Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-345/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı 1995-ci ildə «Yujdaq» İnstitutuna müalicə işi üzrə daxil olmuş və 2001-ci il tarixdə təhsilini əyani formada bitirmiş, bununla bağlı ona 29.06.2001-ci il tarixli XXX ****** nömrəli diplom verilmişdir. Bundan sonra Rusiya Federasiyası Səhiyyə Nazirliyi tərəfindən *** nömrəli, 10 oktyabr 2002-ci il tarixli vəsiqə (interna) təqdim edilmişdir. Diplomun tanınması üçün cavabdehə müraciət etmiş və sonuncudan 02.09.2017-ci il tarixdə rəsmi qaydada aldığı cavab məktubu ilə ona diplomun tanınmasından imtina olunmuşdur. İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, Rusiya Federasiyası Dərbənd şəhəri, Dağıstan Respublikası «Yujdaq» İnstitutu tərəfindən verilmiş 29 iyun 2001-ci il tarixli, XXX **** nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Təhsil Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirli yinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-265/2018 saylı 06 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı Iddiaçı iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı «Yujdaq» İnstitutunda «Müalicə işi» ixtisasının 1998-ci ildən dövlət akkreditasiyası mövcud olmamışdır. «Həştərxan Dövlət Tibb Akademiyasının «Müalicə» fakultəsinin «Yujdaq» Universitetinin bazasında yaradılmış filialı barədə Əsasnamə»dən də görünür ki, 08.05.1998-ci il tarixdə onlar arasında bağlanmış müqaviləyə əsasən III və IV kurs tələbələri təqdim olunmuş sənədlər əsasında Həştərxan Dövlət Tibb Universitetinə köçürülürlər. Lakin iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, 1995-ci ildə Yujdaq institutuna daxil olub 1998-ci ildə II kursu bitirən iddiaçının nə Həştərxan Dövlət Tibb Akademiyasına, nə də ki, cavabdehin qeyd etdiyi kimi Dağıstan Dövlət Universitetinə, nə də ki, Dağıstan Tibb Universitetinə köçürülməsi baş verməmiş və «Yujdaq» İnsttitu tərəfindən ona 2001ci ildə «Müalicə işi» ixtisası üzrə diplom verilmişdir. Beləliklə, iddiaçının «Yujdaq» institutunda qanuni əsaslarla 5 illik əyani təhsil formasında ali təhsil alması müəyyən olunmur. Belə olan halda, onun həmin institutunda «Müalicə işi» ixtisası üzrə aldığı təhsil Azərbaycan Respublikasının təhsil standartlarına uyğun hesab oluna bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassas iya şikayətində ona istinad etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivale ntlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Kassator “Xarici dövlə tlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğuna görə işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Vəkil və nümayəndəsi Nüma yəndə kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı Iddiaçı 1995-ci ildə «Yujdaq» İnstitutuna müalicə işi üzrə daxil olmuş və 2001-ci il tarixdə təhsilini əyani formada bitirmiş, bununla bağlı ona 29.06.2001-ci i l tarixli XXX ******nömrəli diplom verilmişdir. Bundan sonra Rusiya Federasiyası Səhiyyə Nazirliyi tərəfindən *** nömrəli, 10 oktyabr 2002-ci il tarixli vəsiqə (interna) təqdim edilmişdir. «T.Şevçenko adına Kiyev Dövlət Universiteti tərəfindən 1992-ci ildə Dərbənd şəhərində Şimali Qafqaz filialı açılmış, sonradan həmin filial Rusiya Federasiyasının ümumi və peşə təhsili müəssisələri Nazirliyinin 14.04.1999-cu il tarixli, 996 №-li əmri ilə «Yujdaq» institutu adlandırılmış və 25.06.2005-ci ilədək təhsil fəaliyyəti ilə məşğul olması üçün **-*** seriyalı XX-***saylı lisenziya verilmişdir…» Həmçinin, Akkreditasiya haqqında **-*** №-li, 24.03.2000-ci il tarixli şəhadətnaməyə əsasən İnstitutda aşağıdakı təhsil proqramları akkreditasiya olunmuşdur: Biologiya (kod 011600), «Hüquqşünaslıq» (kod: 021 100), «Bədən tərbiyəsi və idman (022300), «Maliyyə və kredit» (060400), «Mühasibat uçotu və audit» (060500), «Avtomobil və avtomobil təsərrüfatı (150200), «Yol hərəkətinin təşkili (240400).» «Həştərxan Dövlət Tibb Akademiyasının «Müalicə» fakültəsinin «Yujdaq» Universitetinin bazasında yaradılmış filialı barədə Əsasnamə»yə əsasən, 08.05.1998-ci il tarixdə onlar arasında bağlanmış müqaviləyə əsasən III və IV kurs tələbələri təqdim olunmuş sənədlər əsasında Həştərxan Dövlət Tibb Universitetinə köçürülürlər. İddiaçının təqdim etdiyi sənədlərlə onun 1995-ci ildə Yujdaq institutuna daxil olub 1998-ci ildə II kursu bitirən iddiaçının nə Həştərxan Dövlət Tibb Akademiyasına, nə də ki, cavabdehin qeyd etdiyi kimi Dağıstan Dövlət Universitetinə, nə də ki, Dağıstan Tibb Universitetinə köçürülməsi ö z təsdiqini tapmamışdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Azərbaycan Respublikası və Rusiya Federasiyası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikd ə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tan ınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə al ınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İxtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların II hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların III hissəsində nizamlanmışdır. İddiaçının bildirdiyi kimi, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin: - 1-c i bəndinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur; 2-ci bəndinə əsasən, bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur. Bu iki müddəaların mənasından bəlli olur ki, Rusiya Federasiyasında verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: ali təhsil müəssisəsi Rusiya Federasiyasında dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətində ifadə edilmiş ümumi olan o fikirlə razılaşmır ki, diplomun yalnız Rusiya Federasiyasının ali təhsil müəssisə tərəfindən verilməsi biliyin təkrarən qiymətləndirilməsini istisna edir və hər bir halda tanınmalıdır, çünki müəyyən edilmiş prosedurlar çərçivəsində diplomun təhsil müddətinə və məzmununa uyğunluğunun yoxlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, istinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı aşağı instnasiya məhkəmələrin apardığı araşdırma ilə cavabdehin bildirişinin əsasının düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olmuşdur. Diplomun tanınması ilə bağlı Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, iddiaçının bitirdiyi və tanınması xahiş olunan diplom Rusiya Federasiyasının dövlət qeydiyyatına alınmış ali təhsil müəssisə tərəfindən verilsə də, lakin ixtisas üzrə iddiaçı daha əvvəl təhsilini dövlət qeydiyyatından keçməmiş təhsil müəssisəsində almışdır. Bu hal isə artıq o nəticəyə gəlmək üçün əsas yaradır ki, iddiaçının diplomunun tanınması yalnız istinad edilmiş Sazişin 1 və 2-ci maddələrinə əsasən mümkün deyildir. Beləliklə də, müəyyən olunur ki, cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddia tələbinin əsaslı olduğunu təkzib edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübut a yetirilir. Belə olan halda, cavabdehin diplomun tanınmasından imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1817/2018 saylı 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-345/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-345/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver