Məhkəmə qərarları › İş №2-1(102)-347/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-347/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, M.Həsənovanın katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2374/2018 saylı qərarından iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən onun bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçə, 25 a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etm iş, lakin cavabdeh xxxx 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir, həmin bağ sahəsi 1988-ci ildə **** bağçılıq yoldaşlığının qərarına əsasən ona ayrılmış, orada ev inşa edilmişdir və iddiaçı 1988-ci ildən həmin evdə yaşamaqla bütün kommunal xərclər (elektrik enejisi, qaz və s. üzrə) onun tərəfindən ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)799/2018 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (A.Nuriyeva- sədrlik edən və məruzəçi, hakimlər: V.Ağayev və C.Yusifov) xxxx 2018-ci il tarixli, 2-1(103)-2374/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018ci il tarixli qərarından iddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatılar: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin bağ sahəsi 1988-ci ildə **** X3 İdarəsi tərəfindən iddiaçıya ayrılmış və “Bahar" bağçılıq yoldaşlığının Qərarına əsasən həmin bağ sahəsi ona verilmiş, ayrılmış bağ sahəsində yaşayış binası inşa edərək 1988-ci ildən həmin bağ sahəsində yaşayır, həmin vaxtdan elektrik enerjisinin, qaz pulunun, su haqqını, ev telefonu abunə haqqını müvafiq təşkilatlarla bağlan mış müqavilələrə əsasən ödəyir, Zığ Bələdiyyəsinə müvafiq ödənişləri aparır, ***** X3 idarəsi tərəfindən torpaq sahəsi ayrılarkən boş sahədə hər bir bağçılıq üzvünə püşkatma yolu ilə torpaq sahəsi ayrılaraq, xırda dirəklərlə sahələrin sərhəddi müəyyən edilmiş, onun bağ sahəsinin dörd bir tərəfi digər bağçılıq üzvləri tərəfindən abadlaşdırılaraq bağ evləri inşa edilmişdir, “mütəxəssis rəyində torpaq sahəsinin yerinin *** bağçılıq yoldaşlığına ayrılan ərazi hüdudlarında yerləşdiyinin müəyyən olunmaması barədə fikir həqiqətdən uzaqdır. Rəydə iddia edilən və göstərilən torpaq sahəsi **** X3 İdarəsinin **** bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi göstərilmiş, həmin torpaq sahələri Bakı şəhəri İcraiyyə Komitəsinin Qərarına əsasən “****” X3 İdarəsi tərəfindən “****” bağçılıq yoldaşlığı üzv lərinə paylanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddia edilən və göstərilən torpaq sahəsi “*****” X3 İdarəsinin “***” bağçılıq yoldaşlığının “V” blokunda yerləşir. Bağçılıq yoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizi təqdim olunmadığından, göstərilən sahənin 25a saylı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə tərəfindən Bağçılıq yoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizi təqdim olunması üçün heç bir tədbir görülməmişdir? Mütəxəssis rəyinin 2-ci bəndində göstərilmişdir ki, 1 saylı Bakı şəhər Ərazi İdarəsinin və “xxxx” MMC-nin elektron bazasına əsasən iddia edilən və göstərilən torpaq sahəsinə kiməsə texniki və hüquqi sənədin verilməsi bar ədə məlumat yoxdur, iddia edilən və göstərilən torpaq sahəsinin yaxınlığında magistral yol aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xxxx 2017-ci il tarixli **********51 saylı məktubunda göstərilmişdir ki, guya Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mənim adım aşkar olunmamış, lakin bu siyahının kim tərəfindən, nə vaxt təqdim edilməsi göstərilməməsi sübut edir ki, bu sırf yalan məlumatdır. Cavabdehin məktubunda qeyd edilmişdir ki, bağ sahəsi Azərbaycan Respublikası Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xxxx 2018-ci il tarixli rəyində isə göstərilir ki, bağ sahəsinin yaxınlığında magistral yol aşkar olunmamışdır. Bu faktın özü də xxxx 2017-ci il tarixli, **********51 saylı məktubun qərəzli, yalan məlumatlarla dolu tərtib edildiyini sübut edir. İşə baxılarkən Konstitusiyanın 12-ci, 60-cı 125-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci 77.1-ci, 88-ci, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyin i nəzərə alaraq, işə onun iştirakı olmadan kassasiya şikayətinin dəlilləri əsasında baxılmasını və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyy ən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini və İddiaçı vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2374/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “***” NQÇİ-nin “***” bağçılıq yoldaşlığının xxxx 1992-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı istifadəsinə bl “B” 25a saylı bağ sahəsi ayrılmış və ona xxxx 1992-ci il tarixdə həmin bağ sahəsinə dair 1 07 nömrəli üzvlük bileti verilmiş, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xxxx2017ci il tarixli **********51 saylı məktubda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinanın səbəbi Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adının aşkar olunmaması, bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşdiyi, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsinin təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddia tələbini rədd edən məhkəmələr ona istinad etmişlər ki, bağçılıqyoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizi təqdim olunmadığından, göstərilən sahənin 25 ”a” saylı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamış, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin və “xxxx” MMC-nin elektron baza məlumatlarına əsasən iddia edilən və göstərilən torpaq sahəsinə hər hansı şəxsə texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmadığından üstüstə düşməni və ya zəbt olub-olmamasını müəyyən etmək mümkün olmamış, iddia edilən və göstərilən torpaq sahəsi Abşeron NQÇİ-nin ərazisi hüdudları daxilinə düşür, göstərilən torpaq sahəsinin yaxınlığında magistral yol aşkar olunmamış, məhkəmə araşdırılması ilə cavabdeh inzibati orqanın imtinasında göstərilən xüsusatlar qismən öz təsdiqini tapmış, belə ki, alınmış mütəxəssis rəyində iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin “****” bağçılıq yoldaşlığına ayrılan ərazi hüdudlarında yerləşdiyinin müəyyən olunmaması, elə cə də bağ sahəsinin Abşeron NQÇİ-nin ərazisi hüdudlarında olmasının müəyyən edilməsi bildirilmiş və rəyin əsassızlığı ilə bağlı məhkəmə icraatında heç bir xüsusat müəyyən edilmir, cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi iddiaçının həmin bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş materiallarının səthi araşdırılması, sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsnə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, “****” NQÇİ-nin “****” bağçılıq yoldaşlığının xxxx 1992-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı istifadəsinə bl “B” 25a saylı bağ sahəsi ayrılmış və ona xxxx 1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmiş, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən müraciətlə bağlı torpaq sahəsinə yerində baxış keçirilmiş, göstərilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, iddia edilən və göstərilən torpaq sahəsi 600 kv.m olmaqla üzərində tikili vardır, ölçmə işlərinin nəticəsi kameral şəraitdə Daşınmaz Əmla kın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-nin elektron bazasında dəqiqləşdirilmiş, o cümlədən Bakı ətrafı bağların ilkin qovluq sənədləri DƏDRX Bakı şəhər Ərazi İdarəsində saxlandığı üçün müraciətdəki sualların cavablandırılması məqsədilə həmin İdarəyə sorğu göndərilmiş, DƏDRX Bakı şəhər Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, iddia edilən və göstərilən torpaq sahəsi “***” NQÇİ “**** bağçılıq yoldaşlığının “V” blokunda yerləşir, göstərilən torpaq sahəsinin yaxınlığında magistral yol aşkar olunmamışdır. Beləliklə, həmin rəydə mübahisəli torpaq sahəsinin məhz “***” NQÇİ “***” bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi, göstərilən torpaq sahəsinin yaxınlığında magistral yolun aşkar olunmadığı bilavasitə qeyd edilsə də, cavabdehin imtina sı ilə razılaşan və onu qanuni hesab edən məhkəmələr, həmin imtinanın səbəblərinin faktiki olaraq təkzib olunduğunu düzgün qiymətləndirməmiş, torpaq sahəsinin “***” bağçılıq yoldaşlığının “V” blokunda yerləşməklə məhz həmin bağçılığın hüdudları daxilində olduğunu, iddiaçının həmin sahədən qanuni əsaslarla istifadə etdiyini, bağçılığın üzvlük kitabçasının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqların qeydiyyatı üçün əsas olaraq müəyyən edildiyini nəzərə almamışlar. Digər tərəfdən “***” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığının xxxx 1992-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı istifadəsinə bl “B” 25a saylı bağ sahəsi ayrılaraq ona xxxx 1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verildiyin dən, xxxx 1985-ci ildə tərtib edilmiş ilkin siyahıda təbii olaraq iddiaçının adı olmayacaqdı. Bununla əlaqədar işə baxmış məhkəmələr, “****” NQÇİ “Bahar” bağçılıq yoldaşlığının məhkəmə iclasında iştirakını təmin etməklə iddiaçının sonradan bağçılığın üzvlüyünə qəbul edilməsinə dair araşdırma aparmalı olduqları halda bu istiqamətdə hər hansı araşdırma aparmamış, faktiki olaraqsa Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinin pozuntusuna yol vermişlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsi z olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il xxxx müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülk iyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında isə cavabdehin imtinasının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olmasına dəlalət edən hər hansı mötəbər sübut yoxdur. Beləliklə, məhkəmələr qərar qəbul edərkən istinad etdikləri maddi və prosesual hüquq normalarının tələblərini pozmuşlar. İPM-nin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bil ər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X1rşı, 9 dekabr 1994cü il, paraqraf 29-30, seriya A no: 303-A). Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Moldovaya qarşı" xxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bənd i məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır; "Hiro Balani İspaniyaya qarşı" xxxx 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmadı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddən in 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orq anın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, torpaq sahəsinin “Bahar” bağçılıq yoldaşlığının “V” blokunda yerləşməklə məhz həmin bağçılığın hüdudları daxilində olduğu, iddiaçının həmin sahədən qanuni əsaslarla istifadə etdiyi, “****” NQÇİ “****” bağçılıq yoldaşlığının məhkəmə iclasında iştirakını təmin etməklə iddiaçının sonradan bağçılığın üzvlüyünə qəbul edilməsinə dair araşdırma aparılmalı, əldə edilmiş və mövcud sübutlar düzgün qiymətləndirilməklə mübahisənin obyektiv və qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində, sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2374/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azər baycan Respublikası İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018ci il tarixli, 2-1(103)-2374/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar