Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-345/2021 09.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqədi Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqəd i Rayon Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 2-1(103)-1535/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1. xx.xx.1952-ci il təvəllüdlü iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 01.01.2020-ci il tarixindən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50%-i nəzərə alınmışdır.
2. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək fərdi hesabın sığorta hissəsində qeydə alınan kapitalı yığımının 50 faiz hesablanmış, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 27.02.2020-ci il tarixli, *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50% hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə hesablanması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş dir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin *** nömrəli, 27.02.2020-ci il tarixli məktubu ilə ona pensiyasının düzgün hesablanmasından imtina edilmişdir. Cavabdeh pensiyanın düzgün hesablanmasının mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, pensiya məbləği 01.01.2020-ci il tarixdən 332,2 manat müəyyən edilmişdir və fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50 % hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun olaraq aparılır. Halbuki dövlət sosial sığorta haqqının 50%-nin pensiyaçının fərdi hesabının sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddia çının pensiyası hesablanarkən yuxarıda qeyd edilən fərman əsas gətirilərək, dövlət sosial sığorta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarı ilə (hakim – M.T.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1.1.8-ci və 10-cu maddələrinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərində pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının tam nəzərə alınması əks olunmuşdur. Cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçulara aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla da iddiaçının sosial təminat hüquqları pozulmuşdur.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsin dəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(103)-1535/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və M.Ə.Abbasov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2020 saylı 10.06.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 27.10.2020-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan 27.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 2-1(103)1535/2020 nömrəli qərarının ləğv edilməsini və id dianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının yaşa görə əmək pensiyası təyin olunarkən hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Adıçəkilən bənd Azərbaycan Respu blikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə ləğv edilmişdir (2.5-ci bəndlə).
15. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8 və 27.1-ci maddəsinə edilmiş dəyişikliklər isə 01.07.2017-ci il tarixindən, yəni vətəndaşa pensiya təyin olunduqdan sonra qüvvəyə minmişdir. 27.1-ci maddənin bu münasibətə tətbiqi düzgün olmamaqla yanaşı, həmin maddədə nəzərdə tutulmuş 01.07.2017-ci il tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan 80% artım istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalına aid edilir.
16. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan fərmanın 2.9-cu bəndini hərbi qulluqçulara aid etməklə yanlış nəticəyə gəlmişdir. Çünki, həmin bənddə nəzərdə tutulmuş 1.0.5-ci maddə “Əmək pensiyaları haqqında” Qanunun hazırkı redaksiyası baxımından deyil, 01.01.2006-cı il redaksiyasına uyğun tətbiq edilməlidir. Belə ki, Qanunun 01.01.2006-cı il redaksiyasında 1.0.5-ci maddə hazırkı 1.0.8ci maddəyə uyğun gəlir. 28.11.2006-cı il tarixli 184-IIIQD nömrəli Qanun ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü-1.0.5-ci maddələr əlavə edilmiş, 1.0.3-cü-1.0.12-ci maddələr 1.0.6-cı-1.0.15-ci maddələr hesab edilmişdir. Yəni, bu dəyişiklik nəticəsində 1.0.5-ci maddə hazırkı 1.0.8-ci maddə kimi başa düşülməlidir. Buna görə də cavabdehin imtina məktubu əsaslıdır.
17. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 90, 92.0.6, 96.9 və Mülki Prosessual Məcəllənin 385.1.1, 386-cı maddələrinə görə qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunması üçün əsasdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun hazırkı redaksiyası: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; M addə 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 22. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il Fərman: 2.9. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan 2.9-cu bənd ləğv edilmişdir.
23. İnzib ati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçü n müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, iddiaçıya 16.11.2005-ci il tarixdə III qrup əlillik təyin edilmiş, 2005-ci ildə 3-cü qrup əlilliyə görə pensiya təyin edilmişdir.
28. İddiaçı hesab edir ki, ona pensiya təyin edilərkən məcburi sosial sığorta haqları tam həcmdə nəzərə alınamışdır. Buna görə də o hazırkı iddia ilə məcburi sosial sığorta haqları tam həcmdə nəzərə alınmasını və pensiyasının yenidən hesablanmasını tələb edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının pensiya işi vardır, lakin həmin pensiya işində olan sənədlərdən idd iaçıya 16.11.2005-ci ildən 01.12.2006-cı ilədək III qrup əlilliyə görə pensiya təyin edildiyi ( iş v. 64) və iddiaçıya 15 manat 30 qəpik pensiya hesablandığı (iş v.65) qeyd edilmişdir. Pensiya işindən iddiaçıya pensiyaya təyin edilərkən və ya daha sonra məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alındığını müəyyən etmək mümkün deyildir. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halı araşdırmamış, sadəcə cavabdehin dəlilləri ilə kifayətlənərək (50% nəzərə alınması ilə bağlı) qərar qəbul etmiş, bununla da İPM-nin 12.1ci maddəsinin tələbini-işin araşdırılması prinsipini pozmuşdur.
30. Beləliklə, iş materiallarından iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və daha sonrakı dövrlərdə pensiya məbləğinin hansı qaydada hesablanması, məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alınması aydın olmadığından iddiaçıya halhazırda ödənilən pensiya məbləğinin düzgünlüyünə qiymət vermək mümkün deyildir.
31. Belə olan halda, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə cavabdehdən iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və daha sonrakı dövrlərdə illər üzrə pensiya məbləğinin hansı qaydada hesablanması, məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alınması ilə bağlı məlumat almalı, daha sonra isə pensiyanın hesablanma qaydasının qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməlidir.
32. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan həmin kassasiya şikayəti təmin edilə bilməz.
33. Odur k i, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
34. İşə təkrar baxan məhkəmə iddiaçıya 01.01.2020-ci ildə pensiya təyin olunması barədə qərarı və onunla bağlı pensiya işini tələb etməli, onu araşdırmalı və bundan sonra cavabdehin hərəkətlərinin qanunauyğun olub-olmadığına qiymət verərək ədalətli qərar qəbul etməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin olsunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 21(103)-1535/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin ed