Məhkəmə qərarları › İş №2-1(102)-3471/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3471/2019

17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3471/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyası, körpə uşağa qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi, qazanılmış hüquq. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Şəki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-507/2019 saylı iş üzrə 19 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh **********5 saylı, 13 may 2019-cu il tarixli məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasına əsasən iddiaçının 24 il 7 ay 28 gün sığorta stajı vardır və həmin staja uyğun olaraq pensiya kapitalı 17818,19 manat təşkil edir. Qanunvericiliyin müddəalarına görə tələb olunan 25 il stajı və ya pensiya kapitalı olmadığından iddiaçıya pensiya təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 05.07.2000-ci il tarixdən 01.06.2002-ci il tarixədək körpə uşağına qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi və ona 07.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-1035/2019 saylı, 23 iyul 2019-cu il tarixli qərarı (hakim - R.A.Məcidov) ilə iddianın qismən təmin edilməsi, İddiaçı 06.07.2000-ci il tarixdən 01.06.200 2-ci il tarixədək körpə uşağına qulluq müddətinin onun sosial sığorta stajına daxil edilməsi və ona 07.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-507/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-1035/2019 saylı, 23 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının 05.07.2000-ci il tarixdən 01.06.2002-ci il tarixədək körpə uşağına qulluq etdiyi dövr həmin vaxt qüvvədə olan qanunvericiliyə görə iş stajına daxil edildiyi üçün həmin dövr sosial sığorta stajına hesablanmalıdır. Məhkəmənin gəldiyi bu nəticə əsaslı deyildir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əm ək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, həmin Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunda işləməyən ananın üç yaşadək uşağına qulluq etdiyi müddətin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçı 2000-2002-ci illərdə əmək haqqı almamış və buna görə də, məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Belə olan halda həmin dövr onun sığorta stajına daxil edilə bilməz. Belə ki, "Əmək pensiyaları h aqqında" Qanunun 21.1-ci maddəsi qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb edir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzi bati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbi iki hissədən ibarət olmaqla iddianın birinci hissəsi “05.07.2000-ci il tarixdən 01.06.2002-ci il tarixədək körpə uşağına qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan və iddianın ikinci hissəsi isə “07.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının 01.06.1999-cu il tarixdə uşağı doğulduğundan və o, həmin tarixdən etibarən körpə uşağına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, hazırkı mübahisədə cavabdeh inzibati orqan iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının k örpə uşağına qulluq müddətini sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının körpə uşağına qulluq müddətinin onun iş stajına daxil edilməsi körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, eləcə də körpə uşağa qulluq etdiyi müddət və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin et mək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əv əzsiz ləğv edə bilməz. Müvafiq olaraq apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı 08.01.1980-ci il tarixdə X1 əmək fəaliyyətinə başlamış, 05.04.1999-cu il tarixdə analıq məzuniyyətinə buraxılmış və 05.07.2000-ci il tarixə X2 ləğv olunması ilə əlaqə dar işdən azad edilmişdir. İddiaçının işlədiyi və analıq məzuniyyətinə buraxılaraq işdən azad olunduğu müddət cavabdeh tərəfindən ona iş stajı kimi qəbul edilsə də, işdən azad olunduqdan sonra körpə uşağına qulluq etdiyi müddət iş stajı kimi nəzərə alınmamışdır ki, bunda da haqlı olmamışdır. İddiaçının 05.07.2000-ci il tarixdə işdən azad olunduğundan və həmin tarix ona iş stajı kimi hesablandığından məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək onun 06.07.2000-ci il tarixdən 01.06.2002-ci il tarixədək körpə uşağına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbinin ikinci hissəsi ilə bağlı olaraq isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsas ən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Cavabdehin bununla bağlı etirazının dəlilləri isə ondan ibarətdir ki, təqdim edilmiş əmək kita bçasına əsasən 24 il 7 ay 28 gün sığorta stajı və həmin staja uyğun olaraq pensiya kapitalı 17818,19 manat təşkil edir.Tələb olunan 25 il stajı və pensiya kapitalı olmadığından iddiaçıya pensiya təyin edilməsi mümkün deyildir. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və onun 61 yaşı 07.05.2019-cu il tarixdə tamam olmuşdur. Həmin tarixə iddiaçının körpə uşağına qulluq etdiyi müddət nəzərə alındıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı olur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir. Cavabdeh mübahisəsiz qaydada iddiaçının 24 il 7 ay 28 gün sosial sığorta stajının olmasını qəbul etmişdir. Apellyasiya məhkəməsi isə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən iş stajının hesablama qaydası ilə razılaşmışdır. Belə ki, iddiaçının əmək kitabçasına əsasən o, 01.11.1975-ci il tarixdən 15.07.1976-cı il tarixədək X4 sahəsində fəhlə, 21.09.1976-cı il tarixdən 21.01.1980-ci il tarixədək X3 2 nömrəli sexində tikişçi, 08.01.1980-ci il tarixdən 05.07.2000-ci il tarixədək X1 işləmişdir. Lakin iddiaçının 08.01.1980-ci il tarixdən işlədiyi müddət onun 21.01.1980-ci il tarixədək işlədiyi müddətlə üst-üstə düşür ki, “Əmək pensiyaları haqqında” Qanunun 22.2.-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Üst-üstə düşən müddətlərdən biri nəzərə alındıqda iddiaçının əmək kitabçasına əsasən məhz 24 il 7 ay 28 gün (01.11.1975-15.07.1976, 21.09.1976-21.01.1980, 21.01.198005.07.2000) mübahisəsiz sosial sığorta stajı vardır. İddiaçının, körpə uşağının 3 yaşınadək olan ona qulluq müddəti nəzərə alındıqda 1 il 10 ay 26 gün (06.07.2000-01.06.2002) sosial sığorta stajı var ki, həmin müddət mübahisəsiz olan əmək kitabçasına əsasən hesablanmış 24 il 7 ay 28 gün sosial sığorta stajı ilə toplandıqda onun cəmi 26 il 6 ay 23 gün sosial sığorta stajı vardır. Bu səbəbdən də məhkəmələr haqlı olaraq hesab etmişlər ki, iddia tələbi bu hissədə əsaslı olduğundan iddiaçının pensiya yaşı tamam olduğu 07.05.2019-cu il tarixdən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan a pellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-507/2019 saylı iş üzrə 19 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar