Məhkəmə qərarları › İş №2-1(102)-345/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-345/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-345/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-1982/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-cı ildə anadan olmuşdur, 20.06.1978-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuş, 1983-1994-cü illərdə “Bakı Poladtökmə” zavodunda, 20172018-ci illərdə "xxxx" ASC-də işləmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanladığı 28.11.2 018-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının “Bakı Poladtökmə” zavodunda işləmiş olduğu 10 nömrəli və 17 nömrəli istilik, ventilyasiya və santexnika sahəsində kompressor qurğusunun maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığına görə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, onun 22.12.1975-ci ildən 30.06.2015-ci ilədək zərərli istehsalat sahəsində işlədiyi illər nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni 13.02.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20.07.1978-02.06.1981-ci illərdə Tikiş fabrikində dərzi, 09.06.1981-30.12.1982-ci illərdə tekstil fabrikinin toxucu-qalanteriya sexində toxucu, 19.01.1983-16.12.1994-cü illərdə “Bakı Poladtökmə” zavodunda maşinist vəzifəsində işləmişdir. 1980-1987-ci illərdə Bakı maşınqayırma texnikumunda neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almış, 17.05.2006-01.02.2008-ci illərdə “Azərpoçt”un 6 saylı poçt filialında poçtalyon, 07.03.2008-01.12.2009-cu illərdə 6 saylı poçt filialında poçtalyon, 13.11.2017-15.04.2018-ci illərdə "xxxx" ASC-də əməliyyatçı peşəsində işləmişdir. Zərərli sahədə işləməsi nəzərə alınaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona həmin pensiyanın təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. 11 il ərzində zərərli istehsala t sahəsində işləmiş, işlədiyi dövrdə zərərli işə görə südlə təmin edilmişdir. “X1” ASC tərəfindən verilmiş KŞ-036 saylı, 2018-ci il 26 aprel tarixli arayışda onun işlədiyi peşə üzrə bütün iş vaxtının zərərli iş şəraitində keçdiyi qeyd edilmişdir. Həmin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci ümumi peşələr bölməsində “qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aid olduğu qeyd edilmişdir. Zərərli sahədə işləməsi ilə əlaqədar ona güzəştli əmək pensiyasının təyin edilməsindən cavabdeh tərəfindən imtina olunması onun hüquqlarını pozmuşdur. Onun 19.01.1983-16.12.1994-cü illər üzrə əmək fəaliyyəti barədə məlumatlar əmək kitabçasında qeyd edilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının şöbəyə təqdim etdiyi sənədlərdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan kompressor maşinistləri peşəsinə uyğun olduğu göstərilmişdir. Lakin, şöbənin əməkdaşları tərəfindən “X1” ASC-də (keçmiş “Bakı Poladtökmə” zavodu) aparılmış qarşılıqlı yoxlama zamanı iddiaçının işləmiş olduğu peşənin yuxarıda qeyd edilən peşəyə aid olduğu öz əksini tapmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının işlədiyi peşənin “İş yerlərinin attestasiya keçirilməsi qaydaları”na uyğun olaraq iş yerində keçirilmiş attestasiya nəticəsində zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqda müvafiq sənədlər olmadığından, işlədiyi peşənin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən iddia təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsinin 30.04.2019-cu il tarixli, 2-1(81)-827/2019 nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 13.02.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 20 ildən çox ümumi və 10 ildən çox Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə zərərli və ağır iş stajı mövcud olduğundan, əmək pensiyaları haqqında qanunvericiliyin 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş tələblərinə uyğun olaraq 13.02.2013-cü ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.08.2019-cu il tarixli, 2-1(103)-1979/2019 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 30.04.2019-cu il tarixli, 2-1(81)-827/2019 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasında izahat verərək 1983-cü il 19 yanvar tarixdən 16 dekabr 1994-cü il tarixədək “Bakı Poladtökmə” Zavodunda hava kompressorunun maşinisti vəzifəsində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 07-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində məhz iddiaçının işlədiyi hava kompressorlarına xidmət istisna edildiyindən, birinci instansiya məhkəməsinin iddiaçının işlədiyi peşənin həmin bölməyə aid olmasına dair gəldiyi nəticə düzgün olmamışdır. Həmçinin, iddiaçı “Bakı Poladtökmə” Zavodunda işlədiyi dövrün 4 ilini maşinist şagirdi peşəsində və yalnız 7 il 3 ay 14 gününü kompressor qurğusunun maşinisti peşəsində çalışdığından iddiaçının zərərli iş stajı 10 ildən az olmuşdur.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya in stansiya məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.01.2020-ci il tarixli, 2-1(102)-47/20 nömrəli (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 22.08.2019-cu il tarixli, 2-1(103)1979/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi apelyasiya məhkəməsinin sübut kimi istinad etdiyi iddiaçının izahatına və onun kassasiya şikayətində mübahisələndirilməsinə münasibətdə hesab etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən işin halının müəyyən edilməsində və sübutların qiymətləndirilməsində prosessual qanunvericiliyin tələblə rinə düzgün riayət edilməmişdir. Həmçinin, iddiaçının kompressor qurğusunun maşinisti kimi işlədiyi peşənin istehsalatda qaz kompressorlarına və ya hava kompressorlarına aid olması yalnız iddiaçının izahatı ilə deyil, digər sübutlarla da təsdiq olunmalı idi. Bundan başqa, apelyasiya məhkəməsi iddiaçının 4 il maşinist şagirdi peşəsində işləməsini müəyyən edərkən, “şagirdin işi öyrənməyə çalışdığı və həmin vəzifəni tutan şəxslə eyni səviyyədə iş icra etmədiyi nəzərə alınaraq” bu müddətin xüsusi iş stajına aid olmadığı nəticəsinə gəlmişdir. Apelyasiya məhkəməsi gəldiyi bu nəticəni hüquq normasına istinadla əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-ci maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən onun əsaslandığ ı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-84/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30.04.2019-cu il tarixli, 2-1(81)-827/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18.05.2021-ci il tarixli, 2-1(102)-833/2021 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Rahib Nəbizadə) qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(103)84/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

20. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının ağır və zərərli işlərdə iş stajı ilə bağlı dəlillərini araşdıraraq onlara qiymət versə də, iddiaçının 52 yaşının tamam olduğu tarixə 20 il ümumi sığorta stajının tamam olub-olmadığına dair işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə istinadla iddiaçının 1980-1987-ci illərdə orta ixtisas məktəbindəki təhsil müddətini də nəzər almaqla iddiaçının 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olduğu nəticəsinə gəlmişdir. Halbuki, iddiaçıya məxsus diplomun məlumatlarına görə, o, istehsalatdan ayrılmamaqla axşam şöbəsində təhsil almışdır. Başqa sözlə, iddiaçının təhsil müddəti istehsalatda iş müddəti ilə üst-üstə düş müşdür. Beləliklə, məhkəmə iddiaçının sonradan dəyişdirilmiş məzmunda iddiasının təmin olunması üçün 52 yaşının tamam olduğu 2013-cü il 13 fevral tarixə azı 20 il ümumi sığorta stajına malik olduğunu və bu stajın hansı iş illəri hesabına yarandığını qərarında əsaslandırmalı idi. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş digər şərtə - iddiaçının zəruri pensiya kapitalını toplayıb-toplaması məsələsinə hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2-1(103)-1982/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Emin Mehdiyev) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 30.04.2019-cu il tarixli, 2-1(81)-827/2019 nömrəli qərarı ləğv edilmiş, iddiaçının 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması barədə iddia tələbi təmin olunmamışdır.

22. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixinə onun 20 il ümumi iş stajı tamamlanmır. İddiaçının tələb olunan ümumi iş stajı əmək kitabçasına əsasən 01 iyul 2017-ci ildən sonra (15.01.2018) yaranır. Belə olan halda isə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qadınlara münasibətdə 55 yaş, 20 il ümumi və 10 il güzəştli iş stajı ilə yanaşı, onun fərdi hesabında minimum əmək pensiyası məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olması da tələb olunur. Göründüyü kimi, 52 yaşından pensiya təyin edilməsi üçün 20 il ümumi iş stajını toplamadığına görə, iddiaçı 52 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb etməkdə haqlı sayıla bilməz. Bu isə dolayısı ilə onu deməyə əsas verir ki, cavabdehin ona 52 yaşından pensiya təyin olunmasından imtina etməsi qanuni və əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

23. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hesablama düzgün aparılmamışdır, onun 20 il 4 gün ümumi iş stajı vardır, əmək fəaliyyəti ilə yanaşı təhsil aldığından iş yerlərini dəyişdikdə arada olan vaxtlar əmək stajına yazılmalıdır. Həmin vaxtları topladıqda 2 aydan çox müddət edir. Odur ki, apelyasiya instansiyası məhkəməsi yanlış nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə g üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

28. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. 30. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiy a hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 31. “İnzibati icraat haqqında” Qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəş tli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. 3

4. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbə bdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir

36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəmə sinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

39. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu 13.02.2013-c ü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

40. Nəzərə almaq lazımdır ki, tələb etdiyi əmək pensiyasının təyin olunması üçün bu qərarın 27-ci bəndində istinad olunan normada nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilmiş olmalıdır. Başqa sözlə, iddiaçı 52 yaşının tamam olduğu 13 fevral 2013-cü il tarixə azı 20 il ümumi sığorta stajına, o cümlədən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş işlərdə azı 10 il xüsusi sığorta stajına malik olmalıdır. Yalnız qeyd olunan dispozisiya şərtlərinin mövcud olduğu təqdirdə iddiaçının əmək pensiyası hüququ yaranır.

41. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 13 fevral 2013-cü il tarixə iddiaçının y uxarıda istinad olunan norma ilə tələb edilən 20 il ümumu əmək stajı mövcud deyildir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan Ali Məhkəmənin göstərişlərinin nəzərə alındığı, apelyasiya məhkəməsi tərəfindən hüquqi yardım qaydasında iddiaçıya 13 fevral 2013-cü il tarixə onun ümumi sığorta stajının toplanmadığının, tələb olunan stajın 15 yanvar 2018-ci il tarixə tamamlandığının izah edildiyi, eyni zamanda stajla bağlı zəruri şərtin ödənildiyi həmin tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinin təklif olunduğu müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı əmək stajının cavabdeh və məhkəmələr tərəfindən düzgün hesablanmadığıni bildirmiş, apelyasiya məhkəməsində icraat zamanı təqdim etdiyi ərizədə və stajın hesablanmasına dair ərizəyə əlavədə 20 il əmək stajının olduğunu israrla təkid edərək, ona 52 yaşının tamam olduğu 13 fevral 2013-cü ildən pensiya təyin olunmasını xahiş etmişdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə olunmuş iddiaçının ümumi stajına dair müfəssəl açıqlama ilə və Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən apelyasiya məhkəməsi tərəfindən stajın hesablanması ilə bağlı aparılmış araşdırmalarla iddiaçının 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixə onun tələb etdiyi pensiyanın təyin olunması üçün zəruri olan 20 il ümumi sığorta stajına malik olması təsdiq edilmir. Bu baxımdan 52 yaşının tamam olduğu 13.02.2013-cü il tarixdən güzəştli şərtlərlə y aşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

44. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı və qanunauyğun olmuşdur. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2021-ci il tarixli, 2- 1(103)-1982/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar