Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3450/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının əsasları; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-******** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ##.##.2023-cü il tarixli, *-**- *F/*-*****/**** nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan qərarla “Azsənayelektrikquraşdırma” trestinin “Sənayerabitəquraşdırma” Bakı Quraşdırma idarəsinin xahişi təmin olunaraq, təchizat bazasının inşası üçün Nərimanov rayonu, Böyükşor küçəsi, 2073-cü məhəllədə yerləşən ** nömrəli sahədə 0,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən “Fəhlə təhcizat idarəsi”nin tabeçiliyində olan payçı “xxxx” səhmdar firmasına ##.##.1998-ci ildə tərtib olunmuş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportundan müəyyən olunur ki, obyektin ümumi sahəsi 1087,4 kv.metr, əsas sahə 975,5 kv.metr, köməkçi sahə 111,9 kv.metr, torpaq sahəsi 1203,2 kv.metr təşkil etmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.1998-ci il tarixdə İddiaçı adına verilmiş JN-6062F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarına əsasən “xxxx” səhmdar cəmiyyətinin təsərrüfat həyəti olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı, sahəsi 0,80 ha olan ** saylı torpaq sahəsi “xxxx-SC”-nin təsərrüfat həyətinə - İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və *** nömrəli kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi İddiaçı verilmiş və ikinci nüsxəsi Bakı şəhər şöbəsində saxlanılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” ****** nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Böyük-Şor şossesində yerləşən “xxxx” SC-nin Fəhlə təchizatı İdarəsinin təsərrüfat heyətinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən təsərrüfat heyəti üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları * nömrəli reyestr kitabının ** №-li səhifəsində ##.##.2000-ci il tarixdə ****** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 pr., 627 ünvanında yerləşən № ************-***** reyestr nömrəli daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
6. Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Elmlər Akademiyasının A.Quliyev adına “Aşkarlar” Kimya İnstitunun ərazisi ilə (0.0440 ha hissəsi ilə), cənubdan artırılmış hissə isə Z.Bünyadov prospektinin kənardakı ərazi olmaqla vahid bazada yol porseli kimi işarələnmişdir. Eyni zamanda ümumi iddia olunan sahə Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** №-li qərarına əsasən təsdiq edilmiş Böyükşor gölünün mühafizə zonasında yerləşir. Həmçinin 2201306929 nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə (Böyükşor gölünün mühafizəsi olan sahə) daxilindədir. Məktuba əlavə edilmiş ##.##.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 1085.7 kv.metr təşkil edir. Qeyri-yaşayış sahəsinin konfiqurasiyası texniki pasportdakı baş plandan fərqlidir. Baş planda göstərilən tikilisi sökülmüşdür. A tikilisinə əlavə sahə artırılmışdır. Ərazidə əlavə Sta=103.7 kv.metr tikili inşa edilmişdir. Texniki pasportda ərazinin ümumi torpaq sahəsi 2938.7 kv.metr qeyd olunmuşdur. Faktiki ərizəçinin istifadəsində olan torpaq sahəsi 3801.0 kv.metrdir. Texniki pasportdan kənarda olan torpaq sahəsində (istifadəsində olan) əlavə bir ədəd metal kupol, bir ədəd talvar və tikili, yol tərəfdə metal barmaqlıqla hasara alınmış torpaq sahəsi mövcuddur. Faktiki vəziyyətə tərtib olunmuş koordinatlar akta əlavə olunmuşdur.
7. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh həmin müraciəti iddiaçı eyni tələblə inzibati məhkəməyə müraciət edənə qədər cavablandırmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən və iddiaçının istifadəsində olan 0,38 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,38 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli */** saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0.80 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair ##.##.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamə verilmişdir. Torpaq sahəsinin təyinatına uyğun olaraq üzərində tərəfindən qeyri-yaşayış binası inşa edilmişdir. Qeyri-yaşayış binasına dair adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli ##.##.2021-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətində olmasına baxmayaraq çıxarışda “dövlət” mülkiyyəti kimi göstərilmişdir. Bu səbəbdən də tərəfindən cavabdehə müraciət edilərək, adına 0.80 hektar torpaq sahəsinə dair çıxarış verilməsi tələb olunsa da, müraciəti cavablandırılmamışdır.
10. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN****F nömrəli şəhadətnamənin elektron baza məlumatı aşkar edilməmişdir. Bundan başqa, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.2017-ci il, *** nömrəli qərarına əsasən təsdiq edilmiş mühafizə zonasında yerləşir və buna dair yerquruluşu planı verilmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi yeraltı su xəttinin mühafizə zonasında yerləşir. Eyni zamanda texniki pasportda göstərilən sahə ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F nömrəli şəhadətnamə idarənin arxivində aşkar edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən **/**** saylı ##.##.2025-ci il tarixli rəy təqdim edilmişdir. Rəyə əsasən: - Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli */** saylı qərarı ilə Bakı şəhəri Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“xxxx” SC-nin təsərrüfat həyəti) ##.##.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunan ünvan ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ünvanının eyni olmasını nəzərə aldıqda iddiaçı İddiaçı məxsus olan qeyri-yaşayış binalarının yerləşdiyi və faktiki istifadəsində olan (mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan) Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən 0,38 ha torpaq sahəsinin ##.##.1998-ci il tarixli JN6062F KOD nömrəli Şəhadətnamədə qeyd olunan sahənin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. - Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli */** saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 627 ünvanında yerləşən 0,80 hektar torpaq sahəsi (“xxxx” SC-nin təsərrüfat həyəti) ##.##.1998-ci il tarixli JN-6062F KOD ******* nömrəli Şəhadətnamədə perimetr boyu ölçülər və koordinatlar göstərilmədiyindən həmin torpaq sahəsi ilə materiallarında olan texniki pasportda göstərilən sahə arasında perimetrik ölçü fərqinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. - “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin ##.##.2017-ci il, *** nömrəli qərarına əsasən təsdiq edilmiş mühafizə zonasının plan sxemində koordinatlar göstərilmədiyindən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçı Kərimiov Elxan Kərim oğlu tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsi ilə Böyükşor gölünün arasında ən yaxın məsafə 150 metr, “Böyükşor” gölünün ətrafında çəkilmiş hasar arasında ən yaxın məsafə 46 metr təşkil edir. - İddiaçı İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-****F nömrəli şəhadətnaməyə əsasən iddiaçının faktiki istifadəsində olan 0,38 ha torpaq sahəsinin yeraltı su xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 627 ünvanında yerləşən və istifadədə olan 0,38 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,38 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib olunması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD 0056003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı ** saylı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Belə olduqda, Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD 0056003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Cavabdeh həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətində olmuşdur. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç biri mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli, imtina qanunsuzdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-******** nömrəli qərarı ilə (hakimlər R.Səmədov – məruzəçi, X.Cəmilova və O.İsmayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
19. Kassator, eyni zamanda, göstərmişdir ki, məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması və yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır. Həmçinin ətraflı araşdırma məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməmişdir.
20. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 65-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
27. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 627 ünvanında yerləşən və iddiaçının istifadəsində olan 0,38 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
28. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD 0056003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılamayaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsi həmin mübahisənin mahiyyətini tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir.
30. Belə ki, iş materiallarında olan Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-6062F, KOD 0056003 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarına əsasən “xxxx” səhmdar cəmiyyətinin təsərrüfat həyəti olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., 627 ünvanında yerləşən “Sənaye, Nəqliyyat, Rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı, sahəsi 0,80 ha olan ** saylı torpaq sahəsi “xxxx-SC”-nin təsərrüfat həyətinə - İddiaçı mülkiyyətinə verilmişdir.
31. Həmin şəhadətnamənin verilməsinə əsas olmuş Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində saxlanılan nüsxəsindən görünür ki, həmin qərarla “Azsənayelektrikquraşdırma” trestinin “Sənayerabitəquraşdırma” Bakı Quraşdırma idarəsinin xahişi təmin olunaraq, təchizat bazasının inşası üçün Nərimanov rayonu, Böyükşor küçəsi, 2073-cü məhəllədə yerləşən ** nömrəli sahədə 0,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
32. Göstərilən torpaq sahəsinə dair digər sənəd Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən “Fəhlə təhcizat idarəsi”nin tabeçiliyində olan payçı “xxxx” səhmdar firmasına ##.##.1998-ci ildə tərtib olunmuş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasport və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ##.##.1998-ci il tarixdə iddiaçının adına verilmiş JN-6062F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə olmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarında “Azsənayelektrikquraşdırma” trestinin “Sənayerabitəquraşdırma” Bakı Quraşdırma idarəsinin, ##.##.1998-ci ildə tərtib olunmuş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportda “Fəhlə təhcizat idarəsi”nin tabeçiliyində olan payçı “xxxx” səhmdar firmasının, ##.##.1998-ci il tarixli JN-6062F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə isə iddiaçının adı qeyd edilmişdir. Lakin iş materiallarından Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarının iddiaçıya aidiyyəti ilə bağlı məlumatlar görünmür.
34. Ona görə də, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarının hansı hüquqi və qanuni əsaslarla iddiaçıya aid olması barədə araşdırma aparmalı, buna dair mötəbər sübutları əldə edərək iş materiallarına əlavə etməli, yalnız bundan sonra Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarı əsasında iddiaçının adına tərtib edilmiş ##.##.1998-ci il tarixli JN- 6062F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyinə hüquqi qiymət verməlidir.
35. Bundan başqa, növbəti apellyasiya baxışında araşdırılmalı digər məsələ iddiaçıya aid sənədlərdə “təsərrüfat həyəti” ifadəsinə qiymət verilməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilən ##.##.2000-ci il tarixli ****** qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”dən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Böyük-şor şossesində yerləşən “xxxx” SC-nin Fəhlə təchizatı idarəsinin təsərrüfat həyəti iddiaçının xüsusi mülkiyyətindədir. Eyni zamanda, “təsərrüfat həyəti” ifadəsindən iddiaçının adına verilmiş ##.##.1998-ci il tarixli JN-6062F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə də istifadə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən sənədlərdə göstərilən “təsərrüfat həyəti” ifadəsinin konkret olaraq nəyi ifadə etməsi məhkəmə tərəfindən araşdırılmamışdır. “Təsərrüfat həyəti” ifadəsinin sadəcə torpaq sahəsinə, ya da qeyriyaşayış36. sahələrinə və ya onların tikinti altı sahəsinə aid olması, habelə hazırkı iddia üzrə iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 0,38 ha torpaq sahəsi ilə bağlılığı araşdırılmalıdır.
37. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli *** nömrəli fərmanı ilə “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə” təsdiq edilmişdir. X1 Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara, “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə tətbiq edilməli olub-olmaması, müsbət halda, iddiaçının tələb etdiyi 0,38 ha torpaq sahəsinin həmin Əsasnamənin tələblərinə uyğun iddiaçıya ayırılıb-ayrılmaması hazırkı işin materialları müəyyən edilmir. Əsasnamənin tələblərinin və iddiaçıya ayrılan torpaq sahəsinin həmin tələblərə uyğunluğunun müəyyən edilməsi də növbəti apellyasiya baxışının predmeti olmalıdır.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, işə təkrar baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar – Bakı şəhəri ZDS İK-nin ##.##.1971-ci il tarixli, */** saylı qərarının iddiaçıya aidiyyəti, “xxxx” SC-nin Fəhlə təchizatı idarəsinin “təsərrüfat həyəti” ifadəsinin əhatə etdiyi daşınmaz əmlakın növü və həcmi, eləcə də, mübahisələndirilən torpaq sahəsinin “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun özəlləşdirilib-özəlləşdirilməməsi araşdırılmalı, yalnız bu halların tam və hərtərəfli araşdırılmasından sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının mümkünlüyünə qiymət verilməlidir.
40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-******** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-******** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.