Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3445/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iş üzrə QƏRAR (Açar söz: səyyar vergi yoxlamasına dair qərarın ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı qərarın ləğv edi lməsi və vergi borcunun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı barəsində cavabdehin 02.05.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi 18.09.2017-ci il tarixli **********100595 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında qəbul edilmiş cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 23.10.2017-ci il tarixli **********12109 saylı qərarı ilə 2015ci i lin mənfəət vergisi üzrə 1474.26 manat, 2015-ci ilin ÖMV üzrə 5040 manat hesablanmış və ümumilikdə 3337.13 manat maliyyə sanksiyası, o cümlədən vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq cavabdehin onun üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan 23.10.2017-ci il tarixli **********121109 saylı qərarının ləğv edilməsi və əsassız hesablanmış vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək müddətin bərpa edilməsini məhkəmədən xahiş e tmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 16200+1474,26+50% cərimə məbləğində mənfəət vergisi və 5040 manat+50% cərimə məbləğində ÖMV öhdəliyi qoyan 23.10.2017-ci il tarixli **********121109 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyaisya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, 06.12.2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, 16 iyul 2018-ci il tarixli qərarı- “cavabdehin 23.10.2017-ci il tarixli qərarının 16200 manat mənfəət vergisi hissəsində ləğv edilməsi və həmin vergi borcunun silinməsi haqqında” iddia tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, 06.12.2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)- 2322/2018 saylı, 16 iyul 2018-ci il tarixli qərarıcavabdehin 23.10.2017-ci il tarixli **********12109 saylı qərarının “1474.26+50% cərimə” məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, məhkəmə qərarı qalan - cavabdehin 23.10.2017-ci il tarixli ***** *****12109 saylı qərarının iddiaçının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2715/2018 saylı, 06.12.2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1050/2019 saylı, 17.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)2715/2018 saylı, 06.12.2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərtləri araşdırılmalıdır. Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2322/2018 saylı, 16 iyul 2018-ci il tarixli qərarı cavabdehin 23.10.20170-ci il tarixli **********12109 saylı qərarının iddiaçının üzərinə “5040 manat+50%” cərimə məbləğində ÖMV öhdəliyi qoyan hissəsində ləğv olunması və həmin vergi borcunun silinməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2322/2018 saylı, 12.06.2018-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə təmin edilmişdir. Beləliklə də, birinci instansiya mə hkəməsi tərəfindən qərar qəbul edilərkən iddianın müddətlə bağlı şərtlərinə riayət edilmişdir. Bundan əlavə, iddiaçıya 200 kv m qeyri-yaşayış sahəsinə görə 3000,00 manat aylıq icarə haqqına görə hesablanmış 5040 manat ÖMV vergisi internet məlumatlarına əsasən hesablanmışdır. Halbuki, internet məlumatlarını mötəbər sübut deyildir. Belə ki, internet səhifələrində təsbit olunan məlumatlar, heç də reallığı, yəni faktiki bazar qiymətini əks etdirən məlumatlar kimi qiymətləndirilə bilməz. Çünki, məlumat sahibinin ilkin qiyməti kimi bazara təklif olunur və faktiki nəticələrlə heç də uzlaşmır və qat-qat aşağı qiymətlərdə tərəflərin razılığa gəlməsi istisna deyil. Həmin hesablama Vergi Məcələsinin 67-ci maddəsinə uyğun hesablama kimi qəbul edilməzdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə bəyannamələrin təqdim edilməməsinəı görə tətbiq edilmiş 80 manat maliyyə sanksiyasına münasibət bildirməmiş, qeyd olunan hissədə qərarını əsaslandırmamaqla yanaşı, nəticə hissəsində də münasibət bildirməmişdir. Halbuki, iddiaçı 2015-ci il üzrə muzdlu işlər əlaqədar ÖMV bəyannaməsini və ÖMV bəyannaməsini vergi orqanına təqdim etmədiyindən VM-nin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyası tətbqi edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu 9-da yaşayış binasnın 2-ci girişinin 1-ci mərtəbəsində 200 kv.m X2 məxsus qeyri-yaşayış sahəsinin 1 2.11.2008-ci il tarixli etibarnamə əsasında (12.11.20018-ci i ilə qədər qüvvədədir) “Mini Market” fəaliyyəti məqsədləri ilə istifadəyə verilmişdir. Faktiki olaraq fiziki şəxsdən icarəyə götürülmüş qeyriyaşayış sahəsinə görə icarə müqaviləsi bağlanmamış və müvaafiq olaraq rəsmiləşdirmə aparılmamışdır. Bununla əlaqədar Vergi Məcəlləsinin 14.3.5, 67.1.4 və 124.4-cü maddələrinə əsasən Vergi Məcəlləsinin 14.9-cu maddəsində nəzərdə tutulmuş məlumat mənbələrindən (internet məlumatlarından) istifadə edilməklə 200 kv m qeyriyaşayış sahəsinə görə aylıq icarə haqqı 3000,00 manat müəyyən edilərək (1 kv.m 15 manatdan) vergi ödəyicisinə 5040,00 manat məbləğində ödəmə mənbəyində tutulan vergi («ÖMV») hesablanmışdır. İşə baxan apellyasiya instansiya məhkəməsi ÖMV ilə bağlı qeyd etmişdir ki, icarə haqqının müəyyən edilməsinə əsas olmuş internet elanı mötəbər deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, vergi orqanı analoji vergi ödəyiciləri tərəfindən bağlanmış müqavilə məlumatları və ya mütəxəssis rəyi əsasında icarə haqqının bazar qiymətini müəyyən edə bilərdi. Göründüyü kimi, məhkəmə iddiaçı və əmlakın mülkiyyətçisi arasında icarə münasibətlərinin olmasını qebul etmiş, sadəcə müəyyən edilmiş bazar qiymətini əsaslı hesab etmədiyindən yoxlama ilə hesablanmış ÖMV-ni tam ləğv etmişdir. Məhkəmə bununla da vergitutma məqsədləri üçün icarə münasibətləri mövcud olduğu halda iddiaçının ÖMV öhdəliyindən yayınmasına şərait yaratmışdır. Halbuki, məhkəmə bazar qiyməti ilə razı deyildisə, bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etməli idi. Bundan əlavə, iddia müddəti ötürüldüy ü halda məhkəmələr iddianın mümkünlük şərtlərini ətraflı araşdırmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişlər. Belə ki, iddiaçı hazırkı işdən əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir sıra inzibati aktların, o cümlədən hazırkı iş üzrə mübahisələndirilən 23.10.2017-ci il tarixli qərarın ləğvini xahiş etmiş, daha sonra isə iddia ərizəsinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmənin 28.03.2018-cii l tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan 28 gün sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan məhkəmələr bu hallara qiymət verməmişdir. Kassator İPM-nin 69.4, 69.5, 87.8, 90, 94, 96.5, 96.9, 96.11-ci maddələrinə, MPMnin 14, 418.1, 418.2-ci maddələrinə istinad edə rək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarının qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019- cu il tarixli qərarının qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı barəsində cavabdehin 02.05.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi 18.09.2017-ci il tarixli **********100595 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt ə sasında qəbul edilmiş cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 23.10.2017-ci il tarixli **********12109 saylı qərarı ilə 2015ci ilin mənfəət vergisi üzrə 1474.26 manat, 2015-ci ilin ÖMV üzrə 5040 manat hesablanmış və ümumilikdə 3337.13 manat maliyyə sanksiyası, o cümlədən vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə cavabdeh mübahisələndirilən 23.10.2017-ci il tarixli **********12109 saylı qərarın ləğvi ilə bağlı məhkəməyə 23.04.2018-ci il tarixdə müraciət etmişdir. İddiaçı həmçinin müddətin bərpası barədə ərizə təqdim etmiş və vəsatətini belə əsaslandırmışdır ki, sözügedən qərar ona təqdim olunmamışdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilsə də, sözügedən qərardad əsaslandırılmamışdır. Başqa sözlə, məhkəmə müddətin buraxılmasını üzürlü hesab etsə də qərardadın əsaslandırılmasında üzürlü halları qeyd etməmiş və buna qiymət verməmişdir. Hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsin in İİK-nın 21(102)-1050/2019 saylı, 17.04.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın müddətlə bağlı mümkünlük şərtləri araşdırılmalıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi isə bu barədə araşdırma aparmadan yalnız 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 12.06.2018-ci il tarixli qərardadı ilə müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsinə istinad edərək iddiaya mahiyyəti üzrə qərar qəbul etmişdir. Halbuki, İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırkı iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı hazırkı işdən əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir sıra inzibati aktların, o cümlədən hazırkı iş üzrə mübahisələndirilən 23.10.2017-ci il tarixli qərarın ləğvini xahiş etmiş, daha sonra isə iddia ərizəsinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmiş, məhkəmənin 28.03.2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan 28 gün sonra yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən bu hallar araşdırılmamış, iddiaçı tərəfindən iddia ərizəsi geri götürüldükdən 28 gün sonra yenidən məhkəməyə müraciət etməklə iddia müddətinin ötürülməsinə qiymət verilməmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi qərarında 23.10.2017-ci il tarixli **********121109 saylı qərarı ilə tətbiq edilmiş vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 80 manat məbləğində maliyyə sanksiyasına münasibət bildirməmişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğ v etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddianın müddətlə bağlı mümkünlük şərtlərini araşdırmaqla iş üzrə qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1682/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3445/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3445/2019
11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver