Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-348/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X2 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-2425/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının fəaliyyət göstərdiyi obyektdə cavabdehin 26 aprel 2021-ci il tarixli qərarı ilə operativ vergi yoxlaması keçirilmişdir.
2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********3171 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********3171 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərarının ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən operativ vergi yoxlaması həyata keçirilərkən işçisi X1 və qarşıdakı obyektin işçisi X4 məcburən izahat yazdırılıb. R.Məhərrəmov hüquqşünasla məsləhətləşdikdən sonra vergi orqanının əməkdaşlarının hərəkətlərinin qanunsuz olduğunu bilib, alınan izahatın qanunsuz, təzyiqlər nəticəsində alındığını bi ldirmişdir. Bu zaman, R.Məhərrəmov qarşı obyektin sahibi X3 işçisi olduğunu bildirmiş və əmək müqaviləsi bildirişini təqdim etmişdir. Aktda da R.Məhərrəmovun M.Rzayevanın işçisi olmasına baxmayaraq, guya ki, onun (iddiaçının) işçisi kimi göstərilməsi səbəbindən də aktın imzalanmasından imtina etmişlər.
5. Cavabdehin iddiaya dair etiraz ərizəsində qeyd edilmişdir ki, R.Məhərrəmovun izahatı alınarkən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Bununla bağlı, hər hansı məcburiyyət tətbiq edilməmişdir. Obyektdə operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanı əməkdaşlarının müşahidələrinə əsasən, obyektin açarı məhz R.Məhərrəmovda olmuş, həmin obyekt məhz R.Məhərrəmov tərəfindən hər gün açılıbbağlanılmışdır. İddiaçının obyektində həmin şəxsin işləməsi və əmək haqqı alması onun izahatı ilə də təsdiq edilir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim O.Həsənov) 2-1(112)-1565/2022 saylı iş üzrə 8 aprel 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilmə si aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi, hazırkı vəziyyətdə iddianın təmin edilib-edilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli, vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. Hazırkı işin faktiki halları ilə isə R.Məhərrəmovun iddiaçının f əaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi qanunvericiliyinin pozuntusunda təqsirini təsdiq edir. Belə ki, xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında 27 aprel 2021-ci il tarixdə iddiaçının obyektində yoxlama aparılmış və 1 nəfər işçisinin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq R.Məhərrəmovun izahatı alınmış, həmin şəxs vermiş olduğu izahatında konkret olaraq dəqiq tarix göstərilməklə, iddiaçı tərəfindən ütücü vəzifəsinə işə götürüldüyünü, onlar arasında əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını qeyd etmiş, iş saatları, əmək haqqının məbləği, ödənilmə qaydası barədə konkret məlumat vermişdir. İddiaçı isə əks arqument kimi həmin şəxsin qonşu obyektin işçisi olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatdan da göründüyü kimi, R.Məhərrəmov, həqiqətən də xx.xx.2020-ci il tarixdən X5 ilə əmək müqaviləsi bağlamışdır. Lakin hesab edilir ki, R.Məhərrəmovun M.Rzayeva ilə əmək müqaviləsinin olması iddiaçının vergi qanunvericiliyini pozmasını istisna edən, onun təqsirsizliyinə səbəb olan hal kimi qiymətləndirilmir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbi konkret olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının mövcudluğu halını müəyyən edir. Hazırkı işin halları ilə isə R.Məhərrəmovun M.Rzayeva ilə əmək müqaviləsinin olması, birincinin iddiaçının sahibkarlıq fə aliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsini istisna etməmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, şahid ifadəsi ilə bağlı M.Rzayeva və İddiaçı arasında birgə fəaliyyətə dair hər hansı müqavilənin olub-olmaması hissəsində araşdırma aparılmış, həmin hal da öz təsdiqini tapmamışdır. Eyni zamanda, M.Rzayevanın da şahid ifadəsinin təqdim edilməsi ilə bağlı məhkəmə iclasında iştirakının təmin edilməsi təklif olunmuş, lakin həmin şəxsin iştirakı da təmin edilməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq hesab etmişdir ki, R.Məhərrəmovun izahatı ilə onun məhkəmədə verdiyi ifadə hər nə qədər ziddiyyətli kimi görünsə də, vergi orqanının qərarının qəbuluna əsas olmuş halı təsdiq edir. Belə ki, hər iki ifadədən də müəyyən edilir ki, R. Məhərrəmov faktiki olaraq iddiaçının obyektində əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən, R.Məhərrəmovun iddiaçıya məxsus obyektdə işə cəlb edilməsi qanuni hesab edilə bilməz və həmin hal iddiaçının təqsirini istisna etmir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Hüseynov sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) 2-1(103)-2425/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatlardan da göründüyü kimi, həqiqətən də R.Məhərrəmov ilə X5 arasında xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi tərtib edilmişdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılmasına və əmək müqaviləsinin digər bir şəxslə bağlanılmasını müəyyən etməsinə baxmayaraq, məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamış, əsassız və qanunsuz qərar qəbul etmişdir.
14. İddiaçı şikayətdə bildirir ki, operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı vergi qanunverici liyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Vergi orqanının əməkdaşları xx.xx.2021-ci il tarixli DVX seriyalı 000718 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib etmişlər. Vergi əməkdaşları ondan aktı imzalamağı tələb etmiş, ona daha ağır maliyyə sanksi yaları tətbiq ediləcəyi hədəsi ilə aktı imzalamağa məcbur etməyə cəhd etmişlər. Lakin o, aktı imzalamaqdan imtina etmişdir. Çünki operativ vergi nəzarəti zamanı vergi orqanı tərəfindən tərtib olunmuş aktda adı qeyd olunan şəxs həmin obyektdə işləmədiyi halda, onun adı aktda əmək müqaviləsi olmadan işləyən şəxs kimi qeyd olunmuşdur. Ondan məcburi qaydada izahatlar alınmışdır. Nəzarət tədbirinin nəticəsinə görə akt qanunsuz olaraq tərtib olunmuşdur. Göründüyü kimi, bir fiziki şəxslə, sahibkar Mətanət Rzayeva ilə müqaviləsi olan şəxsə onun işçisi kimi əmək müqaviləsi bağlamaq məcburiyyəti qoyulub. Bu apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasında da öz təsdiqini tapmışdır. Əmək müqaviləsi olmayan işçi olmadığı halda, X6 əmək müqaviləsi olmayan işçi hesab edilməklə qanunsuz olaraq ona ma liyyə sanksiyasının tətbiq edilməsi barədə akt tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Vergi Məcəlləsi 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (..) 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barə də qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edil məsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219. 3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. 219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellya siya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərində n irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. İddiaçının mübahisələndirdiyi qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işə cəlb etmişdir.
25. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etd ikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarl arından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edir və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
26. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyası vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiy asının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir.
27. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi əsaslarından biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsbit olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müq avilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanunvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur.
28. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti gös tərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur.
29. Mübahisələndirilə n qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir.
30. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin e dilib-edilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılıdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır.
31. Hazırkı işin aşağıdakı faktiki hallar isə R.Məhərrəmovun iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə əmək müqaviləsi olmadan işə cəlb edildiyini, nəticədə iddiaçının vergi pozuntusunda təqsirini təsdiq edir. Belə ki, xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar əsasında 27 aprel 2021-ci il tarixdə iddiaçının obyektində yoxlama aparılmış və 1 nəfər işçisinin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, R.Məhərrəmovun izahatı alınmış, həmin şəxs izahatında konkret olaraq dəqiq tarix göstərilməklə, iddiaçı tərəfindən ütücü vəzifəsinə işə götürüldüyünü, onlar arasında əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını qeyd etmiş, iş saatları, əmək haqqının məbləği, ödənilmə qaydası barədə konkret məlumat vermişdir. İddiaçı isə əks dəlil kimi həmin şəxsin qonşu obyektin işçisi olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatdan da göründüyü kimi, R.Məhərrəmov, həqiqətən də xx.xx.2020-ci il tarixdən X5 ilə əmək müqaviləsi bağlamışdır. Lakin, R.Məhərrəmov un M.Rzayeva ilə əmək müqaviləsinin olması iddiaçının vergi qanunvericiliyini pozmasını istisna edən, onun təqsirsizliyinə səbəb olan hal kimi qiymətləndirilə bilməz.
32. Belə ki, hazırkı işin halları ilə R.Məhərrəmovun M.Rzayeva ilə əmək müqaviləsinin olması, birincinin iddiaçının sahibkarlıq fəaliyyətində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunmasını istisna etmir.
33. Qeyd olunan hal, təkcə həmin şəxsin İddiaçıla əmək müqaviləsi olmadan işə cəlb edilməsi, dəqiq tarix göstərilməklə iddiaçı tərəfindən ütücü vəzifəsinə işə götürülməsi, iş saatları, əmək haqqının məbləği, ödənilmə qaydası barədə məlumatların əks edildiyi izahatı ilə yox, həmin şəxsin məhkəmə iclasında vermiş olduğu şahid ifadəsi ilə də təsdiq edilir. Belə ki, R.Məhərrəmov ifa dəsində Mətanət Rzayeva ilə əmək müqaviləsi bağladığını qeyd etmiş, məhkəmənin verdiyi suala cavabında hər iki obyektin reallıqda iddiaçıya məxsus olduğunu, müştərilərin bir obyektdə - M.Rzayevanın işlətdiyi obyektdə qarşılanıb, digər işlərin isə o biri obyektdə - iddiaçıya məxsus olan digər obyektdə görüldüyünü qeyd etmişdir.
34. Göründüyü kimi, R.Məhərrəmovun iddiaçıya məxsus obyektdə işlərin görülməsinə cəlb edilməsi təsdiq edilir. Bu zaman, M.Rzayevanın olduğu obyektin faktiki olaraq iddiaçıya məxsus olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin hal R.Məhərrəmovun iddiaçıya məxsus olan obyektdə heç bir müqavilə olmadan işlərə cəlb edilməsi faktını legitim etmir.
35. Qeyd edilməlidir ki, şahid ifadəsi ilə bağlı M.Rzayeva və iddiaçı arasında birgə fəaliyyətə dair hər hansı müqavilənin olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsində araşdırma aparılmış, həmin hal da öz təsdiqini tapmamışdır. Eyni zamanda, M.Rzayevanın da şahid ifadəsinin təqdim edilməsi ilə bağlı məhkəmə iclasında iştirakının təmin edilməsi təklif olunmuş, lakin həmin şəxsin iştirakı da təmin edilməmişdir.
36. R.Məhərrəmovun izahatı ilə onun məhkəməyə verdiyi ifadə hər nə qədər ziddiyyətli kimi görünsə də, vergi orqanının qərarının qəbuluna əsas olmuş halı təsdiq edir. Belə ki, hər iki ifadədən də müəyyən edilir ki, R.Məhərrəmov faktiki olaraq iddiaçının obyektində əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. M.Rzayeva və iddiaçı arasında hər hansı partnyorluq münasibəti müəyyən edilmədiyindən, R.Məhərrəmovun iddiaçıya məxsus obyektdə işə cəlb edilməsi qanuni hesab edilə bilməz və hə min hal iddiaçının təqsirini istisna etmir.
37. Göründüyü kimi, Məcəllənin 58.10-cu maddəsinin tələbi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır ki, burada işə cəlb edilən fiziki şəxsin başqa şəxslə əmək müqaviləsinin olması həmin faktın mövcudluğunu birbaşa istisna edən hal deyil. Eyni zamanda, həmin şəxsin rəsmi olaraq əmək müqaviləsi bağladığı yerdə, eyni zamanda digər bir iş yerində işləməsi, o demək deyildir ki, şəxslə bağlı yeganə əmək müqaviləsinin bağlanılması sonuncu fəaliyyəti legitim edir.
38. Belə ki, Əmək Məcəlləsinin 58-ci maddəsi ilə də müəyyən edilir ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
39. R.Məhərrəmov isə faktiki olaraq onun dediyinə görə, iddiaçıya məxsus olan, rəsmi olaraq isə Mətanət Rzayeva və iddiaçıya məxsus hər iki obyektdə də işlərin yerinə yetirilməsinə cəlb edilmişdir ki, bununla bağlı əlavə əmək müqaviləsi bağlanılmamış və onun iddiaçıya məxsus obyektdə işləməsini qanuni edən digər hallar (partnyorluq sazişi və s.) iş materialları ilə öz təsdiqini tapmamışdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2425/2022 saylı iş üzrə 16 sentyabr 2022-ci il tarixli qə