Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3467/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: operativ vergi nəzarəti, topdan və pərakəndə satış, yoxlanılan dövrün başlanğıc və son tarixlərinin Reyestrdə qeydiyyata alınmamasının hüquqi nəticəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI 1.
2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışdan görünür ki, İddiaçı məxsus obyektdə (Masallı şəhəri, Heydər Əliyev prospektində yerləşən fəaliyyət növü təsərrüfat mallarının pərakəndə satışı olan mağazada) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə vergi ödəyicisinin cari fəaliyyəti ilə bağlı ##.##.2024 - ##.##.2024-cü il tarixlər üzrə plandankənar (növbədənkənar) operativ vergi nəzarətənin keçirilməsi qeydiyyata alınmışdır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura3.əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarat qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” ##.##.2024-cü il tarixli, DVX ****** nömrəli aktdan görünür ki, İddiaçı Gülmalı oğluna məxsus 64001 kodlu obyektdə ##.##.2024-cü il tarixdə operativ vergi nəzarəti nəticəsində 36836,41 manat; 64002 kodlu obyektdə isə ##.##.2024-cü il tarixdə 2438,60 manat, cəmi 39275,01 manat invoys dəyəri ilə sənədli mal qalığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində və aparılmış araşdırmaya əsasən vergi ödəyicisi tərəfindən 633184,00 manat dəyərində malların topdansatış qaydasında elektron qaimə-faktura tərtib edilməli olduğu halda (obyektin faktiki fəaliyyəti anbar olduğu halda istehlakçılara mallar satılmadan), elektron qaimə-faktura tərtib edilmədən pərakəndə satış qaydasında nəzarət kassa aparatı (NKA) vasitəsi ilə rəsmiləşdirməklə satılması müəyyən edilmişdir.
4. Yoxlamanın nəticəsi olaraq vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən malların (elektron qaimə-faktura tərtib edilmədən) satış qiymətinin 10 faizi, yəni 63318,40 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmişdir.
5. “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərardan görünür ki, İddiaçı Gülmalı oğlu Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən verilməklə, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozduğuna görə 63318,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
6. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən ## #### 2025ci il tarixli məktuba əlavə edilərək tədqiq edilmiş nəzarət kassa aparatı vasitəsi ilə aparılmış əməliyyatlara dair məlumatlardan görünür ki, vergi orqanının vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron qaimə-faktura tərtib edilmədən pərakəndə satış qaydasında nəzarət kassa aparatı (NKA) vasitəsi ilə rəsmiləşdirməklə satıldığını iddia etdiyi 633184,00 manat məbləğində mallar ##.##.2024-##.##.2024-cü il tarixlər arasında satılmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı ##.##.2024-cü il tarixli, ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarına əsasən 63318,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Onun sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbirin nəticəsinə uyğun olaraq, DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 633184,0 manat məbləğində mal topdansatış qaydasında elektron qaimə-faktura tərtib edilməli olduğu halda təqdim edilmədən pərakəndə satış qaydasında NKA vasitəsi ilə rəsmiləşdirilməklə satılmışdır. Onun iki obyekti var. Iki obyekti də mağaza kimi qeydiyyata qoyulmuş və hər iki mağazada NKA quraşdırılmışdır. 633184,0 manat məbləğində mal topdan deyil, pərakəndə qaydada satılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən, vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi, VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya malların pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz, bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edir. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə-fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. Onun fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuşdur və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə onun pərakəndə satış fəaliyyəti ilə məşğul olmağına vergi orqanının razılığını ifadə edir. Başqa sözlə, vergi orqanında pərakəndə vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən, əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri- bərabər şərtlərini təklif etməməlidir. Həmin Məcəllənin 400.2-ci maddəsinə əsasən, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Mülki Məcəllənin tələblərindən göründüyü kimi, ondan mal almaq istəyən şəxslərə mal satmaqdan imtina edə bilməz. Mal satdıqdan sonra qanunvericiliyin tələbinə əsasən ondan elektron qaimə-faktura tələb etməyən şəxslərə nəzarət kassa aparatının çekini təqdim etməlidir. Ondan mal alan şəxs vergi ödəyicisi olsa belə, mal alan zaman elektron qaimə-faktura istəmirsə, onun vergi ödəyicisi olduğunu və VÖEN-in olduğunu müəyyən edə bilməz. Müəyyən etsə belə, ona elektron qaimə-faktura göndərə bilməz. Göndərə bilsə belə, həmin şəxs elektron qaimə-fakturanı təsdiq etməyə bilər. Bu halda ona nəzarət kassa aparatının çekini verməlidir. Malları alan zaman elektron qaimə-faktura tələb edən şəxslərə elektron qaimə-faktura təqdim etmişdir. Bir daha qeyd edir ki, pərakəndə ticarət satışını həyata keçirdiyi üçün malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır. Əgər vergi orqanı iddia edirsə ki, qeyd edilən malları topdansatış qaydada satmışdır, bu zaman hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi vergi orqanı tərəfindən sübut olunmalıdır. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron qaimə-faktura təqdim edilir.
9. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, * saylı Ərazi Vergilər Baş Idarəsinin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” ##.##.2024-cü il tarixli 24006010263013 və ************** nömrəli qərarlarına, həmçinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli 24006010162996 və ************** nömrəli qərarlarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən (5601120322-64001 və 5601120322- 64002 kodlu) təsərrüfat subyektlərində xronometraj metodu ilə müşahidə aparılması haqqında, malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmişdir. Keçirilmiş nəzarət tədbiri zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi 5601120322-64001 kodlu obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda həmin malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, həmçinin topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi faktlarına rast gəlinmişdir. Belə ki, 5601120322-64001 kodlu təsərrüfat subyektindən 633184,00 manatlıq topdansatış üzrə təqdim edilmiş mallara EQF yazılmalı olduğu halda bu satış NKA vasitəsilə rəsmiləşdirilərək təqdim edilmiş və buna görə də 63318,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi üçün ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir. Yoxlama başlayan gün Masallı rayonu, H.Əliyev prospektində yerləşən 5601120322-64001 kodlu obyektdə OVN tədbirləri ilə bağlı qərarlarla vergi ödəyicisi tanış olmuş, bu barədə hər hansı qeyd etməmiş, tələbnaməni imzalamamış və ümumilikdə hər hansı izahat təqdim etməmişdir. Həmçinin, nəzarət tədbiri zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi 5601120322-64002 kodlu pərakəndə satış obyektində NKA quraşdırılmadığı müəyyən edilmiş və nəticəsi nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi barədə ##.##.2024-cü il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan başqa, məlum olmuşdur ki, xronometraj metodu ilə müşahidə aparılan 5601120322-64001 kodlu obyektdə ##.##.2024-cü il tarixdə heç bir topdansatış həyata keçirilməmiş, elektron qaimə-faktura tərtib olunmamış, lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə 389377,77 manat məbləğində elektron qaimə-faktura tərtib olunaraq “xxxx” MMC-yə (VÖEN: **********) göndərilmişdir. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, malları təqdim edən (göndərən) şəxs tərəfindən elektron qaimə-fakturanın təqdim edildiyi vaxt həmin malların göndərildiyi vaxt sayılır. Buna görə də 389377,77 manat məbləğində təqdim edilmiş mal həmin gün üçün satış dövriyyəsinə daxil edilərək, nəticəsi ##.##.2024-cü il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt nəzərə alınmaqla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar əsasında vergi ödəyicisi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozduğuna görə 63318,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
10. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərar ləğv edilmişdir.
11. Birinci instansiya məhkəməsinin əsaslandırması: 11.1. Iş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya məxsus iki obyekt mağaza kimi qeydiyyata alınmış və hər iki mağazada nəzarət kassa aparatı quraşdırılmışdır. Iddiaçı tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti əsasında 633184,0 manat məbləğində mal satıldığı müəyyən edilsə də, həmin vəsaitin topdansatış nəticəsində əldə olunmasını cavabdeh inzibati orqan sübuta yetirə bilməmiş, bunun əksi olaraq iddiaçı tərəfindən çekinin və ya mədaxil qəbzinin verilməsi bu vəsaitin pərakəndə qaydada satışı zamanı əldə edilməsinə əsas vermişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə-fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. Məhkəmə araşdırması zamanı iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə-faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. 11.2. Iddiaçının fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Başqa sözlə, iddiaçı vergi orqanında pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, pərakəndə satış həyata keçirən sahibkarın satış zamanı çek və ya mədaxil qəbzi verməsini kifayət hesab etmişdir. Iddiaçı tərəfindən bu hallara riayət edilməsi iş materialları ilə öz əksini tapmışdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “Inzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilməlidir ki, malların pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaiməfaktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə-faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. Iddiaçının malları nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə, mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. 11.3. Qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Həmçinin, pərakəndə ticarət qaydasında malların satışını həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və Q.V.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki: 14.1. Hazırkı mübahisəyə münasibətdə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarında Vergi Məcəlləsinin 50.2.2-ci maddəsində qeyd edilən əsasa istinad edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarında operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “Inzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. 14.2. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4-cü və 3.4.10-cu bəndlərinə əsasən, reyestrə yoxlama ilə bağlı yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti ilə bağlı məlumatlar daxil edilir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *- *(***)-****/**** nömrəli iş üzrə qərarında qeyd olunmuşdur ki, “..Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də, vahid məlumat reyestrində qeydiyyata alınmamış yoxlamalar qanuni hesab edilmir”. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərardan görünür ki, vergi ödəyicisinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024-cü il tarix daxil olmaqla) olan dövr üzrə sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı qərar qəbul edilmişdir. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışdan isə görünür ki, ##.##.2024-##.##.2024-cü il yoxlama müddəti üzrə vergi ödəyicisinin cari fəaliyyəti ilə bağlı plandankənar (növbədənkənar) operativ vergi nəzarətənin keçirilməsi qeydiyyata alınmışdır. Iş materiallarından, o cümlədən cavabdeh tərəfindən ## #### 2025-ci il tarixli məktuba əlavə edilərək tədqiq edilmiş nəzarət kassa aparatı vasitəsi ilə aparılmış əməliyyatlara dair məlumatlardan görünür ki, vergi orqanının vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura tərtib edilməli olduğu halda elektron qaimə-faktura tərtib edilmədən pərakəndə satış qaydasında nəzarət kassa aparatı (NKA) vasitəsi ilə rəsmiləşdirməklə satıldığını iddia etdiyi 633184,0 manat məbləğində mallar ##.##.2024-##.##.2024-cü il tarixlər arasında satılmışdır. Hansı ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024cü il tarixli, ************** nömrəli qərar ilə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən həmin məbləğin 10 faizi məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Deməli, vergi ödəyicisi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeyd alınmayan dövrün yoxlanılması nəticəsində vergi məsuliyyətinə cəlb edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna görə, həmin Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti işin hallarına, iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: ... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları ... 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda- aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə- malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
19. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2017-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti;
4. Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə fakturası” ilə sənədləşdirilir.
20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra- qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
21. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: ... 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; ... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, kassasiya şikayətinin dəlillərinə dair məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd edir.
29. Işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarı ilə vergi ödəyicisinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək (##.##.2024cü il tarix daxil olmaqla) olan dövr üzrə sahibkarlıq fəaliyyətinin yoxlanılması qərara alınmışdır. Bununla yanaşı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışa əsasən isə ##.##.2024-##.##.2024-cü il yoxlama müddəti üzrə vergi ödəyicisinin cari fəaliyyəti ilə bağlı plandankənar (növbədənkənar) operativ vergi nəzarətənin keçirilməsi qeydiyyata alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də qeyd edilir ki, Reyestrə yoxlama ilə bağlı daxil edilən məlumatlardan biri yoxlanılan dövr barədə məlumatdır. Belə ki, Əsasnamənin 3.4.10cu bəndinə
30. əsasən, yoxlanılan dövrün başlanğıc və son tarixləri göstərilməli, yaxud yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyət kimi yoxlama barədə məlumat Reyestrdə əksini tapmalıdır.
31. Göründüyü kimi, cavabdehin ##.##.2024-cü il tarixli, ************** nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında yoxlamanın dövrü konkret olaraq müəyyən edilmiş, vergi ödəyicisinin ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan sahibkarlıq fəaliyyətinin yoxlanılması qərara alınmışdır. Başqa sözlə, vergi orqanının öz qərarına əsasən yoxlamanın əhatə etdiyi dövr konkret tarixlərlə müəyyən edilmiş dövr olmuşdur. Lakin həmin qərardan fərqli olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən ##.##.2024-cü il tarixli, KY********* nömrəli çıxarışda yoxlanılan dövrün başlanğıc tarixinin ##.##.2023– son tarixinin ##.##.2024-cü il olması qeyd edilməmiş, əksinə, yoxlamanın “cari fəaliyyət”lə bağlı olduğu qeyd edilmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.10-cu bəndinə əsasən, Reyestrə daxil edilən məlumatlarda yoxlanılan dövrün başlanğıc və son tarixləri göstərilməli, yalnız yoxlamanın xüsusiyyətlərindən asılı olaraq yoxlanılan dövrün konkret tarixlərlə müəyyən edilməsinin mümkün olmadığı hallarda yoxlama “cari fəaliyyət” kimi əks etdirilməlidir.
32. Bu baxımdan, “cari fəaliyyət” qeydi yoxlama barədə qərarda konkret tarixlərlə müəyyən edilmiş yoxlama dövrünü əvəz edən və ya həmin dövrün Reyestrdə göstərilməməsinə imkan verən formal qeyd kimi qəbul edilə bilməz. “Cari fəaliyyət” anlayışı mahiyyət etibarilə yoxlama aparıldığı anda mövcud olan fəaliyyətin vəziyyətinin yoxlanılmasını ifadə edir və qərarla müəyyən edilmiş əvvəlki tarixləri əhatə edən konkret yoxlama dövrünün Reyestrdə göstərilməməsinə hüquqi əsas yaratmır.
33. Hazırkı işdə isə yoxlamanın dövrü qeyri-müəyyən olmamış, əksinə, cavabdehin öz qərarı ilə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək dəqiq müəyyən edilmişdir. Buna görə həmin dövrün Reyestrdə göstərilməli olduğu halda “cari fəaliyyət” kimi qeydiyyata alınması Əsasnamənin 3.4.10-cu bəndinin tələblərinə uyğun olmamışdır.
34. Xüsusilə nəzərə alınmalıdır ki, yoxlamanın vahid Reyestrdə qeydiyyata alınması sadəcə, məlumat xarakterli və ya texniki prosedur deyil. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama, yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
35. Bu normanın məqsədi yoxlamanın predmetinin, dövrünün və digər əsaslarının əvvəlcədən müəyyən edilərək Reyestrdə düzgün və tam əks etdirilməsini təmin etmək, sahibkarlıq subyektinə hansı fəaliyyətinin və hansı dövrünün yoxlanıldığının əvvəlcədən məlum olmasına imkan yaratmaqdır. Bu səbəbdən, Reyestrdə yoxlamanın faktiki predmetindən və yoxlama barədə qərardan fərqli məlumatın göstərilməsi sırf formal uyğunsuzluq hesab edilə bilməz. Digər tərəfdən, Reyestrdə “cari fəaliyyət” kimi qeydiyyata alınmış yoxlama ilə ##.##.2023–##.##.2024-cü il tarixlərini əhatə edən yoxlama arasında yalnız ifadə fərqi deyil, məzmun fərqi də vardır. Birinci halda yoxlama anında mövcud olan cari fəaliyyətə, ikinci halda isə konkret olaraq iki tarix arasında mövcud olmuş fəaliyyət dövrünə münasibətdə yoxlama aparılır. Buna görə həmin iki yoxlama növünün eyniləşdirilməsi mümkün deyildir.
36. Nəticə etibarilə, cavabdehin qərarında müəyyən edilmiş yoxlama dövrü Reyestrdə həmin dövr üzrə qeydiyyata alınmamış, onun əvəzinə yoxlama “cari fəaliyyət” kimi rəsmiləşdirilmişdir. Bu isə yoxlamanın Reyestrdə faktiki və düzgün hüquqi əsaslarla qeydiyyata alınması tələbinə zidd olmuşdur.
37. Bu səbəbdən, həmin yoxlama nəticəsində tərtib edilmiş akt da qanuni hesab edilə bilməz. Başqa sözlə, qanunla müəyyən edilmiş qaydada aparılmamış yoxlamanın nəticəsi vergi ödəyicisi üçün hüquqi nəticə doğuran qanuni inzibati akt kimi qəbul edilə bilməz.
38. Odur ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.