Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3446/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X8 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: gömrük rəsmiləşdirilməsi, gömrük ekspertizası. GİRİŞ HİSSƏ 17.12.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil və nümayəndəsi X2, cavabdehin vəkili X3 və nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X4 cavabdeh Azərbaycan R espublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və üçüncü şəxs X6 İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin qanunsuz hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-723/2019 saylı iş üzrə 08 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 30.08.2018-ci il tarixdə iddia qaldıraraq, X9 İdarəsinin 17.08.2018-ci il tarixli rəyinin və Bakı Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rəsmiləşdirilməsinin qanunsuz hesab olunaraq ləğv olunması və malın “5903 10 900 0” kod ilə yenidən gömrük rəsmiləşdirilməsinin həyata keçirilərək artıq hesablanmış 5200 manat məbləğində pul vəsaitinin cavabdeh orqandan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə fərdi sahibkar kimi Vergilər Nazirliyində qeydiyyatdan keçərək “**********” nömrəli VÖEN əldə etmiş və hazırda reklam materiallarının satışı ilə məşğul olaraq fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirir. Fəaliyyət məqsədinə uyğun olaraq Çin Xalq Respublikasının “X15 Material Co” LTD şirkətindən çap bannerləri almış, 20 iyul 2018-ci il tarixində həmin şirkət tərəfindən aldığı mallarla əlaqədar mallara XİF MN üzrə “5903 10 9000” nömrəli kod verilmişdir. Mənşə sertifikatında, ixrac bəyannaməsində belə malın kodu “5903 10 900 0” kimi qeyd olunmuşdur. Lakin X9 İdarəsi tərəfindən malın XİF MN üzrə kodu “3921 90 900 0” kimi müəyyənləşdirilmişdir ki, həmin kod üzrə gömrük dərəcəsi 15% təşkil edir. X9 İdarəsi tərəfindən keçirilmiş ekspertiza nəticəsinə əsasən qeyd edilmişdir ki, GLJA180513 saylı invoys üzrə idxal olunan “PVC coated film” adlı, iki tərəfi polivinilxloreid (CAS 9002-86-2) polimerindən, orta hissəsi poliefir (CAS 113669-97-9) saplardan ibarət olan, rulonlarda, özüyapışmayan, laylı, ağ rəngli, dekorasiya olunmamış təbəqə XİF MN 3921 90 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Göründüyü kimi ekspertizada malın saplardan ibarət olduğu etiraf olunsa da, ona X9 İdarəsi tərəfindən XİF MN üzrə “3921 90 900 0” kod veril mişdir. 15.10.2018-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Baş Gömrük İdarəsi tərəfindən həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rəsmiləşdirilməsinin qanunsuz hesab edilməsi və malın “5903 10 900 0” kod ilə yenidən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 22.10.2018-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. 21.11.2018-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Çin Xalq Respublikasının “X15 Material Co” LTD şirkətindən GLJA180513 nömrəli, 20 iyul 2018-ci il tarixli invoysla ünvanına göndərilmiş malların – çap banerlərinin (parçaların) “3921 90 900 0” kod altında həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair rəy verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni tarixdə iddiaçı məhkəmə texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3976/2018 saylı iş üzrə 21 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakim - E.Məmmədov) iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmişdir. 11.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2-1(81)-3976/2018 saylı mülki iş üzrə 10 dekabr 2018-ci il tarixli, 31122 saylı məhkəmə ekspertizasının r əyi (ekspert K.Dünyamalıyev) məhkəməyə daxil olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3976/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qərardadı ilə iddia tələbi artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair rəy verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3976/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim - E.Məmmədov) iddia tələbi təmin edilmiş, Çin Xalq Respublikasının “Zheijang Ganglong X18” LTD şirkətindən GLJA180513 nömrəli, 20 iyul 2018-ci il tarixli invoysla X4 ünvanına göndərilmiş malların – çap banerlərinin (parçaların) “3921 90 900 0” kod altında həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rə smiləşdirilməsində ifadə olunan cavabdeh Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3976/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçı X4 iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-723/2019 saylı, 08 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.Ə.Baxışova) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2-1(81)-3976/ 2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinə qarşı “Çin Xalq Respublikasının “X15 Material Co” LTD şirkətindən GLJA180513 nömrəli, 20 iyul 2018-ci il tarixli invoysla ünvanına göndərilmiş malların – çap banerlərinin (parçaların) “ 3921 90 900 0” kod altında həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi”nə dair iddia tələbi təmin edilmiş hissədə rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin istinad etdiyi əsaslardan biri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin malın təsnifat kodunun müəyyənləşdirilməsinə səlahiyyətli olmamasıdır. Bu əsasla bağlı qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən belə bir səlahiyyətin olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə rəsmi sorğu verilmiş və sorğuya rəsmi cavabda göstərilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin belə bir səlahiyyəti vardır (iş materiallarında qeyd olunan sorğu və sorğuya cavab mövcuddur.) Bu hal ilə bağlı əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə mövcud hala yalnış yanaşaraq Məhkəmə Ekspertiza Mərkəzinin malın təsnifat kodu barədə rəy verməsini göstərmişdir. Hansı ki, Məhkəmə Ekspertiza Mərkəzi mala təsnifat kodu verməmiş sadəcə olaraq malın hansı təsnifat koduna uyğun olub-olmaması ilə bağlı rəy vermişdir. Məhkəmənin bu mövqeyi ondan qaynaqlanır ki, məhkəmə iş materialları və işin faktiki halları ilə tanış olmadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmənin istinad etdiyi ikinci əsas Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən tədqiqat obyektinin cavabdehin iştirakı olmadan ekspertizaya təqdim olunmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə cavabdehin iştirakı ilə ekspertiza təyin olunması haqqında qərar qəbul etmiş və tədqiqat üçün götürülən nümunəni cavabdehin iştirakı ilə həyata keçirmişdir. Hansı ki, inzibati orqanın nümayəndəsi məhkəmə iclas protokolu ilə tanış olaraq bununla bağlı qeydlərini verə bilərdi. Digər tərəfdən, cava bdehin iştirakı olmadan tədqiqat üçün nümunə götürülməsi ilə bağlı məhkəmənin mövqeyi Məhkəmə Ekspertiza Mərkəzinin hazırki iş üzrə rəy verməsi ilə ziddiyət təşkil edir. Məhkəmənin bu cür ziddiyyətli mövqeyi başa düşülən deyildir. Məhkəmənin daha bir əsası yəni, iddiaçının gömrük rəsmiləşdirilməsini məcburi olaraq həyata keçirilməsi ilə bağlı məhkəməyə subut təqdim edə bilməməsi ilə bağlı qeyd olunmalıdır ki, istehsalçı tərəfindən verilmiş CMR-də belə boşdayanmaya görə hər gün üçün 100 ABŞ dolları məbləğinin ödənilməsinin nəzərədə tutulması gömrük rəsmiləşdirilməsinin məcburi qaydada həyata keçirilməsini təsdiq edən ən mötəbər sübutdur. Belə ki, ən yaxşı halda bir ay malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanması 3000 ABŞ dolları təşkil etməli idi ki, bu da 5100 manat deməkdir. Bund an başqa malın həftələrlə boşaldılmaması iddiaçının müştərilərinin əldən çıxmasına səbəb olacaqdır ki, bu da iddiaçı üçün əlavə maddi ziyanın baş verməsi ilə nəticələnəcəkdir. Bundan başqa, iddiaçının nümayəndəsi tərəfindən malın “CMR-də göstərilmiş "5903 10 900 0" kod ilə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlı gömrük organına bəyannamə təqdim olunsa da həmin bəyannamənin qəbulundan imtina olunmuşdur. Məhkəmə kollegiyasının qiymət verməli olduğu məsələlərdən biri də odur ki, istənilən malın təsnifat kodu istehsalçı tərəfindən verilmiş uyğunluq sertifikatı, həmçinin gömrük sənədi olan malın CMR və invoysda göstərilən koda uyğun müəyyən olunur. Hazırki vəziyyətdə malın uyğunluq sertifikatında, CMR və invoysda malın təsnifat kodu "5903 10 900 0" qeyd olunmuşdur. Hansı ki, uy ğunluq serttifikatında qeyd olunan bu kod Çin Xalq Respublikasının Ticarət və Sənaye Palatası tərəfindən verilmiş təsnifat kodudur ki, iddiaçının və yaxud ki, hər hansı bir üçüncü şəxsin həmin kodu dəyişdirmək hüququ yoxdur. Bundan başqa, hazırki mübahisə üzrə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı maldan iddiaçı tərəfindən mütəmadi olaraq ölkəyə idxal olunur. Cavabdeh daha əvvəl də eyni kodlu malın rəsmiləşdirilməsindən imtina etdiyinə görə məhkəməyə müraciət olunmuş, həm birinci instansiya, həm apellyasiya, həm də ki, kassasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən GLJA180718 nömrəli invoys ilə idxal olunan “PVC Coated Film 50m” adlı, rulonlarda, iki polivinilxlorid (CAS 9002-86-2) əsaslı, layların arasında polietilentereftalat (CAS 25038-59-9) əsaslı saplar ilə armaturlaşdırılmış, plastmas örtüyü çılpaq gözlə görünən, reklam baneri üçün istifadə olunan malların CMR-də göstərilən “5903 10 900 0” nömrəli koda uyğun olması müəyyən edildiyindən, iddiaçının tələbi əsaslı olmasını hesab etmişdir. Beləliklə, idxal olunan malların “5903 10 900 0” nömrəli koda uyğun olmasını zəruri edən faktiki hallar sübut olunsa da, inzibati orqan və apellyasiya instansiya məhkəməsi imtinanın əsasını təşkil edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Ali Məhkəmənin icraatında olmuş iddiaçı X4 cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-728/19 saylı 24 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən qərar qəbul edilməsi ilə bağlı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2-1 (102)-2706/2019 saylı qərarına nəzər yetirəndə məlum olur ki, məhkəmə cavabde h tərəfindən həmin malın 3921 nömrəli koda uyğunlaşdırılmasının düzgün olmadığını və iddiaçının tələbinin əsaslı olduğunu bunun əksinin isə cavabdeh tərəfindən sübuta yetirilmədiyini və apellyasiya instansiya məhkəməsinin hazırki mübahisəni həll edərkən qanunvericiliyin tələblərinə əməl edərək qərar qəbul etdiyini göstərmişdir. Beləliklə də cavabdehin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan da istinad etdiyimiz Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2706/2019 saylı qərarı bu tipli mübahisələr üzrə formalaşmış məhkəmə praktikasının olmasını bir daha təsdiq edir. Cavabdehin imtinasının əsasının eyni olması, ayrı-ayrı vaxtlarda olmasına baxmayaraq eyni inzibati orqan tərəfindən verilən imtina olması, həmin faktiki hallara da Ali Məhkəmə tərəfindən hüquqi qiymət verildiyi üçün hazırki mübahisəyə dair eyni hüquqi qiymət verilməsi daha qanuni, obyektiv və ədalətli olardı ki, bu da iddiaçının apellyasiya instansiya məhkəməsi tərəfindən pozulmuş hüquqlarının bərpası ilə nəticələnəcəkdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin olunmalıdır. İddianın rədd edilməli olduğuna dair gəldiyini nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X6 İdarəsi haqqında Əsasnamənin 3.1.1-ci maddəsinə və Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2012-ci il tarixli, 24-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı”na istinadla belə əsaslandırmışdır ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin X7 Mal Nomenklaturası üzrə təsnifat kodu barədə rəy vermək səlahiyyətlərinin olmamasına baxmayaraq, məhkəmə tərəfindən ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və birinci instansiya məhkəməsinin qərarında bu rəyə istinad edilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-12.3-cü maddələrinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 58.1, 58.3 və 58.7-ci maddələrinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 87.10-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda sadalanan prosessual hüquq normalarının mənasından aydın olur ki, məhkəmənin xüsusi bilik tələb olunan məsələlərlə bağlı ekspertiza təyin etmək hüququ vardır və bu hüquq hər hansı norma ilə məhdudlaşdırılmamışdır. Əksinə, inzibati işlərə baxılması zamanı məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğundan zərurət olduqda ekspertiza təyin etmək vəzifəsi daşıyır. Bundan əlavə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli, 252 saylı Fərmanına əsasən məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Həmin Fərmanda X6 İdarəsi məhkəmə ekspertizası fəaliyyəti həyata keçirməyə səlahiyyətli orqan kimi müəyyən edilməmişdir. Hazırkı iş üzrə iddiaçının vəsatəti əsasında təyin olunmuş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinə həvalə edilmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinə həvalə edilməsi qanunvericliyin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Apellyasiya Məhkəməsinin “X7 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsinin Gömrük orqanlarının səlahiyyətinə aid olması və Gömrük Komitəsinin X6 İdarəsi tərəfindən həyata keçirilməsinə dair” mövqeyi ilə əlaqədar isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azər baycan Respublikası Gömrük Məcəlləsinin preambulasına görə bu Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.4-cü mad dəsinə əsasən gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, gömrük ekspertizası gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mərəhələsində gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. Hazırkı halda isə təyin edilmiş ekspertiza gömrük rəsmiləşdirilməsi prosesi çərçivəsində deyil, həmin mərhələ bitdikdən sonra tərəfin məhz sözügedən mərəhələdə hüquqlarının pozulmasına istinadla qaldırdığı iddia ilə bağlı məhkəmə icraatı prosesində xüsusi bilik tələb olunan məsələ ilə əlaqədar təyin olunmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı çərçivəsində prosessual məsələlər, o cümlədən sübutların əldə edilm əsi və toplanılması ilə bağlı məsələlər müstəsna olaraq inzibati prosessual və mülki prosessual qanunvericiliklə tənzimlənir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin ekspertizanı həyata keçirməkdə səlahiyyətli olmamasına dair apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin ekspertizanın nəticəsinin sübut qismində qiymətləndirilməməsinə dair dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlilin əsasını Gömrük Məcəlləsinin 158.4-cü maddəsi təşkil edir. Belə ki, Gömrük Məcəlləsinin 158.4-cü maddəsinə əsasən digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər. Cavabdeh hesab edir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan götürülən nümunələrin mənbəyi şübhəlidir və sübut kimi qiymətləndirilməsi isitsna edilməlidir. Halbuki,hazırkı iş üzrə yuxarıda qeyd edildiyi kimi, iddiaçı vəsatət verərək iş üzrə ekspertizanın keçirilməsini tələb etmiş, sözügedən vəsatət məhkəmədə müzakirə olunmuş, cavabdeh ekspertizanın keçirilməsinə etiraz etmiş, birinci instansiya məhkəməsinin 21.11.2018ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, qərardadın surəti cavabdehə göndərilmişdir. Başqa sözlə, cavabdeh ekspertizanın keçirilməsindən, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinə həvalə o lunmasından, ekspert qarşısında qoyulmuş suallardan məlumatlı olsa da, ekspertizaya təqdim olunacaq malla bağlı münasibət bildirməmiş, təqdim ediləcək malın məhz iddiaçıya gələn mal olduğunu şübhə altına almamış, Məhkəmə Ekpertiza Mərkəzinə belə məzmunda müraciət etməmiş, ekspertizanın aparılmasında iştirak etməyi tələb etməmişdir. Bundan əlavə, ekspert rəyi daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasında da cavabdehin nümayəndəsi ekperizaya təqdim olunmuş malın iddiaçının ünvanına gəlmiş mal olub-olmaması ilə bağlı məsələni qaldırmamış, təkrar ekspertiza tələb etməmiş, bu dəlilə yalnız qərardan verilmiş apellyasiya şikayətində istinad etmişdir ki, qeyd olunan səbəblərdən həmin dəlil əsaslı sayılmır. Digər tərəfdən, Gömrük Məcəlləsinin 158.4-cü maddəsi yalnız gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mərhələsində gömrük ekspertizası keçirilərkən yaranan münasibətlərə aid normadır. Bu maddə gömrük rəsmiləşdirilməsi zamanı tətbiq edilən mümkün proseduru müəyyən edir. Hazırda isə gömrük rəsmiləşdirilməsi prosesi bitdikdən sonra tərəflər arasında yaranmış mübahisə gedir.Bu halda, nümunənin mütləq gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə təqdim olunması tələb olunmur. Mülki Prosessual Məcəllənin 97.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədi rsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Göründüyü kimi, cavabdeh prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş, heç bir mötəbər əsas olmadan ekspert rəyini şübhə altına almaqla bağlı dəlil irəli sürmüşdür. Kollegiya hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini sübutlar sırasında çıxararaq iddia tələbini rədd etmişdir. Həmin rəy hazırkı iş üzrə mötəbər sübut kimi çıxış edir və iddianın əsaslılığını təsdiq edir. Belə ki, rəydə nümunənin malın ixrac bəyannaməsində, invoysda, mənşə seritfikatında və CMR-də göstərilən “5903 10 900 0” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. Bundan başqa, mənşə sertifikatında və ixrac bəyannaməsində də malın kodu “5903 10 900 0” kimi qeyd olunmuşdur. Beləliklə, apellyasiya məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-723/2019 saylı iş üzrə 08 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Çin Xalq Respublikasının “Zheijang Ganglong X18” LTD şirkətindən GLJA180513 nömrəli, 20 iyul 2018-ci il tarixli invoysla X4 ünvanına göndərilmiş malların – çap banerlərinin (parçaların) “3921 90 900 0” kod altında həyata keçirilən 20.08.2018-ci il tarixli gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdeh Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3446/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3446/2019
17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver