Məhkəmə qərarları › İş №2-1(102)-347/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-347/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-347/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı QƏRARİ (Açar sözlər: iddiaçının şəhadətləndirməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 21.02.2025 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “iddiaçının şəhadətləndirməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1880/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/3.2311 nömrəli məktubu ilə bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 12.12 2022-ci il tarixli 4/2-8420 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiy yat kitablarında hərbi xidməti barədə məlumat olmadığına görə iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

2. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 8009 nömrəli məktubu ilə bildirilmişdir ki, Milli Ordunun əsgəri İddiaçı (stasionar kitabda vətəndaşın ata adı qeyd edilməyib) həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun yuxarı 1/3-nin güllə yarası (diaqnoz fərqli rəngli qələmlə yazılmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 3 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 9-cu səhifəsində olan 2192-ci (sıra sayında 2 rəqəmi qaralanmışdır) sayındakı qeyd.

3. Müdafiə Nazirliyinin Hüquq idarəsinin 11/4984 nömrəli məktubu ilə bildirilmişdir ki, Vətəndaş İddiaçı Mohammad oğlunun aldığı xəsarətlərin N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu zaman alınmasının dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 5/5481 nömrəli məktuba baxılmışdır. Sorğuya Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7883 nömrəli cavabından, N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar- dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında onun xidməti və yaralanması barədə məlumatların aşkar olunmadığı qeyd edilsə də, məktuba əlavə olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının mötəbər arayışların surətlərində, İddiaçı xx.xx.1994-cü il tarixdən 23 05.1994-cü il tarixədək stasionar müayinə və müalicədə olması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddiaçı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazi rliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 4107 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına Mərkəzi Hərbi Hospitalda verilmiş 1464 saylı xx.xx.1998-ci il tarixli arayışdan görünür ki, o 15.04-xx.xx.1994-cü il tarixlərdə hospitalın təxirəsalınmaz cərrahiyyə şöbəsində “Sol baldırın dəlib-keçən odlu silah güllə yaralanması, oturaq sinirin zədələnməsi ilə” diaqnozu ilə müalicədə olmuşdur. Onun adına ilkin tibbi karta N saylı hərbi hissənin tibb tağımında xx.xx.1994-cü ildə açılmışdır. Qeyd edilən nəticə onun məhkəmə-tibbi müayinəsi zamanı sol budun orta 1/3-nın ön səthində, sol sağrının orta hissəsində aşkar edilmiş çapıqlarla təsdiq olunur. Həmin çapıqların İ Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü il tarixdə yaranması inkar olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yenidən hərbi-həkim komissiyasından keçməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının şəhadətləndirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 1993-cü ilin oktyabr ayından xx.xx.1994-cü il tarixə ki mi Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə tağım komandiri kimi iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə Füzuli rayonunun Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə sol budundan ağır yaralanmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına sol budun yuxarı 1/3 hissəsinin yaralanması diaqnozu ilə qəbul olunmuşdur. Həmin dövrdən Azərbaycan Respublikasında yaşayır. Azərbaycanlı xanımla ailə qurmuş, 5 övlad atasıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup əlillik təyin edilmişdir. Əlilliyin təyin etmək üçün TSEK tərəfindən qoyulmuş diaqnoz sol budun yuxarı 1/3 distal hissəsinin güllə yaralanmasından sonra oturaq sinirin zədələnməsi, sol pəncənin sallanmasıdır. İddi açı döyüşlərində iştirak edib yaralansa da, ona təyin edilmiş əlillik ümumi əlillikdir. Əlilliyin dəyişdirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdiyi zaman iddiaçıya əlillik səbəbinin dəyişdirilməsi üçün zəruri sənədlərin təqdim edilməli olduğu bildirilərək təkrar həkim komissiyasına buraxılmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8549/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) İddiaçı barəsində şəhadətləndirilmə aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş və yararlılıq kateqoriyası müəyyən edilməmiş dir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır. Cavabdeh isə Əsasnamənin tələbinə görə səbəbindən və işin hazırkı vəziyyəti üçün daha əhəmiyyətli faktiki hal kimi vaxtından asılı olmayaraq iddiaçının hüququnun realizəsini həyata keçirməmiş, Əsasnamənin tələbinə tam zidd olaraq vaxtın uzun müddət keçməsi səbəbindən müraciəti təmin etməmişdir. Halbuki hərbi xidmət keçmiş şəxslərin hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi və həmin vəzifənin səbəb və vaxtından asılı olmaması qanunvericiliyin tələbi, iddiaçının isə hazırkı iddiasının hüquqi əsası qismində çıxış edir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1880/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, P.Hüseynov və S.Səlimova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmənin 2-1(103)-1880/2024 saylı, 07 may 2024-cü il tarixli sorğusuna cavabında bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Buna görə də məhkəmə Kollegiy ası qeyd etmişdir ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi, yəni İddiaçı barəsində şəhadətləndirilmə aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasina həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi öz qərarında qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirini Katibliyinin Mərk əzi Arxivinin 12.12 2022-ci il tarixli 4/28420 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993cü, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyat kitablarında hərbi xidməti barədə məlumat yoxdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 8009 nömrəli məktubundan görünür ki, iddiaçı həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun yuxarı 1/3-nin güllə yarası (diaqnoz fərqli rəngli qələmlə yazılmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 3 nömrəli "Stasionar xəstələrin qeydiyyatı" kitabının 9-cu səhifəsində ola 2192-ci (sıra sayında 2 rəqəmi qaralanmışdır) sayındakı qeyd. Məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X24107 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı adına Mərkəzi Hərbi Hospitalda verilmiş 1464 saylı, xx.xx.1998-ci il tarixli arayışdan görünür ki, o 15.04-xx.xx.1994-cü il tarixlərdə hospitalın təxirəsalınmaz cərrahiyyə şöbəsində "Sol baldırım dəlib-keçən odlu silah güllə yaralanması, oturaq sinirin zədələnməsi ilə" diaqnozu ilə müalicədə olmuşdur. Onun adına ilkin tibbi karta N saylı hərbi hissənin tibb tağımında xx.xx.1994-cü ildə açılmışdır. Qeyd edilən nəticə onun məhkəmə-tibbi müayinəsi zamanı sol budun orta 1/3-nin ön səthində, sol sağrının orta hissəsində aşkar edilmiş çapıqlarla təsdiq olunur. Həmin çapıqla rın İ Qarabağ müharibəsi zamanı xx.xx.1994-cü il tarixdə yaralanması inkar olunmur.

16. Beləliklə də iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş və yararlılıq kateqoriyası müəyyən edilməmişdir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır. Cavabdeh isə Əsasnamənin tələbinə görə səbəbindən və işin hazırkı vəziyyəti üçün daha əhəmiyyətli faktiki hal kimi vaxtından asılı olmayaraq iddiaçının hüququnun realizəsini həyata keçirməmiş, Əsasnamənin tələbinə tam zidd olaraq vaxtın uzun müddət keçməsi səbəbindən müraciəti təmin etməmişdir. Halbuki hərbi xidmət keçmiş şəxslərin hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi və həmin vəzifənin səbəb və vaxtından asılı olmaması qanunvericiliyin tələbi, iddiaçının isə hazırkı iddiasının hüquqi əsası qismində çıxış edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təy in etmək məqsədi ilə keçirilir. 7.1. hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin a lındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. On a görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının şəhadətləndirilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə 07 may 2024-cü il tarixli sorğu göndərilərək İddiaçı xidməti barədə əmrlərin (iddiaçı 1993-cü ili n oktyabr ayından 1994-cü ilin may ayının 23-ə kimi N saylı hərbi hissədə xidmət etdiyini iddia edir) təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavabında bildirmişdir ki, N saylı hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən iddiaçı tələbində haqlı deyildir.

25. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaç ının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1880/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar