Məhkəmə qərarları › İş №2-1(102)-347/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Torpağa mülkiyyət hüququnun qeydə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əraz i İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2046/2019 saylı, 27 avqust 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 fevral 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İşdə olan sənədlərə və iddia ərizəsinə əsasən iddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar 2007-2008-ci illərdə Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin inzibati ərazi vahidi olan Ləhiş və T/Bağ massivində 52,38 ha torpaq sahəsi əldə etmək üçün bələdiyyəyə müraciət etmiş, müraciəti əsasında iddiaçıya 1616 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 2 saylı 6 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi, 8 fevral 2008ci il tarixli ödəniş tapşırığı, 6 fevral 2008-ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan-sxemə əsasən 143.800 kv.m torpaq sahəsi, 1617 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 3 saylı 8 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi, 12 fevral 2008-ci il tarixli ödəniş tapşırığı, 8 fevral 2008-ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan sxemə əsasən 157.000 kv.m torpaq sahəsi, 1618 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 5 saylı 20 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi, 22 fevral 2008-ci il tarixli ödəniş tapşırığı, 20 fevral 2008-ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan-sxemə əsasən 50.000 kv.m torpaq sahəsi, 1619 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 3 ma rt 2008-ci il tarixli alqı-satqı müqaviləsi, 4 mart 2008-ci il tarixli ödəniş tapşırığı, 2008ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan-sxemə əsasən 36.000 kv.m torpaq sahəsi, 1620 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 4 saylı 2008-ci il tarixli alqısatqı müqaviləsi, 19 fevral 2008-ci il tarixli ödəniş tapşırığı, 2008-ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan-sxemə əsasən 97.000 kv.m torpaq sahəsi, 1621 saylı 28 dekabr 2007-ci il tarixli icarə müqaviləsi, 6 saylı 22 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi, 25 fevral 2008-ci il tarixli ödəniş tapşırığı, 2008-ci il tarixli alqı-satqı aktı və ona əlavə olunmuş plan-sxemə əsasən 40.000 kv.m torpaq sahəsi - ümumilikdə 52,38 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinin əldə olunması üçü n Kürdəxanı bələdiyyəsinin bank hesabına rəsmi olaraq 1.427.736 manat (1.826.584 ABŞ dolları)məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, sözügedən torpaq sahələri faktiki istifadələrində olan kənd sakinlərinə iddiaçı tərəfindən 3.739.975 ABŞ dolları məbləğində vəsait də ödənilmişdir. İddiaçı qeyd olunan torpaq sahələrinin əldə olunması üçün 5.566.559 ABŞ dolları məbləğində vəsait xərcləmişdir. İddiaçı həmin torpaq sahələrinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmamış, imtinanın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11.1-ci maddələrinə istinad edilmişdir. İddiaçı 10 iyul 2017-ci il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinə müraciət edərək, istifadəsində olan 52,38 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bələdiyyə rəhbərliyi ilə iddiaçı arasında torpaq sahələrinin sənədləşmə işlərinin aparılması barədə razılıq əldə olunsa da həmin torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun rəsmi sənədləşməsi tam başa çatmamışdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və ya daşınmaz əmlakın digər hüquqları, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-25/2019 saylı iş) 21 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırkı məhkəmə icraatında səlahiyyətli qurum kimi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən iddiaçının hüquqlarının qeydiyyatını tələb etdiyi 52,38 ha torpaq sahəsinin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən ed ilir. Bu isə belə qənaətə gəlməyə əsası verir ki, iddiaçıya alqı-satqı yolu ilə torpaq sahəsi ayrılması barədə Kürdəxanı Bələdiyyəsinin qərarları, eləcə də onunla iddiaçı arasında bağlanmış müqavilələr qanunsuz olmuşdur. Həmçinin həmin torpaq sahəsinin ayrılması ilə bağlı aidiyyəti orqanların (RİH-in və həmin vaxt fəaliyyət göstərən DT və XK-nın) müvafiq rəylərinin olması barədə sübut təqdim edilməməsi də bu qənaəti təsdiqləyir. Halbuki, bələdiyyə mülkiyyətində olan torpaqların özgəninkiləşdirilməsi üzrə qərar qəbul olunmamışdan əvvəl aidiyyəti orqanların rəyləri alınmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6məruzəçi, X5 və X3, 2-1(103)-2046/2019 saylı iş) 27 av qust 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 31.10.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 27 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. əsaslandırma hissəsi: İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasına vəsatət göndərərək sağlamlığında müəyyən çətinliklər yaranması səbəbi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Vəsatətdə göstərilənlərlə bağlı sübut təqdim olunmadığından vəsatət təmin edil məmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı istifadəsində olan 52,38 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı hüququn qeydə alınması üçün lazımi sənədləri təqdim etməmişdir. Ərazi bağlar massivi kimi digər hüquqi və fiziki şəxslərə məxsusdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında 143840 kv.m, 157000 kv.m, 50000 kv.m və 36000 kv.m, 97000 kv.m, 40000 kv.m torpaq sahəsinin icarəyə götürülməsi barədə bələdiyyə ilə 28 dekabr 2 007-ci il tarixdə 1616, 1617, 1618, 1619, 1620, 1621 saylı altı icarə müqaviləsi bağlanmışdır. Hər altı icarə müqavilələrinin müddəti iki il müəyyən edilmişdir. Həmçinin iddiaçı ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi arasında 157000 kv.m, 50000 kv.m, 40000 kv.m, 36000 kv.m torpaq sahələrinin alqı-satqısı əsasında müvafiq olaraq 8 fevral 2008, 20 fevral 2008, 22 fevral 2008 və 3 mart 2008-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına k eçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarından bəhs olunaraq qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respub likasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (6.1-ci maddə). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2-ci maddə). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma m əqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (6.5-ci maddə) Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan R espublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. İddiaçı torpağın alqı-satqısı barədə müqavilə təqdim etsə də, aldığı torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, bələdiyyə qərarının və aidiyyəti dövlət orqanlarının rəyləri barədə məhkəmələrə sübut təqdim etməmişdir. O da qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış mütəxəssis rəyinə əsasən 52,38 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən edilir. İddia olunan ərazilərdə digər fiziki şəxslərə məxsus tikililər və yaşayış evləri mövcuddur, bir çox vətəndaşların mülkiyyətindədir. İddiaçı kassasiya şikayətində etiraf etmişdir ki, torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun rəsmi sənədləşməsi tam başa çatmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yo l verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2046/2019 saylı, 27 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar