Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3475/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar söz: yoxlama aktının və qərarın ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Vafəddin İbayev, Elşanə Vəliyevadan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxun və vəkili Abil Bayramovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı aktın və qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2-1(103)-197/2019 saylı qərardad ından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı cavabdeh Departament tərəfındən iddiaçı Trest barəsində tərtib edilmiş 21.05.2013-cü il tarixli **********619258 saylı səyyar vergi yoxlaması aktının və 28.06.2013-cü il tarixli **********676746 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqlə şdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçı barəsində tərtib edilmiş 21 may 2013-cü il tarixli, **********619258 saylı səyyar vergi yoxlaması aktının və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28 iyun 2013-cü il tarixli, **********676746 saylı qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 24.12.2013-cü il tarixli iş № 2-1(81)-2656/2013, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 21.05.2012-ci il tarixli, **********619258 nömrəli səyyar vergi yoxlaması aktının və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" 28.06.2013-cü il tarixli, **********676746 nömrəli qərarının qismən - iddiaçı Trest tərəfindən 01.03.2011-ci il tarixdən 01.09.2012-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 34225,80 manat (ƏDV üzrə 10808,43 manat, mənfəət vergisi üzrə 23417,37 manat) məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması hissəsi istisna olmaqla, qalan hissələrdə ləğv edilməsi, iddianın digər hissələrdə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24.12.2013-cü il tarixli qərarının qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.05.2014-cü il tarixli iş № 2-1(103)-569/2014 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, N.Mustafayev və K.Abiyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərarının iddianın təmin olunan hissəsində qismən ləğv edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" 28.06.2013-cü il tarixli, **********676746 nömrəli qərarının ƏDV üzrə 10808,43 manat və mənfəət vergisi üzrə 23417,37 manat məbləğlərə 50 faiz - 17112,9 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində qüvvədə saxl anılması, qərarın qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 19.05.2014-cü il tarixli qərarının qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 01.10.2014-cü il tarixli iş № 2-1(102)1099/2014 (hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, R.Nəbizadə və İ.Hüseynov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, iddiaçının kasasiya şikayətinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin 19 may 2014-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin10.12.2014-cü il tarixli iş № 2-1(103)-1809/2014 (hakimlər S.Hüseynov - sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərarının iddianın təmin olunmuş hissəsində qismən ləğv edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında" 28.06.2013-cü il tarixli, **********676746 nömrəli qərarının ƏDV üzrə 10808,43 manat və mənfəət vergisi üzrə 23.417 manat 37 qəpik məbləğlərə 50 faiz - 17112,9 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qüvvədə saxlanılması; qərarın qalan hissədə də yişdirilməməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 10.12.2014-cü il tarixli qərarının qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 03.06.2015-ci il tarixli iş № 2-1(102)437/2015 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, Ə.Əhmədov və X.Məmmədov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin iş üzrə 10 dekabr 2014-cü il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilmə si qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin02.11.2014-cü il tarixli iş № 2-1(103)-20/2016 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərarının iddianın təmin olunan hissəsində qismən - 34225,80 manat məbləğində vergilərə 50 faiz - 17112,9 manat maliyyə sanksiyasının tətbiq edilməsinə münasibətdə hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 02.11.2014-cü il tarixli qərarının qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 03.06.2015-ci il tarixli iş № 2-1(102)437/2014 (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 02.11.2016-cı il tarixli qərarının qismən, iddanın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin19.07.2019-cu il tarixli iş № 2-1(103)197/2016 (hak imlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi,birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli qərarı qismən - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi qanunvericiliyinin pozulmasına görə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixli **********676746 saylı qərarın 2011-2012-ci illər üzrə əlavə dəyər vergisinin 150623,93 manat məbləğində azaldılmasına görə əlavə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissəsində ləğv edilməsi və iddia tələbinin bu hissədə rədd edilməsiqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə mübahisəsi üç dəfə Ali Məhkəmənin icraatında olmuş və hər üç prosesin nəticəsi olaraq məhkəmə mübahisəsi aşağı instansiya məhkəmələrinin, yəni birinci instansiya və apelyasiya məhkəmələrinin işə baxdığı zaman maddi və prosessual hüquq normalarının tələblərini ciddi şəkildə pozmaları səbəbindən yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilmişdir. Lakin işə üç dəfə təkrar baxan Apelyasiya Məhkəmələri Ali Məhkəmənin işin yenidən baxışa göndərilməsi barədə verdiyi yekun qərarında əks etdirdiyi hüquqi mövqeyini gözləmədən, həmin hüquqi mövqedə əks olunan göstəriş və tövsiyyələrə əməl etmədən yekunda əvvəlki proseslərdə olduğu kimi (2011-2012-ci illər üzrə ƏDV-nin 150623.93 manat məbləğində azaldılmasına görə əlavə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissədə istisna olmaqla) birinci ins tansiya məhkəməsinin qərarına uyğun qərar qəbul etmişlər. İşə yenidən baxan Apelyasiya məhkəməsi öz qərarında Ali Məhkəmənin qeyd etdiyi ziddiyyətli halları aradan qaldıra bilməmişdir. Belə ki, Apelyasiya Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq eskpertizası təyin etmiş və qeyd olunan ziddiyyətli halın araşdırılması məqsədilə ekspert qarşısında qoyulmuş suala ekspert əsassız olaraq qeyd etmişdir ki, müəssisə tərəfindən 32267,32 manat məbləğində ƏDV “X9 LTD” MMC-nin depozit hesabına səhvən köçürüldüyündən hazırki ekspertiza zamanı həmin 32267.32 manat məbləğində ƏDV-nin dəyəri, yəni 179262,89 manat məbləğində pul vəsaiti 2011-ci ilin ümumi gəlirində nəzərə alınmamalıdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən qətnaməyə ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən hüquqi qiymət ver ilə bilər. Bu səbəbdən göstərilən rəy məhkəmənin səlahiyyətinə aid olan hüquqi məsələ barəsində verildiyindən sübut kimi qəbul edilə bilməz.Bu səbəbdən ekspert mövcud ziddiyyətli haldan yan keçərək mənfəət vergisi ilə bağlı göstəriciləri təkrarlamış və eyni nəticəyə gəlmişdir. Halbuki, Ali Məhkəmə iddiaçı ilə ekspertin 2011-ci il üzrə gəlirləri müxtəlif rəqəmlərlə əks etdirdiyi üçün həmin ziddiyyəti aradan qaldırmağı zəruri bilmişdir. Ziddiyyət isə aradan qaldırılmamışdır.Daha sonra yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müxtəlif hesabat dövrlərinin düzgün müəyyən edilməməsi səbəbindən ƏDV 35410,48 manat azaldılmış və 35410,48 manat artıq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyat aprel ayında bəyan edilmiş, forma 2 aktları isə mart ayında tərti b edilmişdir.İşin bu hissəsi ilə bağlı Ali Məhkəmə qeyd etmişdir ki, “işin materiallarına əlavə edilmiş “yerinə yetirilmiş işlərin təhviltəslim akt”larından, “yerinə yetirilmiş işlərin qəbulu akt”larından, ödəniş sənədlərindən və digər sənədlərdən göründüyü kimi vergi ödəyicisi Vergi Məcəllənin 166-cı maddəsinin tələblərinə müvafiq olaraq 2011-ci ilin mart və aprel ayları üzrə vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etməmişdir.”Göründüyü kimi, Ali Məhkəmənin qərarında da iddiaçı tərəfindən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə düzgün əməl edilmədiyi öz təsdiqini tapmışdır.Lakin apelyasiya məhkəməsi ciddi prosessual pozuntuya yol verməklə işin bu hissəsinə təkrar olaraq münasibət bildirmədən iddianı həmin hissədə təmin etmişdir. Onu da qeyd etmək lazımdır ki, apelyasiya məhkəməsinin təyin etdiyi ekspertiza araşdırmasında da bu hissəyə toxunulmamış və tamamilə nəzarətdən kənarda qalmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində göstərmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2-1(103)-197/19 saylı qərarının cavabdehin apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı də Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2-1(103)-197/2019 saylı qərarından kasasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2019-cu il tarixli 2-1(102)3475/2019 saylı qərardadı ilə iddiaçının kasasiya şikayəti mümkün sayılmamış, onu n icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Bayramov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2-1(103)-197/19 saylı qərarının cavabdehin apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştira k edən cavabdehin nümayəndəsi N.Xəlilov da, cavabdehin vəkili A.Bayramovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 iyul 2019-cu il tarixli, 2-1(103)-197/19 saylı qərarının cavabdehin apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndə və vəki linin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarı - “cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi hissəsində” ləğv edilməli, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İ PM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Birinci instansiya məhkəməsinin 24.12.2013-cü il tarixli 2inz(81)-1656/2013 saylı qərarına əsasən iddiaçı tərəfindən 01.03.2011-ci il tarixdən 01.09.2012-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixli **********676746 saylı q ərarı qismən- 34225,80 manat (ƏDV üzrə 10808,43 manat, mənfəət vergisi üzrə 23417,37 manat) məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia digər hissələrdə təmin edilməməsi, ekspertiza xərcinin iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğ İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. 19.07.2019-cu il tarixli 2-1(103)-197/2019 saylı Bakı Apelyasiya Məhkəməsinin X1 əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 24.12.2013-cü il tarixli 2inz(81)-1656/2013 saylı qərarı qismən- Azərbaycan Respublikası Vergilər Nazirliyi yanı nda Vergi Auditi Departamentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixli **********676746 saylı qərarının 2011-2012-ci illər üzrə əlavə dəyər vergisinin 150.623,93 manat məbləğində azaldılmasına görə əlavə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissəsində ləğv edilmiş və iddia tələbi bu hissədə rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından cavabdeh apelyasiya şikayəti təqdim etmiş və cavabdehin apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 19.07.2019-cu il tarixli 2-1(103)-197/2019 saylı Qərarı mübahisələndirilən hissədə ləğv edilməli və kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən iddia tələbi 2011-2012-ci illər üzrə əlavə dəyər vergisinin 150623,93 manat məbləğində azaldılmasına görə əlavə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissəsində ləğv edilmiş və iddia tələbi bu hissədə rədd edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, işə baxılan zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarı hazırkı mübahisəyə düzgün tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respub likasi Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarı dərc edildiyi gündən qüvvəyə minir. Hazırki məhkəmə mübahisəsi isə Konstitusiya Məhkəməsinin müvafiq qərarından öncə yaranmışdır. Vergi Məcəlləsinin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqində aydın olmayan məqam olması səbəbindən həmin maddənin rəsmi şərh edilməsi zərurəti yaranmışdır ki, həmin maddənin şərh edilməsi nə qədər ki, dövrdə yaranmış mübahisələrdə həmin maddə vergi ödəyicinin xeyrinə şərh edilməlidir. Bundan başqa apelyasiya instansiyasının qərarında iddianın maliyyə sanksiyasına münasibətdə hansı məbləğdə rədd edilməsi qeyd olunmamışdır. Bundan əlavə cavabdeh kasasiya şikayətində səyyar vergi yoxlaması zamanı hesablanmış ÖMV məbləğinin məhkəmə qərarına əsasən ləğv edilməsinin əsassızlığını qeyd etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ÖMV hesablanan zaman vergitutma obyekti mövcud olmamışdır. Belə ki, həmin maddənin tələbinə görə VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Bu zaman vergi həmin fiziki şəxslərə ödəniş aparılan anda tutulmalıdır ki, iş materiallarında VÖEN təqdim etməyən fiziki şəxslərə ödənişın aparılmasına dair hər hansı sübut yoxdur. Bundan başqa cavabdehin kasasiya şikayətində cavabdehin qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixli **********676746 saylı qərarın 32267,32 manat ƏDV məbləğinin hesablanması hissəsinin ləğv edilməsinin əsassızlığı qeyd olunmuşdur. İş materiallarına əsasən 32267,32 manat məbləğində əlavə dəyər vergisinin 21.05.2011-ci il tarixli HC seriyalı 167013 və 167017 saylı elektron vergi hesab-fakturaları əsasında əvəzləşdirildiyi qeyd edilmiş və mal qalığı olmadığı üçün həmin məbləğdə vergi hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsi isə öz qərarında həmin məbləğdə ƏDV- nin səhv ödənildiyini və bu barədə məhkəmə aktının olduğuna əsaslanaraq vergi hesablanmasının əsassız olması barədə qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlama zamanı Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi əsassızdır. Çünki ƏDV məbləği “X9 ltd” MMC-yə səhv ödənilibsə belə olan halda yoxlama zamanı cavabdeh tərəfindən 21.05.2011-ci il tarixli HC seriyalı 167013 və 167017 saylı elektron vergi hesab-fakturaları əsasında ƏDV əvəzləşdirilməsi ləğv edilməklə vergi məbləği hesablanmalı idi. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi 24 dekabr 2013-cü il tarixli 2 inz(81)2656/2013 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin 21.05.2012-ci il tarixli **********619258 saylı səyyar vergi yoxlaması aktı və Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixdə **********676746 saylı qərarı qismən – İddiaçı tərəfindən 01.03.2011-ci il tarixdən 01.09.2012-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 34225,80 manat (ƏDV üzrə 10808,43 manat, mənfəət vergisi üzrə 23417,37 manat) məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması hissəsi istisna olmaqla, qalan hissələrdə ləğv edilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qərara alınmış və bu qərardan cavabdeh apelyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2656/2013 saylı iş üzrə 24.12.2013-cü il tarixli qərarının qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddiaçının i ddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Son nəticədə apelyasiya instansiyası məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2-1(103)197/2019 saylı qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2inz(81)-1656/2013 saylı qərarı qismən – Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi qanunvericiliyinin pozulmasına görə cəlb edilməsi haqqında 28.06.2013-cü il tarixli **********676746 saylı qərarın 2011-2012-ci illər üzrə əlavə dəyər vergisinin 150623,93 manat məbləğində azaldılmasına görə əlavə hesablanmış vergi və ona tətbiq edilmiş maliyyə sanksiyası hissəsində ləğv edilməsi və iddia tələbi bu hissədə rədd edilməsi, qərarın qala n hissədə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2019-cu il tarixli 17550 saylı rəyi üzrə alınmış ekspertiza tədqiqatına görə 150 (bir yüz əlli) manat məbləğ İddiaçındən tutulub dövlət büdcəsinin - büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət xəzinadarlığı Agentliyi kod210005, VÖEN **********, mh A41NABZ********************, SFİFT BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilməsi qərara alınmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2-1(103)197/2019 saylı qərarının qismən - “birinci instansiya məhkəm əsinin 24 dekabr 2013-cü il tarixli 2inz(81)-1656/2013 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində” (yəni, cavabdehin apelyasiya şikayətinin təmin edilməyən hissəsində) ləğv edilməli, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 iyul 2019-cu il tarixli 21(103)-197/2019 saylı qərarı qismən - “birinci instansiya məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2inz(81)-1656/2013 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində” (yəni, cavabdehin apelyasiya şikayətinin t əmin edilməyən hissəsində) ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-3475/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3475/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver