Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3483/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: daxili işlər orqanlarında güzəştli xidmət illərinin hesablanmaqla məlumat vərəqəsinin tərtib olunması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçının polis orqanlarındakı uzun müddətli xidmət vaxtının təqvimi hesablama ilə 16 il, 02 ay, 06 gün et diyindən, imtiyazlı şərtlərlə xidmət illəri isə 23 il, 05 ay, 10 gün olmasını nəzərə alınmaqla “məlumat vərəqəsinin” tərtib olunaraq DSMFnin X3 Departamentinə təqdim olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 21.10.1981-ci ildən 19.10.1983-cü ilədək hərbi xidmətdə olmuş, 14.05.1993-cü ildən 20.09.1998-ci ilədək, 09.03.2000-ci ildən 14.07.2008-ci ilədək Azərbaycan Respublikası DİO-da xidmət etmişdir. İddiaçı pensiya təyin olunması ilə əlaqədar onun polis orqanlarında xidmət vaxtının dəqiqləşdiri lməsi barədə 27.08.2018-ci il tarixdə cavabdeh DİN-nin Nərimanov RPİ-nə müraciət etmiş, 03 sentyabr 2018-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, o, Nərimanov RPİ-nin 11.08.2008-ci il tarixli 50 ş/h nömrəli əmri ilə DİO-da xidmətdən mənfi motivlə xaric edilmiş və 14 iyul 2008-ci il tarixə xidməti təqvimi hesablama ilə 16 il 02 ay 06 gün; imtiyazlı xidmətlə birlikdə 20 il 01 ay 23 gün təşkil etmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “polis orqanlarındakı uzun müddətli xidmət vaxtının təqvimi hesablama ilə 16 il, 02 ay, 06 gün etdiyindən, imtiyazlı şərtlərlə xidmət illəri isə 23 il, 05 ay, 10 gün olmasını nəzərə alınmaqla “məlumat vərəqəsinin” tərtib olunaraq DSMF-nin X3 Departame ntinə təqdim olunması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələri mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-990/19 saylı iş üzrə qəbul etdiyi 13 may 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “polis orqanlarındakı uzun müddətli xidmət vaxtının 20 il 01 ay 23 gün olması nəzərə alınmaqla, xidmət illəri barədə “məlumat vərəqəsinin” tərtib edilərək DSMF-nin X3 Departamentinə təqdim olunmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 s aylı 17 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-990/19 saylı iş üzrə qəbul etdiyi 13 may 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.09.2004-cü il tarixə qədər qüvvədə olan qanunvericiliyə görə tələb olunan 20 il və daha çox xidmət ili olmadığından cavabdehin üzərinə bu barədə məlumat vərəqəsinin tərtib edilməsinə dair öhdəlik qoyula bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək pe nsiya təyin olunması üçün tələb olunan imtiyazlı (güzəştli) xidmət illərinin qanuna dəyişiklik edilmiş 01 sentyabr 2004-cü il tarixə topladığını və pensiya hüququnun yarandığını nəzərə almamışdır. Belə ki, 15.10.1981-04.11.1983-cü illərdə həqiqi hərbi xidmətdə olduğu müddət (02 il), 14.05.1993-02.09.1993-cü illərdə Bakı şəhəri BPİ-si, Bİnəqədi rayon BPİ-ndə işlədiyi müddət (təqvimi hesablama ilə 03 ay, 18 gün, güzəştli hesablama ilə 07 ay 06 gün), 02.09.1993-01.11.1993-cü illərdə Dövlət İdarə və Müəssisələrinin mühafizə polis alayında işlədiyi müddət (təqvimi hesablama ilə 01 ay, 29 gün, güzəştli hesablama ilə 03 ay 28 gün), 04.05.1994-17.10.1994-cü illərdə Bakı şəhər BPİ post patrul xidmətində işlədiyi müddət (təqvimi hesablama ilə 05 ay 13 gün, güzəştli hesablama ilə 10 ay 26 gün) 17.1 0.1994-21.09.1998-ci illərdə Sabunçu rayon BPİ-də işlədiyi müddət (təqvimi hesablama ilə 03 il 11 ay 04 gün, güzəştli hesablama ilə 06 il 05 ay 18 gün), 09.03.200014.07.2008-ci illərdə işlədiyi müddət (təqvimi hesablama ilə 08 il 04 ay 05 gün, güzəştli hesablama ilə 14 il 05 ay 11 gün) nəzərə aləndığında, iddiaçının imtiyazlı xidmət illəri 24 il 08 ay 29 gün təşkil edir. Həmçinin iddiaçının 1978-1980-ci illərdə texniki peşə məktəbində oxuduğu 02 il təhsil müddəti daxili işlər orqanlarındakı xidmət illəri nə əlavəe dildikdə (01 il olaraq) xidmət müddəti 25 il 08 ay 29 gün təşkil edir. Beləliklə, iddiaçının 01.09.2004-cü ilədək 21 il 10 ay 16 gün xidmət müddəti olduğundan onun pensiya hüququ yaranmışdır. Kassator "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununun 1, 2, 12-ci maddələrinə, AR Konstitusiyasının 26, 71, 149-cu maddələrinə, İPM-nin 90, 91, 96.5-ci maddələrinə, MPMnin 386, 418.1, 418.2-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xah iş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 21.10.1981-ci ildən 19.10.1983-cü ilədək hərbi xidmətdə olmuş, 14.05.1993-cü ildən 20.09.1998-ci ilədək, 09.03.2000-ci ildən 14.07.2008-ci ilədək Azərbaycan Respublikası DİO-da xidmət etmişdir. Hazırkı iş üzrə iddiaçının 14 iyul 2008-ci il tarixə xidmətinin təqvimi hesablama ilə 16 il 02 ay 06 gün olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçının 01.09.2004-cü ilə imtiyazlı xidmət illərinin hesbalanması ilə bağlıdır. Belə ki, iddiaçı hesab edir ki, onun 01.09.2004-cü il tarixə 20 il imtiyazlı xidmət illəri vardır, cavabdeh isə hesab edir ki, iddiaçının 01.09.2004-cü il tarixə 20 il imtiyazlı xidmət illəri olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bu ndan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin "a" bəndinin 01.09.2004-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən iddiaçının 01.09.2004-cü ilədək 20 il xidmət ili olmalıdır. Halbuki, iddiaçının 15.10.1981-04.11.1983-cü illərdə həqiqi hərbi xidmətdə olduğu müddət (01 il 11 ay 28 gün), 14.05.1993-02.09.1993-cü illərdə Bakı şəhəri BPİ-sinin Bİnəqədi rayon BPİ-ndə işlədiyi müddət (təqvimi hesablama ilə 03 ay, 18 gün), 02.09.1993-01.11.1993-cü illərdə Dövlət İdarə və Müəssisələrinin mühafizə polis alayında işlədiyi müddət (təqvimi hesablama ilə 01 ay, 29 gün), 04.05.1994-17.10.1994-cü illərdə Bakı şəhər BPİ post patrul xidmətində işlədiyi müddət (təqvimi hesablama ilə 05 ay 13 gün), 17.10.1994-21.09.1998-ci illərdə Sabunçu rayon BPİ-də işlədiyi müddət (təqvimi hesablama ilə 03 il 11 ay 04 gün), 09.03.2000-14.07.2008-ci illərdə Nərimanov rayon BPİnin Əlahiddə patrul bölüyündə işlədiyi müddətin 01.09.2004-cü ilədək olan dövrü (təqvimi hesablama ilə 04 il 05 ay 23 gün) işlədiyi müddət nəzərə alındıqda ümumilikdə iddiaçının təqvimi hesablama ilə 01.09.2004-cü ilədək xidməti 11 il 03 ay 25 gün edir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddətinin 01 ayının 02 ay kimi hesbalanması 01.04.1992-ci ildən başlayaraq güzəştli xidmət illərinin müddəti sayılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə həmin müddətin hesablanması dayandırılmışdır. Qeyd olunan normaya əsasən iddiaçının yalnız 14.05.1993-cü ildən 01.05.1997-ci ilədək daxili işlər orqanlarında xidmət müddəti 01 ayın 02 ay kimi hesablana bilər (güzəştli xidmət illəri- 03 il 11 ay 17 gün). Həmin dövrdən sonra qeyd olunan formada imtiyazlı hesablamanın aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 01.09.2004-cü il tarixə qədər qüvvədə olan qanunvericiliyə görə tələb olunan 20 il və daha çox xidmət ili olmadığından cavabdehin üzərinə bu barədə məlumat vərəqəsinin tərtib edilməsinə dair öhdəlik qoyula bilməz. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ə məl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsində aşkar yanlışlığa yol verilmiş, birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən qərarının tarixi və nömrəsi apellyasiya instansiyası məhkəməsinin qərarında səhvən «05 dekabr 2018-ci il tarixli, 21(82)-3990/2018 saylı» göstərilmişdir. Həmin yanlış lıq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir və yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın nəticə hissəsində «05 dekabr 2018-ci il tarixli, 2-1(82)-3990/2018 saylı» sözləri «13 may 2019-cu il tarixli, 2-1(82)-990/2019 saylı» sözləri ilə əvəz edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 76.1, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1713/19 saylı 17 sentyabr 2019-cu il tarixli qərarı, qərarın nəticə hissəsində «2-1(82)-3990/2018 saylı, 05 dekabr 2018-ci il tarixli» sözləri «2-1(82)-990/2019 saylı, 13 may 2019-cu il tarixl
Məhkəmə qərarları › İş №2-1(102)-3483/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3483/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver