Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndələri X2, X3 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması barədə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri İddiaçınə qarşı “Yasamal rayonu ərazisində iddiaçının mülkiyyətində olan sökülmüş mənzilinin yerləşdiyi ərazidə bir otaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyərinin nəğd pul şəklində cavabdehdən tutularaq iddiaçıya verilməsi və s. tələblərə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1715/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xxxxünvanda yerləşən, sahəsi 10.2 kv metr, yaşayış sahəsi 8.0 kv metr olan 1 nömrəli mənzilin Cavabdeh mülkiyyətində olması Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışda qeyd edilmişdir.
2. Həmin mənzilə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən, mənzilin faktiki mövcud olan əsas sahəsi 9.23 kv metr, köməkçi sahəsi 2.94 kv metr, sanitariya qovşağı 1.52 kv. metr müəyyən edilmişdir. Həmçinin, mənzilin 2018-ci ilin iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqlan, mənzilin qiyməti 19.471 manat, 2 aylıq kirayə və köçmək xərci 1000 manat olmaqla, cavabdehə ümumilikdə ödənilməli olan məbləğ 20.471 manat müəyyən edilmişdir. 3. xx xxxxxx 2019-cu il tarixli akta əsasən, cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi Komissiyaya dəvət edilmiş və xx xxxxxx 2019-cu ildə Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı cavabdehə onun mənzilinin dövlət ehtiyacları üçün alınmasına görə 20.471 manat məbləğində kompensasiya təklif edilmiş, lakin cavabdeh razılaşmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olu nmasının təsdiq edilməsi və ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar cavabdehə 20.471 manat məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh ünvan 2-də yerləşən daşınmaz əmlakın mülkiyyətçisi dir. Həmin əmlak Nazirlər Kabinetinin qeyd olunan 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ona mənzilinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 20.471 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) təklif olunmuşdur. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)1762/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzib ati məhkəmə icraatına cəlb edilmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1762/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Cavabdeh 20.471 manat məbləğində kompensasiya ödənilməsi iddiaçıya həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən iddiaçının t ələbi əsaslıdır.
9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarının ləğv olunması, təklif olunan kompensasiya məbləğinin artırılması və mövcud bazar qiymətlərinə uyğun olaraq ədalətli kompensasiya verilməsi, yaxud həmin ərazidə bir otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2609/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1762/2019 saylı, xx xxxxxx 20 19-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehin qarşılıqlı tələbi olduğundan və həmin tələb üzrə apelyasiya instansiyası məhkəməsində araşdırma aparılması Azərbaycan Respublikası İPM-in 52-cimaddəsinin tələblərinə zidd olduğundan, iş təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. c) birinci instansiyası məhkəməsindəki ikinci icraat
12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçınə ( qarşılıqlı iddia üzrə cavabdehə) qarşı qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri İddiaçı ilkin iddia tələbinin rədd edilməsi, Yasamal rayonu ərazisində onun mülkiyyətində olan sökülmüş mənzilinin yerləşdiyi ərazidə bir otaqlı mənzili n Bakı şəhəri İddiaçındən alınaraq ona verilməsi, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyərinin nəğd pul şəklində Bakı şəhəri İddiaçındən tutularaq ona verilməsi və xx xxxxxx 2018-ci il tarixindən hər ay üçün 300 manat pul vəsaitinin Bakı şəhəri İddiaçı tərəfindən ona ödənilməsi barədə öhdəliyin sonuncuya həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia üzrə iddiaçı ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İddiaçı məhkəməyə müraciət edərək, xxxxevin 1 saylı 1 otaqlı mənzilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən dövlət ehtiyacları üçün alınaraq sökülməsini xahiş etmişdir. İddiaçı adıçəkilən qərardan irəli gələn qaydalara əməl etmədən, yəni onunla razılaşmadan, əmlaka dair alqı-satqı müqaviləsi bağlanmadan, özbaşınalıq edərək, mənzili ağır texnikanın vasitəsilə dağıtmış, bu zaman qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən mənzildə yerləşən əmlakları məhv etmişdir. Odur ki, xx xxxxxx 2018-ci il tarixdən hazırkı vaxta qədər hər ay 300 manat pul vəsaiti ödəməklə kirayəşin kimi yaşamaq məcburiyyətindədir. İlkin olaraq Bakı şəhəri İddiaçı rəhbərliyi onun qısa zaman daxilində azyaşlı övladı ilə birlikdə 2 otaqlı mənzillə təmin ediləcəyinə söz vermiş, bir neçə dəfə rəhbərliyin qəbulu baş tutmuş, son olaraq Bakı şəhəri İddiaçı məhkəməyə müraciət etmiş, ona 20.471 manat məbləğində kompensasiya ödənilməsi təklif edilmişdir. İddiaçı ona qarşı cinayət xarakterli əməl törətmiş, mülkiyyətinə qəsd etmişdir. Belə ki, İddiaçı onunla heç bir razılaşma və bu barədə məhkəmə qətnaməsi olmadan həmin əməli törətmişdir. Mübahisəni sülh yolu ilə həll etmək məqsədilə Bakı şəhəri İddiaçı başçısına müraciət ünvanlanmış, müraciətdə Yasamal rayonunda sökülmüş mənzilinə yaxın yerdə ona bir otaqlı mənzilin verilməsi, ərizəyə əlavə edilmiş siyahıda göstərilən əşyaların alınaraq onun istifadəsinə verilməsi, xx xxxxxx 2019-cu il tarixdən hazırkı dövrə qədər 300 manat pul vəsaitinin kirayə haqqı olaraq ödənilməsi xahiş edilmiş, İddiaçı bu təklifin müzakirə edilməsi ilə bağlı hərəkətsizlik göstərmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2984/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim: M.C.Qarayeva) qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
15. Bakı İnzibati Məhkəməs inin 2-1(112)-2984/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim: M.C.Qarayeva) ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 20.471 manat məbləğində kompensasiya ödənilməsi iddiaçıya həvalə edilmiş, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyəri kimi cəmi 16.035 manat Bakı şəhəri İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
16. İlkin iddiaya münasi bətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşdüyündən iddiaçının tələbi əsaslıdır.
17. Söküntüyə məruz qalmış mənzildə söküntü zamanı məhv olan əşyalarla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər iddiaçının təqdim etdiyi siyahı ilə sübuta yetirildiyindən həmin məbləğ iddiaçıya ödənilməlidir.
18. Yasamal rayonu ərazisində iddiaçının mülkiyyətində olan sökülmüş mənzilin yerləşdiyi ərazidə bir otaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında » Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması əlaqədar ilkin iddia üzrə cavabdehə 20.471 manat məbləğdə kompensasiya ödənilməsi nəticəsinə gəldiyindən, bu nəticə sözügedən mənzilin söküntüsü ilə əlaqədar ilkin iddia üzrə iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpasına gətirib çıxaracaq ki, bu halda da qarşılıqlı tələbi həmin hissədə təmin edilə bilməz.
19. Qarşılıqlı iddianın “xx xxxxxx 2018-ci il tarixdən hər ay üçün 300 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı kirayə müqaviləsi əsasında göstərilmiş tarixdən kirayədə qalmasını və qeyd edilmiş kirayə haqqı məbləğini ödəməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
20. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər. c) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1715/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Apelyasiya instansiyası mə hkəməsinin qərarından iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:
24. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməməsi, ilkin iddianın təmin edilməsi hissəsində qərarı dəyişdirilmədən saxlamaqla yeni qərar qəbul olunması xahiş edilmişdir.
25. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi işin obyektiv araşdırılması üçün bütün lazımi araşdırma üsullarından istifadə etməmiş, İddiaçının apelyasiya şikayətində qeyd etdiyi dəlillərinə əsaslı mövqe bildirməmiş, yalnız birinci instansiya məhkəməsinin qərarın da qeyd olunanları sadalayaraq qərar qəbul etmişdir. b) İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:
26. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilir.
27. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi heç bir qanuni əsas olmadan “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmənin nəticəsini mötəbər sübut kimi qəbul etmiş, bu halın real bazar qiymətinə uyğun olduğu qənaətinə gəlmişdir. Halbuki, daşınmaz əmlakın yerləşdiyi ərazidə yaşayış sahələrinin qiyməti hər kv.metrə görə 3 min, qeyri -yaşayış sahələrinin hər kv. metrinə görə 5 min manat civarındadır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassa siya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
29. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndələri verdikləri kassasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdilər.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçıya və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin m ümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyac lar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 32. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bə rpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində h əyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Maddə 248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Maddə 1096.1. Mülki hüquq pozuntu su (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 34. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb o lunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; Maddə 19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədlə ri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; Maddə 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Maddə 20.1 Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1 həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2. alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3. alan orqan alınan torp ağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4. köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şə xslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7. alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; Maddə 22.1. Alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; Maddə 24.1. Müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; Maddə 30.1. Alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin a lınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; Maddə 31.1. Torpağın alınması barədə bu qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; Maddə 52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; Maddə 52.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1. torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2. alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; Maddə
53. Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007 -ci il tarixli, 689 nömrəli Fərmanı: Bənd 2.3. Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyi n icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
38. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını qismən, cavabdeh isə bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsssızdır. Bu,aşağıdakı səbəblərdən irəli gəlir.
40. İddiaçı tərəfindən cavabdehin əmlakının dövlət ehtiyacları üçün alınması və bu səbəbdən mülkiyyəti alınmış şəxsə kompensasiya ödənilməli olması işin mübahisəsiz halıdır.
41. İddiaçı kassasiya şikayətində cavabdehə daşınmaz əmlakın alınması ilə bağlı ödənilməli olan kompensasiya məbləğini mübahisələndirmir. İddiaçı şikayətində məhkəmə qərarını cavabdehin təqdim etdiyi siyahı da göstərilən məişət əşyalarının 16.035 manat dəyərinin ondan tutulub cavabdehə ödənilməsi hissəsində mübahisələndirərək qeyd edir ki, zərər iş materiallarında olan sübutlarla təsdiq edilməməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin zərərin iddiaçı tərəfindən cavabdehə ödənilməsini əsaslı hesab etmişdir.
42. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, cavabdeh onun mənzili söküntüyə məruz qalan vaxt orada olan və söküntü vaxtı məhv edilən məişət əşyaları və onların qiyməti barədə siyahı təqdim etmiş, aşağı instansiya məhkəmələri həmin siyahını sübut kimi qəbul edərək, orada göstərilən məişət əşyalarının dəyərini iddiaçıdan cavabdehin xeyrinə tutmuşlar. Hazırda iddiaçı bunun əksi olaraq şikayətində qeyd edir ki, sökülən vaxt mənzil boş olmuşdur. Qeyd olunm alıdır ki, cavabdehin mənzili onun məlumatı olmadan iddiaçı tərəfindən sökülmüşdür. Söküntü işləri aparılarkən mənzilin boş olmasını sənədləşdirmək və ya texniki imkanlardan istifadə etməklə videolentə almaq imkanları olduğu halda iddiaçı bu imkanlardan istifadə etməmişdir. Halbuki, bu vasitələrdən istifadə etməklə sökülən vaxt mənzilin boş olub-olmaması ilə bağlı şübhəyə aydınlıq gətirmək olardı. Belə olan halda, mənzilin söküntüyə məruz qaldığı vaxt boş olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə sökülən vaxt mənzilin boş olması barədə heç bir sübut təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu barədə mövqeyi ilə razılaşır.
43. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində isə söküntüyə məruz qalan daşınmaz əmlaka görə verilən ko mpensasiyanın məbləği mübahisələndirilir.
44. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaq qeyd edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi» barədə qərarının təsiri altına düşür. Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh tə klif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. 45. “xxxx” MMC tərəfindən tərtib edilmiş Qiymətləndirmə Hesabatından Çıxarışdan görünür ki, dövlət ehtiyacları üçün alınan, ünvan 7 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın mövcud olan sahəsi, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri qanunvericiliklə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndiirilmişdir: əsas sahə 9,23 kv.m (1 kv.m üçün 1500 manat), köməkçi sahə (1 kv.m üçün 1500 manat), sanitar qovşağı 1.52 kv.m (1 kv.m üçün 800 manat), cəmi 19.471 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000, cəmi 20471 manat.
46. Cavabdehə daşınmaz əmlakının dəyəri hesablanarkən hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq nəzərə alınmaqla kompensasiya təklif olunmuşdur. Beləliklə də, alınan əmlakın əvəzinə cavabdehə son illərin formalaşmış məhkəmə təcrübəsinə uyğun ağlabatan məbləğdə kompensasiya təklif edilmişdir.
47. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinadla qeyd olunmalıdır ki, mütənasiblik tələbini təmin etmə k üçün kompensasiya ödənilməsi zəruri olduqda bütün hallarda tam kompensasiya ödənilməsi tələb olunmur. Qanuni məqsədlər, yəni cəmiyyətin maraqlarına yönələn tədbirlərin həyata keçirilməsi məqsədləri tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər. Lakin bu halda şübhəsiz ki, kompensasiyanın məbləği ən azı mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğun olmalı və onun vaxtında ödənilməsi təmin edilməlidir.
48. Qarşılıqlı iddia tələbinin “Yasamal rayonu ərazisində iddiaçının mülkiyyətində olan sökülmüş mənzilin yerləşdiyi ərazidə bir otaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respub likası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar ilkin iddia üzrə cavabdehə 20.471 manat məbləğdə kompensasiya ödənilməsi nəticəsinə gəldiyindən, bu nəticə sözügedən mənzilin söküntüsü ilə əlaqədar ilkin iddia üzrə iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpasına gətirib çıxaracaq ki, bu halda da qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz.
49. Qarşılıqlı iddianın “xx xxxxxx 2018-ci il tarixdən hər ay üçün 300 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı kirayə müqaviləsi əsasında göstərilmiş tarixdən kirayədə qalması nı və qeyd edilmiş kirayə haqqı məbləğini ödəməsini təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilə bilməz.
50. Beləliklə məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1715/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.