Məhkəmə qərarları › İş №2-1(102)-347/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasının mötəbərliyi; neft və qaz hasilatı üzrə operator peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2635/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, hərbi biletə, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1985-ci il, 285u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1987-ci il, 251u/p saylı əm rlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1989-cu il, 226u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə bərpa olmuş, xx.xx.1992-ci il, 203u/p saylı əmrlə “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “mühəndis-mexanik” ixtisası verilmişdir. O, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi “Nadiroğlu” kiçik müəssisəsində sazlayıcı-fəhlə peşəsində işləmişdir; xx.xx.1992-ci ildə “Bakıbaştikinti” inşaat konstruksiyaları zavodunda 3-cü aşırım dəzgah sexinə 5-ci dərəcəli sazlayıcı qəbul edilmişdir; xx.x x.1993-cü ildə həmin sexdə sex ustası vəzifəsinə keçirilmişdir; xx.xx.1993-cü ildə müvəqqəti olaraq sex rəisi vəzifəsinə təyin edilmişdir; xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə “28 May Neft və Qazçıxarma İdarəsi”nin 8 №-li X5 5-ci dərəcəli neft qaz çıxarma operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2002-ci ildə “BiPi Eksploreyşn (Kaspian Si)” LTD-də texniki İnkişaf şöbəsinə əməliyyatlar üzrə texnik (təcrübə keçən) vəzifəsinə qəbul edilmişdir; xx.xx.2006-cı ildə Çiraq Platformasında nəzarət otağının texniki vəzifəsinə təyin edilmişdir; xx.xx.2003-cü ildə Çıraq Platformasında hasilat üzrə texnik vəzifəsinə keçirilmişdir; xx.xx.2007-ci ildə həmin platformada hasilat üzrə supervayzer vəzifəsinə təyin edilmişdir; xx.x x.2010-cu ildə həmin platformada əməliyyatlar üzrə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir; xx.xx.2012-ci ildə Şərqi Azəri platformasında dəmir əməliyyatları üzrə mühəndis vəzifəsinə təyin edilmişdir; xx.xx.2012-ci ildə işdən azad olunmuşdur; xx.xx.2012-ci il də "xxxx" MMC-də 1 saylı SDÖyə özül rəisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2013-cü ildə X2 Xidmətinin rəisi vəzifəsinə keçirilmişdir; xx.xx.2014-cü ildə yeni idarəetmə strukturuna və ştat cədvəlinə əsasən şöbə Nəqliyyat və X2 Xidməti adlandırılmışdır; xx.xx.2015-ci ildə işdən azad olunmuşdur; xx.xx.2015-ci ildə “BİPİ Eksploreyşn (Kaspian Si)” LTD-də hasilat üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir; xx.xx.2018-ci ildə Dəniz əməliyyatları departamentində Hasilat üzrə qrupun rəhbəri vəzifəsinə keçirilmiş; xx.xx.2021-ci ildə vəzifə sinin adı Hasilat departamenti, Hasilat üzrə Qrupun rəhbəri (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) kimi dəyişdirilmişdir.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1992-ci il tarixli, “203u/p” saylı əmrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, məzun İddiaçı xx.xx.1985-ci il, 285u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur (qr.345a1). xx.xx.1987-ci il, 251u/p saylı əmrlə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1989-cu il, 226u/p saylı əmrlə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinə bərpa olmuşdur (qr.347a1). xx.xx.1992-ci il, 203u/p saylı əmrlə “Hidromeliorasiya” fakültəsinin əyani şöbəsinin “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “mühəndis-mexanik” ixtisası verilmişdir. Diplom: FV-İ № 090345, qeydiyyat №

678. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB “28 May Neft və Qazçıxarma İdarəsi”nin xx.xx.2022-ci il tarixli, 01-01ink/28 saylı “İş stajı haqqında arayışı”nda qeyd olunmuşdur ki, “28 May” NQÇİ-nin arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1994-cü ildən xx.xx.2002-cı ilədək (əmr № 89/k.) 8 №-li X6 5-ci dərəcəli Neft qaz çıxarma operatoru peşəsinə işə qəbul edilmişdir (əmr №306/k, xx.xx.1994-cü il). xx.xx.2002-ci ildə (əmr № 89/k, xx.xx.2002-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur.

5. SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2022-ci il İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00235 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin 8 №-li X5 xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək 5-ci dərəcəli Neft qaz çıxarma operatoru peşəsində işləmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (07 il 09 ay 04 gün) işlədiyi Neft qaz çıxarma operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neftqaz və qaz kondensatının hasilatı” yarımbölməsində (a) “Fəhlələr” bəndində 11000000а 15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operator” peşəsi ilə eynilik təşkil edir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.202 3-cü il tarixli, **********588600 №-li məktubda göstərilmişdir ki, arxiv məlumatlarına əsasən X4 və X3 təsisçiliyi ilə “Nadiroğlu” kiçik müəssisəsi Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan məktubla Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli “Nadiroğlu” kiçik müəssisəsinin nizamnaməsinin qeydə alınması haqqında sərəncamı və digər təsis sənədləri məhkəməyə təqdim olunmuşdur.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdə Yasamal RHK tərəfindən mü ddətli həqiqi hərbi xidmətə çağırılaraq 04.1989-cu il tarixə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixində Binəqədi RHK tərəfindən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmışdır. xx.xx.1994-cü il tarixində Nizami RHK-nın hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 82-ci maddəsinin “a” bəndinə əsasən dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılmışdır.

8. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16200,39 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 387315,76 manat olmaqla cəmi pensiya kapitalı 403516,15 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta h issəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 11 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16200,39 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 387315,76 manat pensiya kapitalı qeydə alınmışdır.

9. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli **********8 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci ma ddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lilQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşiarın pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əm ək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 24 avqust 1993-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1992xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Nadiroğlu” kiçik müəssisəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssis ədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun ümumi stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də həmin dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (19 il 11 ay 14 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Nadiroğlu” kiçik müəssisəsində işlədiyi və universitetdə təhsil aldığı müddətlərin yenidən hesablanaraq əmək stajına əlavə edilməsinin təmin edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 mart 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə və aidiyyəti sənədlərlə müraciət etmişdir. 06 aprel 2022-ci il tarixind ə ona güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********8 saylı məktub almışdır. Mərkəzi Filial əmək stajının hesablanması vaxtı bir neçə səhvə yol vermişdir. İT-İ ******* saylı əmək kitabçasında qeyd olunmuşdur ki, xx.xx.1992xx.xx.1992-ci tarixləri arasındakı dövr ərzində “Nadiroğlu” kiçik müəssisəsində işləmişdir. Həmin müəssisə “Sığorta Alt Sistemi (monitoring)” programına əsasən Dövlət Sosial Müdafiə Fondunda sığortaalan kimi qeydiyyata alınmamışdır və onun əmək stajına əlavə edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.1992-ci il 203u/p saylı əmrindən çıxarışa istinad edilməməsidir. Arayışa əsasən, xx.xx.1985-ci il 285u/p saylı əmrilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna əyani şöbəyə d axil olmuş, amma Filial tərəfindən verilən arayışda həmin müddət heç bir səbəb olmadan xx.xx.1992-ci il göstərilmişdir. Həmçinin həmin arayışda institutun bitirilməsi xx.xx.1992-ci il 203u/p saylı əmrlə tam kursun bitirilməsi göstərilsə də, Mərkəzi Filial tərəfindən diplom müdafiəsi tarixi göstərilmişdir. Qeyd edilənlərə əsasən, Sosial Müdafiə Fondu Mərkəzi Filialı tərəfindən ona 20 ildən az iş stajı, yəni, 19 il 11 ay 14 gün iş stajı təyin olunmuş və imtina haqqında arayış göndərilmişdir. “Nadiroğlu” kiçik müəssisəsində işlədiyi müddətin nəzərə alınmaması, Azərbaycan İnşaat və Memarlıq Universitetində təhsil müddətinin düzgün hesablanmaması və bunun nəticəsində ona güzəştli şərtlərlə pensiya təminatı verilməməsi onun hüquqlarına müdaxilə edilməsi kimi qiymətləndirilməlidir. Onun tam iş st ajının bərpa olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 1 saylı əlavəsinə əsasən zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpası üçün onun “Nadiroğlu” kiçik müəssisəsində işlədiyi müddəti və universitetdə təhsil aldığı müddətləri yenidən hesablanaraq əmək stajına əlavə edilməsini təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı daha sonra iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022ci il tarixli, **********4 №-li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı 03 mart 2022-ci il tarixdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial tərəfindən 06 aprel 2022-ci il tarixli **********6 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən, ümumi iş stajının 20 ildən az təşkil etməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğind ən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №li siyahı üzrə müəyyən edi lmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi ( kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və f ilialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Həmçinin hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. İddiaçı məxsus 24 avqust 1993-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Nadiroğlu” kiçik müəssisəsində işləməsinə dair qeyd mövcuddur. Sözügedən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Nazirliyin “X1 Sistemi”nin “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırılma aparılaraq həmi n müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) qeyd olunan dövrlər ümumi sosial sığorta stajına daxil edilməmişdir. Digər tərəfdən işin hallarını tam və dəqiq araşdırmaq və İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək sözügedən müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara- “Nadiroğlu” kiçik müəssisəsində işə qəbu l və işdən azad edilmə əmrləri, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri, əməkhaqqı cədvəlləri və digər zəruri məlumatların təqdim edilməsi ilə bağlı Milli Arxiv İdarəsinə, müəssisənin hansı dövrdə fəaliyyət göstərməsi, vergi uçotunda olması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müvafiq sorğular ünvanlanmışdır. İş materiallarına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş 02 iyun 2021-ci il tarixli **********878400 nömrəli məktubda “Nadiroğlu” kiçik müəssisəsi adlı kommersiya qurumunun aşkar edilmədiyi qeyd edilmişdir. Həmin dövrləri ümumi sosial stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 20 ildən az təşkil etmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-1057/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensi ya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki hərbi biletdə, diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 11 il 02 ay 20 gün olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 20 il, 2 ay, 30 gün təşkil edir. Müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Belə olan halda cavabdeh inzibati orqanın üzərinə iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır.

16. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2635/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1057/2023 nömrəli 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və b u müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haql arı ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və mü vafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakıl ar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün ə mək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmə k şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;

2. Neftqaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı Bənd

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: Bənd 2.4. Qanun un 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlar a əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim ol unmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz t əşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellya siya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

36. İddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsa latların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının xx.xx.2006-cı il tarixədək qazanılmasına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

40. Cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyini şübhə altına alırsa, bu halı sübut etmək öhdəliyi məhz cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə yalnız xx.xx.1992-ci il tarixdə “Nadiroğlu” kiçik müəssisəsində sazlayıcı fəhlə vəzifəsinə qəbul olunması barədə qeyd olsa da, həmin müəssisədə işdən azad olunmasına dair hər hansı bir qeydin mövcud olmaması, həmin müəssisədə işləməsinə dair hər hansı əmr aşkar edilməməsi halına istinad etmiş, bununla bağlı inzibati icraat çərçivəsində həmin qeydlərin mötəbərliyinin yoxlanılması ilə bağlı araşdırma aparmamış, formal olaraq əsaslandırma aparılmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlər in və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

42. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, arxiv məlumatlarına əsasən X4 və X3 təsisçiliyi ilə “Nadiroğlu” kiçik müəssisəsi Qəbələ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixdə 108 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır.

43. Odur ki, iddiaçının “Nadiroğlu” kiçik müəssisəsində xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi dövr onun ümumi stajına daxil edilməlidir. 44. “Nadiroğlu” kiçik müəssisəsinin məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrünün sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq ümumi staja daxil edilməlidir.

45. Kollegiya qeyd edir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006cı ilədək iddiaçının ümumi stajı 20 ildən çox (xx.xx.1985-xx.xx.1987, xx.xx.1987xx.xx.1989, xx.xx.1989-xx.xx.1992, xx.xx.1992-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994-xx.xx.2002, xx.xx.2002-xx.xx.2006) – cəmi 20 il 02 ay 23 gün təşkil edir.

46. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı qeyd ed ir ki, SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin 8 №-li X5 xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək 5-ci dərəcəli Neft qaz çıxarma operatoru peşəsində işləmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (07 il 09 ay 04 gün) işlədiyi Neft qaz çıxarma operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində (a) “Fəhlələr” bəndində 11000000a-15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operator” peşəsi ilə eynilik təşkil edir.

47. BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional nümayəndəliyi tərəfindən İddiaçı təqdim edilmiş Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı güzəştli şərtlə yaşa görə pensiya hüququ verən hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) vəzifəsində (iş yeri Çıraq Platforması) xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək işləmişdir, xx.xx.2015-ci ildən bu günə qədər işləyir. xx.xx.2003-xx.xx.2006 hasilat üzrə texnik (indiki hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) uyğundur), xx.xx.2006-xx.x x.2007 Nəzarət otağının texniki (indiki hasilat üzrə texnik (Neft və qaz hasilatı üzrə operator) uyğundur), xx.xx.2007-xx.xx.2010 hasilat üzrə supervayzer (indiki hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2010-xx.xx.2012 Əməliyyatlar üzrə qrup rəhbəri (indiki hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2012-xx.xx.2012 Dəniz əməliyyatları üzrə mühəndis (Sahə mühəndisi (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2015-xx.xx.2018 hasilat üzrə supervayzer (supervayzer (indiki hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz ko ndensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2018- xx.xx.2021 hasilat üzrə qrupun rəhbəri (indiki hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur), xx.xx.2021- bu günə qədər - hasilat üzrə qrupun rəhbəri (Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) uyğundur) işləmişdir, işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 16 il 2 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1100000a-15824 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

48. İddiaçının xx.xx.1994-cü ildən xx.x x.2002-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı;

2. Neftqaz və qaz kondensatının hasilatı; a) fəhlələr; kod 1100000a—15824 neft və qaz hasilatı üzrə operatorlar.

49. İddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək id diaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 11 il 02 ay 20 gün).

50. Göründüyü kimi iddiaçının 10 ildən artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən də imtina məktubunda, kassasiya şikayətində iddiaçının xüsusi stajla bağlı şərti ödəməsi mübahisələndirilməmişdir.

51. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. C avabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

52. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icr aat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

53. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edil mişdir.

54. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2020-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

55. Beləliklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən a pellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2635/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar