Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-345/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: İİ qrup əlilliyə görə pensiyaya 77 manat əlavənin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı X4, vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin v əkili Vəkil iştirakıilə, İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1919/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx 1973-cü ildə Laçın rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi səbəbindən ömürlük ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı hərbi biletə əsasən 20 aprel 1973-cü ildən 11 yanvar 1995-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı 15 noyabr 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, 21 noyabr 2018-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, “iddiaçıya ikinci qrup Qarabağ müharibəsi əlili kimi 23.06.1993-cü il tarixində əmək pensiyası təyin edilmişdir. Hal-hazırda aylıq pensiyası 191.34 (sığorta hissəyə əlavə 11 manat (müharibə iştirakçısı) + sığorta hissəsi 180.34 manat) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1.6-cı maddəsinə əsasən, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X10 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyat ları aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara müəyyən edilmiş 11 manat əlavənin mütəmadi olaraq hər ay pensiyasının ümumi məbləğinə daxil olunaraq ödənildiyi iddiaçıya bildirilmişdir. İddiaçı 28 noyabr 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsaslanaraq onun təqaüdünə əlavənin hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-657/2019 saylı iş) 15 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər-X7məruzəçi, X6 və X11, 2- 1(103)-1919/2019 saylı iş) 10 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia təmin edilərək iddiaçının İİ qrup müharibə əlili kimi aldığı pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikası müdafiəsi zamanı ikinci qrup əlil olması (müharibə iştirakçıları sırasından olan əlil) işin mübahisələndirilməyən halı olduğundan, onun aldığı pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-c i maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanması tələbi əsaslıdır. Cavabdeh 21 oktyabr 2019-cu il tarixdə qərarın surətini almış, 20 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi (bundan sonra məhkəmə) bu qənaətə gəlmişdir ki, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup əlil olması işin mübahisələndirilməyən halı olduğundan onun aldığı pensiyaya əlavənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyası) 19.1.7.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanması tələbi əsaslıdır. Məhkəmənin gəldiyi nəticə ilə r azılaşmayaraq bildirilir ki, istinad edilən norma yaşa görə əmək pensiyası alan şəxslərə aiddir. Halbuki iddiaçı həmin qanunun 19.1.6-cı maddəsində təsbit olunmuş şəxslər kateqoriyasına aiddir, yaşa görə yox, əlilliyə görə pensiya alır. Bununla da, həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin mübahisə olunmayan hallarına görə iddiaçıya Qarabağ müharibəsinin İİ qrup əlili kimi pensiya təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırk ı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: (...) 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (X10 əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: (...) 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunundan göründüyü kimi, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: 1) müharibə əlilidir, lakin ona pensiya yaş a görə təyin edilmişdir; 2) müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. İddiaçıya isə əmək pensiyası onun müharibədə iştirakı ilə bağlı əlilliyə görə (İİ qrup Qarabağ müharibəsi əlili) təyin edilmişdir. Həmin kateqoriyadan olan şəxslərə isə güzəştlər (əmək pensiyasına əlavələr), “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qru p müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi;... İşin hallarından isə müəyyən edilir ki, iddiaçıya pensiya hesablanarkən sözügedən qulluq stajına görə əlavələr nəzərə alınmışdır. Beləliklə, iddiaçı yaşa görə əmək pensiyası almadığından “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, cavabdehin kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia əsaslı olmadığından təmin edilməməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1919/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. X1 iddiası təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-345/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-345/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver