Məhkəmə qərarları › İş №2-1(102)-346/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-346/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-346/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-346/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “işlədiyi iş stajı nəzərə alınmaqla, xxxx 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əlilliyə görə əmək pensiyanın təyin edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xxxx 1989-cu ildən xxxx 1991-ci il tarixədək hərbi xidmətdə olduğu illərin və xxxx 1992-ci il tarixdən xxxx 2002-ci ildək Nəsimi rayon Ticarət və İctimai iaşə idarəsində işlədiyi iş illərinin sos ial sığorta stajına daxil edilərək ona xxxx 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3125/2017 saylı xxxx 2017ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xxxx 1989-cu ildən xxxx 1991ci il tarixədək hərbi xidmətdə olduğu illərin və xxxx 1992-ci il tarixdən xxxx 2002-ci ildək Nəsimi rayon Ticarət və İctimai iaşə idarəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona xxxx 2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), hakimlər X3 və X2) xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilərək, şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərardadının ləğv eilməsi, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, məhkəmə öz mövq eyini qərardan şikayət verilməsi üçün prosesssual müddətin ötürülməsi ilə əsaslandırmış, halbuki müddətin buraxılması səbəbləri üzrlüdür, buna görə də həmin müddət bərpa edilməlidir, birinci instansiya məhkəməsinin qərarından sonra aparılmış araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edildiyindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti mümk ün hesab edilərək, mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3125/2017 saylı, xxxx 2017-ci il tarixli qərarı xxxx 2017-ci il tarixdə cavabdehə təqdim olunmuş və xxxx 2017-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin xxxx 2017-ci il tarixli məktubu ilə icra edilməsi üçün ona göndərilmiş, cavabdeh 2 sayı Bakı İnzibati İqtisadi Məhkəməsinə xxxx 2017-ci il tarixli məktub ünvanlayaraq tərəfindən qərarın icra olunduğunu bildirmiş, lakin qərarın alındığı, həm də həmin qərarı icra etdiyi vaxtdan bir ildən də çox müddət keçdikdən sonra, cavabdeh məhkəməyə apellyasiya şikayəti təqdim edərək, qərarın ləğv olunmas ını xahiş etmiş, beləliklə, cavabdeh tərəfindən şikayətin verilməsinin prosessual qaydalarına riayət olunmamış, 30 günlük şikayət vermə müddəti buraxılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının iş üzrə xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadı ilə Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilərək, işə baxılması 25 oktyabr 2018-ci ilə təyin edilmiş, beləliklə, apellyasiya şikayətinin mümkünlüyü həmin məhkəmə tərəfindən yoxlanılaraq və işin digər halları nəzərə alınmaqla məhkəmə baxışına təyin edilmiş, həmin qərardad sonradan ləğv edilməmiş, mübahisələndirilməmiş, hazırda da qüvvədədir, qərardad əsasında həmin tarixdə məhkəmə bildirişi də göndərilərək, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclasının xxxx 2018-ci il tarixə təyin edildiyi, həmin tarixdə iclasa gəlmədikləri halda, şikayətə onların iştirakı olmadan baxılma sının mümkün olduğu bildirilmiş, xxxx 2018-ci il tarixdə isə tərəflər iştirak etmədiyi, iddiaçının rəsmi, yaxud şifahi etirazı olmadığı halda apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etmək əvəzinə, artıq baxışa təyin etdiyi apellyasiya şikayətinin icraatını mümkün saymamış, şikayətin icraata qəbulundan imtina etmiş, bu zaman tərəflərin dinlənilmə hüququ da təmin edilməmişdir. İşin bu və ya digər hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilərək, mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hall arda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti mümkün hesab edilərək, mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2572/18 saylı qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilsin. İnzibati iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar