Məhkəmə qərarları › İş №2-1(102)-348/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-348/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-348/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçıya 2008-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş, 2017-ci ildə isə onun 2-ci dərəcəli əlilliyi müəyyən edilmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respubli kası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının üzərinə əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2212/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi il ə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxıldığını və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edildiyini, hal-hazırda yaşa görə əmək pensiyası aldığını, xx.xx.2017-ci il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edildiyini, onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etsə də, sonuncunun, xx.xx.2019-cu il tarixli mə ktubla müraciətdən imtina etdiyini bildirərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 21(81)2064/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim - T.Ə sədova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2212/2019 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Hərbi Qulluqçuların və Xüsusi Rütbəli Şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmiş, iddiaçının qulluq etdiyi orqan tərəfindən iddia etdiyi “Əmək pensiyaları haqqında” AR Qanununun 19.1.7.2-ci maddəsi ilə bağlı əlavə “məlumat vərəqi”ndə qeyd edilməmiş, beləliklə, təminat xərcliyinə daxil edilməmiş, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 21(103)-2212/2019 saylı qərarı dəyişdirilmədən saxl anılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, N saylı hərbi hissə tərəfindən verilmiş M/V seriyalı 002067 №-li vəsiqəyə görə İddiaçı müharibə veteranıdır, Tibbi Sosial Ekspert Komissiyasının arayışına görə İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2017-ci ildən müddətli olaraq ikinci dərəcəli əlillik verilmiş, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 673,20 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək, DSMFyə göndərilmiş, həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli 2820 №- li qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdən 656,54 manat məbləğində ömürlük pensiya təyin edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı oğlunun pensiyası yenidən hesablanaraq yaşa görə xx.xx.2013-cü il tarixdən 1 362,73 manat məbləğində ömürlük pensiya təyin olunmuşdur (pensiya işinin materialları), məlumat vərəqinə görə iddiaçının xidmət müddəti təqvim ili 26 il 2 ay 22 gün, güzəştli xidmət ili 35 il 1 ay 5 gün təşkil edir, iddiaçı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu, xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçıya xx.xx.2008-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanması nəzərdə tutulmuş, iddiaçının xx.xx.2008-ci il tarixdə pensiya hüququ yaranmış, cavabdeh apellyasiya şikayətində iddiaçının qulluq etdiyi orqan tərəfindən iddia etdiyi “Əmək pensiyaları haqqında” AR Qanununun 19.1.7.2-ci maddəsi ilə bağlı əlavənin “məlumat v ərəqi”ndə qeyd edilmədiyini, təminat xərcliyinə daxil edilmədiyini qeyd etsə də, iddiaçıya yaşa görə pensiya xx.xx.2008-ci il tarixdə təyin edilmişdir və əlavənin təminat xərcliyinə daxil edilməsi ilə bağlı məlumat vərəqində qeyd edilməsi mümkün deyildir, belə ki, “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyada verilmiş 19.1.7.2-ci maddəsi xx.xx.2017ci il tarixdən qüvvəyə minmiş və iddiaçının xidmət etdiyi son vəzifəsinin təminat xərcliyi ilə bağlı məlumata əlavə oluna və göstərilə bilməz, həmçinin iddiaçıya xx.xx.2017-ci il tarixdən müddətli olaraq İİ dərəcəli əlillik verilmiş, iddiaçıya hesablanan əlavə vəzifəyə görə deyil, əlilliyə görədir, iddiaçıya təyin olunmuş pensiyanın növü yaşa görə əmək pensiyasıdır, o, İİ qrup müharibə əlilidir, belə olan halda ona münasibətdə istinad edil miş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlərin mövcud olması iddiaçının tələbinin təmin edilməsinin hüquqi əsaslarını təşkil etmiş, qanunvericilik əmək pensiyasının sığorta hissəsinə əlavələrin hesablanması və təyin edilməsi vəzifəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoymuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırılmaqla, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun 19.1.7.2-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı və müharibə əlili olmasıdır və bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur. Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərlə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-c ı il tarixli, 377 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən həmin Qanunun 30.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanmasının nəzərdə tutulduğunu, iddiaçıya xx.xx.2008-ci il tarixdə yaşa görə pensiya təyin edildiyinə görə əlavənin təminat xərcliyinə daxil edilməsi ilə bağlı məlumat vərəqində qeyd edilməsinin mümkün olmadığını, həmçinin iddiaçıya yaşa görə pensiya təyin edildikdən sonra xx.xx.2017-ci il tarixdən müddətli olaraq İİ dərəcəli əlillik verildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar