Məhkəmə qərarları › İş №2-1(102)-3447/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3447/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3447/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, “qara mühasibatlıq” sənədləri əsasında vergilərin hesablanması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin “Səyyar vergi yoxlaması haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarından görünür ki, iddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: yanvar 2021 - dekabr 2023.

2. Cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorla, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 493.015,62 manat, ümumilikdə 1.879.499,60 manat vergilərin və icbari ödənişlərin azaldılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində və təqvim ayı ərzində verilmiş əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqları və təsisçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə (30.000 manat icazəli limit gözləməklə) Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsinə əsasən 186 377,69 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-cı maddəsinə əsasən 320,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

3. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-ü il tarixli **************** nömrəli qərarına əsasən vergi məsuliyyətinə cəlb edilən iddiaçıya 1.843.945,89 manat əlavə vergi, 1.256.589,32 manat maliyyə sanksiyası, habelə, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 320 manat maliyyə sanksiyası hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergiləri və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən iddiaçıya ümumilikdə 1843945,85 manat vergi və 1256589,32 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. Yoxlama dövründə iddiaçının əsas fəaliyyəti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər olmuşdur. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında çıxarılmış qərarın əsassız olması barədə cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı normativ hüquqi aktlara əsasən əsaslandırılmamışdır.

6. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarla ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəssisənin fəaliyyət göstərdiyi ünvanlarda müəssisəyə məxsus kompüterlərin yaddaşından götürülmüş 2020 - 2023-cü ilin 3-cü rübünə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, kağız daşıyıcılarında olan sənədlər, həmçinin bank və digər mənbələrdən əldə olunmuş sənədlər əsasında aparılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması üçün Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixli **************** nömrəli Tələbnamə ödəyiciyə təqdim edilmişdir. Tələbnaməyə əsasən yoxlamanın predmetinə aid ##.##.2021-cı il tarixdən ##.##.2023-cü il tarixədək olan dövrdə ilkin mühasibat sənədlərini, bağlanmış müqavilələri, VHF və E-VHF-ları barədə məlumatları, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğu halda lisenziyanın olub-olmaması barədə məlumatı, idxal-ixrac sənədləri, müəssisənin xidmət, anbar və satış obyektləri barədə məlumatları, bank və kassa sənədlərini, malların satışı və alınmasını təsdiq edən ilkin sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, vergilərin hesablanmasına aid digər ilkin sənədləri, Yük Gömrük bəyannamələrini, əsas vəsaitlərin alınması, tikilməsi və istismarı ilə əlaqədar sənədləri, Nəzarət kitabçası və digər zəruri sənədlərin yoxlamaya təqdim olunması tələb edilmişdir. Müəssisə ##.##.2023cü il tarixli operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş satış dövriyyələrinə aid sənədlərin olmadığını əsas gətirərək sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunmaması barədə ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir. Səyyar vergi yoxlaması zamanı cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, və ************** nömrəli “xxxx" qərarlarına əsasən müəssisəyə məxsus obyektlərdən götürülmüş elektron yaddaş qurğusunda olan dövriyyə, mal satışı hesabatları və sair fayllarda olan məlumatlardan, müəssisəyə məxsus obyektlərdən götürülmüş bloknot, dəftər, jurnal və kağız daşıyıcılarında olan məlumatlardan istifadə edilmişdir. İddiaçı yoxlama ilə əhatə olunan dövr ərzində ictimai iaşə fəaliyyəti ilə məşğul olmuş, bununla əlaqədar Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə uyğun 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmuş və vergi bəyannamələrini vergi orqanına vaxtında təqdim etmişdir. Cavabdeh tərəfindən vergi ödəyicisində ##.##.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron fayllarda olan “ASLANOVA AFİ OZSUT” qovluğunda olan->“1”alt qovluğunda->”logix” altqovluğunda olan: “##.##.2020-##.##.2020”, “##.##.2021- ##.##.2021”, “##.##.2022-##.##.2022”, “##.##.2023-##.##.2023” excel fayllarında 2021, 2022 və 2023-cü illərə aid olan satış əməliyyatlarını əks etdirən məlumatların araşdırılması zamanı faktiki satış dövriyyəsinin aşağı rəsmiləşdirilməsi müəyyən edilmiş və yoxlama ilə 1.161.316,92 manat sadələşdirilmiş verginin və sadələşdirilmiş vergi bəyannamələrində daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqları üzrə ödəmə mənbəyində tutulan verginin 108.554,85 manat olmaqla, ümumilikdə 1.269.871.77 manat azaldılması müəyyən edilmişdir. Müəssisənin sadələşdirilmiş vergi üzrə bəyannamə məlumatları: 2021-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 2.652.432,95 manat, bu dövriyyədən sadələşdirilmiş vergi 212.194,63 manat, VM-nin 218-1.2-ci maddəsinə əsasən azaldılan vergi 17.070,32 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 195.124,32 manat sadələşdirilmiş vergi hesablanmışdır. 2022-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 4.314.771,36 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 345.181,71 manat sadələşdirilmiş vergi hesablanmışdır. 2023-cü ildə malların (iş, xidmətlərin) təqdim edilməsi üzrə dövriyyə (kameral vergi yoxlaması ilə) 4.123.988,45 manat göstərilərək bu dövriyyədən 8 faiz dərəcə ilə 329.919,08 manat sadələşdirilmiş vergi hesablanmışdır. Müəssisə tərəfindən satış dövriyyəsi bəyannamədə tam əks etdirilməmiş və sadələşdirilmiş vergi düzgün hesablanmamışdır. Hazırkı yoxlama ilə müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə və eləcə də müəssisə tərəfindən təqdim edilmiş mühasibat sənədlərinə və elektron məlumat bazasına əsasən yoxlama ilə aşağıdakılar müəyyən edilmişdir: Cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli və ************** nömrəli “xxxx” qərarlarına əsasən müəssisəyə məxsus təsərrüfat subyektlərindən götürülmüş mühasibatlıq sənədləri (“ASLANOVA AFİ OZSUT” qovluğunda olan->“1”alt qovluğunda->”logix” altqovluğunda olan: “##.##.2020- ##.##.2020”, “##.##.2021-##.##.2021”, “##.##.2022-##.##.2022”, “##.##.2023- ##.##.2023” excel fayıllarında 2021, 2022 və 2023-cü illərə aid olan satış əməliyyatları) araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilərək götürülmüş və mühasibat uçotu sənədi kimi nəzərə alınmışdır. Səyyar vergi yoxlaması ilə 2021-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən dövriyyə 6.358.496,72 manat, 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi 508.679,74 manat, VM-nin 218-1.2-ci maddəsinə uyğun 33.729,22 manat azaldılan məbləğ nəzərə alınmaqla, büdcəyə hesablanan sadələşdirilmiş verginin məbləği 474.950,52 manat olduğu müəyyən edilmişdir. 2022-ci ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən dövriyyə 9.675.763,37 manat, 8 faiz dərəcə ilə büdcəyə hesablanan sadələşdirilmiş verginin məbləği 774.061,07 manat olduğu müəyyən edilmişdir. 2023-cü ildə malların (iş, xidmətlərin) təqdim edilməsindən dövriyyə 9.781.630,39 manat, 8 faiz dərəcə ilə büdcəyə hesablanan sadələşdirilmiş verginin məbləği 782.530,43 manat olduğu müəyyən edilmişdir. Nəticədə kameral və analoji qaydada hesablanmış məbləğlər nəzərə alınmaqla bəyannamə məlumatlarına əsasən müəssisə tərəfindən sadələşdirilmiş verginin 2021-ci ildə 279.826,20 manat, 2022-ci ildə 428.879,36 manat və 2023-cü ildə 452.611,35 manat olmaqla, cəmi 1.161.316,91 manat azaldılması müəyyən edilmişdir. Buna görə Vergi Məcəlləsinin 220.1-1-ci, 221.1-ci və 221.3-cü maddələrinə əsasən vergi ödəyicisinə əlavə olaraq 2021-2023-cü illər üzrə ümumilikdə azaldılmış 1.161.316,91 manat sadələşdirilmiş vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin azaldılmasına görə 580.658,45 manat (1.161.316,91 x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda səyyar vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannamələrində daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqları üzrə ödəmə mənbəyində tutulan vergi tam əks etdirilməmiş və ödəmə mənbəyində tutulan verginin düzgün hesablanmaması müəyyən edilmişdir. Baza məlumatlarına əsasən yoxlanılan dövrdə müəssisənin sadələşdirilmiş vergi bəyannamələri tərkibində daşınan və daşınmaz əmlak üçün fiziki şəxslər üzrə ödənilən icarə haqları üzrə ödəniş 888.455,95 manat və ödəmə mənbəyində tutulan vergi 124.383,83 manat göstərilmişdir. Səyyar vergi yoxlaması ilə cavabdehin ##.##.2023-cü il tarixli ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli, ************** nömrəli və ************** nömrəli “xxxx” qərarlarına əsasən müəssisəyə məxsus obyektlərdən götürülmüş sənədlər və elektron məlumatlar əsasında fiziki şəxslər Rüstəmova İnna Tofiq qızına (VÖEN 1400582912) və X1 (VÖEN 1600110362) daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqları üzrə ödənişin 1.665.679,91 manat və ödəmə mənbəyində tutulan verginin 233.195,19 manat olduğu müəyyən edilmişdir. Nəticədə bəyannamə məlumatları üzrə hesablanmış ödəmə mənbəyində tutulan vergi nəzərə alınmaqla yoxlanılan dövrdə ödəmə mənbəyində tutulan verginin 108.811,35 manat (233.195.19-124.383,83) azaldılması müəyyən edilmişdir. Buna görə yoxlama ilə Vergi Məcəlləsinin 124.1-ci və 124.4-cü maddələrinə əsasən vergi ödəyicisinə 2021-2023-cü illər üzrə ümumilikdə azaldılmış 108.811,35 manat ödəmə mənbəyində tutulan əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 54.405,67 manat (108.811,55 x 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Müəssisəyə məxsus təsərrüfat subyektlərində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron faylların “ASLANOVA AFİ OZSUT” qovluğunda olan “des”alt qovluğunda ”2022 əməkhaqqı” alt qovluğunda olan 2022-ci ilin əmək haqqı məlumatlarını əks etdirən, eləcə də “ASLANOVA AFİ OZSUT” qovluğunda olan “des”alt qovluğunda ”2023 əməkhaqqı” alt qovluğunda olan 2023-cü ilin əmək haqqı məlumatlarını əks etdirən excel faylların araşdırılması zamanı səyyar vergi yoxlaması ilə cəmiyyət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərə verilmiş əmək haqqı cədvəlləri üzrə Vergi Məcəlləsinin 1.4-cü, "Sosial sığorta haqqında" qanunun 14-cü, "İşsizlikdən sığorta haqqında" qanunun 9-cu maddələrinə əsasən 2022-ci ildə 272.033,80 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış sığorta haqlarına 136.016,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin qeyd edilən cədvəl məlumatları üzrə Vergi Məcəlləsinin 1.4cü, "Sosial sığorta haqqında" qanunun 14-cü, "İşsizlikdən sığorta haqqında" qanunun 9cu maddələrinə və "Tibbi sığorta haqqında" Qanunun 15-10, 15-11-ci maddələrinə əsasən 2023-cü ildə 220.981,81 manat məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən azaldılmış sığorta haqlarına 110.490,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək haqqının ödənilməsi barədə excel cədvəllərdəki işçilərin, vergi ödəyicisinin rəsmi işə qəbul etdiyi və Əmək və əhalinin sosial müdafiəsi bazasına işləyərək əmək müqaviləsi bildirişi əldə etdiyi işçilərlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən vergi ödəyicisində aparılan ##.##.2023-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı götürülmüş elektron faylların “PC HÜSEYN” qovluğunda olan->“Desctop”alt qovluğunda->”Sebuhi bey divident”, New folder” alt qovluğunda “Mərkəz kassa ##.##.2022-##.##.2023”, “ASLANOVA AFİ OZSUT” qovluğunda olan ->“1”alt qovluğunda->”Server” altqovluğunda ->“Desctop”alt qovluğunda olan: “##.##.2022-##.##.2023 mərkəz kassa” excel faylında, “PC HÜSEYN” qovluğunda olan->“Desctop”alt qovluğunda->”PAPKALAR”- “2019-2021” alt qovluğunda “MZ 2021” excel faylında olan, “PC HÜSEYN” qovluğunda olan->“Desctop”-> alt qovluğunda “İLLİK MZ 2022” excel faylında olan və “PC HÜSEYN” qovluğunda olan ->“Desctop”alt qovluğunda->”kassa ##.##.2023-##.##.2023”- alt qovluğunda divident və icarə haqqı ödənişlərini əks etdirən excel faylların araşdırılması zamanı ümumilikdə təsisçilərə 1.163.557,0 manat məbləğində (X9 188.719,0 manat, İsmayılov Səbuhi Vaqif oğlu 398.800,0 manat, X4 576.038,0 manat) divident ödənişi edildiyi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Məcəllənin qeyd olunan maddəsinə əsasən ödənilən dividenddən 10 faiz dərəcə ilə 116.355,70 manat məbləğində ödəmə mənbəyində vergi hesablanmışdır. Digər tərəfdən icarə haqqından ödəmə mənbəyində tutulan verginin 256,51 manat az hesablanması müəyyən edilmişdir. Nəticədə ümumilikdə ÖMV bəyannamələri üzrə 116.612,21 manat ödəmə mənbəyində tutulan verginin azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin azaldılmasına görə 58.306,11 manat (116.612,21 x 50%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Nəticə olaraq yoxlanılan dövrdə sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorta, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 493.015,62 manat, ümumilikdə 1.879.499,60 manat vergilərin və icbari ödənişlərin azaldılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunmuş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində, təqvim ayı ərzində verilmiş əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqqları və təsisçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə (30.000,0 manat icazəli limit gözlənilməklə) Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 186.377,69 manat və hesabatların (arayışların) vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320,0 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar iddiaçıya məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satış həyata keçirdiyi digər şəxslərin adları, satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ##.##.2024-cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı elektron fayllarda olan məlumatları (qara mühasibatlıq sənədlərini) əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərinə əsasən vergi orqanı vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Qanuna və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, qanunvericiliyin tələblərini pozaraq mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə etmişdir ki, bu da nəticədə iddiaçıya əsassız və qanunsuz əlavə vergi məbləğinin hesablanmasına əsas olmuşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər R.Səmədov – məruzəçi, K.Əkbərov və O.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Yoxlamanın təyin olunması barədə qərar ##.##.2024-cü il tarixdə qəbul olunduğundan yuxarıda qeyd olunan maddi hüquq normasına əsasən 2021ci ilin yanvar, fevral və mart ayları üçün səyyar vergi yoxlaması keçirilə bilməzdi. Eyni zamanda, mübahisələndirilən qərar ilə 2021-ci ilin yanvar-mart ayları və yaxud 2021-ci ilin İ rübü üzrə 35.553,71 manat sadələşdirilmiş vergi məbləği və həmin məbləğin 50%-i həcmində maliyyə sanksiyası tətbiq edilmişdir ki, bu da Vergi Məcəlləsinin 56-cı və 85.4cü maddəsinə uyğun deyil. İş materiallarına əlavə edilmiş yaddaş kartında olan məlumatlara məhkəmə kollegiyası tərəfindən baxılaraq müəyyən edilmişdir ki, “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan “##.##.2020-##.##.2020”, “##.##.2021- ##.##.2021”, “##.##.2022-##.##.2022”, “##.##.2023-##.##.2023” excel fayllarında olan məlumatlarla hesablanmış vergi məbləğləri arasında kəskin ziddiyyət mövcuddur. Hətta 2023-cü ilin 4-cü rübünə aid hər hansı məlumat mövcud olmadığı halda 2023-cü ilin 4-cü rübü üzrə hansı məlumat əsasında vergi məbləğinin hesablanması anlaşılan deyil. Həmçinin, yaddaş kartında olan məlumatlara baxış keçirərkən məlum olur ki, səyyar vergi yoxlaması aktında qeyd olunan və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)nın müqayisəli cədvəlində azaldılmış məbləğ olaraq qeyd edilən 493.015,62 manat icbari ödənişlər “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan excel fayllarındakı məlumatlarla ziddiyyət təşkil edir. Belə ki, həmin fayllarda olan məlumatlar əsasında icbari ödənişlərin hesablamasında belə riyazı yanlışlıqların olması məlumatların həqiqiliyini də şübhə altına alır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində Vergi Məcəlləsinin 67.1, 67.1.9, 67.14, 83.2.4 və 83.9cu maddələrinə,

14. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 24.4 və 67.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 88 və 220.4-cü maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 4. Aidiyyət 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar … 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: … 13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: … 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; … Maddə 36. Vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. … Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. … 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: … 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; … Maddə 42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. 42.4. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir. Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir. 43.2.1. Səyyar vergi yoxlaması zamanı nümunə kimi əşyalar aşağıdakı məqsədlər üçün götürülür: 43.2.1.1. gəlirdən çıxılan xərclərə aid edilən malların (işlərin, xidmətlərin) dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəriciləri ilə uyğunluğunun yoxlanılması; 43.2.1.2. malların (işlərin, xidmətlərin) təqdim olunmasından əldə edilən və uçota alınan gəlirin həmin malların (işlərin, xidmətlərin) fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəricilərinə uyğunluğunun yoxlanılması; 43.2.1.3. malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin müəyyənləşdirilməsi; 43.2.1.4. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, məcburi nişanlama ilə nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi; 43.2.1.5. vergi qanunvericiliyinin pozulmasının sübut edilməsi məqsədi ilə əşyaların nümunə kimi götürülməsi zəruri olan digər hallarda. 43.2.2. Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə bu Məcəllənin 43.2-ci maddəsində müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir. Həmin məlumatda əşyaların nümunə kimi götürülməsi əsaslandırılmalıdır. 43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir. 43.3. Sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. 43.4. Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. 43.11. Vergi ödəyicisi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları təqdim etmədiyi, bu Məcəllənin 16.1.6-cı maddəsində göstərilən elektron daşıyıcıda, uçot bazalarında və sistemlərində olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmadığı və ya həmin sistemlərdə olan məlumatlar vergi orqanının tələbi ilə təqdim edilmədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi və ya həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasının təmin edilməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. … 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində … Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: … 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması 122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur. (Qeyd: # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## ###### 2023-cü il, “Azərbaycan” qəzeti, ## ###### 2023-cü il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № **, İ kitab, maddə 1608) ilə 122.1ci maddədə “10” rəqəmləri “5” rəqəmi ilə əvəz edilmişdir.) Maddə 124. Ödəmə mənbəyində icarə (kirayə) haqlarından və royaltidən vergi tutulması 124.1. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. … 124.4. Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi … 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POSterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il ######ın #-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. …

18. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun təyinatı 1.1.Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir. ... Maddə 2. Əsas anlayışlar 2.1. Bu qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ##.##.2017сi il tarixli,

19. Q-** nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”: 2.1.14. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir; 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. İddiaçının hüquqi marağı cavabdeh vergi orqanının keçirdiyi növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvidir.

25. Cavabdeh həmin qərarla hesab etmişdir ki, sadələşdirilmiş verginin 1.269.871,77 manat, ÖMV-nin 116.612,21 manat və işsizlikdən sığorla, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının 493.015,62 manat, ümumilikdə 1.879.499.60 manat vergilərin və icbari ödənişlərin azaldılması, 4,72 manat artıq hesablanması və nəticədə 1.879.494,88 manat vergilərin və icbari ödənişlərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən olunur və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 939.749,82 manat məbləğində və təqvim ayı ərzində verilmiş əmək haqqı hesablaşmaları üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 147.918,66 manat, fiziki şəxslərə ödənilmiş icarə haqqları və təsisçilərə ödənilmiş divident gəlirləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə (30.000 manat icazəli limit gözləməklə) Vergi Məcəlləsinin 58.7-1-cı maddəsinə əsasən 186.377,69 manat və hesabatların vaxtında təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 320.0 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Nəticədə iddiaçıya ümumilikdə 1.843.945,85 manat əlavə vergi və 1.256.589,32 manat maliyyə sanksiyası hesablanmışdır.

26. Vergi yoxlaması cavabdehin ##.##.2023-cü il tarixli qərarı əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının fəaliyyət göstərdiyi ünvanlarda “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən ona məxsus kompüterlərin yaddaşından götürülmüş 2020-2023-cü ilin 3-cü rübünə aid olan satış dövriyyələrini əks etdirən hesabatlar, kağız daşıyıcılarda olan sənədlər əsasında aparılmış, yoxlama nəticəsində həmin məlumatlara əsasən müəyyən edilmiş dövriyyə əsasında iddiaçıya əlavə vergilər və maliyyə sanksiyası hesablanmışdır.

27. İddiaçının mövqeyinə görə ona elektron daşıyıcılarda olan məlumatlara (“qara mühasibatlıq” sənədlərinə) əsasən vergilərin hesablanması qanunsuzdur. Cavabdeh mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran, eyni zamanda heç bir halda təsdiqini tapmayan hansısa elektron daşıyıcı məlumatlarından istifadə etmişdir. “Mühasibat uçotu haqqında” Qanunun 2-ci maddəsinin, sənədlərin götürülməsi barədə Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbi pozulmuş, cavabdeh tərəfindən məlumatlar götürülərkən sənədləşmə düzgün aparılmamış, protokollar tam və dolğun tərtib edilməmiş, bunla bağlı foto və video çəkiliş edilməmiş, sənədlərin hansı otaqdan, hansı vəzifəni daşıyan şəxsin iş masasında olan kompüterdən götürülməsi göstərilməmiş, kompüter mütəxəssisi cəlb edilməmiş, işin nəticəsində maraqlı ola biləcək vergi orqanı əməkdaşı mütəxəssis qismində cəlb edilmiş, köçürmədən əvvəl portativ daşıyıcının yeni, istifadə edilməmiş və boş olması iştirakçılara nümayiş etdirilməmiş, eləcə də portativ daşıyıcının modeli, sayı və həcmi, portativ daşıyıcıya köçürülmüş qovluq və faylların sayı, həcmi müvafiq protokolda dolğun əks etdirilməmişdir.

28. İşə baxan apellyasiya məhkəməsi “qara mühasibatlıq” sənədləri əsasında verginin hesablanmasının yolverilməzliyi barədə nəticəyə gəlmiş, həmin sənədlərin iddiaçıya aidiyyəti ilə bağlı məsələyə qiymət verərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş yaddaş kartında olan məlumatlara baxılaraq müəyyən edilmişdir ki, “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan “##.##.2020-##.##.2020”, “##.##.2021-##.##.2021”, “##.##.2022-##.##.2022”, “##.##.2023-##.##.2023” excel fayllarında olan məlumatlarla hesablanmış vergi məbləğləri arasında kəskin ziddiyyət mövcuddur. Hətta 2023-cü ilin 4cü rübünə aid hər hansı məlumat mövcud olmadığı halda 2023-cü ilin 4-cü rübü üzrə hansı məlumat əsasında vergi məbləğinin hesablanması anlaşılan deyil. Həmçinin, məhkəmə kollegiyası tərəfindən həmin yaddaş kartında olan məlumatlara baxış keçirərkən məlum olur ki, səyyar vergi yoxlaması aktında qeyd olunan və muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)nın müqayisəli cədvəlində azaldılmış məbləğ olaraq qeyd edilən 493.015,62 manat icbari ödənişlər “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan excel fayllarındakı məlumatlarla ziddiyyət təşkil edir. Belə ki, həmin fayllarda olan məlumatlar əsasında icbari ödənişlərin hesablamasında belə riyazı yanlışlıqların olması məlumatların həqiqiliyini də şübhə altına alır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlara istinad olunaraq səyyar vergi yoxlaması ilə əlavə vergi və icbari ödənişlər üzrə hesablama aparılan zaman həm bəzi hesabat dövlərinə aid məlumat olmadan belə hesablamalar həyata keçirilmiş, həm də fayllarda olan məlumatlara istinad edilərək riyazi hesablamalarda səhvlər olduğundan mübahisələndiriən qərar ilə əlavə vergi və icbari ödənişlərin hesablanması, eyni zamanda maliyyə sanksiyasının tətbiqi əsassızdır.

29. Məhkəmə kollegiyası yuxarıda göstərilən tələblər çərçivəsində qanunvericiliyə uyğun hüquqi qiymətləndirmə apararaq, həmin məlumatların iddiaçıya aidiyyəti ilə bağlı apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmayaraq qeyd edir ki, # ###### 2023-cü il tarixli qərar əsasında operativ vergi nəzarəti iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən ofisdə həyata keçirilmiş, # ###### 2023-cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən iddiaçının direktoru R.T.Əzməmmədovun iştirakı ilə direktorun əmrindən çıxarış, 29 ədəd kitabça, dövriyyə cədvəli 1 ədəd, 2 ədəd qara rəngli 12 və 32 6 g-vq flaşda ümumi 15,52 66 elektron məlumat təqdim edilmiş, protokol həm də R.Əzməmmədov tərəfindən imzalanmışdır (1ci cild, səh. 177-178).

30. Bundan başqa, eyni tarixli ikinci aktda da iddiaçının direktoru R.Əzməmmədov və baş mühasibi H.Məmmədovanın iştirakı ilə onlara məxsus kompüterdən məlumatların flaşkart vasitəsilə götürüldüyü təsdiqini tapmış, həmin şəxslər aktı imzalamışlar (1-ci cild, səh. 179).

31. Göründüyü kimi, iddiaçının ofisində müstəqil icra edilmiş nəzarət tədbirləri nəticəsində tərtib olunmuş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollar iddiaçının direktoru və baş mühasibi tərəfindən imzalanmış, onların götürülmüş məlumatlarla bağlı hər hansı iradı və qeydi olmamışdır. İşin 1-ci cild 96-cı səhifəsində olan flaşkartda olan video kadrlardan görünür ki, iddiaçıya məxsus kompüterdəki məlumatların flaşkarta ötürülmə əməliyyatı foto və videoçəkilişlə həyata keçirilmiş, bu zaman da iddiaçının direktorunun və baş mühasibinin hər hansı qeydi və iradı olmamışdır.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı nə vergi yoxlaması dövründə, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında kompütetlərin və götürülən məlumatların onlara məxsus olmaması barədə heç bir etiraz bildirməmişlər.

33. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, götürülmüş elektron daşıyıcılarda olan məlumatların iddiaçıya aidiyyəti hər hansı şübhə (mübahisə) doğurmur.

34. Vergi qanunvericiliyinə görə vergi ödəyicisi vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan elektron daşıyıcılarda olan məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vəzifəsi daşıyır (Vergi Məcəlləsinin 16.1.6-cı maddəsi). Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir (42.1-ci maddə, dördüncü bənd). Vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır (67.1.9-cu maddə). Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır (83.2.4-cü maddə).

35. Qanunvericiliyə əsasən, oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının mövqeyi belə olmuşdur ki, “qara mühasibatlıq” sənədləri yalnız o halda vergi orqanı tərəfindən vergilərin hesablanması üçün əsas kimi qəbul edilə bilər ki, həmin sənədlərin konkret olaraq vergi ödəyicisinə aidiyyəti müəyyən və təsdiq olunmuş olsun, məzmun etibarilə isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı real əməliyyatları (alış, satış, ödənişlər və tərəf subyektlər daxil olmaqla) və bu əməliyyatların predmetini, həcmini və dəyərini aydın və inandırıcı şəkildə müəyyən etməyə imkan verən yetərli və ağlabatan məlumatları əks etdirsin. İddiaçıya məxsus kompüterdə olan məlumatlar əsasında dövriyyənin və ona müvafiq olaraq vergi məbləğinin müəyyən olunması istisna olunmur. Lakin həmin məlumatların iddiaçıya aidiyyəti ilə yanaşı, mötəbərliyi, mübahisə olunan dövr və vergi tədiyyəsi ilə bağlı olması şübhə doğurmamalıdır.

36. Məhkəmə kollegiyası “qara mühasibatlıq” sənədlərinin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə uyğunluğunun yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir.

37. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər.

38. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir.

39. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi cavabdeh tərəfindən vergilərin hesablanması zamanı istifadə olunmuş sənədləri sadalanan tələblər baxımından yoxlamamışdır.

41. Apellyasiya məhkəməsi iddiaçıdan götürülən məlumatların mübahisə olunan dövrlərlə və mübahisə olunan vergi tədiyyəsi ilə bağlı məzmun və yetərlilik baxımından kifayət qədər ətraflı araşdırma aparmamış, tərəflərin münasibətini öyrənməmişdir.

42. Həm yoxlanılan hər il (2021-ci il, 2022-ci il və 2023-cü ilin yoxlanılan dövrü) üzrə, həm də hesablanmış hər vergi tədiyyəsi (sadələşdirilmiş vergi, divident və icarə haqqı üzrə ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, yalnız maliyyə sanksiyasının tətbiqi və s.) üzrə əlavə vergi məbləğinin (maliyyə sanksiyasının) hesablanmasına əsas olan məlumatlar ayrıayrılıqda flaşkartdan kağız daşıyıcıda çıxarılaraq işə əlavə edilməmiş, bununla bağlı cavabdehin dəlilləri, əlavə verginin hesablanmasına əsas olan cavabdehin istinad etdiyi həmin məlumatlarla bağlı iddiaçının dəlilləri öyrənilməmiş və həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Yəni hər il (rüb) və hər vergi növünə görə hansı məlumatlara əsasında vergi məbləğinin hesablanması, dövriyyə (satış) məbləğinin və azaldılmış verginin konkret olaraq hansı mötəbər məlumatlar əsasında və necə hesablanması, qeyd edilənlərin hər biri ilə bağlı hesablanmış məbləğin (necə) yaranması əsasları müəyyən edilməmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məlumatların iddiaçıya aidiyyəti təsdiq olunsa da, həmin məlumatların iddiaçıya əlavə vergi hesablanması üçün məzmun və yetərlilik meyarlarına cavab verməsi, iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilmiş real əməliyyatlar barədə sistemli və ağlabatan məlumatları əks etdirməsi və vergi orqanı tərəfindən konkret hesabat dövrləri üzrə vergitutma bazasının formalaşdırılması üçün əsas kimi qəbul olunması apelyasiya məhkəməsi tərəfindən yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğun ətraflı araşdırılıb hüquqi qiymət verilməmişdir.

44. İddiaçı barəsində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar ## ##### 2024-cü il tarixdə qəbul edilmişdir. Qərarda yoxlama ilə əhatə olunan vergi dövrü yanvar 2021-dekabr 2023 qeyd edilmişdir.

45. İddiaçının əlavə vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin # ###### 2024-cü il tarixli qərarına görə iddiaçı bəzi vergi tədiyyələri üzrə 2021-ci il üzrə bütövlükdə vergi məsuliyyətinə cəlb edilmişdir.

46. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

47. Vergi Məcəlləsinin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

48. Apellyasiya məhkəməsi təkrar işə baxarkən iddiaçı barəsində konkret vergi tədiyyələri üzrə səyyar vergi yoxlaması aparıb vergi məsuliyyətinə cəlb edərkən yoxlama ilə əhatə olunan vergi dövrləri ilə bağlı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 36.3 və 221.2-ci maddələrinin tələblərinə əməl etməsi vəziyyətini ətraflı yoxlamamışdır.

49. Bundan başqa, apelyasiya məhkəməsi qərarında “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan “##.##.2020-##.##.2020”, “##.##.2021-##.##.2021”, “##.##.2022- ##.##.2022”, “##.##.2023-##.##.2023” excel fayllarında olan məlumatlarla hesablanmış vergi məbləğləri arasında, eləcə də səyyar vergi yoxlaması aktında qeyd olunan muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)nın müqayisəli cədvəlində azaldılmış məbləğ olaraq qeyd edilən 493.015,62 manat icbari ödənişlər “ASLANOVA AFİ ÖZSUT” qovluğunda olan excel fayllarındakı məlumatlarla ziddiyyət təşkil etdiyini bildirmiş, ziddiyyətin nədən ibarət olmasını göstərməmiş, habelə ziddiyyət hesab etdiyi hallarla bağlı araşdırma aparıb hüquqi qiymət verməmişdir.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təsisçinin müəssisəyə verdiyi borc məbləğlərinə bank faizləri tətbiq etməklə ödəmə mənbəyində vergilərin hesablanması ilə bağlı artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır və bu təcrübədə əks olunan hüquqi mövqe ondan ibarətdir ki, bu qəbildən olan işlərdə kredit və ya digər formada pul vəsaitlərinin verilməsinin təsisçinin fəaliyyət istiqamətinə daxil olmaması (yəni onun bank təşkilatı və ya BOKT olmaması) və bu vəsaitlərin verilməsinin məqsədi nəzərə alınmalıdır. Sadalanan xüsusatların qiymətləndirilməsi həmin pul vəsaitlərinin faizlə verilən borc məbləğlərinə aid edilməsini, eləcə də pul vəsaitlərinin hərəkəti üzrə təsisçinin mənfəət əldə etməsi ehtimalını aradan qaldırır. Cavabdeh inzibati orqan isə təsisçinin iddiaçıya həm borc verməsini, həm də təsisçinin verdiyi həmin borc vəsaitlərindən faizlər üzrə gəlir əldə etməsini konkret sübutlara söykənmədən, ehtimal olunan hallarla əsaslandırmaqla kifayətlənir. Odur ki, cəmiyyətin təsisçisinin yalnız müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə müəssisənin gəlir əldə etməsi iş üzrə sübuta yetirildiyi halda həmin borcun qaytarılmasının ÖMV-yə cəlb edilməsi qanuni hesab edilə bilər.

51. Kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar