Məhkəmə qərarları › İş №2-1(102)-3474/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3474/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3474/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3474/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin...dövlət qeydiyyatı üçün əsasdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmal əddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(107)-509/2019 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,0482 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evinin mülkiyyət hüquqlarının xxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına MA seriyalı ******* nömrəli çıxarışın hazırlandığını, mülkiyyətində olan torpaq sahəsində mağaza tikintisinə icazə verilməsi məqsədilə Şəki şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etdiyini, Şəki şəhər İHB-nın xxxx 2012-ci il tarixli, 1/230 nömrəli sərəncamı ilə Şəki şəhəri X1 prospektində mülkiyyətində olan torpaq sahəsinin 123 kv.m-də mağaza tikintisinin layihələşdirilməsinə icazə verildiyini, tikiləcək sahibkarlıq obyektinin eskiz layihəsi hazırlanaraq Şəki şəhər İHnin Tikinti və Memarlıq şöbəsinin müdiri - baş memarla razılaşdırıldığını, tikintisi başa çatdıqdan sonra avqust 2013-cü il tarixdə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyası tərəfindən mağazanın istismara qəbul edilməsi qərara alınaraq, obyektin istismara qəbul aktının tərtibi və imza, möhürlərlə təsdiq edildiyini, həmin torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2017-ci il tarixli məktubla müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, tikintiyə icazə qərarının və istismara qəbul aktının təqdim edilmədiyinə, sənədlər in təqdim ediləcəyi təqdirdə çıxarış verilməsi məsələsinə baxıla bildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini, halbuki, ünvan 2 ünvanında yerləşən 0,0482 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin 123 kv.m hissəsinə tikinti icazə qərarını aldığını, lakin 104 kv.m hissəsində mağaza tikdirdiyini, mağaza binasının yerləşdiyi torpaq sahəsi mülkiyyətində olmasına baxmayaraq, istifadəsində olan qeyriyaşayış binasını adına rəsmiləşdirmədiyini bildirərək, ünvan 3 ünvanında yerləşən 104 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(84)-828/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən 104 kv.m torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binası (mağaza) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim - R.A.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-509/2019 saylı qərarı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və M.R.Hüseynov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı də yişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün tələb olunan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olmadığından, qeyri-yaşayış binasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi mümkün olmamış, qeyri-yaşayış binasının tikinti norma və qaydalarına uyğun inşa edilməsinə dair sənədlər, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə təqdim edilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-509/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı, MA seriyalı ******* nömrəli hüquqların dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin 123 kv.m hissəsində mağaza tikintisinə icazə aldıqdan və eskiz layihə təsdiq edildikdən sonra həmin torpaq sahəsində qeyri-yaşay ış binası (mağaza) tikdirmiş və tikintisi başa çatmış obyekt avqust 2013-cü il tarixdə tərtib edilmiş akta əsasən istismara qəbul edilmiş, iddiaçı, həmin torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binası (mağaza) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2017-ci il tarixli məktubla müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, tikintiyə icazə qərarının və istismara qəbul aktının təqdim edilmədiyinə, sənədlərin təqdim ediləcəyi təqdirdə çıxarış verilməsi məsələsinə baxıla bildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xxxx 2018-ci il tarixli, **** nömrəli ekspert rəyinə görə ünvan 3 ünvanında yerləşən 12 3 kv.m – lik torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası (mağaza) İddiaçı MA seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan 0,0482 ha torpaq sahəsinin daxilində yerləşir və mağaza binası texniki baxımdan tikinti norma və qaydalarına uyğun inşa edilmiş, beləliklə, 123 kv.m torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış binasının (mağaza) inşa edilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, qeyri-yaşayış binası üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuş, habelə iddiaçının təqdim etdiyi sənədlər qeyri-yaşayış binası üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nətic əni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka digər hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşı nmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəhər salma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, 2013-cü il xxxx tikilmiş qeyriyaşayış binalarına münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır və həmin əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni n əticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası ünvan 3 ünvanında yerləşən 123 kv.m – lik torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının (mağaza) İddiaçı MA seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan 0,0482 ha torpaq sahəsinin daxilində yerləşməsinin və mağaza binası texniki baxımdan tikinti norma və qaydalarına uyğun inşa edilməsinin xxxx 2018-ci il tarixli, ***** nömrəli ekspert rəyi ilə təsdiq edildiyini, beləliklə, 123 kv.m torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış binasının (mağaza) inşa edilməsinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini, 2013-cü ilin xxxx qəbul komissiyası tərəfindən mağazanın istismara qəbul edilməsi barədə akt tərtib edildiyini, beləliklə, qeyri-yaşayış binası üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz olduğunu, habelə iddiaçının təqdim etdiyi sənədlərin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-509/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-509/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar