Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-348/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş i şçiyə aylıq müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2021 nömrəli, 26.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdarəsində fəhlə işləyən İddiaçı 30.08.1988-ci il tarixində bədbəxt hadisə zamanı xəsarət almış, əmək qabiliyyətinin 20%ni itirmişdir. 2. “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdarəsi tərəfindən 2012-ci ilin oktyabr ayına kimi iddiaçının aldığı xəsarətlə bağlı ona ödənclər olunmuş, 2012-ci ilin oktyabr ayından müəssisə fəaliyyət göstərməməsini əsas gətirərək ödənclərin verilməsini dayandırmışdır.
3. Bunda n sonra, iddiaçı ona ödənclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdarəsi 21.06.2016-cı il tarixində ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasını əsas göstərərək iddiaçının iddiası üzrə icraata xitam vermişdir.
4. Daha sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ödənclərin ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan isə müəssisənin 2001-ci il tarixində özəlləşdirilməsini, ödənişin müəssisə tərəfindən həyata keçirilməli olmasını əsas gətirərək iddiaçının xahişini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı, X6, İddiaçı və X7 19.07.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək özəlləşdirilən «Bakı şəhər Tikinti» Trestinin 21 nömrəli Tikinti İdarəsi dövlət müəssisəsinin sosial ödəncləri üzrə aşağıdakı şəxslərə: İddiaçı 11.305 manat, X3 10.800 manat, İddiaçı 5.544 manat, X4 3.696 manat oktyabr 2012-ci ildən oktyabr 2019-cu il tarixədək 7 il müddətində yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, «Bakı şəhər Tikinti» Trestinin 21 nömrəli tikinti idarəsində fəhlə işləyərkən əmək xəsarətləri alaraq, qanunla nəzərdə tutulan qaydada müavinət almışlar. Oktyabr 2012-ci il tarixdən onlara ödənilən müavinətlərin verilməsi dayandırılmışdı r. Əvvəl əsaslandırmışlar ki, idarə özəlləşməyə gedir. Onların ödəncləri veriləcəkdir. Onlar da rəhbərliyin şifahi göstərişinə inanmışlar. Nəhayət «Bakı şəhər Tikinti Tresti» 21 nömrəli Tikinti İdarəsi 21 iyun 2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Ondan sonra aidiyyatı bütün dövlət orqanlarına müraciət etsələr də, heç bir müvafiq orqan onlara dəqiq kimə müraciət etmək lazım olduğunu cavablandırmamışdır. Hər birinə oktyabr 2012-ci il tarixədək «Bakı şəhər Tikinti» Trestinin 21 nömrəli tikinti idarəsi tərəfindən istehsalat qəzası nəticəsində aldıqları xəsarətə görə müvafiq olaraq 135, 120, 66 və 44 azn ödənc verilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 13.07.2020-ci il tarixli, 2-1(112)-172/2020 nömrəli qərarda dı ilə iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbləri üzrə 2-1(112)-172/2020 nömrəli inzibati işdən iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi, iddia çı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı özəlləşdirilən dövlət müəssisəsinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır.
8. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 09.01.2003cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənc verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin məzmunundan aydın olur ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək DSMF-nin yox, işəgötürənin vəzifəsidir. Bundan əlavə, iddiaçının işlədiyi müəssisə hal-hazırda fəaliyyət göstərmir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Azər baycan Respublikası Prezidentinin 26.09.2003-cü il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borcların ödənilməsi Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən bu Qaydalar idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Göründüyü kimi, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Lakin müəssisənin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin, 2003-cü ilə kimi müəssisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir. Eləcə də, müəssisənin borcu olmadığ ı üçün 2008-ci ildə vətəndaşla Fond arasında müqavilə bağlanılmamışdır. Nazirlik tərəfindən aparılan araşdırmalar nəticəsində iddiaçının işlədiyi müəssisənin həmin siyahılarda olmadığı aşkar edilmiş və bu fakt vətəndaşa verilən imtina məktubunda da öz əksini tapmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-5506/2020 nömrəli qərarına əsasən (hakim Şəlalə Həsənova) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 21.06.2016-cı il tarixindən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdarəsi 21.06.2016-cı il tarixində ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21.06.2016-cı il tarixindən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konsti tusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.
12. İddia tələbinin təmin olunmamış hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.
13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-5506/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2021 nömrəli, 26.07.2021-ci il tarixli qərarı ilə (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Raqib Qurbanov və Mirzə Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15.10.2020-ci il tarixli, 2-1(112)-5506/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının pozulması ilə nəticələnən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verməsi iş materialları ilə müəyyən edilmir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclərin verilməsi qanunvericiliklə cavabdeh inzibati orqanın deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli tikinti idarəsinin özəlləşdirilməsi 2001-ci ildə başa çatmışdır. Həmçinin 2003-cü ilə kimi müəssisənin vətəndaşlara borcu olmamış və müəssisə ləğv edilənədək vətəndaşlara ödənclər ödənilmişdir.
16. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2021 nömrəli, 26.07.2021-ci il tarixli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
17. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 1126.2-ci maddəsi düzgün təfsir edilməmişdir. Belə ki, maddənin məzmunundan göründüyü kimi hüquqi şəxsin ləğvi dəyən zərər kapitallaşdırılmalıdır. Burada zərərin kapitallaşdırılması vəzifəsi birmənalıdır. Lakin Nazirlər Kabinetinin 14.10.2008-ci il tarixli 242 nömrəli qərarında hüquqi şəxs ləğv edilərkən bu kapitallaşdırmanın, müavinətin kimin tərəfindən ödənilməsi barədə heç bir qeyd yoxdur. Lakin işə baxan məhkəmə bunu iddiaçının tələbinin haqsız olması kimi göstərsə də, bu dövlətin Konstitusiyada göstərilən vətəndaşın sosial təminatı vəzifəsini inkar edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd etməsinə əsas olmuş Tikinti İdarəsinin 21.06.2016-cı il tarixində yenidən təşkil edilmədən ləğv edilməsi, müəssisə 2001-ci ildən özəlləşdirildiyindən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu müəssisənin adını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməməsi, həmçinin müəssisə ləğv edilərkən prosedur qaydalara riayət edilməməsi və hüquqi şəxs ləğv edilərkən müavinətin kim tərəfindən ödənilməsi barədə qanunvericilikdə konkret göstərişin olmaması iddiaçının iradəsindən asılı olmayan hallardır və onun Kon stitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.
18. Eyni müəssisədə işləmiş xəsarətləri olan X5, X6 və X2 işin oxşar faktiki halları, eyni predmet və eyni tələb üzrə iddiaları bütün instansiya məhkəmələri tərəfindən təmin edilmişdir. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, prosessual və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itird iyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
21. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasında 1995–1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssis ələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir.
22. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin isteh salat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı ola raq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
24. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisini n ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
25. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
26. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zər ərin əvəzini ödəyir.
27. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir.
28. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
29. Həmin Qaydaların 19.03.2010-cu il tarixə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.2008-ci tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “ Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq mü avinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
31. Həmin Qaydanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Şöbələr və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.
32. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəm iyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
36. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
37. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələb ləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddia tələbinin yalnız təmin edilmiş (21.06.2016-cı il tarixindən ödənclərin verilməsi) hissəsini əhatə edir. Belə ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilmiş hissəsindən iddiaçı apellyasiya şikayəti verməmiş, məhkəmə qərarı iddianın rədd edilməsi hissəsində qanuni qüvvəyə minmişdir.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin 21.06.2016-cı il tarixindən ödənclərin verilməsi hissəsini əhatə etdiyindən hazırkı icraat çərçivəsində də iddia tələbinin həmin hissəsi qiymətləndirilərək məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
42. İddia tələbi özəlləşdirilən “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdarəsi dövlət müəssisəsinin istehsalatda baş verən bədbəxt hadisə nəticəsində olan ödənclərin oktyabr 2012-ci ildən başlayaraq yaranmış borcun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədədir.
43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan hallarından məlumdur ki, iddiaçı “Bakı şəhər Tikinti” Trestinin 21 nömrəli Tikinti İdar əsində işləyən zaman bədbəxt hadisə zamanı xəsarət almış, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 20%-ni itirmiş, işlədiyi müəssisə tərəfindən 2001-ci ildə özəlləşdirilənə qədər, 2001-ci ildə özəlləşdirildikdən sonra isə 2012-ci ilin oktyabr ayına kimi ödənclər ödənilmişdir. 2012-ci ilin oktyabr ayından müəssisə fəaliyyət göstərmədiyini əsas gətirərək ödənclərin verilməsini dayandırmışdır. Bundan sonra iddiaçı idarəyə qarşı ona ödənclərin ödənilməsi tələbi ilə ümumi məhkəməyə müraciət etmiş, məhkəmə idarənin 21.06.2016-cı il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasını əsas göstərərək iddiaçının iddiası üzrə icraata xitam vermişdir. İddiaçı bundan sonra cavabdehə müraciət edərək ödənclərin ödənilməsini xahiş etmiş, cavabdeh isə müə ssisənin 2001-ci il tarixdə özəlləşdirilməsini, ödənişin müəssisə tərəfindən həyat keçirilməli olmasını bildirib iddiaçının xahişini təmin etməmişdir.
44. Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.
45. Qaydaların 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
46. Həmin Qaydaların 19.03.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablan araq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir.
47. Adıçəkilən Qərarla təsdiq olunmuş Qaydaların məzmunundan aydın olur ki, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin kim tərəfindən verilməsi tam şəkildə öz əksini tapmamışdır. Belə ki, hazırkı mübahisə üzrə işəgötürən müəssisə hüquqi şəxs kimi ləğv edilmiş, l akin həmin müəssisənin xəsarət almış işçilərinə ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin vaxtı ilə qüvvədə olmuş Qaydaların 3.7 və 3.8-ci bəndlərində oxşar münasibətlər üzrə ödənclərin hansı üsulla ödənilməsi öz əksini tapmışdır.
48. Qaydalar müəyyən etmişdir ki, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müəssisə özəlləşdirildiyinə, sonra isə ləğv olunduğuna görə ödənclər cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən maddi hüquq normalarını nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir.
50. Odur ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2021 nömrəli, 26.07.2021ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı 2016-cı ilin oktyabr ayından etibarən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir.
51. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-738/2021 nömrəli, 26.07.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı 2016-cı ilin oktyabr ayından etibarən istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərar qətidir.