Məhkəmə qərarları › İş №2-1(102)-346/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-346/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-346/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) 02.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2-1(103)-2663/2021 saylı qərardadından cavabdeh tərəfindən kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)4368/2017 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərində əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla 0 6 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqısı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2017-ci il tarixli 2-1(103)-2622/2017 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)4368/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 2-1(102)-357/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2017-ci il tarixli 2-1(103)-2622/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. Cavabdeh 23 noyabr 2020-ci il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli, 2-1(82)4368/2017 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

5. Cavabdeh ərizəsini onunla əsaslandımışdır ki, hər üç instansiya məhkəməsində güzəştli arayışın alınması təmin olunmamış, şəxsin zərərli işlərdə işləməsi barədə tədqiqat aparılmamış, sübutlar olmadan ümumi mülahizələr əsasında qərarlar qəbul olunmuşdur. Aparılmış araşdırma zamanı pensiya işinə əlavə olunmuş sənədlər araşdırılarkən İddiaçı tərəfindən şöbəyə 50 yaşından pensiya təyinatı barədə müraciəti və şöbə tərəfindən ona verilmiş imtina məktubu pensiya işində aşkar edilməmişdir. Qeyd edildiyi kimi, pensiya işində İddiaçı tərəfindən əvvəllər pensiya təyin olunması barədə yazılmış heç bir ərizəsi və şöbənin həmin ərizəyə verilmiş imtina məktubu aşkar olunmadığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.09.2017-ci il tarixli (İş № 2- 1(82)-4368/2017) qərarında qeyd olunanlara əsasən sözügedən şəxsin şöbəyə 50 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etdiyini, lakin şöbənin tarixi və nöm rəsi olmayan imtina məktubu ilə onun işlədiyi peşə güzəştli siyahıda olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüzlüyü barədə məlumat verildiyi müəyyən olunmuşdur.

6. Bundan əlavə, iddiaçının kolxozda hansı peşələrdə işlədiyi və işlədiyi sahələrin güzəştli və ya xüsusilə zərərli və xüsusilə ağır sahələrə aid olması barədə arayışda heç bir qeydlər aparılmamışdır. Hər 3 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz" kol xozunda işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmiş, ümumi mülahizələr əsasında qərarlar qəbul edilmişdir. 7.Cavabdeh qeyd etmişdir ki, vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, Güzəştli siyahının 10.2-ci maddəsinə əsasən 11.05.1990-01.04.1997-ci illərdə "Neft Daşları" Neft və Qaz Çıxarma İdarəsində Neftin kompleks hazı rlanması və nəqli sexinin Daxiliyanma mühərrikinin maşinisti peşəsinə görə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ 50 yaşdan deyil, 57 yaşından yaranır.

8. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2-1(82)-4368/2017 saylı qərardadı (hakim – F.İ.Mədətli) ilə ərizə təmin edilmiş, İddiaçı 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, 06 noyabr 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqqı əsasında təyin edilərək hesablanması və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4368/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, məhkəmə qərarının icrası dayandırılmış, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

9. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, yekun məhkəmə aktları əsasında iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yaş və staj ilə bağlı şərtlərinin ödənilməsi, həmçinin, onun güzəştli pensiya hüququna imkan verən peşədə işlədiyi göstərilsə belə, cavabdeh tərəfindən təqdim olunmuş ərizə əsasında aparılmış məhkəmə icraatı zamanı iddiaçının 1977-1978-ci illərdə Ucar rayonu, Qazqumlaq kənd sabiq “Qafqaz” kolxozunun son hesablaşma cədvəllərinə əsasən işlədiyi illəri güzəştli iş şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrə aid olub-olmamasının, 01.10.1983-11.05.1990-cı illərdə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları" Neft və Qaz Çıxarma İdarəsinin Neftin kompleks hazırlanması və nəqli sexində Nasos stansiyasının maşinisti, 11.05.1990-01.04.1997-ci illərdə həmin sexdə Daxiliyanma mühərrikinin maşinisti peşəsində işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti 320 nömrəli, 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına uyğunluğunun müəyyən edilməsi ilə bağlı yenidən araşdırmanın aparılması üçün kifayət qədər əhəmiyyətli hallar və əsaslar mövcuddur. 10.İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli 21(103)-2663/2021 saylı qərardadı ilə (sədrlik edən və məruzəçi hakim - X.Cəmilova, hakimlər – M.Tağızadə və C.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4368/2017 nömrəli 12 avqust 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallar üz rə icraatın təzələnməsi” barədə ərizə təmin edilməmişdir.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verə biləcək hallarla bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, ərizəçinin göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kasasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsi qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri İsə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

15. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inz ibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. TƏTBİQ EDİLƏN HÜQUQ 16.İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı t əqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə

102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəyə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, İPM-in yuxarıda istinad edilən 100-cü maddəsinin tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inz ibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş üç şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) yeni sübutlar və ya hallar aşkar olunmalıdır; 2) yeni sübutlar və ya hallar məhkəmə qərarının çıxarılmasından sonra aşkar olunmalıdır və 3) həmin yeni sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamalıdır.

21. İPM-in 106.1-ci maddəsi həmçinin tələb edir ki, yeni açılmış hallarla bağlı məsələyə baxarkən məhkəmə yalnız icraatın təzələnməsinə dair ərizədə göstərilmiş əsaslarla bağlıdır.

22. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmı ş yeni hallar deyildirlər. Belə ki, ərizənin dəlillərindən görünür ki, “yeni açılmış hallar”ın əsası kimi göstərilən hallar işin mahiyyəti ilə, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verə biləcək hallarla bağlıdır, hansı ki, bu hallar əvvəlcədən də cavabdehə məlum olmuş, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yaranmamış və onların ilkin icraat zamanı cavabdehdən asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən olunmur, cavabdeh bu halı təsdiq edən hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Qanunvericiliyin tələblərinə görə məhkəmə icraatın təzələnməsi məsələsinə baxarkən yalnız ərizədə göstərilmiş əsaslarla bağlı olduğundan, ərizənin rədd edilməsinə dair gəlinmiş nəticə doğru olmuşdur.

23. Apellyasiya məhkəməsinin gəldiyi belə b ir nəticə də doğru olmuşdur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsinin düzgün olmadığına dair dəlillər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həll edilən məsələdir. Hazırkı halda işə baxılan məsələ bu deyildir, qiymət verilməli olan yeni açılmış hallar üzrə icraatın təzələnməsinin mümkün olubolmadığıdır. Belə əsasların mövcudluğu isə müəyyən olunmur.

24. Məhkəmə tərkibi xüsusilə onu da qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri ümumiyyətlə mübahisəli məsələ ilə bağlı deyildir, şikayətdə baxılan predmetə aidiyyəti olmayan iddianın mümkünlüyünə dair mülahizələr əks olunmuşdur, eləcə də orada yalnız ümumi şəkildə hüququn düzgün tətbiq edilmədiyi göstərilmiş, işin halları ilə əlaqələndirilməklə həmin düzgün tətbiq olunmamanın nədə ifadə olunduğu bildirilmə mişdir. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassızdır.

25. Yuxarıda göstərilənlərə və İPM-in 96, 98, 100 və 106-cı maddələrinə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 21(103)-2663/2021 saylı saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar