Məhkəmə qərarları › İş №2-1(102)-3448/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3448/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3448/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, əsaslandırılmış apellyasiya şikayəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 17.12.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı Cavabdehə qarşı icra sənədinin dayandırılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 21(103)-2120/20 19 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli icra sənədinin dayandırılması haqqında məhkəməyə təqdimat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1459/2019 saylı, 01 iyul 2019-cu il tarixli qərardadı ilə (hakim - R.M.Daşdəmirov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 2-1(103)-2120/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər - H.Ü.Həmidov və V.Ə.Baxışova) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1459/2019 saylı, 01 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh “İcra haqqında” Qanunun tələbini pozaraq iddia ərizəsinə baxılıb qurta ranadək icra sənədi üzrə icraatı dayandırmalı olduğu halda, icraatı dayandırmamışdır.İddia ərizəsində tələb əsaslandırılmışdı və apellyasiya şikayətində yol verilmiş nöqsanlara münasibət bildirilməsi xahiş edilmişdi. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qəradadı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsaslandırılmadığına istinadla şikayəti qeyri-mümkün saymışdır. İnzibati Prosessual Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (q ərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsində isə təsbit edilmişdir ki, şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. İşin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərkən yalnızca ümumi qaydada bir cümlə ilə iddiasının əsaslı olduğunu və təmin edilməli olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi işi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin etmiş və əsaslandırılmış apellyasiya şikayətinin təqdim olunması üçün iddiaçıya 30 gün vaxt vermişdir. Lakin iddiaçı həmin müddətlər daxilində də əsaslandırılmış apellyasiya şikayəti verməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilərkən şikayətin əsaslandırılmış olmasına dair İPM-də təsbit edilmiş normalar elə bir əsaslandırma tələb edir ki, şikayətdən iddiaçının birinci instansiya məhkəməsinin qərarını nəyə görə qanunsuz və əsassız hesab etdiyini müəyyən etmək mümkün olsun. Sözsüz ki, bu zaman şikayət verənin mövqeyi işin halları ilə əlaqələndirilməli, eləcə də müvafiq maddi və prosessual hüquq normalarına istinadlar edilməlidir. Şikayətin əsaslandırılmış olmasına dair tələb heç bir halda belə qəbul edilə bilməz ki, şikayətin dəlilləri məhkəmənin qəbul etdiyi və son nəticədə birinci instansiya məhkəməsinin qərarının və ya qərardadının ləğvinə gətirib çıxaran dərəcədə əsaslı dəlillər olmalıdırlar. Əgər şikayətdə mübahisə predmeti nəzərə alınmaqla əlaqədar normativ hüquqi aktlara istinadla onların düzgün tətbiq edilmədiyi göstərilmişdirsə, apellyasiya şikayətinin əsaslandırılması baxımından həmin şikayət lazımi qaydada əsaslandırılmış şikayət kimi qəbul edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətdə yalnızca ümumi qaydada bir cümlə ilə iddianın əsaslı olduğu və təmin edilməli olduğu bildirilmiş, birinci instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının qanunsuzluğu və əsassızlığı ilə bağlı hər hansı əsaslandırma əks olunmamış, eləcə də hər hansı maddi və prosessual hüquq normasına istinad olunmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən qanunsuz qərar qəbul edildiyinin bildirilməsi, eləcə də ümumi qaydada iddianın əsaslı olduğunun göstərilməsi şikayətin əsaslandırılmış olduğu anlamına gəlməz. Şikayətdə qanunsuzluğun nədən ibarət olduğu konkret şəkildə bildirməli, həmçinin işin halları ilə əlaqələndirməklə məhkəmənin yol verdiyi maddi və prosessual hüquq normalarının pozuntularının nələrdə ifadə olunduğuna dair mövqe aydın şəkildə təsvir edilməlidir. Göstərilən mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini lazımi qaydada əsaslandırılmış şikayət hesab etməməkdə apellyasiya məhkəməsi haqlı olmuş, prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi həmçinin İPM-in 87.4-cü maddəsinə də əməl edərək şikayəti qeyri-mümkün saymadan əvvəl idd iaçıya zəruri hüquqi yardım etmiş, 05 avqust 2019-cu il tarixli bildiriş göndərməklə yol verilmiş pozuntunu konkret göstərməklə onun aradan qaldırılması üçün kifayət qədər müddət verərək dinlənilmə hüququnun təminatlarına riayət etmişdir. Lakin iddiaçı sərəncamında kifayət qədər vaxt olmasına baxmayaraq yenə də əsaslandırılmış apellyasiya şikayəti verməmişdir. İPM-in 87.4-cü maddəsinə görə apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-2120/2019 saylı iş üzrə 10 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar