Məhkəmə qərarları › İş №2-1(102)-348/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-348/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-348/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərbəst toplaşma azadlığı) 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3828/2024 nömrəli qərardadından iddiaçılar t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında piket keçirmək üçün 04 aprel 2024-cü il tarixdə cavabdehə müraciət etmişlər.

2. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, onların toplantı keçirilmə barədə müraciəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İİ hissəsinin tələbinə cavab vermir. Eyni zamanda, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası qarşısında planlaşdırılan piketin keçir ilməsi məqsədəuyğun hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 17 aprel 2024-cü il tarixdə Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında, saat 12:00-dan 13:00-dək, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçi riləcək piketə icazə verilməməsi barədə cavabdehin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında saat 12:00-dan 13:00-dək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlarıdır. 2020-ci ildə koronavirus pandemiyası bütün dünyanı bürümüş, həmin xəstəlik Azərbaycanda da aşkar edilmişdir. Bununla bağlı xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bunun qanunvericilik əsası olmasa da, operativ qərargah pandemiya ilə bağlı karantin elan etmiş və bir sıra tədbirlər həyata keçirmişdir. 2023-cü ilin fevral ayında X4 pandemiyanın bitdiyini elan etmişdir. Azərbaycan Respublikasından başqa, bütün ölkələr quru sərhədləri açmışlar və karantin qaydalarını tamamilə ləğv etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 11 mart 2024-cü il tarixdə qərar qəbul edilərək, koronavirus (“COVİD-19”) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılmış və beləliklə quru sərhədlər bağlı qalmaqda davam etmişdir. Bu da, iddiaçıların quru sərhədlər lə ucuz xətlərlə səyahət etməsinin qarşısını almışdır. Ona görə də, iddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında, saat 12:00-dan 13:00-adək piket keçirmək qərarına gəlmişlər. Piketin şüarı “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” kimi müəyyən olunmuşdur. İddiaçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında piket keçirmək üçün 04 aprel 2024-cü il tarixdə cavabdehə müraciət etmişlər. Cavabdeh 09 aprel 2024-cü il tarixli məktubla piket keçirməyə icazə verməyib. Cavab məktubunda bildirilmişdir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsini n 2-ci hissəsinə əsasən iddiaçıların piket keçirməsi məqsədəmüvafiq hesab edilmir. Aşağıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 17 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2024-cü il tarixli qərarına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında, saat 12:00-dan 13:00-dək, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarı ilə keçiriləcək piketə icazə verilməməsi barədə cavabdehin 09 aprel 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin giriş qapısının qarşısında saat 12:00-dan 13:00-adək piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi və iddiaçıların hər birinə mənəvi zərərə görə 10000 manat kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində aşağıdakılar təsbit olunmuşdur: “İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. İİ. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.” Hər bir insanın azad şəkildə dinc yığıncaq keçirmək hüququ İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 20-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beyn əlxalq Paktın 21-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 11-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda (maddə 21), “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının məqsədləri konkret şəkildə ifadə olunur. Bu sənədlərdə göstərilən hüququn həyata keçirilməsinin demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin, yaxud ictimai asayişin, iğtişaşların və cinayətlərin qarşısının alınması, əhalinin sağlamlığının və mənəviyyatının, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırılması nəzərdə tutulur. Görü ndüyü kimi, sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız yuxarıda göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin İ bəndinə əsasən, həmin Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşki latçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Qeyd edilməlidir ki, iddiaçıların aksiyası dinc aksiya idi və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 3-cü maddəsinin əhatəsinə düşmürdü. Həmçinin burada Qanunun 5-ci maddəsi də, hazırkı müraciətə tətbiq edilə bilməzdi. Çünki, iddiaçıların müraciəti əsasında hər hansı bir tədbir görülmür (yolların bağlanması, açılması, təhlükəsizliyin təmin olunması və s.). Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda məhdudlaşdırıla bilə r: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Bu məhdudlaşdırılma yuxarıda göstərilən qanunda nəzərdə tutulmuşdur. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Ona görə də, iddiaçılar bildirirlər ki, onların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququna müdaxilə edilib. İddiaçılar bildirirlər ki, “Azərbaycan Respublikası Nazirlər K abineti yanında Operativ Qərargah ləğv edilsin, Quru sərhədlər açılsın” şüarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında səsləndirilməsinə mane olmaq, ifadə azadlığına müdaxilədir və bu müdaxilə qanunda nəzərdə tutulmayıb, müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib. Eyni zamanda, iddiaçıların Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən sərbəst toplaşmaq azadlığı hüququna müdaxilə edilib. Bu müdaxilə qanunda nəzərdə tutulmayıb, legitim məqsədə yönəlməyib və müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb. Bununla da, Konvensiyanın 11-ci maddəsinin pozuntusu baş verib.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 03 sentyabr 2024-cü il tarixli, 2-1(112)-8702/2024 nömrəli qərardadı ilə iddia mümkü n sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia mahiyyəti etibarilə müəyyən etmə və tanınma haqqında iddia növünə aid olduğundan, həmin iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçılar cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsinlər. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçılar isə cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişlər.

7. İddiaçıların “mənəvi zərərin ödənilməsi” tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddia həmin hissədə də, mümkün sayılmamalıdır. Belə ki, cavabdeh orqanın cavab məktubu imtina xarakterli deyil. Həmin məktubla cavabdeh iddiaçıların etiraz aksiyası keçirməsini qadağan etməmiş, belə aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların faktiki tələb etdikləri mənəvi zərərin hansı hüquq pozuntusundan irəli gəldiyini müəyyən etmək mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi həmin hissədə də, obyektiv arqumentlərə əsaslanan dəlillər ilə əsaslandırılmadığından, həmçinin “mənəvi zərərin ödənilməsi” tələbi iddiaçıların mümkünlük şərtlərini ödəməyən tələblərindən irəli gəldiyindən, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır.

8. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Fərid Əyyubov) 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3828/2024 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır.

11. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin d əlilləri

12. İddiaçıların kassasiya şikayətinin əsasını mahiyyətcə onların iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 24 (İİ və İİİ hissələr). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Maddə 26 (İİ hissə). Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

49. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə mü vafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. 15. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sərbəst toplaşmaq azadlığı İ. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. İİ. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Maddə

5. Toplantının keçirilməsi barədə xəbərdarlıq İ. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. İİ. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. Maddə

7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər İ. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafelə ri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Maddə

9. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi İ. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Maddə

10. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Madd ə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibat i orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti za manı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət k əsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı -ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlayan və onların məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gə lən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, mübahisəyə dair i şin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh piketin keçirilməsi ilə bağlı xəbərdarlığa onun münasibətini ifadə edən cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun hesab olunmadığını bildirmişdir.

27. Bununla bağlı nəzərə almaq lazımdır ki, “məqsədəuyğunluq” termini etimoloji anlamda bir qiymətləndirmə kateqoriyasıdır və hər hansı situasiyanın, hər hansı hərəkətin qarşıya qoyulmuş məqsədə çatmaq üçün uyğun, ağlabatan, praktik cəhətdən faydalı olduğunu ifadə edir. Yəni piketin keçirilməsinin məqsədəuyğun hesab olunmaması qadağanı ehtiva edən kateqoriya qismində təfsir oluna bilməz.

28. Bu prizmadan yanaşdıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin piketin keçirilməsini məqsədəuyğun hesab etməməsi onun piketin keçirilməsinin qadağan olu nmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik iradə ifadəsi kimi qiymətləndirilə və bu anlamda qəbul oluna bilməz. Belə ki, istinad olunan məktubdan cavabdehin qadağa və ya məhdudiyyət tədbirinin tətbiqini nəzərdə tutan və yaxud hər hansı bir şəkildə həmin təəssüratı yarada bilən iradəsi nəinki açıq-aşkar, hətta dolayısı ilə də görünmür. Bu baxımdan cavabdehin məktubu piketin keçirilməsinin qadağan olunmasına və ya bununla bağlı hər hansı məhdudiyyətin tətbiq olunmasına yönəlik hakimiyyət iradəsi kimi deyil, bu qərarın 27-ci bəndində qeyd olunan anlamda qəbul edilməli və tədbirin məqsədəuyğunluğu kontekstində qiymətləndirilməlidir.

29. Bu zaman həm də nəzərə almaq lazımdır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, toplantının keçirilməsi üçün mü vafiq icra hakimiyyəti orqanından icazənin alınması tələb olunmur, toplantı barədə həmin orqana sadəcə xəbərdarlıq yetərli sayılır. Bu mənada hazırkı mübahisəyə münasibətdə xəbərdarlıq institutunun funksional anlamda təyinatı və mahiyyəti də diqqətə alınmalı, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsi həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məqsədlər baxımından təfsir olunmalıdır. Başqa sözlə, həmin normaların sistemli təfsirinə görə, dövlət yalnız və xüsusi olaraq sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etmək öhdəliyinin deyil, eyni zamanda həm toplantı iştirakçılarının, həm də ictimai qaydanın qorunmasını təmin etmək öhdəliyinin də daşıyıcısıdır və bununla bağlı müvafiq tədbirlərin görülməsi də onun məsuliyyət sferasına aiddir. Be lə ki, həmin normalara görə, dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Toplantı barədə xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir.

30. Məhkəmə kollegiyası bu qərarın 27-29-cu bəndlərində qeyd olunanlara əsasən hesab edir ki, piketin keçirilməsi ilə bağlı iddiaçıların xəbərdarlığına cavabdehin xx.xx.2024-cü il tarixli məktubu sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyət, toplantının qadağan edilməsi və ya topl antının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi və bunun üzərindən toplantıya icazə verilməsindən imtina kimi qiymətləndirilə bilməz.

31. Piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi ilə bağlı bu qərarın 29-cu bəndində ifadə olunmuş mövqenin davamı olaraq qeyd olunmalıdır ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna görə, iddiaçılar piketin keçirilməsi üçün icazə almağa borclu deyildirlər. Piketin keçirilməsi ilə bağlı toplantı təşkilatçıları tərəfindən cavabdeh yalnız xəbərdar olunmalıdır və həmin xəbərdarlıq toplantının keçirilməsinə icazənin verilməsi üçün müraciət anlamında deyil, cavabdehi tədbir barədə məlumatlandırma anlamında qiymətləndirilməlidir. İstinad olunan qanuna görə, cavabdeh də toplantıya icazə verilməsi ilə bağlı hər hansı səlahiyyətlə təchiz olunmamışdır və bu mənada cavabdehin üzərinə piketin keçirilməsinə icazə verilməsi barədə öhdəliyin qoyulması Konstitusiyanın sərbəst toplaşmaq azadlığı haqqında 49-cu maddəsinin müddəalarına zidd olardı. Konstitusiyanın həmin normasına görə, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

32. Mənəvi zərərlə bağlı tələbə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən ərizəçi emosional gərginlik yaşadığını sübut edə bilmədikdə, məhkəmə ərizəçinin mənəvi zərərlə bağlı tələbini təmin etmir. Həmin məhkəmənin təcrübəsinə əsasən, mənəvi zərərə görə pul kompensasiyası daha ciddi, məsələn, aşağıdakı pozuntuların müəyyən edilməsi hallarında tutulur: işgəncə və qeyri-insani rəftarın qurbanları (3-cü maddə), qanunsuz azadlıqdan məhrum edilmiş (5-ci maddə) – özbaşına həbsdə saxlanılan şəxslər, bir qayda olaraq, kompensasiya alırlar; ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına (6-cı maddə) görə - ədalətsiz məhkəmə araşdırmasının qurbanlarına kompensasiyanın ödənilməsi mümkündür; şəxsi və ailə həyatına hörmət hüququn pozulmasına (8-ci maddə) görə – qanunsuz müşahidə tədbirlərinə, təhqir və böhtana, ailəsindən ayrılmaya məruz qalma mənəvi zərərə səbəb ola bilər; ifadə azadlığının pozulmasına (10-cu maddə) görə– senzuraya və təqibə məruz qalan jurnalistlərə və fəallara zərərin əvəzi ödə nilə bilər.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin insan hüquqları pozuntusu nəticəsində çəkdiyi mənəvi sarsıntının tanınması və əvəzinin ödənilməsi yolu kimi kompensasiya müəyyən edir.

34. Məhkəmə qeyd edir ki, mənəvi zərər üçün Konvensiyada heç bir açıq müddəa yoxdur. Məhkəmənin ədalətli kompensasiyanın təyin edilməsinə yanaşması baxımından ərizəçinin fiziki və ya psixoloji, ağrı və əzab, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçaldılma hissləri, uzun müddət davam edən qeyri-müəyyənlik, həyat imkanlarının pozulması və ya real itki ilə bağlı açıq-aşkar travma alması halları (məsələn, bax: “Elşolz Almaniyaya qarşı” [GC], № 25735/94, § 70, AİHM 2000Vİİİ; “Selmouni Fransaya qarşı” [BP], № 25803/94, § 123, AİHM 1999V və “Smit və X6rşı”, № 33985/96 və 33986/96, § 12, Aİ HM 2000İX) və Razılığa gələn Dövlət üçün məcburi olan qərarda ərizəçinin məruz qaldığı səhvdən açıq şəkildə bəraət qazanmasının özlüyündə güclü kompensasiya olması vəziyyətləri fərqləndirilir. Təzminat mənəvi zərərin əsas insan hüququnun pozulması nəticəsində baş verməsinin tanınmasına xidmət edir və ən geniş mənada dəymiş ziyanın əhəmiyyətini əks etdirir; onlar müvafiq Razılığa gələn Tərəfin hesabına maliyyə rahatlığı və ya rəğbətlə zənginləşməni təmin etmək təyinatı daşımır və daşımamalıdır da (bax: “Varnava və digərləri Türkiyəyə qarşı” 16064/90 və 8 digərləri, § 224, AİHM 2009).

35. Məhkəmə təkrar edir ki, ərizəçilərə ədalətli kompensasiya yolu ilə pul məbləğlərinin verilməsi onun əsas vəzifələrindən biri deyil, onun Konvensiyanın 19-cu maddəsinə uyğun olaraq dövlətlərin Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etməsini təmin etmək vəzifəsi ilə əlaqəlidir (bax: “Nagmetov Rusiyaya qarşı” [GC], № 355816/8). Məhkəmənin rəhbər prinsipi, xüsusən də mənəvi ziyana görə ədalətli kompensasiya ilə bağlı ədalətlilik dedikdə, çeviklik və işin bütün hallarında, o cümlədən təkcə ərizəçinin mövqeyindən deyil, həm də pozuntunun baş verdiyi ümumi kontekstdə nəyin qanuni, ədalətli və ağlabatan olduğuna obyektiv baxılmasını nəzərdə tutur (bax: “Varnava və digərləri Türkiyəyə qarşı” 16064/90 və 8 digərləri, § 224, AİHM 2009; “AlJedda Birləşmiş Krallığa qarşı” [GC], №. 27021/08, § 114, AİHM 2011; “X2rşı” § 423).

36. Məhkəmə qeyd edir ki, formalaşmış presedent hüququna əsasən, ərizəçilərə belə zərərin (mənəvi zərərin) iddia edilən pozuntular nəticəsində baş verdiyini göstərmək və iddiala rını təsdiq edən sənədləri təqdim etmək lazımdır (bax: məsələn, “X1rşı”, § 447). Hazırkı mübahisəyə münasibətdə mənəvi zərərin ödənilməsini şərtləndirən hər hansı halın mövcudluğu müəyyən olunmur.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3828/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar