Məhkəmə qərarları › İş №2-1(102)-347/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə X9 Şəxsin Sosial Ödənişlərin X3rşı “xx.xx.1987-ci il tarixdən - xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-330/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət: xx.xx.1977 – xx.xx.1986 (8 il 7 ay 27 gün), xx.xx.1986-xx.xx.1987 (6 ay 26 gün), xx.xx.1986 – xx.xx.1986 (1 ay 15 gün), xx.xx.1987-xx. xx.2001 (14 il 2 ay 26 gün), H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977 -ci illərdə hərbi xidmətdə olmuşdur. 2. 269518 №-li şəhadətnamədən görünür ki, iddiaçı, Mingəçevir Avtomobil məktəbində xx.xx.1974-xx.xx.1975-ci illərdə (3 ay) təhsil almışdır.

3. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir.

4. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq onun hüququ yaranan tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2021 ci il tarixli, **********2 nömrəli imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, təqdim olunan x x.xx.1985-ci il tarixində tərtib edilmiş İ4T-İ N° ******* saylı əmək kitabçasına və HZ N° ******* saylı hərbi biletə əsasən İddiaçı sığorta stajı 15 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı ildən xx.xx.2018-ci ilədək pensiya kapitalı qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, “xx.xx.1987ci il tarixdən-xx.xx.2001-ci il tarixinə kimi keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Mə hkəməsinin 2-1(112)-12101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş, aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ИТ-İ ******* №-li əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini, həmçinin təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti nəzərə almaqla, 65 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin və digər müddətlərin təqdim etdiyi sənədlərlə (əmək kitabçası, hərbi bilet, şəhadətnamə) sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti ilə məşğ ul olduğu dövrlərdən xx.xx.1987-xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddəti mübahisələndirmiş, iddia tələbinə etirazını - qeyd edilən müəssisədə işlədiyi müddətdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin yoxlanmasının mümkün olmaması ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 illik sığorta stajı yaranmır, həmçinin, müəssisənin mövcudluğu ilə bağlı aidiyyəti orqanlara verilmiş sorğularda həmin müəssisəyə dair hər hansı məlumat aşkar edilməmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək qeyd edilmişdir ki, DSMF-nin 14 saylı regional Ərazi Filialının Qəbələ rayon Dövlət Arxivində saxlanılan sənədlər əsası nda tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş, iddiaçının xx.xx.1987-xx.xx.2001-ci illərdə X1 əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adı aşkar edilməsinə baxmayaraq, əmək haqqı hesablama cədvəlləri arxivdə saxlanılmadığı üçün əmək haqqı ödənişinin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-965/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qərarı ilə (hаkim V.Ə.Musayev) iddia təmin edilmiş, iddiaçının xx.xx.1987-xx.xx.2001-ci il illərdə keçmiş X2 sürücü vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, ona hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh in üzərinə qoyulmuşdur.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı (25 il 10 ay 3 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-330/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə ( hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

16. Əlavə olaraq qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının Qəbələ rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında tərt ib edilmiş 23,08.2021-ci il tarixli Aktına əsasən əmək kitabçasında qeyd olunmuş iddiaçının xx.xx.1987-ci il tarixdən 11,10.2001-ci il tarixədək Qəbələ Avtonəqliyyat müəssisində olan əmək fəaliyyətinin araşdırılması zamanı müəssisəyə aid olan əmr və sərəncam kitablarında iddiaçının adının aşkar edilməsinə baxmayaraq əməkhaqqı hesablama cədvəlləri arxivdə saxlanılmadığı üçün əməkhaqqının ödənişinin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

17. İmtina cavabından müəyyən olunduğu üzrə iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı onun əmək kitabçasında qeyd olunan müddətlər və hərbi xidmətdə old uğu dövrə əsasən ümumilikdə 15 il 8 ay təşkil edir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı isə xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qəbələ Avtonəqliyyat müəssisində işlədiyini iddia etdiyi dövrlərdir. Həmin dövr 14 il 2 ay 8 gün təşkil edir.

18. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qəbələ Rayon Statistika İdarəsi tərəfindən sorğumuza cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, № 111 nömrəli məktubda sözügedən hüquqi şəxsə dair məlumatların dövlət reyestrində mövcud olmadığı qeyd edilmişdir.

19. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sorğumuza cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, № 104-02-07/573-21 nömrəli məktubda əməkhaqqı və digər sənədlərin X4 Xidmətinin arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur.

20. Mübahi sələndirilən dövrlərə dair cavabdeh tərəfindən verilmiş sorğulara cavab olaraq iddiaçının həmin dövrlərdəki iş stajını təsdiqedici məlumatlar müəyyən edilməmişdir.

21. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisələndirilməyən sosial sığorta stajı 15 il 8 ay təşkil edir. Mübahisələndirilən dövrlər ümumilikdə 14 il 2 ay 8 gün təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından az olduğundan iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.

22. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. 01.07.2017-c i il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11.Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 25. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Maddə 3.2. Bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Maddə 3.2.1. Qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. 26. "Vətəndaşların pensiya təminatı ha qqında" Azərbaycan Respublikası Qanunu: Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci və yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq e dilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mün asibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Hazırkı işdə kassasiya şikayətinin əsas dəlili iddiaçının işlədiyi xx.xx.1987xx.xx.2001-ci illər üzrə 14 il, 2 ay, 8 gün müddətini mübahisələndirir və bunun qeyd olunan dövrdə iddiaçının əmək fəaliyyətinin yoxlanılmasının mümkün olmaması ilə izah edir.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlə rin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

39. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir.

40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının nömrəli, 20 oktyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(107)-330/2022

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar