Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(102)-3446/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; mütəxəssis rəyinin mötəbərliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlәr Xәyalә Cәmilova (mәruzәçi), Xәqani Mәmmәdov vә Ispәndiyar Şәfiyevdәn ibarәt tәrkibdә, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Azәrbaycan Respublikasının Cavabdeh qarşı “cavabdeh tәrәfindәn qәbul edilmiş vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi barәdә **************** №-li ##.##.2024-cü il tarixli qәrarın lәğv olunması” tәlәbinә dair inzibati iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrәli ## #### 2025-ci il tarixli qәrarından cavabdeh tәrәfindәn verilmiş kassasiya şikayәtinә dair işә şifahi mәhkәmә icraatı qaydasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. IŞIN HALLARI 1.##.##.2023-cü il tarixli **************** nömrәli “Sәyyar vergi yoxlamasının keçirilmәsi haqqında” Qәrara әsasәn İddiaçı MMC üzrә Vergi Mәcәllәsinin 38.2-ci maddәsinә әsasәn vergilәrin vә digәr icbari ödәnişlәrә dair qanunvericiliyә әmәl edilmәsi vәziyyәtinin düzgünlüyünün yoxlanılması mәqsәdi ilә iyul 2020- iyun 2023cü il üzrә növbәti sәyyar vergi yoxlaması tәyin edilmişdir. 2.“Vergi ödәyicisinin vә ya sığortaedәnin vergi qanunvericiliyinin vә ya icbari tibbi sığorta vә sosial sığorta qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrәli Qәrarına әsasәn iddiaçıya 2.158.814,82 manat әlavә vergi vә 1.087.306,43 manat maliyyә sanksiyası olmaqla, ümumilikdә 3.246.121,25 manat mәblәğindә mәsuliyyәtә cәlb edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. birinci instansiya məhkəməsində icraat 3.Iddiaçı cavabdehә qarşı iddia әrizәsi ilә müraciәt edәrәk, “cavabdeh tәrәfindәn qәbul edilmiş vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi barәdә 2400197023189150 № li, ##.##.2024-cü il tarixli qәrarın” lәğv edilmәsini xahiş etmişdir. 4.Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Bakı şәhәri Lokal Gәlirlәr Baş Idarәsi vergi ödәyicisi İddiaçı (**********) barәsindә aparılmış araşdırma nәticәsindә ##.##.2024-cü il tarixindә 2400197023189150 № li qәrar qәbul etmişdir. Hәmin qәrara әsasәn vergi ödәyicisi İddiaçı (**********) 2158814,82 (iki milyon yüz әlli sәkkiz min sәkkiz yüz on dörd manat, sәksәn iki qәpik) mәblәğindә әlavә vergi hesablanmış, 1087306,43 (bir milyon sәksәn yeddi min üç yüz altı manat, qırx üç qәpik) mәblәğindә maliyyә sanksiyası hesablanmışdır. Sözügedәn Qәrar sәyyar vergi yoxlaması ilә bağlı tәrtib edilmiş **************** №-li, 07.10.24-cü il tarixli akt әsasında qәbul edilmişdir. Belә ki, aktda qeyd olunduğu üzrә sәyyar vergi yoxlaması keçirilәn zaman cәlb edilmiş mütәxәssis düzgün qiymәtlәndirmә verә bilmәmişdir. Bununla da qeyd edilmiş mәlumatlar üzrә aparılmış araşdırma nәticәsindә әsassız qәrar qәbul edilmişdir. Bunu ilk növbәdә vergi orqanının "Mütәxәssisin dәvәt edilmәsi haqqında" Qәrar ilә dәvәt edilmiş mütәxәssisin hәyata keçirdiyi monitorinq hesablamaları aparılarkәn aydınlaşdırmaq mümkündür. Belә ki, hesablamalar zamanı (662 adda hazır mәhsul) band sәrfiyyatı hazır mәhsulun istehsal prosesi әsasında deyil, mütәxәssisin öz fikirlәri vә fәrziyyәlәri әsasında hazırlanıb. Mütәxәssis rәyi faktlarla deyil ehtimallarla әsaslandırılmışdır. Belә olan halda aparılmış yoxlamanın obyektivliyindәn söhbәt gedә bilmәz. Rәyi oxuyarkәn rәydәki mәlumatların qeyri-dәqiq mәlumatlar olduğu tәsdiqini tapır. Yoxlama zamanı müәssisәdә 30 adda hazır mәhsul üzrә monitorinq aparılmış vә band sәrfiyyatı istehsal prosesi әsasında deyil, hazır mәhsul üzәrindәn hesablanmışdır. Bu monitorinqlәr zamanı itkilәr nәzәrә alınmamış, o cümlәdәn monitorinq nәticәsindә mütәxәssis öz hesablamaları zamanı monitorinq nәticәlәrinә istinad etmәmişdir. Istehsal prosesindә istifadә edilәn lent ölçüsünü yalnız hazır mәhsula әsasәn hesablamaq qeyri-dәqiq nәticәlәrә gәtirib çıxarır, çünki bu metod faktiki istehsal prosesindә baş verәn itkilәri tam dәqiqliyi ilә nәzәrә almır. Istehsal prosesinә baxış zamanı materialın müxtәlif mәrhәlәlәrdә itkisi kәsim, forma vermә, birlәşdirmә vә digәr texnoloji әmәliyyatlar zamanı baş verәn itkilәr aydın şәkildә görünür. Lakin kataloq әsasında, hesablama aparılarkәn hәmin itkilәri hesablamaq mümkün deyildir. Bu sәbәbdәndir ki, mütәxәssis rәyindә band sәrfiyyatına itki faizi nәzәrә alınmayıb. Eyni hazır mәhsullara fәrqli band sәrfiyyatı hesablanıb. Əlavә dövriyyә hesablanarkәn orta illik satış qiymәti artıq yәni ƏDV daxil hesablanıb. Nәzәrә almaq lazımdır ki, hazır mal araşdırması ilә istehsal prosesindәki malın araşdırması arasındakı fәrqin mövcudluğu vergi ödәnişlәrinin hesablanmasında kәskin fәrqlәrin yaranmasına sәbәb olur. Qeyd edilәnlәr onu göstәrir ki, aparılmış araşdırma real vәziyyәti tәkzib etmiş vә işin nәticәsi düzgün şәkildә әks olunmamışdır. Əgәr iş üzrә uyğunsuzluğun mövcudluğundan söhbәt gedirsә, uyğunsuzluq meyarlarını әsaslandıran sübutlar vergi orqanının özü tәrәfindәn inzibati icraat gedişindә tәqdim edilmәli idi. Hazırkı vәziyyәtdә vergi orqanı tәrәfindәn qәrarın әsaslandırılması üçün tәqdim edilmiş sübutlar işin tam, hәrtәrәfli vә obyektiv şәkildә araşdırılma aparılmadan qәbul edildiyini göstәrir. Bu onu ehtiva edir ki, inzibati icraat zamanı 2400197023189150 № li, ##.##.2024-cü il tarixli qәrarın әsaslandırılması üçün vergi orqanı yetәrli sübutlar gәtirә bilmәmiş, hәr hansı maddi sübut tәqdim etmәmişdir. Əksinә, bu yolla vergi orqanı sübutetmә yükündәn boyun qaçırmağa çalışmışdır. Bu halın mәhz özü kobud hüquq pozuntusudur. Cavabdeh vergi orqanı çıxardığı qәrar sadәcә deklarativ mәzmun kәsb edir. Vergi orqanının qәrarı әsaslandırması üçün istifadә etdiyi mәlumatlar şirkәtin fәaliyyәtindә mövcud olmamışdır. Odur ki, hazırkı şәraitdә şirkәt hüquqlarının pozulmasının qarşısını almaq üçün vergi orqanının vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi barәdә 2400197023189150 № li, ##.##.2024-cü il tarixli qәrarı lәğv olunmalıdır.
5. Cavabdeh iddia tәlәbinә qarşı yazılı etiraz tәqdim edәrәk qeyd etmişdir ki, - yoxlanılan dövr üzrә hazır mәhsullar üzrә xammal silgilәri vә istehsal hәcmini müәyyәnlәşdirilmәsi üçün yoxlama zamanı Vergi Mәcәllәsinin 45-ci maddәsinә әsasәn, mütәxәssis cәlb olunmasına zәrurәt yaranmışdır. Vergi ödәyicisi tәrәfindәn ##.##.2020-ci il tarixdәn ##.##.2023-cü il tarixәdәk olan dövr üçün real istehsal hәcminin vә istehsal olunmuş mәhsullara istifadә olunmuş xammal vә materialların müәyyәnlәşdirilmәsi mәqsәdi ilә Baş Idarә tәrәfindәn ##.##.2023-cü il tarixli **************** nömrәli “Mütәxәssisin dәvәt edilmәsi haqqında” Qәrar çıxarılaraq "X3" MMC-nin әmәkdaşı (VÖEN: 2006506911) X5 mütәxәssis kimi dәvәt olunmuşdur. Mütәxәssis tәrәfindәn ilkin olaraq, müәssisәyә mәxsus istehsal sahәsinә baxış keçirilmiş, tәqdim edilmiş xammal vә material hәrәkәtlәri analiz edilmişdir. Müәssisәdә bir neçә dәfә istehsal monitorinqi hәyata keçirilmişdir. ##.##.2024-cü il tarixindә hәyata keçirilmiş ilk monitorinq zamanı Delta dolab, Karat divan vә Milano stulların istehsal prosesi әvvәlindәn sonuna qәdәr izlәnilmiş, sәrf olunmuş xammal material miqdarı qeydә alınmışdır. Xammal material silgilәri hesablanarkәn hazır mәhsulların istehsalında istifadә olunan lent xammalının sәrfiyyatının vergi ödәyicisi tәrәfindәn tәqdim olunmuş material hәrәkәti, resepturalar vә vergi orqanı tәrәfindәn tәqdim olunmuş baza mәlumatları әsasında yoxlanılması nәticәsindә ilkin kәnarlaşmalar müәyyәn edilmişdir. Daha sonra aparılan monitorinqlәr zamanı seçmә üsulu ilә mebel növlәri seçilәrәk sәrf olunmuş lent miqdarları hesablanmışdır. ##.##.2024-cü il tarixindә müәssisәdә ilk dәfә monitorinq hәyata keçirilmişdir. Bu monitorinq zamanı müәssisәnin hәr 3 (Şәrti olaraq Dolab istehsal sahәsi, Divan istehsal sahәsi vә Stul-stol istehsal sahәsi) istehsal sahәsindә monitorinq edilmişdir. 1-ci Monitorinq zamanı әldә edilmiş nәticәlәr rәyә әlavә olunmuşdur. Hәyata keçirilmiş birinci monitorinqdәn sonra itkilәrinin minimum olması, istehsal olunan mәhsullardan bir çoxunda istifadә olunması, eyni zamanda әsasәn idxal mәhsul olması sәbәbindәn mütәxәssis tәrәfindәn yoxlama dövrü әrzindәki ümumi istehsal hәcminin yoxlanılması üçün lent xammalı üzәrindәn hesablama aparılmasına qәrar verilmişdir. Mәlumatların emalı zamanı tәqdim olunan resepturaların real olmadığı vә xammal silgilәrinin düzgün qeyd olunmadığı müәyyәn edilmiş vә vergi ödәyicisinә bu barәdә mәlumat verilmişdir. Müәssisә ilә bu mәlumatların müzakirәsi zamanı resepturaların sәhv olduğu qәbul edilmişdir. Müәssisәdәn resepturaların düzәldilmәsi vә istehsal eskizlәrinin (kәsim kağızlarının) tәqdim edilmәsi istәnilmişdir. Müәssisә eskizlәri tәqdim edә bilmәyәcәyini lakin ikinci vә düzgün resepturaları tәqdim edәcәyini bildirmişdir. Tәqdim olunan ikinci resepturalardan sonra ##.##.2024 cü il vә ##.##.2024-cü il tarixlәrindә 2 dәfә monitorinq keçirilmiş vә ikinci dәfә dә tәqdim olunan resepturaların real olmadığı müәyyәn edilmişdir. Cәdvәl 2-dә tәqdim olunan reseptura vә monitorinqlәr zamanı әldә olunmuş nәticәlәrin qarşılaşdırılması qeyd olunmuşdur. - Mütәxәssis rәyindәn görüldüyü kimi, 2-ci tәqdim olunan resepturaların da real olmadığı müәyyәn edilmiş vә daha sonra vergi ödәyicisi tәrәfindәn yoxlamaya tәqdim olunmuş hazır mәhsullar üzrә kataloqa әsasәn mütәxәssis tәrәfindәn hәr bir mәhsul üçün kataloqda olan ölçülәrdәn istifadә edәrәk, mümkün lent istifadә miqdarı hesablanmışdır. Hәmçinin, bәzi mәhsulların ümumiyyәtlә resepturaları müәssisә tәrәfindәn tәqdim edilmәdiyi üçün, eyni zamanda kataloqda şәkil vә ölçülәri olmadığı üçün mütәxәssis tәrәfindәn hәmin malların xammal silgilәri eyni kateqoriyadakı analoji malların әn yüksәk xammal sәrfiyyatı göstәricilәrinә uyğun şәkildә nәzәrә alınmışdır. Bununla yanaşı, müәssisә tәrәfindәn reseptura tәqdim edilәrkәn lent sәrfiyyatı yazılmayan mәhsulların da olduğu müәyyәn edilmişdir. Lakin hәmin mәhsulların da lent xammalı üzrә sәrfiyyatlarının olduğu müәyyәn edildiyi üçün müәssisәnin yoxlamaya tәqdim etdiyi resepturalarda hәmin mallar üzrә lent sәrfiyyatı nәzәrә alınmasa da hesablama zamanı bu mәhsullara da lent istifadәsi mütәxәssis tәrәfindәn hesablanmışdır. Mütәxәssis rәyindә xammal sәrfiyyatının hesablanması üçün istifadә olunan vә vergi ödәyicisi tәrәfindәn yoxlamaya tәqdim olunmuş kataloqda modellәrin fotoşәkillәri vә ölçülәri qeyd olunmuşdur. Lent istifadә miqdarı hesablanarkәn mümkün olan әn yüksәk rәqәmlәrlә hesablama edilmişdir. - Mütәxәssis tәrәfindәn kataloqda olmayan lakin satışı hәyata keçirilmiş mәhsullar üzrә lent istifadәsi üçün hәmin mәhsul kateqoriyasındakı mәhsullardan hansına әn çox sәrfiyyat hesablanmışdırsa o әsas götürülmәklә hesablama aparılmışdır. Müvafiq hesablamalar mütәxәssis rәyindә öz әksini tapmışdır. Sәyyar vergi yoxlaması ilә bağlı mütәxәssis tәrәfindәn tәqdim olunmuş rәydә hәr bir hazır mәhsul çeşidi üzrә 1(bir) әdәd hazır mәhsula hesablanmış lent sәrfiyyat miqdarı satış miqdarlarına vurularaq yoxlama dövrü әrzindә satış üçün lazım olan lent miqdarı tapılmışdır. - Belәliklә, yoxlama dövrü üzrә müәssisә tәrәfindәn yoxlamaya tәqdim olunmuş sәnәdlәr vә vergi orqanın uçot-baza mәlumatlarına әsasәn cәmiyyәtin ümumi satışları üçün müәyyәn edilmiş lent xammalının miqdarı 3 376 029 metr olmuşdur. Daha sonra müәssisәnin anbar qalığında hazır mәhsul miqdarına da sәrf olunan lent miqdarı hesablanmışdır. Müәssisә tәrәfindәn tәqdim olunmuş hazır mәhsul vә xammal hәrәkәti mәlumatlarına әsasәn dövrün sonuna olan hazır mәhsul qalıqları üzrә hesablanmış lent miqdarı 263095 metr, müәssisә tәrәfindәn tәqdim olunmuş hazır mәhsul vә xammal hәrәkәti mәlumatlarına әsasәn dövrün әvvәlinә lent xammalının qalığı 1 169 713 metr olmuşdur. Dövr әrzindә vergi orqanın uçot-baza mәlumatlarına әsasәn hәmin xammalın alışı 3364853 metr müәyyәn edilmişdir. Əldә olunan bu mәlumatlara әsasәn hesablanmışdır ki, (1169713 metr ilkin qalıq+3 364 853 metr alış-263 095 metr hazır mәhsul qalığına lazım olan- 3376029 metr satışa lazım olan xammal) son qalıq 895441 metr olmalı olsa da faktiki olaraq yoxlama ilә müәyyәn edilmiş son qalıq 267,537 metr tәşkil etmişdir. Nәticәdә hesablamaya әsasәn 627904 metr (895,441- 267537) lent fәrqi yaranmışdır. Yaranmış bu fәrq müәssisә tәrәfindәn elektron qaimә vә nәzarәt kassa aparatı vasitәsilә tәqdim olunmuş malların illәr üzrә satışının xüsusi çәkisi әsasında yoxlama ilә müәyyәn olunmuş reseptura göstәricilәrindәki xammal silgilәrinә uyğun hesablanmaqla hazır mәhsula çevrilmişdir. - Əlavә dәyәr vergisi üzrә: yoxlama ilә ƏDV üzrә ##.##.2020-ci il tarixdәn ##.##.2023-cü il tarixә qәdәr olan dövr üzrә tәqdim edilmiş ƏDV bәyannamәlәri әhatә olunmuşdur. Yoxlama dövrü üzrә yoxlama ilә vergi ödәyicisinin ƏDV-yә cәlb olunan әmәliyyatları ilә bağlı Vergi Mәcәllәsinin 166-cı maddәsinin tәlәblәrinә uyğun olaraq daxilolmaları vergi ödәyicisinin bank hesablarının hәrәkәti barәdә hesabların yerlәşdiyi banklardan alınmış rәsmi mәlumatlara vә MMC yә mәxsus Dövlәt Vergi Xidmәtinin elektron informasiya sisteminә real vaxt rejimindә qoşulmuş nәzarәtkassa aparatı (yeni nәsil nәzarәt-kassa aparatı) çeklәri üzrә әldә edilmiş mәlumatlara әsasәn 2020-ci ilin iyul-dekabr ayları әrzindә 3143712,77 manat, 2021ci il әrzindә 10 445 223,62 manat, 2022-ci il әrzindә 10008042,67 manat, 2023-cü ilin yanvar-iyun ayları әrzindә 5204102,11 manat tәşkil etmişdir. Sәyyar vergi yoxlaması zamanı Vergi Mәcәllәsinin 14.2-ci maddәsindә qeyd edilәn yәni vergitutma mәqsәdlәri üçün malların (işin, xidmәtin) qiymәti tәrәflәrin әmәliyyatda (әqddә) tәsbit etdiklәri qiymәt sübuta yetirilmәdiyi üçün vergi ödәyicisinin öz qiymәtlәri bazar qiymәti kimi qәbul edilәrәk vә Vergi Mәcәllәsinin 67.1.9-cu maddәsinә әsasәn mütәxәssis tәrәfindәn yoxlamaya tәqdim olunmuş rәy әsasında hazır mәhsul çeşidlәri üzrә müәyyәn edilmiş әlavә istehsal hәcmi vergi ödәyicisi tәrәfindәn tәqdim olunmuş sәnәdlәr vә uçot-baza mәlumatlarında mövcud olan vergi ödәyicisinin öz satış qiymәtlәri nәzәrә alınmaqla 2020-ci il üzrә 1 230 253,26 manat, 2021- ci il üzrә 2 829 339,50 manat, 2022-ci il üzrә 2 750 540,01 manat vә 2023-cü il üzrә 1 337 068,92 manat әlavә istehsal dövriyyәsi müәyyәn edilmişdir. Vergi Mәcәllәsinin 159.1-ci maddәsinә әsasәn malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi, Azәrbaycan Respublikası әrazisindә istehsal olunan kәnd tәsәrrüfatı mәhsullarının pәrakәndә satışı zamanı tәtbiq edilәn ticarәt әlavәsi vә vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dәn 3 il müddәtindә kәnd tәsәrrüfatı mәhsullarının (yerli vә xarici mәnşәli) topdan vә pәrakәndә satışı zamanı tәtbiq edilәn ticarәt әlavәsi vergitutma obyektidir. Tәqdim edilmiş sәnәdlәr vә vergi uçot baza mәlumatlarına әsasәn vergi ödәyici tәrәfindәn xammal satışı olmadığı vә yalnız hazır mәhsul satışı olduğu müәyyәn edildiyi üçün mütәxәssis tәrәfindәn müәyyәn edilәn әlavә istehsal hәcminә әsasәn hesablanan dövriyyә illәr üzrә müәssisә tәrәfindәn tәqdim edilәn hazır mәhsulların satışına uyğun olaraq hesablandı. Belәliklә, 2020-ci il üzrә Vergi Mәcәllәsinin 166-cı maddәsinin tәlәblәrinә vә yoxlama ilә mütәxәssis rәyi әsasında müәyyәn olunmuş kәnarlaşan istehsal dövriyyәsi nәzәrә alınmaqla ayrı- ayrı aylar üzrә 229 833.91 manat, 2021-ci il üzrә 523 164.42 manat, 2022-ci il üzrә 538 779.35 manat vә 2023-cü il üzrә 271 439.78 manat azaldılması müәyyәn edilmişdir. - Yoxlama ilә vergi ödәyicisi tәrәfindәn ÖMV bәyannamәlәrindә beynәlxalq daşıma ilә bağlı qeyri rezidentlәrә ödәnilәn mәblәğlәrin vergi ödәyicisinin vergi orqanında olan uçot-baza mәlumatları vә vergi ödәyicisinin bank hesablarının hәrәkәti barәdә hesabların yerlәşdiyi banklardan alınmış rәsmi mәlumatlarla müqayisәli tәhlili zamanı bәzi ödәniş mәblәğlәrinin qeyd olunmadığı vә vergiyә cәlb edilmәdiyi müәyyәn edilmişdir. Belә ki, 2020-ci il әrzindә “X1 Co" şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 393.57 manat, 2021-ci il әrzindә “X10 ŞTI” şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 357.82 manat, “Eluck Group Limited” ilә aparılmış әmәliyyatlar üzrә 536.56 manat, “X2 Co Ltd” ilә aparılmış әmәliyyatlar üzrә 5355 manat, 2022-ci il әrzindә “X10 Şti” şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 281.72 manat, “xxxx” şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 923,10 manat, 2023-cü il әrzindә “X10 ŞTI” şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 125.97 manat, “X2 Co Ltd” şirkәti ilә aparılmış әmәliyyatlar üzrә 2275.5 manat vergi mәblәğlәrinin hesablanmadığı vә ÖMV hesabatlarında göstәrilmәdiyi müәyyәn edilmişdir. Belәliklә, yoxlama ilә әhatә edilәn dövr üzrә ÖMV-nin hesabatda göstәrilәn mәblәği verginin hesabatda göstәrilmәli olan mәblәğinә nisbәtәn 10468,28 manat büdcәyә az, 219,09 manat artıq hesablandığı müәyyәn edilmişdir. Eyni zamanda banklarından әldә olunmuş mәlumatlara әsasәn 2022- ci ilin 3-cü rübü әrzindә vergi ödәyicisi tәrәfindәn güzәştli vergi tutulan ölkәlәrdә vә әrazilәrdә qeydiyyatdan keçmiş subyektlәrә 11505,57 manat ödәniş edildiyi halda müvafiq dövr üzrә ödәmә mәnbәyindә tutulan vergi bәyannamәsinin 1608.5-ci “Vergi Mәcәllәsinin 128-ci maddәsindә nәzәrdә tutulan güzәştli vergi tutulan ölkәlәrdә tәsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlәrә rezidentlәr vә qeyri-rezidentlәrin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliklәri tәrәfindәn birbaşa vә ya dolayısı ilә edilәn ödәnişlәr” sәtrindә 0 manat әks etdirildiyi üçün kameral vergi yoxlaması ilә 1147,16 manat әlavә ödәmә mәnbәyindә tutulan vergi hesablanmışdır. Sәyyar vergi yoxlaması ilә kameral qaydada hesablanmış vergi mәblәğlәri öz tәsdiqini tapmışdır. Bununla yanaşı, 2021ci il mәnfәәt vergisi bәyannamәsinin * nömrәli әlavәsindә hesabat dövrünün xalis mәnfәәtinin 137669,64 manat silinmәsi qeyd olunmuş, lakin ÖMV hesablanmamışdır. Belә ki, tәsdiqedici sәnәdlәrin olmaması sәbәbindәn sәyyar vergi yoxlaması ilә әlavә hesablama aparılmamışdır.
6. Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli ##.##.2025-ci il tarixli qәrarı (Hakim Hacıbәyova Miminat Tacib qızı) ilә iddia tәmin edilmiş, Azәrbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin Bakı şәhәri Lokal Gәlirlәr Baş Idarәsinin İddiaçı MMC barәsindә qәbul etdiyi vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi barәdә **************** №-li ##.##.2024-cü il tarixli Qәrarı lәğv edilmişdir.
7. Birinci instansiya mәhkәmәsi hesab etmişdir ki, iddiaçıya münasibәtdә aparılmış vergi yoxlaması dәfәlәrlә dayandırılmış vә uzadılmış, lakin cavabdeh dayandırma vә uzatma üçün istinad etdiyi әsaslardan irәli gәlәn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması vә uzadılması mәqsәdlәrinә nail olmaq üçün zәruri sübutları toplamamışdır. Vergi yoxlamasının dәfәlәrlә dayandırılmasına vә uzadılmasına rәğmәn, vergi yoxlamasının aparıldığı dövrdә cavabdeh tәrәfindәn müvafiq sәnәdlәrin әldә olunması mәqsәdi ilә hәr hansı müvafiq hәrәkәtlәrin edildiyi vә әlavә sәnәdlәrin tәlәb olunduğu iş üzrә materiallardan müәyyәn edilmir. Bu da, öz növbәsindә cavabdeh tәrәfindәn vergi yoxlaması üzrә obyektiv vә hәrtәrәfli araşdırmanın aparılmadığına dәlalәt etmәklә yanaşı, hәm dә yoxlamanın әsassız vә lüzumsuz uzadılması kimi qiymәtlәndirilmәlidir. Cavabdeh inzibati orqanın hәrәkәtlәri, hәm Vergi Mәcәllәsinin 38.7-ci maddәsinin, hәm dә “Inzibati icraat haqqında” Qanunun 11-ci vә 24-cü maddәlәrinin pozulması ilә müşayiәt olunmuşdur. Nәzәrә almaq lazımdır ki, vergi qanunvericiliyindә yoxlamanın dayandırılması vә uzadılması imkanının nәzәrdә tutulması obyektiv araşdırma prinsipinin vә yoxlama üzrә obyektiv qәrarın qәbulunun tәmin olunması mәqsәdlәrinә xidmәt edir vә hәmin imkanlardan sui-istifadә olunması yolverilmәzdir.
8. Cavabdeh hәmin qәrardan apellyasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә iddia tәlәbinin tәmin olunmamasını xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrәli ## #### 2025-ci il tarixli qәrarı (X8 (sәdrlik edәn vә mәruzәçi), X11 vә X7) ilә Bakı Inzibati Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılmışdır.
10. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hüquqi mövqeyi ilә razılaşmışdır. Əlavә olaraq qeyd etmişdir ki, - cavabdeh vergi orqanı tәrәfindәn aparılmış vergi yoxlaması qanunvericiliyin tәlәblәrinә uyğun hәyata keçirilmәmişdir. Vergi Mәcәllәsinin 38.2-ci maddәsinә әsasәn müәyyәn edilir ki, sәyyar vergi yoxlaması ümumilikdә 30 iş gününә, müstәsna hallarda isә yuxarı vergi orqanının qәrarı ilә 90 iş gününә qәdәr aparıla bilәr. İddiaçı MMC barәsindә keçirilmiş yoxlama bu müddәti aşmış, qanuni әsas olmadan ümumilikdә 91 iş günü әrzindә hәyata keçirilmişdir. Hәmçinin, 19 dәfә yoxlamanın dayandırılması vә yenidәn bәrpa edilmәsi, yoxlamanın süni şәkildә uzadılmasına vә obyektivlik prinsipinin pozulmasına gәtirib çıxarmışdır. Belәliklә, yoxlama müddәtinin aşılması inzibati aktın hüquqi qüvvәsini şübhә altına almışdır. Vergi orqanı tәrәfindәn tәqdim olunmuş mütәxәssis rәyi maddi sübutlarla tәsdiqlәnmәmiş, faktiki istehsal vә texnoloji zәrurәtlәr nәzәrә alınmadan ehtimal xarakterli yanaşmalarla tәrtib edilmişdir. Hesablamalar mәhsulun faktiki istehsalında istifadә olunan material silgilәri üzrә real istehsalat normalarına deyil, kataloq göstәricilәrinә vә tәxmini ölçülәrә әsaslanmışdır. Bu isә Vergi Mәcәllәsinin 14.2-ci maddәsinin “verginin mәblәği faktiki әmәliyyat әsasında müәyyәn edilmәlidir” prinsipini pozur. - Vergi orqanı tәrәfindәn maliyyә sanksiyalarının hesablanması da qanuni olmamışdır. ƏDV-yә cәlb olunan dövriyyә әvvәlcә ƏDV daxil satış qiymәtlәri ilә, daha sonra isә yenidәn ƏDV mәblәği ayrıca tutulmaqla hesablanmışdır. Bu yanaşma Vergi Mәcәllәsinin 166.1-ci maddәsinin pozulmasına sәbәb olmuşdur. vergi tutulan әmәliyyatın vaxtı ödәnişin aparıldığı andır. Lakin vergi orqanı satışın faktiki baş verdiyinә dair heç bir sübut tәqdim etmәdәn, ehtimala әsaslanaraq tәqdim edilmәmiş mal üzrә ƏDV hesablamış vә bu әsasla sanksiya tәtbiq etmişdir. Qeyd edilәn hallar vergi öhdәliyinin faktiki hüquqi faktlarla deyil, rәqәmsal fәrziyyәlәrlә müәyyәn edildiyini sübut edir. - Iddiaçı tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş audit rәyi vә mütәxәssis rәyi, "X4" tәrәfindәn verilmiş rәyin hüquqi vә texniki baxımdan düzgün olmadığını konkret әsaslarla tәsdiqlәmişdir. - Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindәki çıxarışdan göründüyü kimi, yoxlayıcı şәxs olaraq X13 vә Nümayәndә göstәrilmişdir. Sәyyar vergi yoxlaması keçirilmәsi haqqında ##.##.2023-cü il tarixli qәrarda isә yoxlayıcı şәxs X9 müәyyәn edilmişdir. Bu qәrara әlavә vә dәyişiklәr edilmәsi barәdә vahid mәlumat reyestrindә hәr hansı bir qeyd yoxdur. - Vergi orqanı tәrәfindәn tәrtib edilәn ##.##.2024-ci il tarixli **************** №-li aktdan da göründüyü kimi, sәyyar vergi yoxlaması ümumilikdә 280 gün müddәtinә dayandırılmışdır. Lakin Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin 38.7-ci maddәsinin tәlәblәrinә görә, dayandırma müddәti 9 aydan artıq ola bilmәz. - Hәmçinin analoji işlәr üzrә formalaşmış vahid mәhkәmә tәcrübәsinә әsasәn, mütәxәssis rәyi vergilәrin hesablanmasının yeganә әsası kimi çıxış etmir. Eyni zamanda, hәr hansı bir vergi ödәyicisinin (fiziki vә hüquqi şәxsin) gәlirlәrinin lent xammalının miqdarına uyğun hesablanması vә yoxlanılması vergi qanunvericiliyindә, ümumiyyәtlә nәzәrdә tutulmamışdır. Yәni hәr hansı maddi vә prosessual hüquq normasına әsaslanmadığından vergi ödәyicisinin gәlirlәrinin belә metodla hesablanması qanuni sayıla bilmәz. Tәbii ki, belә olan halda, gәlirlәrin istifadә olunan lent xammalına görә hesablanması qanunsuz olmaqla yanaşı, nәticә etibarı ilә hәm dә dәqiq olmayan rәqәmlәrә gәtirib çıxarır. - Digәr tәrәfdәn cavabdehin apellyasiya şikayәtindә mütәxәssis rәyinә geniş istinad edilmәsi, rәyin texniki tәhlillәrә әsaslandığını sübut etmәyә yönәlsә dә, iddiaçı tәrәfindәn tәqdim edilәn alternativ audit vә mütәxәssis rәylәri bu mövqeyi tam şәkildә tәkzib etmişdir. Iş materiallarından açıq görünür ki, "X4" MMC-nin tәqdim etdiyi rәy mәhsulların real istehsal prosesinә deyil, kataloq şәkillәrinә vә nәzәri ölçülәrә әsaslanmışdır. Istehsal prosesindә baş verәn zay mәhsul, texniki itki, montaj itkilәri vә digәr texnoloji faktorlar nәzәrә alınmamışdır. Bundan әlavә, mütәxәssisin özünün hәmin sahәdә ixtisaslaşmasını tәsdiq edәn sәnәd belә yoxlamadan tәxminәn 9 ay sonra әldә edilmişdir. Bu isә Vergi Mәcәllәsinin 45.1-ci maddәsinә vә Inzibati Prosessual Mәcәllәnin 15.2-ci maddәsindә әks olunmuş mütәxәssisin qәrәzsizliyi vә peşәkarlığı prinsipinә uyğun gәlmir. - ƏDV vә ÖMV üzrә tutmaların hesablanması ilә bağlı irәli sürülәn arqumentlәrlә әlaqәdar olaraq qeyd edilmәlidir ki, iddiaçı tәrәfindәn tәqdim edilmiş bank çıxarışları vә vergi bәyannamәlәri sübut edir ki, bәzi әmәliyyatlar üzrә qeyd edilәn ÖMV artıq ödәnilmiş, digәrlәri üzrә isә ümumiyyәtlә hәr hansı maliyyә әmәliyyatı baş vermәmişdir.
11. Cavabdeh hәmin qәrardan kassasiya şikayәti verәrәk qәrarın lәğv edilmәsini vә iddia tәlәbinin tәmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayәtindә işin halları vә iddia tәlәbinә etirazın dәlillәri sadalanmış, әlavә olaraq qeyd edilmişdir ki, mәhkәmәnin bu dәlili hәqiqәti әks etdirmir. Belә ki, sәyyar vergi yoxlaması gedişindә qәbul edilmiş qәrarlara nәzәr saldıqda görünür ki, yoxlama ##.##.2023-cü il tarixdә başlanmış, ##.##.2023-cü il tarixli **************** nömrәli vә ##.##.2023-cü il tarixli **************** nömrәli qәrarla sәyyar vergi yoxlamasının müddәti artırılmışdır. Daha sonra yoxlama ##.##.2023-cü il tarixdә dayandırılmışdır. Qeyd edilәn müddәtlәrә nәzәr saldıqda görünür ki, sәyyar vergi yoxlaması qanunvericiliklә nәzәrdә tutulmuş müddәtlәrdә hәyata keçirilmişdir. Mәhkәmә tәrәfindәn 91 iş gününün hansı qaydada müәyyәn edilmәsi isә mәlum deyildir.
13. Iş materiallarında mövcud olan yoxlama materiallarından da görünür ki, sәyyar vergi yoxlamasına dair ##.##.2023-cü il tarixli “Sahibkarlıq sahәsindә aparılan yoxlamaların vahid mәlumat reyestrindәn çıxarış”da “Sәyyar vergi yoxlaması keçirilmәsi haqqında” ##.##.2023-cü il tarixli qәrarda qeyd edilәn yoxlayıcı şәxs – yәni X9 qeyd edilmişdir. Hәmçinin, mәhkәmәyә tәqdim edilmiş, “Sәyyar vergi yoxlamasının keçirilmәsi haqqında qәrara әlavәlәr (dәyişikliklәr) edilmәsi barәdә” ##.##.2025-ci il tarixli Qәrardan da görünür ki, yoxlamanın keçirilmәsi Vergi auditi idarәsinin әmәkdaşları X6 vә Nümayәndә tapşırılmışdır (sözügedәn sәnәdlәr yenidәn şikayәtә әlavә edilir).
14. ƏDV üzrә aparılmış hesablamalar hәr hansı fәrziyyәlәr üzrә deyil, vergi ödәyicisinin bank hesablarının hәrәkәti barәdә hesabların yerlәşdiyi banklardan alınmış rәsmi mәlumatlara vә MMC-yә mәxsus Dövlәt Vergi Xidmәtinin elektron informasiya sisteminә real vaxt rejimindә qoşulmuş nәzarәt-kassa aparatı (yeni nәsil nәzarәt-kassa aparatı) çeklәri üzrә әldә edilmiş mәlumatlara әsasәn aparılmışdır. Sәyyar vergi yoxlaması zamanı Vergi Mәcәllәsinin 14.2-ci maddәsindә qeyd edilәn, yәni vergitutma mәqsәdlәri üçün malların (işin, xidmәtin) qiymәti tәrәflәrin әmәliyyatda (әqddә) tәsbit etdiklәri qiymәt sübuta yetirilmәdiyi üçün vergi ödәyicisinin öz qiymәtlәri bazar qiymәti kimi qәbul edilәrәk vә Vergi Mәcәllәsinin 67.1.9-cu maddәsinә әsasәn mütәxәssis tәrәfindәn yoxlamaya tәqdim olunmuş rәy әsasında hazır mәhsul çeşidlәri üzrә müәyyәn edilmiş әlavә istehsal hәcmi vergi ödәyicisi tәrәfindәn tәqdim olunmuş sәnәdlәr vә uçot-baza mәlumatlarında mövcud olan vergi ödәyicisinin öz satış qiymәtlәri nәzәrә alınmaqla 2020-ci il üzrә 1 230 253,26 manat, 2021-ci il üzrә 2 829 339,50 manat, 2022-ci il üzrә 2 750 540,01 manat vә 2023-cü il üzrә 1 337 068,92 manat әlavә istehsal dövriyyәsi müәyyәn edilmişdir.
15. Maliyyә sanksiyalarının hansı sәbәbdәn qanuni hesab edilmәmәsi ilә bağlı qәrarda hәr hansı mәlumat mövcud deyildir. Belә ki, yoxlama ilә Vergi Mәcәllәsinin 58.1-ci maddәsinә әsasәn, yoxlama ilә әhatә edilәn dövr üzrә әlavә dәyәr vergisinin hesabatda göstәrilәn mәblәği verginin hesabatda göstәrilmәli olan mәblәğinә nisbәtәn ayrı-ayrı aylar üzrә 1563514,61 manat (230131,04+523164,43+538 779.36 +271439,78) vergi mәblәği vә ayrı-ayrı aylar üzrә azaldılmış vergi mәblәğinin 50%-i miqdarında 786719,93 manat sanksiya tәtbiq edilmişdir.
16. Mәhkәmә öz qәrarında mütәxәssis rәyinin vergilәrin hesablanmasının yeganә әsası kimi çıxış edә bilmәyәciyini bildirsә dә, vergi orqanı tәrәfindәn әldә edilәn rәyi şübhә altına almış, lakin iddiaçının tәqdim etdiyi rәyә istinad edәrәk hesablamaları әsassız hesab etmişdir.
17. “Bәzi әmәliyyatlar üzrә qeyd edilәn ÖMV artıq ödәnilmiş, digәrlәri üzrә isә ümumiyyәtlә hәr hansı maliyyә әmәliyyatı baş vermәmişdir” dedikdә, mәhkәmәnin hansı әmәliyyatları nәzәrdә tutduğu ümumiyyәtlә mәlum deyildir. Hәmçinin, hәr hansı mәblәğin sonradan ödәnilmiş olması belә sәyyar vergi yoxlamasının nәticәlәrini şübhә altına ala bilmәz.
b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Iddiaçı kassasiya şikayәtinә qarşı etiraz tәqdim edәrәk kassasiya şikayәtinin tәmin edilmәmәsini, apellyasiya instansiyası mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir.
c. ərizə və vəsatətlər:
19. Cavabdeh vәsatәt ilә mәhkәmәyә müraciәt edәrәk hazırkı işә şifahi mәhkәmә iclasında baxılmasını xahiş etmişdir.
20. Ərizә onunla әsaslandırılmışdır ki, iş üzrә mәhkәmә işә baxarkәn işin faktiki halları nәzәrә alınmaqla, hüquqi qiymәt verilmәmişdir. Inzibati Prosessual Mәcәllәnin 96.4-cü maddәsinә әsasәn kassasiya mümkün sayıldıqda, Ali Mәhkәmәdә işә yazılı icraat qaydasında baxılır. Mәhkәmә hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsi üçün әhәmiyyәtli hesab etdikdә, işә mәhkәmә iclasında baxılması barәdә qәrardad qәbul edir. Bu barәdә inzibati mәhkәmә icraatının iştirakçılarına mәlumat verilir.
21. Mәhkәmә kollegiyası vәsatәtin dәlillәrini IPM-in 96.4-cü maddәsinin ikinci cümlәsinin hazırkı mübahisәyә tәtbiqinin әsası kimi qәbul etmir. Belә ki, hәmin normanın tәlәbindәn göründüyü kimi, işә mәhkәmә iclasında baxılması barәdә qәrardad o hallarda qәbul edilir ki, hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsini zәruri edәn әhәmiyyәtli hallar mövcud olsun.
22. Hazırkı halda, iddianın hüquqi әsaslarına, habelә hәmin mәzmunda tәlәblәrә mәhkәmәdә baxılmasının prosessual-hüquqi әsaslarına dair mәhkәmә tәcrübәsindә vahid yanaşma formalaşmışdır.
23. Iddiaçı tәrәfindәn dә hazırkı mәzmunda tәlәblәrә baxılmasında fәrqli yanaşmaların olduğunu tәsdiq edәn, buradan, hüququn inkişafının vә ya mәhkәmә tәcrübәsinin vahidliyinin tәmin edilmәsini zәruri edәn hallara dair hәr hansı sübut tәqdim etmәmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
24. Inzibati Prosessual Məcəllə: Maddә 12.1. Mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları xidmәti vәzifәsinә görә araşdırmağa borcludur. ‘ Maddә 58.7. Sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilir. Maddә 91. Mübahisә ilә bağlı işә kassasiya qaydasında yenidәn baxılmasının hәdlәri Ali Mәhkәmә mübahisә ilә bağlı işә şikayәt hәddindә baxır vә yalnız apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 94. Kassasiya şikayәtinin verilmәsinә dair tәlәblәr 94.1. Kassasiya şikayәti mәhkәmә qәrarının tam formada tәqdim olunduğu gündәn 1 ay, mәhkәmә qәrardadının tәqdim olunduğu gündәn, hәmçinin bu Mәcәllәnin 131.3-cü vә 132.3-cü maddәlәrindә nәzәrdә tutulmuş hallarda 10 gün müddәtindә müvafiq apellyasiya instansiyası mәhkәmәsi vasitәsi ilә verilir. 94.2. Şikayәtdә mübahisә edilәn mәhkәmә qәrarı vә ya qәrardadı barәdә mәlumatlar göstәrilmәli vә şikayәt әsaslandırılmalıdır. ... 94.4. Şikayәtin әsaslandırma hissәsindә şikayәti verәn şәxsin tәlәbi göstәrilmәlidir. Maddә 96. Ali Mәhkәmәdә icraat ... 96.5. Şikayәtin әsaslı olduğu hallarda Ali Mәhkәmә, bir qayda olaraq, mübahisә ilә bağlı işә dair özü qәrar qәbul edir. Mübahisә ilә bağlı iş üzrә araşdırmanın davam etdirilmәsinin zәruri olduğu aşağıdakı hallarda, Ali Mәhkәmә mübahisә edilәn qәrarı lәğv etmәyә vә işi tәkrar baxılması üçün müvafiq apellyasiya instansiyası mәhkәmәsinә göndәrmәyә haqlıdır: 96.5.1. apellyasiya instansiyası mәhkәmәsindә icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular sәbәbindәn әhәmiyyәtli sayda vә ya geniş hәcmdә sübutların araşdırılması tәlәb olunduqda; 96.5.2. apellyasiya instansiyası mәhkәmәsi mahiyyәti üzrә qәrar qәbul etmәdikdә. ... 96.8. Şikayәt әsassızdırsa, Ali Mәhkәmә şikayәtin tәmin edilmәmәsi barәdә qәrar qәbul edir. 96.9. Ali Mәhkәmә apellyasiya instansiyası mәhkәmәsinin qәrarını (qәrardadını) dәyişdirmәdәn saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı, hәmin qәrara qarşı verilmiş şikayәtlә tәlәb edilәn hәddә (hәcmdә) dәyişdirilә bilәr. Maddә 98. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı 98.1. Ali Mәhkәmәnin inzibati mübahisәlәrә dair iş üzrә qәrarı qәtidir.
KASSASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayәti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada әsaslandırılmış vә orada şikayәtçinin tәlәblәri göstәrilmişdir. Ona görә dә, şikayәt mümkün hesab edilmişdir.
26. Apellyasiya mәhkәmәsinin qәrarı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Mәhkәmә kollegiyası iş materiallarını vә kassasiya şikayәtinin dәlillәrini araşdıraraq hesab edir ki, kassasiya şikayәti qismәn әsaslıdır. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işә baxılan zaman prosessual hüquq normalarının tәlәblәrinә riayәt olunmamış, mübahisәli hüquq münasibәtini tәnzimlәyәn maddi hüquq normaları düzgün tәtbiq edilmәmiş, habelә işin halları tam vә hәrtәrәfli olaraq araşdırılmamışdır.
28. Mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin qәrarının lәğvini şәrtlәndirәn aşağıdakı әsasların qeyd olunmasını zәruri hesab edir.
Inzibati icraat ilə bağlı
29. Apellyasiya mәhkәmәsi qәrarında Vergi Mәcәllәsinin 38.2-ci maddәsinә vә sәyyar vergi yoxlamasının dayandırılmasına vә uzadılmasına qarşı qeyd etmişdir ki, İddiaçı MMC barәsindә keçirilmiş yoxlama bu müddәti aşmış, qanuni әsas olmadan ümumilikdә 91 iş günü әrzindә hәyata keçirilmişdir. 19 dәfә yoxlamanın dayandırılması vә yenidәn bәrpa edilmәsi, yoxlamanın süni şәkildә uzadılmasına vә obyektivlik prinsipinin pozulmasına gәtirib çıxarmışdır. Belәliklә, yoxlama müddәtinin aşılması inzibati aktın hüquqi qüvvәsini şübhә altına almışdır.
30. Mәhkәmә kollegiyası qeyd edir ki, ilk növbәdә hazırkı iddia mübahisәlәndirmә haqqında iddia növünә aid olduğundan iddianın mahiyyәti üzrә qiymәtlәndirilmәsi zamanı, yәni inzibati aktın qanuniliyinә qiymәt verilәrkәn sahәvi qanunvericilik normalarının düzgün tәtbiq edilib-edilmәmәsi ilә yanaşı, inzibati icraat haqqında qanunvericiliyin tәlәblәrinin gözlәnilib-gözlәnilmәdiyi dә müәyyәn edilmәlidir. Başqa sözlә, iddianın әsaslılığının yoxlanılması çәrçivәsindә mәhkәmәlәr tәrәfindәn mübahisәlәndirilәn qәrarın (hәrәkәt vә ya hәrәkәtsizliyin) hәm formal-hüquqi, hәm dә maddi-hüquqi baxımdan qanunauyğunluğu yoxlanılır.
31. Bu zaman IPM-in 70.1-ci maddәsinin 2-ci cümlәsinin tәlәbi dә nәzәrә alınmalıdır. Hәmin normaya әsasәn, inzibati aktın qanuna zidd olduğu vә bunun nәticәsindә iddiaçının hüquqlarını pozduğu hallarda, mәhkәmә hәmin inzibati aktın (şikayәt instansiyasına inzibati şikayәt verildiyi hallarda isә, habelә şikayәt instansiyasının müvafiq qәrarının) lәğv edilmәsi barәdә qәrar qәbul edir. Inzibati akt qәbul edilәrkәn inzibati icraatın inzibati orqanın qәrarına tәsir edәn şәkildә pozulduğu hallarda da bu qayda tәtbiq olunur.
32. Göründüyü kimi, inzibati icraatın inzibati orqanın qәrarına tәsir edәn şәkildә pozulduğu hallarda inzibati akt digәr әsaslar üzrә yoxlanılmadan lәğv edilә bilәr. Hazırkı iş üzrә isә, işә baxan aşağı instansiya mәhkәmәlәri iddia tәlәbini tәmin edәrkәn vergi orqanı tәrәfindәn inzibati icraatın qaydalarının pozulmasına istinad etsә dә, qeyd etdiyi inzibati icraat pozuntularının mübahisәlәndirilәn qәrara tәsiri mәsәlәsini araşdırılmamışdır.
Səyyar vergi yoxlamasının mahiyyəti ilə bağlı
33. Işin hallarından müәyyәn olunur ki, iddiaçıya hesablanan vergi mәblәğinin әsasında onun istehsal hәcminin müәyyәn edilmәsi dayanır. Inzibati orqan istehsal hәcmini müәyyәn edәrkәn mütәxәssis rәyindәn istifadә etmişdir.
34. Apellyasiya instansiya mәhkәmәsi qeyd etmişdir ki, iddiaçı tәrәfindәn mәhkәmәyә tәqdim edilmiş audit rәyi vә mütәxәssis rәyi, "X4" tәrәfindәn verilmiş rәyin hüquqi vә texniki baxımdan düzgün olmadığını konkret әsaslarla tәsdiqlәmişdir.
35. Mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin hәmin qәnaәtini vә bununla bağlı istinad etdiyi hallara dair әsaslandırmalarını IPM-in 12.1, 12.2, 58.7 vә 82-ci maddәlәrinin tәlәblәrinә uyğun hesab etmir.
36. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi gәldiyi nәticәnin әsası kimi iddiaçının tәqdim etdiyi mütәxәssis rәyinә istinad edirsә, hәmin rәyi işdә olan digәr sübutlarla vә hәmçinin inzibati icraatda әldә edilmiş mütәxәssis rәyi ilә birlikdә tam vә hәrtәrәfli tәdqiq etmәli, rәydә göstәrilәn mәlumatlarla işdә olan digәr sübutetmә vasitәlәrindәki mәlumatlar arasında ziddiyyәtlәr olduğu halda, bu ziddiyyәtlәrin sәbәblәrini araşdırmalı, onlara qiymәt vermәli idi.
37. Mәhkәmә kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlardan da görünür ki, apellyasiya instansiyası mәhkәmәsi iddiaçının tәqdim etdiyi mütәxәssis rәyinin inzibati icraatda әldә edilmiş mütәxәssis rәyindәn üstün tutulduğunu qeyd etsә dә, bunu әsaslandırmamış, iddiaçının tәqdim etdiyi rәyin әsaslılığını sübut etmәmişdir.
38. Hәmçinin cavabdeh apellyasiya şikayәtindә işin qeyd olunan ziddiyyәtli hallarına diqqәt çәksә dә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin hәmin dәlilәrinә hәr hansı münasibәt bildirmәmiş, bu dәlillәri qәbul etmәmәsinin sәbәblәrini göstәrmәmiş, bununla bağlı qәnaәtini әsaslandırmamışdır.
39. Mәhkәmә kollegiyası qeyd edir ki, heç bir sübutun, o cümlәdәn mübahisә predmeti ilә bağlı keçirilmiş mütәxәssis rәylәrinin mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur, sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilmәlidir.
40. Bundan әlavә, apellyasiya instansiyası mәhkәmәsi qeyd etmişdir ki, vergi yoxlaması zamanı mütәxәssis kimi tәyin edilmiş şәxs yoxlama zamanı sahә üzrә xüsusi bilik vә ixtisasa malik olmamış, tәqdim etdiyi sertifikat (Alison kursu üzrә diplom) yoxlamadan 9 ay sonra әldә edilmişdir.
41. Iş materiallarından görünür ki, mütәxәssis ## ######## 2024-cü il tarixdә sertifikatını әldә etdiyindәn, tәqdim etdiyi mütәxәssis rәyi isә ## ######## 2024-cü il tarixdә olduğundan mütәxәssisin hәmin rәyi vermә sәlahiyyәti mövcud olmuşdur.
42. Hәmçinin apellyasiya instansiyası mәhkәmәsi qәrarda qeyd etmişdir ki, vergi orqanı tәrәfindәn tәqdim olunmuş mütәxәssis rәyi faktiki istehsal vә texnoloji zәrurәtlәr nәzәrә alınmadan ehtimal xarakterli yanaşmalarla tәrtib edilmişdir. Hesablamalar mәhsulun faktiki istehsalında istifadә olunan material silgilәri üzrә real istehsalat normalarına deyil, kataloq göstәricilәrinә vә tәxmini ölçülәrә әsaslanmışdır.
43. Mәhkәmә kollegiyası qeyd edir ki, iş materiallarında olan mütәxәssis rәyinә әsasәn hәr bir mәhsul üçün kataloqda olan ölçülәrdәn istifadә edәrәk mümkün lent istifadә miqdarı müәyyәn edilmişdir. Hәmçinin müәssisә tәrәfindәn reseptura tәqdim edilәrkәn lent sәrfiyyatı yazılmayan mәhsullar da olduğu müәyyәn edilmişdir. Lakin hәmin mәhsulların da lent xammalı üzrә sәrfiyyatlarının olduğu görüldüyü üçün müәssisә tәrәfindәn tәqdim olunmuş resepturalarda hәmin mallar üzrә lent sәrfiyyatı nәzәrә alınmasa da hesablama zamanı bu mәhsullara da lent istifadәsi hesablanmışdır.
44. Belә ki, iş materiallarında olan mütәxәssis rәyindәn görünür ki, kataloqda mövcud olan masalardan әn yüksәk sәrfiyyat olaraq “Ege” masaya hesablanmışdır. Kataloqda olmayan lakin satışı hәyata keçirilmiş bütün masalara “Ege” masaya hesablanmış sәrfiyyat olan 38.79 metr sәrfiyyat nәzәrә alınmışdır. Bu cür hesablama kataloqda olmayan bütün kateqoriyalara (dolab, termo, tumba, yataq, divan, kamod, masa vә s.) aid edilmişdir. Istehsal miqdarı hesablaması zamanı monitorinqi keçirilmiş mәhsullara sәrfiyyat monitorinq nәticәsinә әsasәn aparılmışdır. Monitorinq zamanı hazır mәhsullardakı (29 әdәd) faktiki lent miqdarları әsas götürüldüyü üçün itki miqdarı kәnarlaşmadan hazır mәhsula keçiddә vә digәr mәhsulların (520 әdәd) hesablamasında әn realdan daha yüksәk rәqәmdә itki götürülәrәk kompensasiya edilmişdir.
45. Göründüyü kimi, mütәxәssis tәrәfindәn mümkün olan hәr bir sәrfiyyat vә material silgilәri hesablanarkәn hazır mәhsulların istehsalında istifadә olunan lent xammalının sәrfiyyatı yuxarı hәddәn götürülmüşdür.
46. Bundan başqa mәhkәmә kollegiyası qeyd edir ki, inzibati icraatda әldә olunan vә iddiaçıya hesablanan vergi mәblәğinin tәmәli olan mütәxәssis rәyi ilә bağlı iş materiallarında ziddiyyәtli mәqamlar mövcud olduğundan apellyasiya instansiyası mәhkәmәsi әhәmiyyәt kәsb edәn bütün faktiki halları müәyyәn etmәk mәqsәdi ilә iş üzrә ekspertiza tәyin etmәli olmasına baxmayaraq bunu etmәmişdir.
47. Halbuki işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tәlәbinә әsasәn mәhkәmә proses iştirakçılarının izahatları, әrizә vә tәkliflәri ilә, onların tәqdim etdiklәri sübutlarla vә işdә olan digәr materiallarla kifayәtlәnmәyәrәk, mübahisәnin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli qiymәtlәndirilmәlidir. Bu onun xidmәti vәzifәsindәn irәli gәlir.
48. Obyektiv araşdırma prinsipinin mahiyyәtinә görә, iş üzrә araşdırmanın hәcmi, konkret işin hallarından asılı olaraq, hәr bir halda mәhkәmә tәrәfindәn xidmәti mövqeyinә görә müәyyәn olunmalı, iş üzrә düzgün qәrarın qәbul edilmәsi mәqsәdlәrinә xidmәt etmәli vә bunun üçün yetәrli olmalıdır. Bu baxımdan, hazırkı mübahisәyә münasibәtdә mәhkәmә iddiaçıya aid faktların vә digәr mübahisәli faktiki halların tәdqiq olunmasına yönәlmiş vә işin müәyyәn olunmuş hallarına uyğun obyektiv qәrar qәbul etmәyә imkan verәn hәcmdә araşdırma aparılmasını tәmin etmәli idi. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qeyd edilәn mәqsәdlәrә cavab verәn vә iş üzrә mövcud mübahisәli mәqamların aradan qaldırılmasını tәmin edәn hәcmdә araşdırma aparılmamışdır.
49. Odur ki, işә tәkrar baxılması zamanı apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu qәrarın әsaslandırma hissәsindә qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tәlәblәrinә uyğun olaraq araşdırılmalı vә müәyyәn edilmәlidir.
50. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәti qәrarın lәğvinin tәlәb edildiyi hissәdә tәmin edilmәli vә iş tәkrar baxılması üçün hәmin mәhkәmәyә göndәrilmәlidir.
51. Apellyasiya instansiyası mәhkәmәsinin qәrarı maddi vә prosessual hüquq normalarının tәlәblәrinin pozulması ilә qәbul edildiyindәn vә hәmin normaların tәlәblәrinin tәmin olunması üçün iş tәkrar apellyasiya baxışına göndәrilmәli olduğundan, şikayәt qalan hissәdә tәmin oluna bilmәz.
52. Göstәrilәnlәri nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, cavabdeh tәrәfindәn verilmiş kassasiya şikayәti qismәn tәmin olunmalı, apellyasiya instansiyası mәhkәmәsinin qәrarı lәğv edilmәli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması vә qiymәtlәndirilmәsi üçün tәkrar apellyasiya mәhkәmәsinә qaytarılmalı, kassasiya şikayәti qalan hissәdә tәmin olunmamalıdır.
53. Yuxarıda göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayәti qismәn tәmin edilsin. Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyasının 2 *(***)-****/**** nömrәli ## #### 2025-ci il tarixli qәrarı lәğv edilsin. Iş tәkrar baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilsin. kassasiya şikayәti qalan hissәdә tәmin olunmasın. Qәrar qәtidir.