Məhkəmə qərarları › İş №2-1(102)-346/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-346/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-346/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: iş illəri sosaial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ 04.02.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Kəmaləddin Nurəddin oğlu Bədəlovdandan ibarət tərkibdə, İddiaçının vəkilləri X1 və X2, cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı (hazırda Xüsusi Şərtlərlə Təyinat İdarəsidir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaç ının xx xxxxxx 1978-ci ildən xx xxxxxx 2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, xx xxxxxx 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin son 24 ayda aldığı orta əmək haqqının 70 faizi məbləğində hesablanması, yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx xxxxxxx 1978-ci ildən xx xxxxxx 2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, xx xxxxxx 2007-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin son 24 ayda aldığı orta əmək haqqının 70 faizi məbləğində hesablanması, yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim.X.İmanov; iş No 2-1(82)-425/2019) iddianın təmin edilməsi; iddiaçının xx.xx.1978ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.2006-cı ilədək dəniz şəraitində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlə rlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə güzəştli iş stajına daxil edilərək, 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanması və pensiya hüququ yarandığı xx.xx.2007-ci il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş No 2-1(103)2263/19) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin ed ilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkilləri G.Qulizadə və İ.Həsənova kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İlk öncə məhkəmə kollegyası qeyd etməyi zəruri hesab edir ki, hazırki işin materiallarında yuxarıda qeyd edilən məzmunda iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizələr olsa da, 1-ci instansiya məhkəməsinin qərarında (həm də protoklunda) iddiaçı tərəfindən həmin məhkəməyə verilmiş iddianın dəyişdirilməsi haqqında ərizə fərqli məzmunda göstərilmiş, apellyasiya instansiya məhkəməsinin qərarında da iddia tə ləbinin dəqiqləşdirilməsi qeyd olunsa da, hər 2 məhkəmə instansiyalarının göstərdikləri məzmunda iddiaçı hər hansı iddia ərizəsini təqdim etməmişdir. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə ərizəsinin qəbul edilib-edilməməsini təsdiq edən, qanunla nəzərdə tutulan hər hansı prosessual hərəkəti etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 54.3-cü maddəsinin məzmununa görə, belə hallarda məhkəmə müvafiq qərardad qəbul etməlidir. Belə ki, həmin maddəyə əsasən, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Bundan başqa apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunur ki, iddiaçının müvafiq fəhlə peşəsində işləməsi faktı o na güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi üçün əsasdır çünki, bu peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın 10-cu, yəni “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı Bölməsi”nin

2. Neft-qaz və qaz kondensatının hasilatı (********) yarımbölməsində qeyd olunmuş 1100000a - 18494 peşələrlə üst-üstə düşür. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 1 saylı Siyahının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” Bölməsinin 1. “Qazma” Yarımb ölməsində 1100000a - 18494 saylı peşələri aşağıdakı kimi göstərimişdir: -nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququna malikdirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən Siyahının müvafiq bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna yalnız cihazçılar malikdirlər. Halbuki, işin materiallarında olan əmək kitabçasının surətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2018-ci il tarixli arayışına görə, iddiaçı xx.xx.1978 xx.xx.2015ci illərdə Qaz kompressor sahəsində (sexində) və xx.xx.2015-ci il tarixdən hal-hazıradək İstimar avadanlıqları sahəsində tornaçı peşəsində işləmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi qərarında tornaçı peşəsinin cihazçı peşəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsinə aydınlıq gətirə bilməmişdir. Eyni zamanda yuxarıda qeyd edilən Siyahının müvafiq bölməsində göstərilmişdir ki, cihazçı o zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir ki, bu hüquqa nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) texnoloji prosesi aparan əsas fəhlələr də malik olsunlar. Apellyasiya instansiya məhkəməsi qərarında bu məsələni də araşdırmamışdır. Ona görə də, hazırki işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qey l edilən məsələləri araşdırıb bu iş üzrə əsaslı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrin i rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsn. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar