanlara sorğular göndərməli və verilmiş cavabl ara uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası bir məqamı da qeyd etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1159/2024 saylı, 08 may 2024-cü il tarixli qərarında analoji işlə ilə əlaqədar kollegiyanın mövqeyi əks edilmişdir. Həmin iş üzrə iddiaçının avtomobilinin şassi nömrəsində olan qaynaqla əlaqədar olaraq cavabdeh inzibati orqan avtomobilin qeydiyyatından imtina etmiş, birinci və apellyasiya instansiya məhkəməsi öz növbəsində cavabdeh inzibati orqanın imtinasını qanuni hesab etmişlər. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən işə baxılarkən iş materiallarında olan sənədlər əsasında şassi nömrəsinin hər hansı cinayət və inzibati xəta tərkibi olan işlə əlaqədar olmaması, Azərbaycan Respublik ası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun sözügedən avtomobilin beynəlxalq axtarışda olmaması barədə məlumatları rəhbər tutaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir.

41. Yuxarıdakı qərarda əks edilmiş yanaşmanı rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmalı, obyektiv həqiqətə nail olmaq üçün müvafiq orqanlara sorğular verməlidir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məh kəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

44. Beləliklə, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiya məhkəməsi qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara a ldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2109/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar