Məhkəmə qərarları › İş №2-1(102)-3440/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3440/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3440/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar İddiaçı1 Anatoliyevnanın və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş qaraj üçün kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 Anatoliyevnanın (o, həm də digər İddiaçı2 nümayəndəsidir) iştirakı ilə, İddiaçılar İddiaçı1 Anatoliyevnanın və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)1616/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək “Kaspiets-2” kooperativində yerləşən qarajın qanunsuz sökülməsi nəticəsində onlara vurulmuş ziyanın ödənilməsini xahiş etmişlər, lakin müraciətlərinə cavab verilməmişdir. İddiaçı1 Anatoliyevna 2018-ci il 28 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən “Kaspiets-2” kooperativində yerləşən ona məxsus olan qarajın qanunsuz sökülməsi nəticəsində ona 50.000 manat məbləğində vurulan ziyanın dəyərini n tutulub ödənilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 Anatoliyevna və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilən 1/2 hissə payları nəzərə alınmaqla, “Kaspiets-2” kooperativində yerləşən onlara məxsus olan qarajın qanunsuz sökülməsi nəticəsində 50.000 manat məbləğdə vurulan ziyanın dəyərinin tutulub paylarına münasib ödənilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 1986-cı il 1 avqust tarixli, 12/829 saylı Qərarı ilə Xəzər Gəmiçiliyinin zabitlərinə məxsus avtomobillər üçün qarajların tikilməsi barədə torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrində kollektiv qaraj tikintisinin aparı lması üçün 1987-ci il 15 may tarixdə 26 Bakı Komissarı rayonunun İcraiyyə Komitəsinin 98/9075 saylı Qərarı ilə “Kaspiets-1”, sonradan isə “x” və “x” kooperativləri təsis edilmişdir. 26 Bakı Komissarı rayonu X3 İcraiyyə Komitəsinin 1987-ci il 23 sentyabr tarixli, 11/938 saylı və sonrakı müvafiq qərarları ilə kooperativlərin üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda onların anasının adı (X2) göstərilmiş, yaşadığı ünvan, ona məxsus olan nəqliyyat vasitəsinin markası və nömrəsi qeyd edilmişdir. Elə həmin vaxtdan da onlar kooperativin üzvü olaraq həmin ərazidə tikilmiş qarajların mülkiyyətçisi və qanuni istifadəçisi olmuşlar. Hər üç kooperativ mülki hüquqlara malik və mülki vəzifələr daşıyan müstəqil hüququ şəxs olmaqla müstəqil balans, bank hesabları və digər rekvizitlər olmuşdur. “Kaspiets-1” kooperativi üzrə 29 ədəd, “Kaspiets-2” kooperativi üzrə 70 ədəd, “x” kooperativi üzrə 20 ədəd cəmi 119 qaraj mövcud olmuşdur. Arayış-orderə əsasən ümumi sahəsi 31.1 kv.m olan 33 saylı qaraj analarına məxsus olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 31 oktyabr tarixli, 580 saylı Sərəncamına əsasən Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sökülmüş qarajların yaxınlığındakı eyni şəraitə malik qarajların bazar qiyməti 50.000 manatdan bahadır. Qarajlarının yerləşdiyi ərazidə ondan başqa daha 119 nəfər şəxsə məxsus qarajlar var. 2008-ci il 25 oktyabr tarixdə Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının vəzifəli şəxslərindən Qəzənfər Novruzov və Bəxtiyar Tağıyev qaraj sahiblərini toplayıb 2008-ci il noyabr ayının 5-dək qarajları boşaltmaqları və qarajda yerləşən qiymətli əşyaları təcili çıxarmaqlarını tələb etdilər. Bildirdilər ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə qonşuluqdakı hərbi hissənin ərazisində X7 yaradıldığı üçün, Hərbi hissə qarajların tikildiyi əraziyə köçürülməlidir. Onlar həmin şəxslərdən qarajların ərazisinin hərbi hissəyə verilməsi haqqında icra hakimiyyətindən müvafiq sərəncamını istəsələr də onlar belə bir sənədin olmadığını bildirmişlər. 2008-ci il 1 noyabr tarixdə X6 rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə əraziyə gəlib qarajları sökmək istədiklərini bildirdilər. Onlar yenidən bu barədə müvafiq qərarın olub-olmamasını soruşdular. Təxminən bir saatdan sonra Qəzənfər Novruzov Bakı şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 31 oktyabr tarixli, 580 saylı Sərəncamının kserosurətini onlara təqdim etdi. Bundan əlavə, onlar həmin sahədə qanuni əsaslarla tikinti apardıqlarını, həmin tikililər üçün külli miqdarda vəsait sərf etdikləri, vaxtaşırı olaraq mülkiyyətlərində olan tikililərə, torpaq sahəsinə görə vergiləri və digər kommunal xərcləri ödədiklərini bildirmişlər və Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə görə onlara ədalətli kompensasiya ödənilməsinin zəruriliyini onun nəzərinə çatdırmışlar. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən Çıxarış vardır. Ba kı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Qəzənfər Novruzov bildirmişdir ki, mülkiyyətlərində və qanuni istifadələrində olan qarajların sökülməsi ilə əlaqədar onlara kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, onlara psixoloji təsir göstərərək qarajların boşaldılmasını təmin etmək məqsədilə İcra Hakimiyyəti və Hərbi Hissənin rəhbərliyi adından 2008-ci il noyabr ayının 5-dək həmin ərazinin boşaldılması barədə elanlar vurulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2008-ci il 31 oktyabr tarixli, 580 saylı Sərəncamının icrası ilə əlaqədar mülkiyyətlərində olan qarajların sökülməsi nəticəsində hər birinə 50.000 manat məbləğində zərər dəymişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 8 mart tarixli 2-1(81)-557/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilən 1/2 hissə payları nəzərə alınmaqla, “Kaspiets-2” kooperativində yerləşən onlara məxsus olan qarajın sökülməsi nəticəsində 9.330 manat məbləğdə vurulan ziyanın cavabdehdən onların xeyrinə tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar hazırda onlara məxsus qarajın sökülməsi ilə bağlı 50.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, həmin ərazidə olan qarajların hər kv.m-i üçün bazar dəyəri 300 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddiaçılara sahəsi 31.1 kv.m olan qaraj üçün cəmi 9.330 manat məbləğində kompensasiya ödənilməlidir. İddiaçılar həmin qərarı mübahisələndirməmişlər. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixli 2-1(103)-1616/2019 nömrəli qərar ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan 2019-cu il 7 oktyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,iddiaçıya qeyd olunan qaraj kooperativlərinin tərkibində qaraj tikintisi barədə və yaxud kooperativ üzvlərinin siyahısına daxil edilmək barədə nə Bakı Şəhər X3 İcraiyyə Komitəsinin, nə də Bakı Şəhər 26 Bakı Komissarı Rayon X3 İcraiyyə Komitəsinin qərarları mövcud olmamışdır. “Kaspiets-2” Kooperativi isə hər hansı şəxsə qaraj ayrılması barədə qərar verməkdə səlahiyyətli olmamışdır. Məhkəmə isə işə obyektiv yanaşmayaraq, yalnız iddiaçının mülahizəsinə əsaslanmaqla həmin qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb-sökülmədiyini araşdırmadan, heç bir sübuta əsaslanmadan qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin, iddiaçıya məxsus qaraj müvəqqəti istifadə üçün nəzərdə tutulduğundan, daşınmaz əmlak kimi qiymətləndirilərək reyestrdən çıxarış verilə bilməz. Həmin ünvanda yerləşən qarajların, eləcə də iddiaçıya məxsus q arajın da hüquqmüəyyənedici sənədləri olmadığından sökülmüşdür. Qarajın yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsusdur. Ona görə də iddiaçının bu əsasla kompensasiya tələb etmək hüququ yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı1 Anatoliyevna (digər iddiaçının nümayəndəsi) məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin 1986-cı il 1 avqust tarixli, 12/829 saylı Qərarı ilə X4 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikintisi məqsədi ilə 26 Bakı Komissarı rayonunda Gəmiçiliyin idman klubunun ərazisindəki 29-cu kvartalında torpaq sahəsi ayrılmışdır. Kommersiya hüquqi şəxslərinin dövlət reyestri ndən 2014-cü il 15 yanvar tarixli, **********038400 nömrəli çıxarışa görə X2 “Kaspiets-2” kooperativinin payçısıdır. Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən verilmiş 2017-ci il 14 sentyabr tarixli vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 14, mənzil 45 miras əmlak kimi hər birinə 1/2 hissədə iddiaçılara keçmişdir. Qeyd edilən qərarın qəbulundan sonra – 1991-ci ildə qəbul edilən Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Qeyd edilən qərarın qəbulundan sonra qəbul edilən “Azərbaycan Respublikasında mülk iyyət haqqında” Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən, mənzil, mənziltikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Beləliklə, iddiaçıların hüquq sələfi iddia olunan daşınmaz əmlak – qaraj üzərində mülkiyyət hüququnu yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən əldə etmiş və bu hüquq, hüquq varisliyi qaydasında onun vərəsələrinə keçmişdir. Azərbaycan Respublikası Prezidentinin X5 yaradılması ilə bağlı 2007-ci il 17 noyabr tarixli, 2504 nömrəli Sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısı 2008-ci il 31 oktyabr tarixli, 580 nömrəli Sərəncam vermişdir. Həmin sərəncamla ərazidə ol an qarajlar və digər obyektlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Beləliklə, iddiaçılara mülkiyyət hüququ üzrə məxsus olan qaraj cavabdehin sərəncamına əsasən söküldüyündən, iddiaçıların İPM-in 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 8 avqust tarixl i 2-1(103)-1616/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar