Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3478/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasının tanın ması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-565/2019 saylı iş üzrə 09 oktyabr 2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı2012-ci ildə Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinə daxil olmuş, qiyabi formada təhsil almaqla 2016-ci il 24 oktyabr tarixdə həmin təhsil müəssisəsini bitirmiş və ona “Hüquqşünaslıq” ixtisası üzrə 2016-cı il 24 oktyabr tarixli, B16 N 251299 saylı diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universit eti tərəfindən onun adına verilmiş 2016-cı il 24 oktyabr tarixli, B16 251299 saylı diplomu üzrə ixtisasın tanınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 26 iyul 2018-ci il tarixli məktubla iddiaçının həmin diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş,Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 24.10.2016-cı il tarixli B16 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasın tan ınması (nostrifikasiyası) və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında iki hala istinadla iddianın rədd edilməsini xahiş etmişdir - iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir və xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün normativ müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3846/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarı (hakim – X.X.İmanov) ilə iddia təmin edilmiş, Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş 24.10.2016-cı il tarixli B16 № 251299 nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə vəzifə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Apellyasiya şikayətində yeganə olaraq o dəlilə istinad olunmuşdur ki, iddiaçı təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində tədris yükünü mənimsəmək qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-565/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B. Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) iləcavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3846/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə görə iddiaçının sərhəd keçmə məlumatının müəyyən edilmə si, tədris yükünün mənimsənilməməsini müəyyən etmək, yoxlamaq və aşkar etmək üçün heç bir norma yoxdur, iddiaçının bilik səviyyəsini oxuduğu ali təhsil müəssiəsi müəyyən etmişdir və buna görə də, təhsil müəssisəsinin dövlət imtahanı komissiyası tərəfindən yoxlanılaraq diplom verilmişdir. Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmiş və məktubunu onunla əsaslandırmışdır ki, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. Cavabdeh inzibati orqanın hərəkətləri əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarf’nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhs il sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar ç ıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilən normaların tələbləri baxımından cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiklər i halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxışa göndərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hall arda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Apellyasiya məhkəməsi iddianın rədd edilməsinə dair özünün mövqeyini onunla əsaslandırmışdır ki, Ukrayna Respublik ası V.N.Karazin adına Xarkov Milli Universitetində iddiaçının təhsilini rus dilində aldığı müəyyən olunsa da, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dili üzrə bilik səviyyəs inin qənaətbəxş olmadığının müəyyən edildiyinə istinad etmiş, apellyasiya məhkəməsi də öz növbəsində bununla razılaşmışdır. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, şəxsin tədris dilini lazımi səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edə bilər. Lakin məhkəmə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halından çıxış edərək iddianı təmin etmədən əvvəl bununla bağlı işin hallarını dəqiq müəyyən etməlidir. Bunun üçün isə məhkəmə ilk növbədə iddiaçının hansı dild ə tədris aldığını dəqiq müəyyənləşdirməli, daha sonra isə onun həqiqətən sözügedən dili mənimsəmədiyini təsdiq edən sübutların iş materiallarında olub-olmadığını yoxlamalıdır. Bununla bağlı işin hallarından görünür ki, iddiaçı qiyabi formada təhsil almış və tədris dili rus dili olmuşdur. Cavabdeh həm müraciəti təmin etməkdən imtina edərkən, həm də iddiaya qarşı etirazında iddiaçının tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığına istinad etsə də, bu zaman yalnızca ekspert rəyinə əsaslanmışdır. Lakin iş materiallarından müəyyən edilmir ki, cavabdeh iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı nəticəsinə hansı sübutlar əsasında gəlmişdir. Yəni, cavabdehin müsahibə zamanı iddiaçının dil biliklərini hansı qaydada yoxladığı bəlli deyildir. Eləcə də, bu yoxlamanın nətic ələrini əks etdirən sübut (məsələn, CD və.s) da işdə yoxdur. Nəzərə almaq lazımdır ki, bu işlər üzrə yerləşmiş inzibati praktika ondan ibarətdir ki, cavabdeh əksər hallarda tədris dili üzrə biliklərin qənaətbəxş olmadığı halına istinad etdikdə vətəndaşlarla müsahibəni əks etdirən müvafiq CD-ləri təqdim edir. Lakin hazırkı işdə cavabdeh bu sübutu təqdim etməmişdir. Bununla bağlı olaraq qeyd olunmalıdır ki, iddiaçının tədris dili üzrə biliklərinin qənaətbəxş olmadığı halına istinad etdiyi üçün bu halı təsdiq edən mötəbər sübutları təqdim etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşin hallarından həmçinin müəyyən edilir ki, apellyasiya məhkəməsi işə baxarkən qəbul etdiyi 03 aprel 2019-cu il tarixli qərardadla iddiaçının müraciətinə Təhsil Nazirliyində yenidən baxılması və müvafiq inzibati aktı n qəbul edilməsi üçün 2 (iki) aylıq müddət təyin etmiş və həmin müddət ərzində məhkəməyə məlumat verilməsini cavabdehə həvalə etmişdir. Məhkəmə bu qərardadı çıxararkən cavabdehin müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əvvəlcə bir əsasa (tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmasına), daha sonra isə təqdim etdiyi iddiaya qarşı etirazda başqa əsasa (qiyabi formada dörd il təhsil alınması) istinad etməsinə əsaslanmış və imtina məktubunda ikinci əsasın öz əksini tapmadığını bildirmişdir. İşin hallarından görünür ki, cavabdeh apellyasiya məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərardadının icrası ilə bağlı məhkəməyə 16 sentyabr 2019-cu il tarixli məktub göndərərək məsələnin araşdırıldığını və sözügedən diplom üzrə alınmış ixtisasın ölkə ərazisində tanınmaması barədə yek un qərar qəbul edildiyini bildirmişdir. Apellyasiya məhkəməsi bu məktuba formal olaraq istinad etməklə iddianı rədd etmişdir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, əgər məhkəmə yekun qərar qəbul etməyə mane olan icraatın gedişində yaranmış hər hansı məsələnin inzibati orqan tərəfindən yenidən araşdırılmasına və müvafiq qərarın qəbul edilməsinə dair aralıq qərardad qəbul edirsə, inzibati orqan tərəfindən bu qərardada formal cavab verilməsinə istinad etməməli, əksinə, qərardadın çıxarılmasına əsas təşkil edən məsələlərin inzibati orqan tərəfindən müvafiq qaydada araşdırılıb-araşdırılmadığına qiymət verməlidir. Bu mənada, 03 aprel 2019-cu il tarixli qərardadın icrası onu tələb edir ki, məhkəmə əmin olmalıdır ki, cavabdeh tərəfindən qərardadda qoyulmuş məsələlər üzrə konkret araşdırma lar aparılmışdır və araşdırmanın nəticələri müvafiq qaydada qiymətləndirilmişdir. Lakin hazırkı işin halları baxımından bu qənaətə gəlmək mümkün deyildir. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən müxtəlif vaxtlarda üç fərqli əsasa istinad etmişdir – 1) tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması (müraciət ilkin olaraq təmin etməkdən imtina edilərkən); 2) qiyabi formada alınmış təhsilin müddətinin dörd il olması (iddiaya qarşı etiraz verilərkən) və 3) iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olması və bu müddətin tədris yükünü mənimsəmək üçün yetərli olmaması (apellyasiya şikayəti verilərkən). Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin müxtəlif vaxtlarda üç fərqli əsasa istinadı özü-özlüyündə həmin orqanda inzibati icraatın düzgün aparılmadığını təsdiq edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-24.4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bu normaların tələbl ərinə görə işin hallarının obyektiv araşdırılması vəzifəsi onu tələb edir ki, inzibati orqan müraciətə baxarkən, xüsusən əlverişsiz inzibati akt qəbul etdikdə ərizəçinin ziyanına olan bütün halları birdəfəyə müəyyən etməli, özünün ilkin aktında bunları dəqiq göstərməli, həmin halların hansı sübutlarla müəyyən olunduğunu qeyd etməli və tətbiq etdiyi hüquq normalarını bildirməlidir. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan həm ilkin olaraq müraciəti təmin etməkdən imtina edərkən, həm də məhkəmənin 03 aprel 2019-cu il tarixli qərardadının icrası ilə bağlı araşdırma apararkən qeyd edilən qaydada davranmamışdır. Xüsusən cavabdehin 16 sentyabr 2019-cu il tarixli məktubunda onun hansı araşdırmaları apardığı, mübahisəli məsələlərə dair hansı halları müəyyən etdiyi və nəyə görə diplom üzrə alı nmış ixtisasın ölkə ərazisində tanınmaması barədə yekun qərar qəbul edildiyi nəticəsinə gəldiyi bəlli deyildir. Beləliklə, apellyasiya məhkəməsi öz qərardadında qoyulmuş məsələlərin araşdırılmadığının müəyyən edilməsinə baxmayaraq əsassız olaraq cavabdehin 16 sentyabr 2019-cu il tarixli məktubunu iddianın rədd edilməsinin əsası kimi qəbul etmişdir. Kollegiya həmçinin hesab edir ki, təkrar apellyasiya baxışında mübahisənin qanuni həlli baxımından aşağıdakılar da nəzərə alınmalıdır. Cavabdehin apellyasiya şikayəti verərək irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, iddiaçı təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olmuşdur, həmin müddət tədris yükünü mənimsəmək üçün yetərli deyildir. Kollegiya sözügedən məsələ ilə bağlı qeyd edir ki, təhsil almaq üçün tələb olun an müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özüözlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğu aydın deyildir. Bu mənada, iddiaçının təhsil aldığı müddət ərzində Ukraynada ümumiyyətlə, nə qədər vaxt olduğu məsələsini müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının nə qədər vaxt həmin ölkədə qaldığı bəlli olmadığı halda, onun həmin ölkədə qısa müddət ərzində olmasını bildirmək özü-özlüyündə ziddiyyətli mövqedir. Odur ki, yeni apellyasiya baxışı zamanı iddiaçının təhsil aldığı müddət ərzində Ukrayna ərazisində olduğu dəqiq müddət müəyyən edilməli və həmin müddətin yetərliliyinə iddiaçının qiyabi form ada təhsil alması, semestr müddətləri və s. konkret meyarlar nəzərə alınmaqla əsaslandırılmış qiymət verilməlidir. İş materiallarında həmçinin bəzi şəxslərə (X1 2017-ci ildə verilmiş 014199 saylı və X4 2018-ci ildə verilmiş 018533 saylı) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş ekvivalentlik barədə şəhadətnamələr vardır. Həmin şəhadətnamələrdən görünür ki, sözügedən şəxslər iddiaçı ilə eyni olan V.N.Karazin adına Xarkov Milli Universitetinin “Hüquqşünaslıq” ixtisasını 2016-cı ildə bitirmişlər. Bu halda, işə baxan məhkəmə diplomları tanınmaqla ekvivalentlik barədə şəhadətnamələr verilmiş şəxslərlə münasibətdə iddiaçının oxşar vəziyyətdə olan şəxs olub-olmadığına qiymət verməli idi. Əgər həmin şəxslər oxşar faktiki və hüquqi əsaslardan çıxış edirlərsə, o halda, iddiaçın ın tələbinə həm də bərabərlik hüququnun təminatları baxımından qiymət verilməsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində isə təsbit edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktik anın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qeyd olunan müddəaların tələbləri baxımından yeni apellyasiya baxışı zamanı həmçinin iddiaçı ilə eyni ixtisas üzrə, eyni təhsil müəssisəsindən və eyni tarixdə məzun olmuş şəxslərin diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması halı müəyyən olunarsa, bunun səbəblərinə dair cavabdehin mövqeyi öyrənilməli, bu zaman həmin şəxslərlə müqayisədə iddiaçıya münasibətdə fərqli qərar qəbul edilməsinin hallarının nədən ibarət olduğu müəyyənləşdirilməklə cavabdehin imtinasına həmçinin bərabərlik konstitusiya prinsipinin tələbləri, habelə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik və onun mühüm elementi olan vətəndaşların qanuna və inzibati praktikaya olan etimad hüquqlarının qorunması prinsiplərinin tələbləri baxımından qiymət verilməlidir. Beləliklə, təkrar apellyasiya baxışı zamanı yuxarıda qeyd olunanlardan irəli gələn tam və hərtərəfli araşdırmanın aparılması təmin edilməli, mötəbər sübutlara istinadla müəyyən olunmuş hallara tətbiq edilməli hüquq normalarına əsasən lazımi hüquqi qiymət verilməklə qanuni və əsaslı məhkəmə aktının çıxarılmasını təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-1(103)-565/2019 saylı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3478/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3478/2019
17.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver